Həyyə əla xeyril əməl

wikishia saytından

Həyyə əla xeyril-əməl (ərəbcə: حَیَّ عَلیٰ خَیرِ العَمل) ifadəsi “Ən xeyirli əmələ tələsin” mənasını bildirən azan və iqamədə işlənən cümlələrdəndir. Hədislərə əsasən, bu ifadə Peyğəmbərin (s) zamanında azan və iqamənin tərkib hissəsi olmuşdur. Ancaq ikinci xəlifə insanları cihada təşviq etmək üçün onun azandan çıxartmışdır.

Şiələr “Həyyə əla xeyril-əməl” cümləsini azan və iqamədə deyirlər. Əhli-sünnə isə onu azanda işlətmirlər. Buna görə də “Həyyə əla xeyril-əməl” cümləsi şiəliyin atributuna çevrilib. “Namaz yuxudan daha xeyirlidir” (الصلاةُ خَیرٌ مِنَ النَّوم) cümləsi isə əhli-sünnənin atributu sayılır. “Namaz yuxudan daha xeyirlidir” cümləsi ikinci xəlifənin zamanında azana əlavə edilmişdir və şiələrin fikrincə, bidət hesab olunur.

Əhəmiyyəti

“Ən xeyirli işə tələsin” mənasını bildirən “Həyyə əla xeyril-əməl” ifadəsi azan və iqamədə işlənən cümlələrdəndir. Azan və iqamə məsələsində şiələrlə sünnilər arasındakı fikir ayrılıqlarından biri də bu cümlədir.[1] Bəzən bu cümləni, eləcə də “Həyyə ələs-səlat” və “Həyyə ələl-fəlah” cümlələrini “həy`ələ” adlandırırlar.[2]

“Həyyə əla xeyril-əməl” ifadəsi azan və iqamədəndirmi?

Şiə fəqihlərinin fikrincə, “Həyyə əla xeyril-əməl” ifadəsini azan və iqamənin tərkib hissəsidir və “Həyyə ələl-fəlah” (qurtuluşa tələsin) cümləsindən sonra deyilir.[3] Əhli-sünnə fəqihləri isə “Həyyə əla xeyril-əməl” cümləsini azan və iqamənin tərkib hissəsi hesab etmirlər, onun əvəzinə sübh azanında “Namaz yuxudan daha xeyirlidir” (الصلاةُ خَیرٌ مِنَ النَّوم) cümləsini deməyi müstəhəb bilirlər.[4] Onların fikrincə, azanda “Həyyə əla xeyril-əməl” demək məkruhdur.[5]

Hədislərə əsasən, bu ifadə Peyğəmbərin (s) zamanında azan və iqamənin tərkib hissəsi olmuşdur.[6] Həmçinin nəql olunur ki, Abdullah ibn Ömər,[7] Bilal Həbəşi[8] və Əbu Məhzurə[9] kimi bəzi səhabələr azanda “Həyyə əla xeyril-əməl” cümləsini deyirmişlər.

Azandan çıxarılması

Ömər ibn Xəttabın hakimiyyəti zamanı onun göstərişi ilə “Həyyə əla xeyril-əməl” cümləsi azandan çıxarıldı.[10] Şeyx Səduq İbn Abbasdan nəql edir ki, insanlar namazın ən xeyirli əməl olmasını əsas tutaraq cihaddan yayınmmasın deyə Ömər bu addımı atmışdır.[11] İmam Kazimdən (ə) nəql edilən bir hədisə əsasən, zahirdə bu işin səbəbi insanların cihaddan yayınmasının qarşısını almaq kimi göstərilsə də, əsl və gizli səbəb insanların vilayətə (ən xeyirli əmələ) yönəlməsinin qarşısını almaq imiş.[12] “Məanil-əxbar” kitabında nəql olunan bir hədisə görə, İmam Sadiq (ə) “Həyyə əla xeyril-əməl” haqqında verilən sualın cavabında buyurur ki, ən xeyirli əməl vilayətdir.[13]

Şiə azanının atributu

“Həyyə əla xeyril-əməl” şiəliyin atributu sayılır, bu səbəbdən də şiə hökumətlərində onu azanda demək adət idi. Əhli-sünnə hakimləri isə onu azandan çıxarırdılar.

  • Hicri tarixlə 169-cu ildə Fəxx şəhidi Hüseyn ibn Əlinin qiyamı zamanı Mədinəni ələ keçirərkən müəzzini sübh azanında “Həyyə əla xeyril-əməl” deməyə məcbur edirlər. Mədinənin hakimi bu cümləni eşidən kimi qaçır.[14]
  • Misirdə Fatimilərin hakimiyyəti dövründə (297-567 h.q.) azan “Həyyə əla xeyril-əməl” ilə verilirdi.[15] Hicri tarixlə 359-cu ildə ilk dəfə olaraq İbn Tolun məscidində azan “Həyyə əla xeyril-əməl” ilə verildi.[16] Amma Səlahəddin Eyyubi Misiri ələ keçirdikdə onu azandan çıxardı.[17]
  • Ali-Buyə hökuməti zamanı (322-448 h.q.) azanda “Həyyə əla xeyril-əməl” deyilirdi. Səlcuqilər hakimiyyətə gəldikdə onu azandan çıxardılar.[18]
  • Hicri-qəməri tarixlə 441-ci ildə Bağdanın Kərx adlı məhəlləsində məzhəb zəminində konflikt baş verdi. Şiələr azanda “Həyyə əla xeyril-əməl” cümləsini deyirdilər.[19] 448-ci ildə dövrün hakiminin göstərişi ilə “Həyyə əla xeyril-əməl” cümləsini orada verilən azandan çıxarıb, “əs-Səlatu xeyrun minən-novm” (Namaz yuxudan daha xeyirlidir) cümləsini əlavə etdilər.[20]
  • Olcaytu (680-716 h.q.) şiə məzhəbini qəbul etdikdən sonra onun göstərişi ilə azanda “Həyyə əla xeyril-əməl” cümləsini deməyə başladılar.[21]

Təsvib (تثویب) - əhli-sünnənin atributu

“Həyyə əla xeyril-əməl” cümləsi şiəliyin atributu olduğu kimi, “əs-Səlatu xeyrun minən-novm” cümləsi (başqa sözlə, təsvib) də əhli-sünnənin atributu hesab edilir.[22] İmamiyyəzeydiyyə məzhəblərinə görə, təsvib, yəni azana “əs-Səlatu xeyrun minən-novm” cümləsini əlavə etmək bidət sayılır.[23] Çünki səhabələrin sözü və əməli höccət deyil, yalnız məsumların təqriri, sözü və əməli höccətdir.[24]

Ən xeyirli əməl dedikdə nə nəzərdə tutulur ?

Bəzi hədislərə əsasən, ən xeyirli əməl namazdır.[25] Amma digər hədislərə görə, ən xeyirli əməl dedikdə vilayət,[26] yaxud xanım Fatiməyə (ə) və onun övladlarına[27] yaxşılıq etmək nəzərdə tutulur.

İstinadlar

  1. Amili, "Həyyə əla xəyril əməl fil-əzan", s.52
  2. Ənsari, Əl-musuətul-fiqhiyyətul-muyəssərə, h.q 1415, c.13, s.219
  3. Seyyid Mürtəza, Əl-intisar, h.q 1415, s.137
  4. Cəziri, Əl-fiqhu ələl-məzabihil-ərbəə, h.q 1424, c.1,
    s.283
  5. Nəvəvi, Əl-məcmuu şərhul-muhəzzəb, darul-fikr, c.3, s.198
  6. Beyhəqi, əs-sunənul-kubra, h.q 1424, c.1, s.625
  7. Malik ibn Ənəs, Əl-muvəttə, əl-məktəbətul-elmiyyə, c.1, s.55; Beyhəqi, əs-sunənul-kubra, h.q 1424, c.1, s.625
  8. Beyhəqi, əs-sunənul-kubra, h.q 1424, c.1, s.625
  9. Əl-əzan, Həyyə əla xəyril əməl, h.q 1419, s.21
  10. Təftəzani, Şərhul-məqasid, h.q 1409, c.5, s.283
  11. Səduq, İləluş-şəraye, h.ş 1385, c.2, s.368
  12. Səduq, İləluş-şəraye, h.ş 1385, c.2, s.368
  13. Səduq, Məanil-əxbar, h.ş 1399, s.41
  14. Əbul-fərəc İsfahani, Məqatilut-talibin, Darul-mərifə, s.375
  15. İbn Xəldun, Divanul-mubtəda, h.q 1407, c.4, s.61
  16. İbn Əsir, Əl-kamil, h.q 1385, c.8, s.590
  17. İbn Kəsir, Əl-bidayə vən-nəhayə, h.q 1407, c.12, s.263
  18. Hələbi, Əs-siyrətul-hələbiyyə, Darul-kutubil-elmiyyə, c.2, s.136
  19. İbn Əsir, Əl-kamil, h.q 1385, c.9, s.561
  20. İbn Əsir, Əl-kamil, h.q 1385, c.9, s.632
  21. Qaşani, Tarixu Olcaytu, h.ş 1348, s.100
  22. Malik ibn Ənəs, Əl-muvəttə, Əl-məktəbətul-elmiyyə, c.1, s.54
  23. Seyyid Mürtəza, Əl-məsailun-nasiriyyat, h.q 1417, s.183
  24. Muhəqqiq Damad, Məbahisi əz usule feqh, h.ş 1362, c.2, s.45
  25. Səduq, Uyunu əxbarir-Riza (ə), h.q 1378, c.2, s.106; İbn Həyyun, Dəaimul-İslam, h.q 1385, 1c., s.142; Kuleyni, Əl-kafi, h.q 1407, c.7, s.52
  26. Şeyx Səduq, İləluş-şəraye, h.ş 1385, c.2, s.368, h.4; Şeyx Səduq, Ət-təvhid, h.q 1398, s.241
  27. Şeyx Səduq, İləluş-şəraye, h.ş 1385, c.2, s.368, h.5; Şeyx Səduq, Ət-təvhid, h.q 1398, s.241

Ədəbiyyat

  • İbn Əsir, Əli, Əl-kamil fit-tarix, Beyrut, Daru Sadir - Daru Beyrut, h.q 1385, m. 1965
  • İbn Həyyun, Numan ibn Muhəmməd, Dəaimul-İslam və zikrul-həlal vəl-həram vəl-qəzaya vəl-əhkam, Qum, Muəssisətu Ali Beyt (ə), 2-ci çap, h.q 1385
  • İbn Xəldun, Əbdür-rəhman ibn Muhəmməd, Divanul-mubtəda, Təhqiq: Xəlil Şəhadət, Beyrut, Darul-fikr, h.q 1408, m.1988
  • İbn Kəsir, İsmail ibn Ömər, Əl-bidayə vən-nəhayə, Beyrut, Darul-fikr, h.q 1407, m.1986
  • Əbul-fərəc İsfahani, Əli ibn Hüseyn, Məqatilut-talibin, Təhqiq: Seyyid Əhməd, Beyrut, Darul-mərifə
  • Ənsari, Muhəmməd Əli, Əl-musuətul-fiqhiyyətul-muyəssərə, Qum, Məcməul-fikril-İslami, h.q 1415
  • Beyhəqi, Əhməd ibn Həsən, Əs-sunənul-kubra, Təhqiq: Muhəmməd Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1424, m.2003
  • Təftəzani, Səduddin, Şərhul-məqasid, Təhqiq: Əbdür-Rəhman Ümeyrə, Qum, Əş-şərifur-Riza, Qum, h.q 1409
  • Cəziri, Əbdür-Rəhman ibn Muhəmməd, Əl-fiqhu ələl-məzahibil-ərbəə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1424, m. 2003
  • Hələbi, Əli ibn İbrahim, Əs-siyrətul-hələbiyyə, Darul-kutubil-elmiyyə
  • Xorasan, Seyyid Muhəmməd Mehdi,حی علی خیر العملeshia.ir saytı, Qum, h.ş 1386
  • Əbdür-Rəhman, Ət-təsvib əv həyyə əla xəyril-əməl ?, Əl-Huda, 7-ci il, nömrə 2, h.q 1401
  • Zəhəbi, Muhəmməd ibn Əhməd, Tarixul-İslam, Təhqiq: Ömər Əbdüs-Səlam, Beyrut, Darul-kitabil-ərəbi, 2-ci çap, h.q 1413, m. 1993
  • Seyyid Mürtəza, Əli ibn Hüseyn, Əl-intisaru fi inferadatil-İmamiyyə, Qum, Dəftəre enteşarate İslami, h.q 1415
  • Seyyid Mürtəza, Əli ibn Hüseyn, Əl-məsailun-nasiriyyat, Tehran, Rabidətus-səqafə vəl-əlaqatul-İslamiyyə, h.q 1417
  • Şeyx Səduq, Muhəmməd ibn Əli, Ət-təvhid, Qum, Cameə Mudərrisin, 1-ci çap, h.q 1398
  • Şeyx Səduq, Muhəmməd ibn Əli, İləluş-şəraye, Qum, Enteşarate Davəri, h.ş 1385
  • Şeyx Səduq, Muhəmməd ibn Əli, Uyunu əxbarir-Riza (ə), Tehran, Nəşre cəhan, 1-ci çap, h.q 1378
  • Şeyx Səduq, Muhəmməd ibn Əli, Məanil-əxbar, Beyrut, h.ş 1399
  • Şeyx Səduq, Muhəmməd ibn Əli, Mən la yəhzurul-fəqih, Qum, Dəftəre enteşarate İslami
  • Amili, Seyyid Cəfər Mürtəza, «حی علی خیر العمل فی الاذان» noormags.ir saytı, Əl-Huda
  • Əzan, Muhəmməd ibn Salem, «حی علی خیر العمل بین الشریعة و الابتداع»eşhia.ir saytı, Yəmən, 1-ci çap, h.q 1419
  • Qaşani, Abdullah ibn Muhəmməd, Tarixu Olcaytu, Tehran, Be neqahe tərcüme və nəşre ketab, h.ş 1348,
  • Kuleyni, Muhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq və düzəliş: Əli Əkbər Ğəffari və Muhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Malik ibn Ənəs, Muvəttəu Malikin bi rəvayti Muhəmməd ibinil-Həsəniş-Şeybani, Təhqiq: Əbdül-vəhhab Əbdül-Lətif, Əl-məktəbətul-elmiyyə, 2-ci çap
  • Nəvəvi, Yəhya ibn Şərəf, Əl-məcmuu Şərhul-muhəzzəb, Darul-fikr

Xarici keçid