Osmanın qətli macərası

wikishia saytından
(Osmanın qətli hadisəsi səhifəsindən yönləndirilmişdir)
Osmanın qətli macərası
ZamanHicrətin 35-ci ili
MəkanMədinə
SəbəbkarlarMisir, Kufə, Bəsrə və s. şəhərlərin iğtişaşçıları
NəticələrOsmanın öldürülməsi


Osmanın qətli hadisəsi (ərəbcə: حادثة مقتل عثمان) hicri 35-ci ildə müsəlmanların üçüncü xəlifəsi Osman bin Əfvana qarşı xalqın üsyanı və onun qətlindən bəhs edir. Bu qiyam Misir xalqı tərəfindən Əmr bin Əs Səhaminin Misir valiliyindən uzaqlaşdırılması və onun yerinə Abdullah bin Əbi Sərhin təyin edilməsinə cavab olaraq baş verdi. Təbii ki, Osmanın mühüm dövlət vəzifələrini öz əməvi qohumlarına həvalə etmək kimi idarəçilik tərzi, eləcə də xəzinədən onlara külli miqdarda ianə verməsi xalqın, xüsusən də Peyğəmbərin (s) səhabələrinin narazılığına və etirazına səbəb olmuşdu.

Misirli etirazçılar etiraz etmək üçün Mədinəyə getdilər və İmam Əlinin (ə) vasitəçiliyi və Osmanın işləri islah edəcəyinə dair vədi ilə Misirə qayıtdılar; Amma geri qayıdarkən Osmanın Misir valisinə yazdığı məktubu tapdılar və orada onları öldürüb zindana salmağı əmr etdi. Buna görə də onlar Mədinəyə qayıdıb Osmanın xilafətdən getməsini tələb etdilər, lakin Osman onların bu istəyi ilə razılaşmadı. Osmanın evini mühasirəyə aldılar və qırx günlük mühasirədən sonra öldürüldü və müsəlman qəbiristanlığında dəfn olunmasının da qarşısı alındı.

İmam Əli (ə) bu hadisədə Osmanı xətakar bilsə də, onun öldürülməsinə razı deyildi buna görə də İmam Həsən (ə)Abdullah ibn Zübeyr kimi insanlara Osmanın evini qorumağı əmr etdi.

Osmanın öldürülməsi müsəlmanlar arasında qarşıdurmaların və daxili müharibələrin başlamasına səbəb oldu. Bundan əlavə Bəni-Haşim və Bəni-Üməyyə arasında münaqişə yenidən alovlandı və Aişə, TəlhəZübeyr Osmanın qanını istəmək bəhanəsi ilə Cəməl müharibəsinə başladılar. Bu hadisə İslam dünyasında fitnələrin başlanğıcı kimi dəyərləndirilir.

Osmanın qətlinin islamda yeri və əhəmiyyəti

Osmanın öldürülməsi İslam Peyğəmbərindən sonra dövrün ən mühüm hadisələrindən biri hesab olunur. Bəzi tədqiqatçıların fikrincə, onun öldürülməsindən sonra İslam tarixi yeni mərhələyə qədəm qoydu.[1] Həmçinin Osmanın qətli müxtəlif nəticələrə səbəb olmuş və sonrakı hadisələrin formalaşmasında təsirli olmuşdur. Sünni tarixçisi İbn Həcər Əsqəlani (vəfat h.q 852-ci il) Osmanın öldürülməsini İslam dünyasında fitnələrin başlanğıcı hesab edirdi.[2]

Hadisənin şərhi

Mənbələrə görə, Əmr bin As Misir hökumətindən uzaqlaşdırıldıqdan və onun yerinə Abdullah bin Əbi Sərh təyin edildikdən sonra altı yüzə yaxın misirli etiraz etmək üçün Mədinəyə getmişdir və bu, Osmana qarşı etirazların başlanğıcı olmuşdur.[3] Bəziləri isə xəlifənin beytul-maldan verdiyi hədiyyələri ona qarşı olan qiyama səbəb bilirdilər.[4] Mədinəyə köçdükdən sonra etirazçılar məktub yazıb başqalarını Mədinəyə çağırdılar.[5]

Etirazçıların Mədinəyə gəlişi və Osmanın tövbəsi

Müxaliflər Mədinəyə yaxınlaşdıqda, Osman onları Misirə qaytarmaq üçün İmam Əli (ə)-ı vasitəçi etdi.[6] Mənbələrə görə, Osman etirazçılara sürgün edilmiş insanların geri qaytarılacağına və beytul-malın paylanmasında ədalətə riayət edəcəyinə və işlərə etibarlı insanların təyin ediləcəyinə söz verdi.[7] Həmçinin Osman minbərə çıxdı, etdiyi əməllərə görə tövbə etdi və camaatı dediyi sözlərə şahid tutdu.[8] Bundan sonra, etirazçılar öz şəhərlərinə qayıtdılar.[9]

Etirazçıların Mədinəyə qayıdışı

Etirazçılar Mədinədən qayıdanda Xəlifənin xidçətçisinin bir məktub gizlətdiyini gördülər.[10] Bu məktub Xəlifə tərəfindən möhürlənmişdir və onda üsyançıların öldürülməsi və həbs edilməsi əmri qeyd olunmuşdur. Üsyançılar məktubu aldıqdan sonra Mədinəyə qayıtdılar.[11] Kufəlilər də bundan xəbərdar olduqdan sonra Mədinəyə qayıtdılar.[12] Üsyançılar İmam Əlinin (ə) yanına getdilər və onunla birlikdə Osmanın yanına getdilər. Osman and içdi ki, o, nə məktub yazıb, nə də o məktubdan xəbəri var.[13] Lakin üsyançılar bununla qane olmadılar və dedilər ki, Osman xilafətdən əl çəkməlidir.[14]Osman onların sözlərini qəbul etmədi, lakin tövbə etməyə hazır olduğunu söylədi. Üsyançılar onun əvvəlki tövbəsinə və onu sındırmasına əsaslanaraq, yalnız Osmanın xilafətdən getməsi ilə qane olacaqlarını və bu yolda ya öldürüləcəklərini, ya da Osmanı öldürəcəklərini bildirdilər.[15]

Osmanın evinin muhasirəyə alınması

Etirazçılar Osmanın evini mühasirəyə alaraq evə su və yeməklərin daxil olmasına mane oldular.[16] Mühasirəçilər Misir, Bəsrə, Kufə və Mədinə sakinlərinin bir hissəsi idi.[17] Osmanın evinin mühasirəsi qırx gün davam etdi.[18] Bu dövrdə Osman Müaviyəİbn Amirə məktub yazıb onlardan kömək istədi.[19] Həmçinin İmam Əlinin (ə) göstərişi ilə Abdullah bin Zübeyr və Mərvan bin Həkəm kimi şəxslərlə birlikdə İmam Həsən (ə) da Osmanın evini qoruyurdu.[20]

Osman İmam Əli (ə), Təlhə, Zübeyr və Peyğəmbərin zövcələrindən ona su gətirmələrini istədi.[21] İmam Əli (ə) və Peyğəmbərin xanımı Ummu Həbibə Osmana su gətirməyə çalışan ilk insanlar idi, lakin üsyançılar onlara mane oldular.[22] İmam Əli (ə) yemək və suyun içəri girməsinə mane olan üsyançıları məzəmmət elədi və onların bu əməllərini nə möminlərə yaraşan əməl hesab etdi və nə də kafirlərin əməllərinə uyğun hesab etdi və dedi: “Nə üçün onun muhasirəsini və öldürülməyini rəva bilirsiniz ?”[23] Əlbəttə. Bəzi qruplar xəlifəyə gizli şəkildə su gətirirdilər.[24]

Osmanın öldürülməsi və dəfn edilməsi

Osmanın öldürülməsi ilə bağlı müxtəlif fikirlər var.[25] Bəzi məlumatlara görə, ilk öncə bir qrup evə hücum etdi və evdəkilər onları qovdu və onlar yenidən hücum etdilər və bu hücumda Osman öldürüldü[26] və arvadı Nailənin barmaqları kəsildi.[27].

Osmanın qətli hicri 35-ci ilin zilhiccə ayının 18-i qeyd edilmişdir.[28] Osmanın vəfat etdiyi gün “Yəvmud-dar hadisəsi” kimi də tanınır.[29] Təbərinin qeyd etdiyinə əsasən bundan sonra onun cənazəsi üç gün yerdə qaldı. Bundan sonra cənazəni Bəqiyə apardılar, lakin bir qrup şəxs onun Bəqidə dəfn edilməsinə mane oldular və buna görə də onu Huş-i Kokəbdə (yəhudi qəbiristanlığı) dəfn etdilər və sonralar Müaviyə bu hissəni Bəqiyə əlavə etdi.[30]

Narazılıq və üsyan səbəbləri

Bəziləri hesab edir ki, Osmana qarşı narazılıq və üsyan birdən olmamışdır. Müxtəlif amillər zamanla müxalifətin formalaşmasına səbəb olub.[31] Bu amillər daha çox xəlifənin etdiyi əməllər ilə bağlı idi.[32] Bununla belə:

Bəni-Üməyyəni vəzifələrə təyin etmək

İmam Əli (ə): "Üçüncü (Osman) hakimiyyətə gəldi... və onun atasının nəsli (Bəni-Üməyyə) onunla birlikdə dirçəldi və yeni bitmiş bahar bitkisini həvəslə yeyən dəvə kimi beytul-malı qarət etməyə başladı. Bunun nəticəsində onun əməli öz işini bitirdi".

[33] Tarixçi Rəsul Cəfərianın (təvəllüd h.ş. 1343-cü il) yazdığına görə, Osman mühüm dövlət vəzifələrini bəni-üməyyəyə həvalə etmiş və praktiki olaraq bütün hakimiyyət onların əlinə keçmişdir.[34] Deyilənlərə görə Osmanın bütün dövlət idarələrində əməvilərə tapşırması əsasında etdiyi əməllərə əsasən buna "Höküməti əməvi etmək" demək olar.[35] Bəzi tarizi mənbələr Osmanın qövmünü və onların vəzifələrini belə hesab edirdilər :

Adı: Osmana olan nisbətləri: Vəzifələri:
Vəlid ibn Uqbə
Osmanın ana tərəfdən qardaşı
Kufə hakimi[36]
Abdullah ibn Amir
Osmanın dayısı oğlu
Bəsrə hakimi[37]
Abdullah bin Əbi Sərh
Osmanın süd qardaşı
Misir hakimi[38]
Müaviyə ibn Əbi Süfyan
Bəni-Üməyyə
Şam hakimi[39]
Mərvan ibn Həkəm
Əmisi oğlu və kürəkəni
Yazı-pozu işinə baxan (katib)[40]
Səid ibn As
Bəni-Üməyyə
Kufə hakimi[41]

Osmanın qohumlarının mühüm vəzifələrə təyin olunması və həmçinin onların idarə üsulları bir çox müsəlmanın etirazına səbəb oldu.[42] Necə ki, Abdullah bin Amir keçmiş mürtəd bilinirdi.[43] Vəlid bin Uqbə Quranda fasiq adlandırıldı.[44] Mərvan ibn Həkəm də atası ilə bahəm Peyğəmbər (s) tərəfindən Mədinədən qovuldu, lakin Osman onları Mədinəyə qaytardı.[45]

Beytul-maldan hədiyyə

Osman xilafətdən sonra çox varlanmışdı.[46] Osmanın ən mühüm problemi beytul-malın qarəti hesab edilmişdir.[47] O, mal-dövlətin çoxunu əməvilərə vermişdir.[48] Misal olaraq, o, Afrikadam gələn xumsu Mərvan ibn Həkəmə[49] və başqa bir zaman isə Abdullah ibn Əbi Sərhə verirdi.[50] Həmçinin Haris bin Həkəmə,[51] Həkəm bin Əbil Asa,[52] Abdullah bin Xalid bin Əsidə və... çoxlu mal-dövlət verirdi.[53] Beytul-maldan bəxşişlər vermək Osmandan əvvəlki xəlifələrin etdiklərinə müxalif idi[54] və cəmiyyətə mənfi təsir göstərmiş və bir çox insanların şübhəsinə səbəb olmuşdur.[55]

Abdullah bin Səba

Bəzi sünni tarixçiləri Abdullah bin Səbanın Osmana qarşı üsyanın təbliğində və yaradılmasında rol oynadığını qeyd edirlər.[56] Digər tərəfdən, bir qrup şiə[57] və sünni alimləri[58] ümumiyyətlə Abdullah ibn Səba adlı şəxsin varlığına şübhə ilə yanaşırlar. Həmçinin, Rəsul Cəfərianın dediyinə əsasən, İslam cəmiyyəti o qədər də zəif deyildi ki, yeni müsəlman olmuş bir yəhudi tərəfindən müsəlmanların xəlifəsinə qarşı üsyan həyata keçirsinlər.[59]

Səhabələrin reaksiyası

Əhli sünnə tarixçisi Taha Hüseyn ( vəfat 1973) hesab edir ki, MühacirƏnsar səhabələrindən heç biri Osmanın öldürülməsində iştirak etməmişdir; Onlardan bəziləri Osmana qarşı olmağın əleyhinə idilər, lakin susmağa məcbur oldular, bəziləri müdaxilə etmədi, bəziləri isə Mədinəni tərk etdi.[60] Onlar da hesab edirlər ki, səhabələrin mühasirədə və Osmanın qətlində rolu olması haqqında nəql olunanlar etimad olunası deyil.[61] Sünnilər bütün səhabələrin ədalətinə inandıqları üçün və Osmanın öldürülməsində onların rolunun olmasına inanmaq bu əqidəyə zidd olduğu üçün bu cür təhlillərə müxalifdirlər.[62] Lakin bununla belə müxtəlif mənbələrə görə bəzi səhabələr Osman əleyhinə olan qiyamda rol oynamışdır. Məsələn, Haşim bin Utbə Osmanın qatillərini Muhəmmədin (s) səhabələri və onların övladları adlandırmışdır.[63] Həmçinin Osmanın qətlindən sonra xanımı müaviyəyə məktub yazaraq, Mədinə əhlinin Osmanı evində muhasirə etdiklərini bildirmişdi.[64]

İmam Əli (ə)

Bir tərəfdən İmam Əli (ə) Osmanı حمّالُ الْخطايا “günahların daşıyıcısı” adlandırmışdır; Onu “səhvləri çox olan şəxs”[65] adlandırır və haqsız yerə öldürüldüyünə inanmırdı,[66] digər tərəfdən Osmanın öldürülməsinə qarşı idi və özünü onun qanında əli olmayan insanların ən məsumu bilirdi.[67] Həmçinin, İmam Əli (ə) üsyançılara nəsihət etdi və onların səhvlərini göstərdi.[68] Osmanın evinin mühasirəsi zamanı bəzi insanlar İmam Əliyə (ə) Mədinəni tərk etməyi təklif etdilər ki, əgər Osman öldürülsə, o şəhərdə olmasın. Lakin Əli (ə) onların təklifini qəbul etmədi.[69]

Həmçinin İmam Əli (ə) Muaviyənin O həzrətin Osmanın qətlində əli olması ittihamı olan məktubuna cavabında yazmışdır: " Sən məni əlimin bulaşmadığı bir işdə ittiham edirsən. Sən və Şam əhli, alimlərinizin cahillərinizi və vəzifəlilərin sizin işsizlərinizi təşviq etdikləri məsələni mənə nisbət verdiniz.[70]

Təlhə

Misirli tarixçi Taha Hüseyn (vəfatı: 1973 miladi), Təlhəni üsyançılara olan meylini gizlətməyən şəxslər sırasında hesab edir, hətta onlardan bir qrupa müəyyən büdcə də ayırırdı.[71] Həmçinin bəzi tarixi məqllərə əsasən, Təlhənin təklifi ilə, Osmanın evinə su, çörək aparılmasının qarşısı alındı.[72] İbn Əbil-Hədid Mötəzilinin Nəhcül-Bəlağənin şərhində nəqlinə əsasən, İmam Əli (ə) Cəməl müharibəsi başlamazdan öncə özünün Zübeyrlə olan görüşündə ona belə buyurdu: sən və Təlhə, Osmanın öldürülməsində təqsirkarsınız və hökmən özünü əlibağlı Osmanın varislərinə təslim etməlisən.[73]

Müaviyə

Osman mühasirədə olanda Müaviyəyə məktub yazıb ondan kömək istədi. Müaviyə də on iki minlik qoşun göndərdi. Lakin o, onlara növbəti əmr verilənə qədər Şam sərhədlərində qalmalarını əmr etdi.[74] Bu ordu Mədinəyə yetişməkdə və xəlifəyə köməkdə səhlənkarlıq elədi, Şamın elçisi Osmandan xəbər almaq üçün onun yanına gedəndə Osman ona dedi ki, siz gözləyirsiniz məni öldürsünlər və sonra da özünüzü mənim qanımın vəlisi kimi göstərəsiniz.[75] İmam Əli (ə) Osmanın ölümündə Müaviyəni təqsirli bilirdi və Müaviyə onu Osmanı öldürməkdə ittiham etdikdə İmam Əli (ə) Müaviyənin Osmana kömək etməməsini və mühasirə zamanı ona qarşı özünün müdafiəsini qeyd etdi.[76] Digər bəzi səhabələr də Müaviyəyə xitab edərək, Osmanın qorunmasında səhlənlarlıq edərək onun qətlini gözlədiyinə görə Osmanın qətlində təqsirli və günahkar bilirdilər.[77]

İmam Əli (ə) “Hansı biri onu öldürmək üçün yol seçdi, Osmana öz mövqeyində qalması üçün, əməllərindən əl çəkməsinə kömək edən Əli, yoxsa Osman kömək istədiyində onun köməyini gecikdirən və ölüm ordusunu onun üzərinə atan Muaviyə?" .[78]

Aişə

Məhəmməd bin Cərir Təbərinin yazdığına görə, Ayişə Osman haqqında dedi:

"اُقْتُلُوا نَعْثَلا فَقَدْ کفَر"
"Osmanı öldürün, o kafir olub ”.[79]

Üsyançılar Mədinədə olarkən Mərvan ibn Həkəm Aişədən xəlifə ilə üsyançılar arasında vasitəçilik etməsini istədi. Ayişə həcc səfərini bəhanə edərək Osmanı tikə-tikə doğrayıb dənizə atmaq istədiyini söylədi[80] Osmanın ölümündən sonra Ayişə mövqeyini dəyişərək onun qanını istədiyini iddia etdi[81] Səd ibn Əbi Vəqqasın İbn Asa olan məktubunda gəlmişdir ki, Osman Ayişənin çəkdiyi və Təlhənin cilaladığı qılıncla öldürüldü.[82] Bu halda Ayişə Osman öldükdən və camaat Əliyə (ə) beyət etdikdən sonra Məkkəyə qayıtdı. və camaat qarşısında çıxış etdi və Osmanın öldürülməsində Əlini (ə) günahkar hesab etdi.[83]

Ayişənin bu mövqe dəyişməsi ilə Peyğəmbərin xanımı Ummu Sələmə onu məzəmmət etdi və dedi ki, sən camaatı Osmanı öldürmək üçün təhrik edirdin lakin indi belə deyirsən.[84] Ayişə cavabında dedi : " indi dediklərim o zaman dediklərimdən yaxşıdır".[85]

Hadisənin zərərləri

Osmanın qətlinin bir çox nəticələri vardı, onlardan bəziləri bunlardan ibarətdir :

* İmam Əlinin (ə) xilafət müharibələrinin yaranmasına səbəb oldu: Tarixçilərin fikrincə, Cəməl döyüşü Ayişə, Təlhə və Zübeyr tərəfindən Osmanın qanını istəmək bəhanəsi ilə başlamışdır.[86] Əlbəttə İmam Əli (ə) onlara məktubunda Osmanın qətlində əli olmadığını və Osmanın qanını almaqda onların haqlarının olmadığını dedi.[87] İmam Əli (ə) Təlhə və Zübeyr haqqında da dedi ki, onlar özləri tərk etdikləri haqqı tələb edirlər və qan (Osmanın qanı) üçün intiqam almağa bəhanə gətirirlər, halbuki, özləri o qanı tökdülər.[88]

* Əməvilərlə Haşimilər arasındaki ixtilafın genişlənməsi: Əməvilər Osmanın öldürülməsini ərəblər arasında öz üstünlüklərini və qüdrətlərini bərpa etmək üçün bir vasitə hesab etdilər.[89] Onlar özlərini Osmanın qan alanları Əli (ə)-ı isə günahkar kimi tanıtdırdılar.[90] Rəsul Cəfərianın fikrinə görə Osmanın ölümü ən çox Müaviyə üçün faydalı olmuşdur.[91] O, Osmanı öldürdükdən sonra minbərə çıxdı və özünü Osmanın[92] qani alanı və Osmanın xanımının Nailənin kəsilmiş barmaqları, Osmanın köynəyi ilə birlikdə Şamda xalqı qızışdırmaq üçün onun bəhanəsi oldu.[93]

* Nasibiliyin (Əhli-Beyt düşmənçiliyi) formalaşması: Nasibiliyin Osmanın öldürülməsi ilə başladığı və Əməvi hakimiyyəti dövründə rəsmiləşdiyi deyilir.[94]

İstinadlar

  1. Əl-Ğəbban, Fitnətu məqtəl Osman ibn Əffan, h.q 1419, c.1, s.238
  2. İbn Həcər, Əl-İsabə, h.q 1415, c.4, s.379
  3. İbn Kəsir, Əl-Bidayə, h.q 1407, c.7, s.170
  4. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.3, s.167
  5. İbn Xəldun, Tarixu ibn Xəldun, h.q 1408, c.2, s.594
  6. İbn Kəsir, Əl-Bidayə, h.q 1407, c.7, s.170-171
  7. Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.713; Zəhəbi, Tarixul-İslam, h.q 1409, c.3, s.443; Xəlifə, Tarixu Xəlifə, h.q 1415, s.99
  8. İbn Kəsir, Əl-Bidayə, h.q 1407, c.7, s.171-172
  9. İbn Kəsir, Əl-Bidayə, h.q 1407, c.7, s.170-171
  10. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.3, s.168
  11. Zəhəbi, Tarixul-İslam, h.q 1409, c.3, s.442-443
  12. İbn Xəldun, Tarixu ibn Xəldun, h.q 1408, c.2, s.599
  13. Zəhəbi, Tarixul-İslam, h.q 1409, c.3, s.442-443
  14. İbn Xəldun, Tarixu ibn Xəldun, h.q 1408, c.2, s.599
  15. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.3, s.169
  16. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.3, s.172
  17. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.3, s.490
  18. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.3, s.172
  19. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.3, s.170
  20. İbn Əbül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.1046
  21. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.3, s.173
  22. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.4, s.386
  23. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.4, s.386
  24. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.3, s.174
  25. Ğərib, Xilafətu Osman ibn Əffan, s.149
  26. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.2, s.426
  27. İsmail ibn Hüseyn, Əl-Fəxri, h.q 1418, s.104
  28. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.3, s.22
  29. İsmail ibn Hüseyn, Əl-Fəxri, h.q 1418, s.104
  30. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.4, s.412
  31. Ğərib, Xilafətu Osman ibn Əffan, Qahirə, s.103
  32. Əş-Şeyx, Əsbabul-fitnəti fi əhsi Osman, s.455
  33. Nəhcül-bəlağə, 3-cü xütbə
  34. Cəfərian, Tarixe xüləfa, h.ş 1380, s.144
  35. Bəxtiyari, Saxtare siyasi hokuməte Osman, s.65
  36. Diynəvəri, Əl-Əxbarut-tival, h.ş 1368, s.139
  37. Diynəvəri, Əl-Əxbarut-tival, h.ş 1368, s.139
  38. Diynəvəri, Əl-Əxbarut-tival, h.ş 1368, s.139
  39. Xəlifə, Tarixu Xəlifə, h.q 1415, s.106
  40. Xəlifə, Tarixu Xəlifə, h.q 1415, s.106
  41. İbn Əbül-Birr, Əl-İstiab, h.q 1412, c.2, s.622
  42. Ğərib, Xilafətu Osman ibn Əffan, s.105
  43. Ğərib, Xilafətu Osman ibn Əffan, s.106
  44. İbn Əbül-Birr, Əl-İstiab, h.q 1412, c.4, s.1553
  45. İbn Əbül-Birr, Əl-İstiab, h.q 1412, c.1, s.359
  46. Əş-Şeyx, Əsbabul-fitnəti fi əhsi Osman, s.455
  47. Yaqubi, Tarixul-Yəqubi, Beyrut, c.2, s.173
  48. İbn Kəsir, Əl-Bidayə, h.q 1407, c.7, s.171
  49. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.5, s.580
  50. Ğərib, Xilafətu Osman ibn Əffan, Qahirə, s.156
  51. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.5, s.541
  52. Müqəddəsi, Əl-Bida vət-tarix, c.5, s.200
  53. İsmail ibn Hüseyn, Əl-Fəxri, h.q 1418, s.102-103
  54. İsmail ibn Hüseyn, Əl-Fəxri, h.q 1418, s.102-103
  55. Əş-Şeyx, Əsbabul-fitnəti fi əhsi Osman, s.455
  56. İbn Kəsir, Əl-Bidayə, h.q 1407, c.7, s.167; İbn Xəldun, Tarixu ibn Xəldun, h.q 1408, c.2, s.587
  57. Əsqəri, Abdullah ibn Səba və Əsatiyrun uxra, h.q 1375
  58. Taha Hüseyn, Əl-Fitnətul-kübra, m. 2012, c.2, s.102
  59. Cəfərian, Tarixe xüləfa, h.ş 1380, s.156
  60. Hüseyn, Əli və fitneye bozorqe qətle Osman, s.45
  61. Əl-Ğəbban, Fitnətu məqtəl Osman ibn Əffan, h.q 1419, c.1, s.237
  62. Əl-Ğəbban, Fitnətu məqtəl Osman ibn Əffan, h.q 1419, c.1, s.116
  63. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.43
  64. İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.5, s.61
  65. Səqəfi, Əl-Ğarat, h.q 1395, c.1, s.26
  66. Nəsr ibn Muzahim, Vəqətu Siffeyn, h.q 1404, s.202
  67. Nəhcül-bəlağə, 6-cı məktub
  68. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.3, s.173
  69. Məclisi, Biharul-ənvar, h.q 1403, c.31, s.487; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.5, s.568
  70. Məkarim Şirazi, Nəhcül-bəlağə ba tərcümeye farsi rəvan, h.ş 1384, c.1, s.697
  71. Hüseyn, "Əli və fitneye bozorqe qətle Osman, s.45
  72. İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1410, c.1, s.57
  73. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, c.2, s.167
  74. Yaqubi, Tarixul-Yaqubi, c.2, s.175
  75. Yaqubi, Tarixul-Yaqubi, c.2, s.175
  76. Nəhcül-bəlağə, 28-ci məktub
  77. Cəfəriyan, Tarixe xüləfa, h.ş 1380, s.174-175
  78. Nəhcül-bəlağə, 28-ci məktub
  79. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.4, s.459
  80. Yaqubi, Tarixul-Yaqubi, c.2, s.175
  81. İbn Xəldun, Divanul-mübtəda vəl-xəbər, h.q 1408, c.2, s.607
  82. Əbdül-Məqsud, Əl-İmamu Əli ibn Əbi Talib, Məktəbətul-irfan, c.2, s.236
  83. Əbdül-Məqsud, Əl-İmamu Əli ibn Əbi Talib, Məktəbətul-irfan, c.2, s.267
  84. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.2, s.437
  85. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.4, s.459
  86. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.3, s.205-208
  87. Nəhcül-bəlağə, 54-cü məktub
  88. Nəhcül-bəlağə, 22-ci xütbə
  89. Ğərib, Xilafətu Osman ibn Əffan, Qahirə, s.165
  90. Ğərib, Xilafətu Osman ibn Əffan, Qahirə, s.152
  91. Cəfəriyan, Tarixe xüləfa, h.ş 1380, s.178
  92. Nəsr ibn Muzahim, Vəqətu Siffeyn, h.q 1404, s.81
  93. Məhəmməd ibn Əli, Əl-Fəxri, h.q 1418, s.104
  94. Kövsəri, Bərresiye rişehaye tarixi nasibigəri, s.99

Ədəbiyyat

  • İbn Əsir, əli ibn Məhəmməd, Əsədul-ğabə, Beyrut, Darul-fikr, h.q 1409
  • İbn Əsir, əli ibn Məhəmməd, əl-Kamil, Beyrut, Daru Sadir, h.q 1385
  • İbn Əsəm Kufi, Əhməd ibn Əsəm, Əl-Futuh, Təhqiq: Əli Şiri, Beyrut, h.q 1411
  • Məhəmməd ibn Əli, Əl-Fəxri, Təhqiq: Əbdül-Qadir Məhəmməd Mayu, Darul-qələmil-ərəbi, 1-ci çap, h.q 1418
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn əli, Əl-Muntəzəm, Təhqiq: Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1412
  • İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əl-İsabə, Təhqiq: Adil Əhməd Əbdül-mövcud, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
  • İbn Xəldun, Əbdür-Rəhman ibn Məhəmməd, Tarixu İbn Xəldun, Beyrut, Darul-fikr, 2-ci çap, h.q 1408
  • İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, Təhqiq: Əbdül-Qadir Məhəmməd, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1410
  • İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Əl-İstiab, Beyrut, 1-ci çap, h.q 1412
  • İbn Qüteybə, Abdullah ibn Muslim, Əl-İmamə vəs-siyasə, Təhqiq: Əli Şiri, Beyrut, 1-ci çap, h.q 1410
  • İbn Kəsir Dəməşqi, İsmail ibn Ömər, Əl-Bidayə vən-nəhayə, Beyrut, Darul-fikr, h.q 1407
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Beyrut, Darul-fikr, 1-ci çap, h.q 1417
  • Cəfəriyan, Rəsul, Tarixe xüləfa, Qum, h.ş 1380
  • Hüseyn, Taha, Əli və fitneye bozorqe qətle Osman, h.ş 1379
  • Hüseyn, Taha, Əl-Fitnətul-kübra, Qahirə, m. 2012
  • Diynəvəri, Əhməd ibn Davud, Əl-Əxbarut-tival, Qum, h.ş 1368
  • Zəhəbi, Məhəmməd ibn Əhməd, Tarixul-İslam, Beyrut, Darul-kitabil-ərəbi, 2-ci çap, h.q 1409
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, Darus-səqafət, 1-ci çap, h.q 1414
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İxtisas, Qum, 1-ci çap, h.q 1413
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, Beyrut, 2-ci çap, h.q 1387
  • Əbdül-Məqsud, Əbdül-Fəttah, Əl-İmamu Əli ibn Əbi Talib, Məktəbətul-irfan,
  • Ğərib, Məmun, Xilafətu Osman ibn Əffan, Qahirə
  • Kövsəri, Əhməd, بررسی ریشه‌های تاریخی ناصبی‌گری
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Müqəddəsi, Mütəhhər ibn Tahir, Əl-Bida vət-tarix
  • Məkarim Şirazi, Nasir, Nəhcül-bəlağə farsca rəvan tərcüməsi ilə, Qum, h.ş 1384
  • Nəsr ibn Muzahim, Vəqəətu Siffeyn, Düzəliş: Əbdüs-səlam Məhəmməd Harun, Qum, 2-ci çap, h.q 1404
  • Nəhcül-bəlağə
  • Yaqubi, Əhməd ibn Əbi Yaqub, tarixul-Yaqubi, Beyrut, Daru Sadir, 1-ci çap