Təvvabin

wikishia saytından

Təvvabin (ərəbcə: التوابون) (tövbə edənlər deməkdir) bir qrup Kufə əhalisi idi ki, 65-ci hicri ilində Süleyman ibn Surəd Xuzainin başçılığı ilə İmam Hüseynin (ə) qanını almaq məqsədi ilə əməvi hökumətinə qarşı qiyam etdilər və onların əksəriyyəti “Əynul-Vərdə” məntəqəsində İbn Ziyadın ordusu ilə müharibədə şəhid oldular.[1] Onlardan bəziləri İmam Hüseynə (ə) məktub göndərərək onu Kufəyə getməsi üçün dəvət etmişdilər və ona kömək edəcəklərini bildirmişdilər. Lakin Kərbəla hadisəsində İmama (ə) kömək etmədilər. Kərbəla hadisəsindən sonra onlar etdiklərinə görə peşman oldular. Həmçinin İmam Hüseynin (ə) qanını almaq məqsədi ilə əməvi hökumətinə qarşı qiyam etdilər və “Təvvabin” adı ilə tanındılar.[2] Bu, Kərbəla hadisəsindən sonra baş verən ilk şiə qiyamı idi.[3]

Təvabininin (tövbəkarların) sayının dörd min nəfər olduğunu deyiblər.[4] Süleyman ibn Surəd Xuzai, Rifaə ibn Şəddad Bəcəli, Müseyyib ibn Nəcbə, Abdullah ibn Səd ƏzdiAbdullah ibn Val Timi “Təvvabin”nin (tövbəkarların) başçılarından idilər. Rifaədən başqa digər dörd nəfər bu qiyamda şəhid oldular.[5]

İstinadlar

  1. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1421, c.8, s.148
  2. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1421, c.5, s.197
  3. Sübhani, Buhusun fil-miləli vən-nihəl, h.q 1428, c.7, s.246
  4. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1421, c.5, s.197
  5. Zəhəbi, Seyru ilamin-nübəla, h.q 1414, c.4, s.395

Ədəbiyyat

  • İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, Qahirə, h.q 1421\m.2001
  • Zəhəbi, Məhəmməd ibn Əhməd, Seyru ilamin-nübəla, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1414\m. 1994
  • Sübhani, Cəfər, Buhusun fil-miləli vən-nihəl, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1428

Xarici keçid