Mühazirə transkripsiyası

wikishia saytından

Mühazirə transkripsiyası (ərəbcə: كتابة التقرير) seminariyalarda tədris metodu olub, müəllimin materiallarının dərsdə yazılması və onların metodik icrası deməkdir ki, bu da bəzən transkripsiyaçının araşdırmaları və baxışları ilə müşayiət olunur. Bəziləri hesab edir ki, mühazirə transkripsiyası müəllimin materialını qeyd etməklə yanaşı, həm də transkripsiyaçının dərin anlayışına və elmi inkişafına kömək edir. Seyid Möhsin Əminin dediyinə görə, “Miftəhul-Kəramə”nin müəllifi Seyid Məhəmməd Cavad Amuli müəllimi Seyyid Məhəmməd Mehdi Bəhrul Ulumun dərsini transkripsiya edən ilk şəxsdir.

Mühazirə transkripsiyası ilə imla yazmağın fərqini qeyd etmişlər, imlada müəllim materialı yazının üzünnən oxuyaraq şagirdlərə təqdim edir, şagirdlər isə heç bir müdaxilə etmədən materialı yazır; Halbuki, mühazirə transkripsiyasında tələbə müəllimin məzmununa müdaxilə edə bilər. Dərsi qabaqcadan oxumaq, müəllimin bütün materialını yazmaq, materialdan sitat gətirmək, materialı düzəltmək və bəlağətlə ifadə etmək mühazirə transkripsiyasının ən mühüm prinsiplərindəndir.

Məhəmməd Həsən Rəbbani Bircəndinin qələmə aldığı “Mühazirə transkripsiyası elmi: fiqhi məsələlərin həlli üsuluna dair əlavə ilə” kitabında transkripsiyasının tarixi və bəzi qiraətlərin müqəddiməsi haqqında bəhs edilib.

Konseptologiya

Mühazirə transkripsiyası seminariyalarda tədris metodu olub, müəllimin materiallarının dərsdə yazılması və onların metodik icrası deməkdir ki, bu da bəzən transkripsiyaçının araşdırmaları və baxışları ilə müşayiət olunur.[1] Mühazirə transkripsiyasından əldə edilənlərə mühazirə deyilir. Mühazirələr ümumi formada 18-ci əsrin sonlarından və sonrakı dövrlərdən mühazirə transkripsiyası formasında yazılmış bəzi kitablardır.[2]

Şagirdlərin öz mühazirələrini müəllimə təqdim etmələri ənənədir və çox vaxt müəllim bu barədə müsbət rəylə qiymətləndirərək öz fikrini yazır. Müəllimin bu müsbət rəyi mühazirələrin mötəbərliyindən xəbər verir.[3]

Mühazirə transkripsiyası əsasən fiqhüsul fiqh və xaric dərslərində daha çox bərqərardır lakin, məntiq, fəlsəfə, təfsir və irfan kimi digər elmlərdə də geniş yayılmışdır və bu dərslərin mühazirələri də vardır.[4]

Mühazirə transkripsiyası ilə orfoqrafiya arasındakı fərqlər

Mühazirə transkripsiyası ilə orfoqrafiya arasındakı bəzi fərqlər aşağıdakılardır:

  • Orfoqrafiyada müəllim öz yazısından və ya yaddaşında olan materialı dərsdə iştirak edən şagirdlərə danışır və onlar onun materialını əskiksiz yazırlar.[5] Amma mühazirə transkripsiyasında şagirdlər mühazirə zamanı müəllimin materialına müdaxilə edə bilərlər.[6]
  • İmlalar müəllimin elmindəndir və nəticədə kitab onun adı ilə bitir;[7] Mühazirədə isə dərsin məzmunu, möhtəvası müəllimdəndir, lakin, onun şərhi və təqdimat üslubu transkripsiyaçının zövqünə və səlahiyyətinə bağlıdır. Buna görə də kitab sonda transkripsiyaçının adı ilə bitir.[8]

Tarixçəsi

Əcvadut-təqrirat, Mirza Məhəmməd Hüseyn Naininin üsul dərsinin təqriratı, Yazan: Seyyid Əbül-Qasim Xoi

Ağabozorq Tehrani “Əz-zəriətu ilə təsanifi əş-şiyəti” əsərində ilk mühazirə transkripsiyasının tarixinin 18-ci əsrin axırlarında olduğunu qeyd etmişdir.[9] Seyid Möhsin Əmin “Əyanuş-Şiə” kitabına “Miftahul-Kəramə” kitabının müəllifi Seyid Məhəmməd Cavad Amulini (vəfatı 1811-ci il) ilk transkripsiyaçı olduğunu qeyd etmiş və ustadı seyid Mehdi Bəhrul-ulumun mühazirəsini yazmışdır[10] və tədqiqatçıların bəzilərinə görə mühazirə transkripsiyası Sahibi Fusulun (Məhəmməd Hüseyn İsfahani) dövründən başlayır.[11]

Bəziləri də Peyğəmbərin (s) sözlərini eşidən, lakin onları əzbərləyə bilməyən ənsardan (mədinəlilərdən) olan bir nəfərə, onun sözlərini yazmaq əmri verdiyi rəvayətə[12] söykənərək, mühazirə transkripsiyasının tarixinin Peyğəmbərin (s) zamanına qayıtdığını iddia edir.[13]

Mühazirə transkripsiyası və elmi inkişaf

Mühazirə transkripsiyası ilə bağlı bəzi fikirlər səsləndirilmişdir.

  • Ayətullah Burucerdi kimi bəzi fiqh və üsul-fiqh alimləri və müəllimləri[14] mühazirə transkripsiyasını elmi inkişaf və materialların dərindən dərk edilməsi vasitəsi hesab etmiş və tələbələri və alimləri bu təlim metoduna həvəsləndirmişlər.[15] Deyilənə görə, Mirzayi Şirazi, tələbələrinin mühazirələrinə önəm vermiş və başqalarının yanında ən gözəl bəyanı tanıtmışdır.[16]
  • Ayətullah Müntəziriyə görə, Seyid Məhəmməd Muhəqqiq Damad mühazirənin əleyhinə idi və tələbə yalnız öz yazıları ilə kifayətlənməlidir və bunu akademik düşkünlüyün səbəbi hesab edirdi.[17]

Mühazirə transkripsiyasının üsulları

Kiçik şəkil yaratma xətası:
Seyyid Mahmud Haşimi Şahrudinin müəllifi və təqrir yazdığı "Buhusun fi elmil-üsul" kitabına Seyyid Məhəmməd Baqir Sədr tərəfindən yazıldığı tərifnamə

Mühazirə transkripsiyası yazılı və şifahi olaraq iki qrupa bölünür.

  • Şifahi mühazirə: Şifahi mühazirədə, müəllimin dərsi başa çatdıqdan dərhal sonra bəzi yuxarı sinif şagirdləri və təcrübəli tələbələr öz yaddaşlarına güvənərək, təcrübəsi az olan və ya dərsi yaxşı başa düşməyən şagirdlərə dərsi təkrar edirlər.[18] Deyilənə görə, Məhəmməd Həsən Aştiyani Şeyx Ənsarinin tələbələri arasında Şeyxin dərslərini bəzi tələbələrə bu şəkildə izah edirdi.[19]
  • Yazılı mühazirə: Yazılı mühazirədə aşağıdaki üsullarla icra olunur:
  1. Transkripsiyaçı dərs zamanı müəllimin materialını detallı şəkildə yazır və dərsdən sonra bəzi düzəlişlər edir.[20]
  2. Transkripsiyaçı dərs zamanı müəllimin materialını dinləyir və dərsdən sonra müəllimin materialının xülasəsini yazır.[21]
  3. Dərsdən əvvəl transkripsiyaçi müəllimin deyəcəyi mövzuları öyrənir və dərs zamanı yalnız müəllimin işarə etdiyi əlavə məqamları qeyd edir.[22]
  4. Müəllim dərsin əsas prinsipini bəyan edir, şagird isə onu sonradan izah edir və mövzunu genişləndirir.[23]
  5. Transkripsiyaçı yalnız dərsdəki materialın başlıqlarını qeyd edir. Bəziləri bu başlıqları geniş, izahlı formada qeyd edir , bəziləri isə mühüm və əsas qeydlərlə kifayətlənir.[24]

Düzgün mühazirənin xüsusiyyətləri

Məqbul mühazirə üçün aşağıdakı qaydalara riayət etmək lazımdır :

  • Transkripsiyaçı sinifdə təqdim olunacaq mövzunu əvvəlcədən oxumalıdır.[25]
  • Transkripsiyaçı müəllimin bütün materiallarını və ya ən azı vacib materialı və dərsin başlıqlarını yazmalıdır.[26]
  • Transkripsiyaçı müəllimin dərsi bəyan etdiyi zaman istifadə etdiyi və ya istinad etdiyi kitabları mütaliə etməlidir.[27]
  • Transkripsiyaçı müəllimin materialına istinad olunan mənbələri qeyd etməlidir. Bəzən müəllim mənbələri qeyd etmədən alimlərin dediklərini, ayələri və ya rəvayətləri bəyan edə bilər. Transkripsiyaçı öz işini təkmilləşdirmək üçün bu ifadələrə istinad olunan mənbələri qeyd etməsi zəruridir.[28]
  • Transkripsiyaçı dərsdə qeyd etdiyi materialı silsin, lazım gələrsə, azaltsın, çoxaltsın və mətləbləri yerli yerində qeyd eləsin.[29]
  • Müəllimin mövzusunu aydın və bəlağətli şəkildə bəyan etməli və dərsdə olmayan şəxs üçün də məzmunu başa düşməyə kifayət etməlidir.[30]

Fiqh və üsul-fiqh elminə aid bəzi mühazirələr

Seyyid Əbül-Qasim Xoinin dərsinə məxsus "Ət-Tənqih fi şərhil-ürvətil-vüsqa" kitabının təqriri. Yazan: Mirza Əli Ğərəvi

Fiqh dərsinə aid bəzi məhşur mühazirələr:

  • Mirzə Əli Ğərəvinin qələmə aldığı “Ət-tənqihu fi şərhil-Urvətil-Vusqa”, Seyid Əbul Qasim Xoyinin təqlid, ictihad, təharət, nəcasət, namaz mövzularında olan dərslərinin 6 cildlik mühazirələri.[31]
  • Məhəmməd Mehdi Xalxalninin qələmə aldığı “Fiqhuş-Şiə” əsəri, Seyid Əbul Qasim Xoyinin ictihad, təqlid, təharətnəcasət mövzularında olan fiqh dərslərinin 7 cildlik mühazirələri.[32]
  • Məhəmməd Fazil Lənkəraninin “Nihayətut-təqrir fi məbahisis-salət”, Ayətullah Burucerdinin namaz mövzusunda olan dərslərinin 3 cildlik mühazirəsi.[33]

Üsul-fiqh dərsinə aid bəz məhşur mühazirələr:

  • Seyid Əbul Qasim Xoyinin “Əcvədu ət-təqrirat” əsəri, Məhəmməd Hüseyn Ğərəvi Naininin üsul dərslərinin 3 cildlik mühazirəsi.[34] Bu kitab 1927-ci ildə Mirzayi Naini Nəcəfdə Üsul elmində sonuncu Xaric dərsi kursu başlayanda, yazılmağa başlanmış və adı çəkilən dərsin başa çatdığı 1933-cü ildə də bu kitab tamamlanmışdır.[35]
  • Məhəmməd Təqi Burucerdinin “Nihayətul-Əfkar”, Ağaziya İraqinin Üsul dərs kursunun 4 cildlik mühazirəsi.[36]
  • Ayətullah Cəfər Sübhaninin “Təhzibul-usul” , İmam Xomeyninin dərslərinin 2 cildlik mühazirəsi[37].

Mühazirələrə aid bəzi internet saytları

Bir qrup alimlərin mühazirələrinin yerləşdirildiyi bəzi saytlar:

  • https://darsgoftar.net – Bu sayt Məşhəd və Qum elm akademiyalarının yüksək səthli professorlarının dərslərinin səs yazıları və dərslərin mətnləri yerləşdirilmişdir. Dərslərin səs yazıları ilə mətnləri bir-birilə uyğunlaşdırılmışdır və öncədən hazırlaşmaq üçün bu mövuzlarla bağlı vasitələr də qeyd olunmuşdur.[38]
  • https://www/eshia.ir Elm akademiyalarının dərsləri sənəd və mənbələri ilə birlikdə bu saytın kitabxanasında yerləşdirilmişdir. Həmçinin bu sayt Qum, Məşhəd və Nəcəf elm akademiyalarının Xaric dərslərini canlı olaraq yayımlayır.[39]
  • https://taghrir.ismc.ir Bu sistemdə akademiya professorlarının Xaric dərslərinin mühazirələrini əldə etmək olar və bu sistem həm də qədim mühazirələrin yayılmasına da kömək olmuşdur.[40]

Monoqrafiya

Axund Xorasani adına İxtisaslaşmış Mərkəzin elmi heyətinin üzvü Məhəmməd Həsən Rəbbani Bircindinin “Mühazirə transkripsiyası elmi: fiqh məsələlərinin həlli üsuluna dair əlavə ilə” kitabı toplanmış və 2019-cu ildə beynəlxalq nəşriyyatında nəşr olunmuşdur.[41]

İstinadlar

  1. «اولین دوره مجازی آموزش صحیح تقریرنویسی», hawzeh.ir saytı
  2. Ağabozorq Tehrani, Əz-Zəirə, h.q 1403, c.4, s.366
  3. Rəbbani, Daneşe təqrirnevisi, h.ş 1398, s.28
  4. Nümunə üçün baxın: Əmin, Əyanuş-şiə, h.q 1403, c.6, s.132 və 238
  5. Ağabozorq Tehrani, Əz-Zəirə, h.q 1403, c.2, s.305
  6. Rəbbani, Daneşe təqrirnevisi, h.ş 1398, s.13
  7. Nümunə üçün baxın: Ağabozorq Tehrani, Əz-Zəirə, h.q 1403, c.2, s.308
  8. Rəbbani, Daneşe təqrirnevisi, h.ş 1398, s.13
  9. Ağabozorq Tehrani, Əz-Zəirə, h.q 1403, c.4, s.366
  10. Əmin, Əyanuş-şiə, h.q 1403, c.5, s.308
  11. Rəbbani, Daneşe təqrirnevisi, h.ş 1398, s.15
  12. Şəhid Sani, Munyətul-murid, h.q 1409, s.267-268
  13. Şirazi, Zərurət və mahiyyətşenasiye dərse xaric və təqrirnevisiye an, s.93
  14. «خاطرات آیت الله منتظری از دوران آیت الله العظمی بروجردی», Şafaqna saytı
  15. Şirazi, Zərurət və mahiyyətşenasiye dərse xaric və təqrirnevisiye an, s.104
  16. Şirazi, Zərurət və mahiyyətşenasiye dərse xaric və təqrirnevisiye an, s.104
  17. «خاطرات آیت الله منتظری از دوران آیت الله العظمی بروجردی» Şafaqna saytı
  18. Mübahibe ba Ayətullah Seyyid Məhəmməd Cəfər Mürəvvic, Məcəlleye hoze, s.28
  19. Yaqubi və Səidi, Təqrirat, s.776
  20. Rəbbani, Daneşe təqrirnevisi, h.ş 1398, s.16
  21. Rəbbani, Daneşe təqrirnevisi, h.ş 1398, s.16
  22. Rəbbani, Daneşe təqrirnevisi, h.ş 1398, s.16
  23. Şirazi, Zərurət və mahiyyətşenasiye dərse xaric və təqrirnevisiye an, s.107
  24. «بهترین روش‌های تقریرنویسی کدامند؟»
  25. Cavadi Amuli, Kitabul-Həcc, h.q 1401, c.1, s.16
  26. Rəbbani, Daneşe təqrirnevisi, h.ş 1398, s.22
  27. Rəbbani, Daneşe təqrirnevisi, h.ş 1398, s.23
  28. Rəbbani, Daneşe təqrirnevisi, h.ş 1398, s.24
  29. Rəbbani, Daneşe təqrirnevisi, h.ş 1398, s.23
  30. «اولین دوره مجازی آموزش صحیح تقریرنویسی», hawzeh.ir saytı
  31. Ğərəvi Təbrizi, Ət-Tənqih, h.q 1407, c.1, s.11
  32. Xəlxali, Fiqhuş-şiə, h.q 1411, c.1, s.7
  33. Fazil Lənkərani, Nihayətut-təqrir fi məbahisis-salət, h.q 1420, c.1, s.30
  34. Xoyi, Əcvədut-təqrirat, h.ş 1368, c.1, s.2
  35. «اجودالتقریرات»، دانشنامه تخصصی کتاب‌شناسی و زندگی‌نامه: ویکی‌نور., wikinoor.ir saytı
  36. Burucerdi, Nihayətul-əfkar, h.q 1417, c.1, s.3
  37. Sübhani, Təhzibul-usul, h.q 1405, c.1, s.4
  38. «سامانه آموزشی درسگفتار رونمایی شد»
  39. «پخش زنده دروس خارج»
  40. «تقریرات دروس خارج حوزه علمیه قم»
  41. «کتاب «دانش تقریرنویسی» منتشر شد», mehrnews.com saytı

Ədəbiyyat