Xatəmiyyət

wikishia saytından
(Nübuvvətin xətmi səhifəsindən yönləndirilmişdir)
Bu məqalə Xatəmiyyət məfhumu haqqındadır. Xatəmiyyət ayəsi haqda məlumat almaq üçün adı keçən məqaləyə baxın.

Xatəmiyyət (ərəbcə: الخاتمية) bu mənadadır ki, həzrət Məhəmməd (s) sonuncu peyğəmbər, İslam isə sonuncu səmavi dindir və Ondan sonra hər hansı bir peyğəmbər və ilahi bir din gəlməyəcəkdir. Xatəmiyyət məsələsi Qurandahədislərdə gəlmişdir və müsəlman alimlər onu dinin zəruri məsələlərindən hesab edirlər.

Əhzab surəsinin qırxıncı ayəsində İslam peyğəmbəri “xatəmun-nəbiyyin” olaraq təqdim edilmişdir. İslam alimləri bunun “peyğəmbərlərin sonuncusu” mənasında olduğunu açıqlamışdır. İslam dininin mükəmməlliyi və Quranın dəyişməzliyi xatəmiyyətin və yeni bir dinə ehtiyacın olmamasının səbəblərindən bəzisidir.

Xatəmiyyət mövzusu miladi təqvimi ilə 20-ci əsrin sonlarından etibarən babiyyətbəhaiyyət kimi yeni bir şəriət iddiasında olan məzhəblərin yaranması və vəhypeyğəmbərlik haqqında yeni fikirlərin təqdim olunması ilə kəlami müzakirələrin diqqətini özünə cəlb etdi.

Şiənin təqlid-mərcələrindən olan Cəfər Sübhaninin yazdığı “əl-Xatəmiyyət fil-kitabi vəs-sünnəti vəl-əqlis-sərih” kitabı və Pakistanın müsəlman camaatının təsisçisi Əbul-Əla Müvəhhidinin yazıdığı “Xətmun-nubuvvət fi zəuil-Qurani vəs-sunnət” kitabı xatəmiyyət barəsində yazılmış kitablardandır.

Leksilogiya

Xatəmiyyət sözü “xətəmə” kəlməsindən alınmışdır. “Xətəmə” bir şeyin sona çatması mənasındadır.[1] “Xatəmun-nəbiyyin” bir şəxsin vasitəsi ilə peyğəmbərliyin sona çatması deməkdir.[2] Xatəmiyyət sözü terminoloji baxımdan İslam peyğəmbərinin (s) sonuncu peyğəmbər olması və Ondan sonra heç bir peyğəmbərin gəlməyəcəyi anlamındadır.[3] Həzrət Məhəmmədin (ə) xatəm (sonuncu) olmasından Onun gətirdiyi dinin də sonuncu ilahi din olması nəticəsi əldə edilir.[4]

Xatəmiyyət mövzusunun əhəmiyyəti və yeri

Nübuvvət və risalətin sona çatması və İslamın sonuncu din olması mənasında olan xatəmiyyət İslam dininin zəruri məsələlərindən biridir və Qurani-Kərimdəhədislərdə qeyd olunmuşdur.[5]

Bəzi araşdırmaçıların sözlərinə görə, xatəmiyyət mövzusu 20-ci miladi əsrinin sonlarından öncə dini mənbələrdə geniş və müstəqil olaraq müzakirə edilmirdi. Onlar babiyyət və bəhaiyyət kimi məzhəblərin yaranmasını və onların yeni din gətirmək iddiasını, həmçinin vəhy və peyğəmbərliyin xüsusi bir formada təfsiri ilə nəticələnən dinə ənənəvi baxışla fərqlənən fikirlərin formalaşmasını xatəmiyyət mövzusunun bu dövürdə əhəmiyyət tapmasının bəzi səbəbləri olaraq hesab etmişdir.[6]

Bəziləri xatəmiyyət mövzusuna yeni baxışın İqbal Lahurinin sözləri ilə başladığını və sonra isə bu sözlərin araşdırılmasının davam etdiyini düşünür.[7] Onun fikirləri barəsində kitablar və elmi əsərlər yazılmışdır. Mürtəza Mütəhhəri İqbal Lahurinin fikirlərini tənqid edən ilk şəxslərdəndir.[8]

Xristian təlimlərində xatəmiyyət mövzusuna toxunulmamışdır. Lakin deyilənə görə bəzi xristian alimləri müsəlmanlarla etdiyi kəlami müzakirələrdə məxsusən ikinci hicri əsrində İsanın (ə) “xatəmul-ənbiya” (peyğəmbərlərin sonuncusu) olduğunu deyirdilər.[9]

Xatəmiyyətin əsasları

İslam peyğəmbərinin (s) xatəmiyyət məsələsi həm Quranda həm də hədislərdə qeyd olunmuşdur.[10]

Quranda gələn sübutlar

Əsas məqalə: Xatəmiyyət ayəsi

Kəlamçıların bu mövzunun isbatı üçün istinad etdiyi Quran ayələrindən biri Əhzab surəsinin qırxıncı ayəsidir: Məhəmməd, aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin O, Allahın elçisi və peyğəmbərlərin xatəmidir.[11]

Bu ayədə olan “xatəm” kəlməsi iki cür “xatəm” və “xatim” olaraq oxunmuşdur. Asimin qiraətində “xatəm” kəlməsi “ta” hərfinin üzərində “fəthə” əlaməti olmaqla oxunmuşdur. Bu da ya sonlandırmaq mənasında olan “müfailə” babının keçmiş zaman felidir.[12] Ya da möhür və peyğəmbərlərin sonuncusu mənasında olan bir isimdir. Digər qiraətə əsasən “ta” hərfinin altında kəsrə əlaməti olduğu halda isə “xatim” kəlməsi feli sifət və peyğəmbərliyi sonlandıran mənasındadır.[13]

Mürtəza Mütəhhərinin sözlərinə görə bu ayə hər iki qiraətə əsasən “həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması” mənasında olacaqdır.[14]

Xatəmiyyətin isbatı üçün digər ayələrə də istinad edilmişdir. Məsələn, İslam Peyğəmbərinin (s) risalətinin ümumi və geniş olduğunu vurğulayan ayələrin, xatəmiyyəti də açıqladığını qeyd etmişlər.[15] Aşağıdakı ayələr bu qurupdan olan ayələrdir:[16]

  • وَ ما أَرْسَلْناک إِلاَّ کافَّهً لِلنَّاسِ بَشِیراً وَ نَذِیراً; "Biz səni bütün insanlara müjdə vermək və qorxutmaq üçün göndərdik".[17]
  • تَبارَک الَّذِی نَزَّلَ الْفُرْقانَ عَلی عَبْدِهِ لِیکونَ لِلْعالَمِینَ نَذِیراً; "Aləmdəkiləri xəbərdar edib qorxutmaqdan ötrü Öz quluna Furqanı (Quranı) nazil edən kəs əbədi və çox bərəkətlidir".[18]
  • و ما اَرسلناک اِلّا رحمةً لِلعالمین; "Səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik".[19]

Hədislərdə gələn sübutlar

Şiəəhli-sünnənin hədis kitablarında xatəmiyyət haqqında hədislər nəql olunmuşdur. Məsələn, Peyğəmbər (s) Mənzilət hədisində imam Əlinin (ə) O həzrətin (s) özünə olan nisbətini Harun peyğəmbərin Musa peyğəmbərə olan nisbəti kimi hesab etmişdir. Bu fərqlə ki, Ondan sonra bir peyğəmbər gəlməyəcəkdir.[20] Həmçinin Peyğəmbərin (s) belə dediyi nəql edilmişdir: Məndən sonra peyğəmbərlik iddiası edən hər kəs yalançıdır.[21]

İmamlardan (ə) nəql olunan bəzi dualarda da İslam peyğəmbərinin (s) xatəmiyyətinə işarə olunmuşdur.[22]

Peyğəmbərliyinin sona çatmasının səbəbləri

İslam mütəfəkkirləri məxsusən müasir zamanda olan alimlər xatəmiyyətin səbəbi haqqında bir sıra sübutlar irəli sürmüşdür. Quranın dəyişməzliyi, İslam dininin mükəmməlliyi və təbliğçi peyğəmbərlərə ehtiyacın olmaması bu sübutlardan bəzisidir.

Quranın dəyişməzliyi

Yeni bir ilahi dinin gəlmə səbəbi bu idi ki, keçmiş peyğəmbərlərin dinində dəyişikliklər yaranırdı. Amma İslam dini ilə müqayisədə belə bir ehtiyac yoxdur. Çünki, Allah Quranın dəyişməzliyinə zəmanət vermişdir. Odur ki, İslam dinindən sonra digər bir yeni dinə ehtiyac yoxdur.[23]

İslam dininin mükəmməlliyi

“Bu gün sizin üçün dininizi kamilləşdirdim” ifadəsi keçən İkmal ayəsinə əsasən İslam dini mükəmməl bir dindir və gələcək nəsillərin ehtiyaclarını da əhatə edir. Nəticədə yeni bir dinə ehtiyac yoxdur.[24]

Təbliğçi peyğəmbərlərə ehtiyacın olmaması

Yeni bir peyğəmbərin gəlməsinin səbəblərindən biri də şəriətin incəlikərinin açıqlanması və insan ilə Allah arasında olan əlaqənin davam etməsidir. Bu məsələ İslam dinində Peyğəmbərin (s) və İmamların (ə) vasitəsi ilə təmin edilir. On ikinci imamın qeyibdə olduğu zamanda isə dinin açıqlanması müəyən şəraitə sahib olan alimlərə tapşırılmışdır. Buna əsasən, təbliğçi peyğəmbərlərin olmasına ehtiyac qalmır.[25] Müasir mütəfəkkir və filosof Mürtəza Mütəhhəri xatəmiyyət barəsində düşünür ki, xatəmiyyət dövrünün keçmiş dövürlərlə əlaqəsi ixtisas mərhələsinin ibtidai mərhələ ilə əlaqəsi kimidir. Yəni, bu mərhə bəşərin fikir sahibi olma mərhələsidir. Yəni, bu mərhələ ixtisaslaşma, fikir sahibi olma mərhələsi sayılan universitet mərəhələsi kimi dinlə bağlı olan fənn üzrə müctehidlik (mütəxəssislik) mərhələsidir. Bəşər üçün sonuncu din (xatəmiyyət) mərhələsi ümumi baxış – nəinki bir şəxsin digər bir şəxs üzərində müşahidəsinə əsasən gəldiyi fikir- əsasında mütəxəssis olma mərhələsidir. Məhz bəşərin mütəxəssis olma mərhələsində dini məsələlərdə ictihad və müctehid məsələsi məna tapır. O, həmçinin bu məsələnin İbrahim, Musaİsa peyğəmbərin dinində olmadığını və Quranın “fəqihlik” və “din üzərində düşünmə” ifadəsi ilə dediyi məsələlərin heç bir halda bu dinlərdə görünmədiyini düşünür.[26]

Xatəmiyyət mövzusuna olan iradlar

İslam peyğəmbərinin (s) xatəmiyyət məsələsinə bir sıra iradlar edilmişdir ki, bu da müsəlman alimlərin vasitəsi ilə cavablandırılmışdır.[27] Həmin iradlardan bir neçəsinə işarə edirik:

1-ci irad: “Xatəm” zinət mənasındadır.

Bəziləri belə irad edir: Əhzab surəsinin qırxıncı ayəsində keçən “xatəm” sözü üzük mənasındadır. Bundan məqsəd odur ki, peyğəmbər digər peyğəmbərlər üçün zinətdir, sonuncu peyğəmbər deyildir.[28]

Bura irada belə cavab verilmişdir: “Xatəm” sözü əslində sonlandırmaq vasitəsi deməkdir. Üzüyə ona görə xatəm deyilir ki, əvvəllər çox vaxt məktubların sonunda üzüyün üzərinə həkk olan yazı vasitəsi ilə möhür vururdular. Odur ki, “xatəm” sözünü “zinət” mənasına yozmaq ayədən zehinə gələn mənanın xilafınadır.[29]

2-ci irad: Risalətin sonu yoxsa nübuvvətin ?

Bu irada əsasən, Quran Peyğəmbəri (s) xatəmun-nəbiyyin adlandırmışdır, xatəmul-mursəlin adlandırmamışdır. Buna görə də Peyğəmbər (s) sonuncu nəbidir (peyğəmbərdir), sonuncu rəsul (elçi) deyildir və Ondan sonra digər bir rəsulun gəlməsi mümkündür.[30]

Təfsire-nümunədə bu irada belə cavab verilmişdir: Risalət məqamı nübuvvət məqamından daha genişdir. Bir şəxs risalətə çatmazdan öncə nübuvvətə çatır. Nəticədə nübuvvət sona çatmaqla risalət də sona çatmış olacaqdır.[31]

Xatəmiyyət nəzəriyyəsinə əsasən rasionallıq vəhyi əvəz edə bilir

Əbdül-Kərim Suruş İqbal Lahuridən ilhamlanaraq və onun sözünü təsdiqləyərək eyni zamanda da “peyğəmbərlik təcrübəsinin genişlənməsi” nəzəriyyəsinə[32] söykənərək xatəmiyyət məsələsini digər bir formada təqdim edir.[33] Onların fikrincə, insan ağılı elə bir formada inkişaf etmişdir ki, insan ağılın vasitəsi ilə xöşbəxtlik və hidayət yolunu qət edə bilər. Buna əsasən, ağıl vəhyin canişininə çevrilir və daha peyğəmbərlərin göndərilməsinə və peyğəmbərliyin davam etməsinə ehtiyac qalmır.[34] Peyğəmbərlər instiktin hakim olduğu dövürlərə aiddir və insan övladı həmin dövrü arxada qoyub ağılın hakim olduğu bir mərhələyə çatdığı zaman peyğəmbər və vəhydən ehtiyacsız olur.[35] Nəticədə İslam bu işlə (xatəmiyyət vasitəsi ilə) bəşəriyyəti uşaqlıq dövründən yetkinlik mərhələsinə çatdırdı.[36] Suruş həmçinin peyğəmbərlərin nadir hallarda sübutdan istifadə etdiyini[37] və buna gör də dinlərin dilinin vilayət dili olduğunu, sübut etmək dili olmadığını vurğulayır.[38]

Suruşun fikrincə, xatəmiyyət sözünün mənası məhz həmin bu məqam əsasındadır. Peyğəmbərin (s) vəfatından sonra dəlil irəli sürmədən göstəriş vermək aradan getdi. Peyğəmbərdən (s) sonra artıq heç kimin dəlil gətirmədən başqasına göstəriş verməyə haqqı yoxdur.[39]

Odur ki, Peyğəmbərdən (s) sonra dini təcrübə davam edir və bu məsələ xatəmiyyətin mənası ilə ziddiyyət təşkil etmir. Çünki, insanların dini təcrübəsi onların özü ilə məhdudlaşır və başqaları üçün vəzifə təyin edə bilmir[40] və başqalarına dəlil sayılmır.[41] Peyğəmbərdən (s) sonra heç kimin digərlərinin üzərində vilayəti yoxdur və yalnız toplumun ağılları insanların hakimi və rəhbəridir.[42]

İradın cavabı:

Mürtəza Mütəhhəri “Xətme-nubuvvət” kitabında İqbal Lahurinin xatəmiyyət haqqında olan sözlərinin dindarlığın sonu və vəhydən ehtiyacsızlıq mənasında olduğunu bildirmişdir.[43] Təcrübi ağılın hakimiyyəti nəzəriyyəsi dinin əsası ilə ziddiyyət təşkil etməkdən əlavə batini təcrübəni qəbul edən İqbalın elmi fundamenti ilə də uyğun sayılmır.[44] Mütəhhərinin fikrincə, xatəmiyyət mərhələsində insana belə deyilir: Sənin ağılın inkişaf etmişdir. Sənə vəhy yolu ilə deyilməsi lazım olan olan hər şeyi artıq dedilər. İndi sən bunları işə salmalı və öz yaşayışını həmişəlik olaraq bunlarla uyğunlaşdırmalısan. Başqa sözlə desək: xatəmiyyət mərhələsi bu mənada deyildir ki, mədəniyyətin mərhələlərindən biri xatəmiyyət mərhələsidir və bu mərhələlər xatəmiyyətin meyarı sayılmır. Əksinə xatəmiyyət mərhələsi bəşəriyyətin çatdığı elə bir mərhələdir ki, ona deyilən qanun və təlimləri qoruya bilir və sonra isə öz ağılı vasitəsi ilə həmişəlik olaraq onlardan istifadə etməyi bacarır.[45]

Tənqidçilərinin sözlərinə görə, Suruş və İqbalın təqdim etdiyi mənaya əsasən peyğəmbərlərə olan baxış ağıla qarşı olan bir baxışdır ki, peyğəmbərliyin sona çatması ağılın azadlığa çıxması anlamına gəlir.[46] Bir halda ki, Quran həm öz müxaliflərini dəlil və tutarlı sübut təqdim etməyə çağırır (De, əgər doğruçusunuzsa dəlil-sübutunuzu gətirin)[47] [48] həm də özü - hətta batilliyində şəkk olmayan Firon kimi şəxslərin qarşısında - tutarlı sübutlar gətirir.[49] Həmçinin, Qurani-Kərim dəfələrlə insanlara şəri-hökümlərin səbəb və hikmətini açıqlayır və hər bir açıqlamadan sonra həmin hikmətləri və səbəbləri “bəlkə yolu tapdılar” (Bəqərə,186), “bəlkə hidayət olasınız” (Ali-İmran,103) və “bəlkə nicat tapdınız” (Əraf,69) kimi ifadələrlə xatırladır.[50] Hətta həzrət Peyğəmbərin (s) buyurduğu kimi peyğəmbərlər insanların ağılı çərçivəsində onlarla danışmağa məmur edilmişdir.[51] Bu və bunun kimi hədislər peyğəmbərlərin təlimlərində rasionallığın varlığının göstəricisidir.[52]

Həmçinin tənqidçilərin fikrincə, Suruşun sözləri dinin mühüm bir hissəsini əhəmiyyətsiz, tarixi məsələlər adı altında etibardan salmaqla nəticələnir.[53] Həmçinin, bu nəzəriyyəyə əsasən dindarlıq sahəsi ağılın fövqündə və ağıla müxalif olaraq təqdim edililir.[54]

Xatəmiyyət və Həzrət İsanın (ə) rəcəti

Xatəmiyyət ayəsinin təfsirində həzrət İsanın (ə) rəcət məsələsi də müzakirə edilmişdir. Əlbəttə bu məsələ həzrət Peyğəmbərin (s) xatəmiyyəti ilə ziddiyyətli sayılmır. Çünki, Məsih (ə) rəcət zamanında həzrət Peyğəmbərin (s) dinində olacaqdır.[55] Necə ki, Onun peyğəmbərliyi əslində İslam peyğəmbərindən (s) öncə olmuşdur.[56] Buna görə də həzrət Peyğəmbərin (s) gəlişi ilə bütün şəriətlərin nəsx olunduğunu[57] və digər dinlərin ardıcıllarının dindarlıq iddialarının məqbul sayılmadığını[58] nəzərə alsaq həzrət İsa (ə) rəcət zamanında həzrət Məhəmmədin (s) dininə əməl edən və onun ümmətinin bir üzvü olan halda gələcəkdir.[59]

Biblioqrafiya

Xatəmiyyət haqqında bir sıra kitablar yazılmışdır. Onlardan bəzisi aşağıdakılardır:

  • “Xatəmiyyət” kitabı, müəllifi Şəhid Mütəhhəri.
  • “Xətmun-nubuvvət fi zəuil-Quran vəs-sunnət” kitabı, müəllifi Pakistan müsəlman camaatının qurucusu Əbül-Əla Mududi. Bu kitab urdu dilində yazılmışdır və bu mövzuları araşdırmışdır: xatəmiyyət Quran və hədislərdə, xatəm sözünün leksik mənası, səhabələrin və müsəlman alimlərinin nübuvvətin sona çatması haqqında icma etməsi, həzrət Məhdinin (ə) zühuru və həzrət İsanın (ə) enməsi. Xəlil Əhməd Hamidi bu kitabı ərəb dilinə tərcümə etmişdir.
  • “əl-Xatəmiyyət fil-kitabi vəs-sunnəti vəl-əqlis-sərih” kitabı, müəllifi Cəfər Sübhani. Bu kitabda xatəmiyyət məsələsi leksik təhlil olunmuş, Qurandan, hədislərdən və ağıl cəhətindən sübutlar təqdim edilmiş və bu mövzuda olan iradlara cavab verilmişdir. Rza Ustadi bu kitabı fars dilinə tərcümə etmişdir.[60]

İstinadlar

  1. İbn Fars, Mucəmu məqayisil-luğət, h.q 1404, c.2, s.245
  2. Mütəhhəri, Xatəmiyyət, h.ş 1380, s.26
  3. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.16, s.325
  4. Misbah, Rahnemaşenasi, h.ş 1376, s.177
  5. Əllamə Hilli, Vacibul-etiqad, h.ş 1374, s.52; Sübhani, Xatəmiyyət və mərcəiyyəte elmi İmamane Məsum (ə), s.59; Misbah, Rahnemaşenasi, h.ş 1376, s.177
  6. Rezanejad, "Xatəmiyyət, Nəfye Babiyyət", s.397
  7. Abbasi, Xatəmiyyət əz didqahe Ustad Mütəhhəri və İqbal Lahuri, s.7
  8. Abbasi, Xatəmiyyət əz didqahe Ustad Mütəhhəri və İqbal Lahuri, s.9
  9. Paketçi, Xatəmiyyət, s.584
  10. Arifi, Xatəmiyyət və Porseşhaye nu, h.ş 1386, s.19
  11. Əhzab surəsi, ayə 40
  12. Mütəhhəri, Xatəmiyyət, h.ş 1380, s.14
  13. Əbül-fəzl Rəşəud-din, Kəşful-İsrar, h.ş 1371, s.14
  14. Mütəhhəri, Xatəmiyyət, h.ş 1380, s.14
  15. Mütəhhəri, Xatəmiyyət, h.ş 1380, s.17
  16. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.341-342
  17. Səba surəsi, ayə 28
  18. Furqan surəsi, ayə 1
  19. Ənbiya surəsi, ayə 107
  20. باب من فضائل علی بن ابی‌طالب رضی الله عنه
  21. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1414, c.4. s.163
  22. Tusi, Misbahul-Mutəhəccid, h.q 1411, c.1, s.83; Seyyid ibn Tavus, Fəlahus-Sail, h.q 1406, s.221
  23. Misbah, Rahnemaşenasi, h.ş 1376, s.184-185
  24. Misbah, Rahnemaşenasi, h.ş 1376, 185-186
  25. Misbah, Rahnemaşenasi, h.ş 1376, s.186-187
  26. Mütəhhəri, Aşinayi ba Quran, آشنایی با قرآن, motahari.ir saytı
  27. Arifi, Xatəmiyyət, h.ş 1386, s.65
  28. Hüseyni Təbatəbai, Macəraye bab və bəha, s.163; Arifi, Xatəmiyyət, h.ş 1386, s.62
  29. Misbah, Rahnemaşenasi, h.ş 1376, s.180
  30. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.338
  31. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.338
  32. Suruş, “Peyğəmbərlik təcrübəsinin genişlənməsi” nəzəriyyəsi, h.ş 1385, s.65
  33. Cəfəri, Məna və məbnaye xatəmiyyət əz mənzəre Ruşənfikiran, s.40
  34. İqbal lahuri, Ehyaye fikre dini dər İslam, h.ş 1346, s.145-146
  35. İqbal lahuri, Ehyaye fikre dini dər İslam, h.ş 1346, s.145-146
  36. İqbal lahuri, Ehyaye fikre dini dər İslam, h.ş 1346, s.145-146
  37. ref>«مبانی روشنفکری دینی در گفتگو با دکتر سروش», drsoroush.com saytı
  38. Suruş, “Peyğəmbərlik təcrübəsinin genişlənməsi” nəzəriyyəsi, h.ş 1385, s.74
  39. «مبانی روشنفکری دینی در گفتگو با دکتر سروش», drsoroush.com saytı
  40. Suruş, “Peyğəmbərlik təcrübəsinin genişlənməsi” nəzəriyyəsi, h.ş 1385, s.73
  41. Suruş, “Peyğəmbərlik təcrübəsinin genişlənməsi” nəzəriyyəsi, h.ş 1385, s.75-76
  42. Suruş, “Peyğəmbərlik təcrübəsinin genişlənməsi” nəzəriyyəsi, h.ş 1385, s.75-76
  43. Mütəhhəri, Məcmue asar, c.2, s.187
  44. Mütəhhəri, Məcmue asar, c.2, s.189
  45. Mütəhhəri, İslam və niyazhaye zəman, c.1, s.220
  46. Bəhmənpur, Bengər ke ra be qətl ke delşad mi koni, s.827
  47. Bəqərə surəsi, ayə 111
  48. Fazili, Nadir negəri, s.83
  49. Fazili, Nadir negəri, s.84
  50. Fazili, Nadir negəri, s.83
  51. Molla Sədra, Nadir negəri, s.83
  52. >Fazili, Nadir negəri, s.85
  53. «مبانی روشنفکری دینی در گفتگو با دکتر سروش», soroush.com saytı
  54. «مبانی روشنفکری دینی در گفتگو با دکتر سروش», soroush.com saytı
  55. Bəyzavi, Ənvarit-tənzil, h.q 1418, c.4, s.233; Qumi Məşhədi, Kənzud-dəqaiq, h.ş 1368, c.10, s.398
  56. Şübbər, Əl-Cuhərus-səmin, h.q 1407, c.5, s.150
  57. Səbzivari Nəcəfi, İrşadul-əzhan, h.q 1419, s.428
  58. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.8, s.567
  59. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.3, s.545
  60. سازمان اسناد و کتابخانه ملی ایران

Ədəbiyyat

  • İqbal Lahuri, Məhəmməd, Ehyaye dini dər İslam, Tərcümə: Əhməd Aram, h.ş 1346
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, h.q 1414
  • Reza Nejad, خاتمیت، نفی بابیت
  • İbn Fars, Əhməd ibn Fars, Mucəmu məqayisil-luğət, Təhqiq: Əbdüs-Səlam Məhəmməd Harun, Dəftəre təbliğate İslami Hozeye elmiyyeye Qum, h.q 1404
  • İbn Tavus, Əli ibn Musa, Fəlahus-sail, Qum, Bustane kitab, h.q 1406
  • Bəyzavi, Abdullah ibn Ömər, Ənvarut-tənzil, Beyrut, h.q 1418
  • Pakətçi, Əhməd, مدخل خاتمیت
  • Zəməxşəri, Mahmud ibn Ömər, Əl-Kəşşaf, Beyrut, Darul-kutubil-ərəbi, 3-cü çap, h.q 1407
  • Sübhani, Cəfər, «خاتمیت و مرجعیت علمی امامان معصوم علیهم‌السلام»
  • Sübhani, Cəfər, Əl-İlahiyyat, Qum, h.q 1412
  • Səbzivari Nəcəfi, Məhəmməd, İrşadul-əzhan, Beyrut, h.q 1419
  • Şübbər, Abdullah, Əl-Cuhərus-səmin, Küveyt, h.q 1407
  • Təbatəbai, Məhəmməd Həsən, Əl-Mizan fi təfsiril-Quran, Qum, h.q 1417
  • Təbərsi, Fəzl ibn Həsən Məcməul-bəyan, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
  • Tusi, Məhəmməd ibn Həsən, Misbahul-mütəhəccid, Beyrut, Fiqhuş-şiə müəssisəsi, h.q 1411\m.1991
  • Arifi Şirdaği, Məhəmməd İshaq, Xatəmiyyət və porsejhaye nu, Məşhəd, Daneşqahe ulume İslami Rəzəvi, h.ş 1386
  • Əllamə Hilli, Həsən ibn Yusif, Vacibul-etiqad, Qum, h.ş 1374
  • Qumi Məşhədi, Məhəmməd ibn Rza, Təfsiru-kənzid-dəqaiq, Tehran, Vəzarate fərhəng və irşade İslami, h.ş 1368
  • Misbah, Məhəmməd Təqi, Rah və rahnemaşenasi, İmam Xomeyni müəssisəsi, Qum, h.ş 1376
  • Mütəhhəri, Mürtəza, Məcmue asar Şəhid Mütəhhəri
  • Mütəhhəri, Mürtəza, Xxatəmiyyət, Tehran, Sədra, h.ş 1380
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374
  • Mübəyyidi, Əhməd ibn Əbi Məsud, Kəşful-israr, Tehran, Əmir Kəbir nəşriyyatı, h.ş 1371

Xarici keçid