Qiblə əhli

wikishia saytından
Bu məqalə Qiblə əhli haqqındadır. Müsəlmanların təkfir edilməsi ilə tanış olmaq üçün "Qiblə əhlinin təkfir edilməsi" məqaləsinə baxın.

Qiblə əhli (ərəbcə: أهل القبلة) dedikdə Kəbəni qiblə hesab edən bütün müsəlmanlar nəzərdə tutulur. Bu termindən istifadə müsəlmanların təkfir edilməsinin qarşısını almaq üçündür. Qiblə əhlinin canı, malı və nüfuzu əksər şiə və sünni alimləri tərəfindən möhtərəm sayılır. Buna görə də onları təkfir etmək və əsirlərini öldürmək caiz deyil. Həmçinin onların ölüləri üçün namaz qılmaq vacibdir.

Tərif

Qiblə əhli İslam dininə mənsub olanlardır.[1] Buna görə də Kəbəni öz qibləsi hesab edən bütün İslam məzhəbləri qiblə əhlidir.[2] 14-cü əsrin şiə təfsirçisi Məhəmməd Cavad Muğniyənin fikrincə, qiblə əhli Quran əhli, şəhadətəyn (kəlmeyi-şəhadət) əhli, müsəlmanlarla bir mənadadır. Onlardan məqsəd o şəxslərdir ki, Allaha, Peyğəmbərə (s) və onun sünnəsinə iman gətirib qibləyə (Kəbə) namaz qılırlar.[3] Həmçinin Sünni Hənəfi məzhəbinin alimlərindən olan Molla Əli Qari qiblə əhlini dinin heç bir vacib şərtini inkar etməyənlər hesab edirdi. Buna görə də onun fikrincə, əhli-sünnə alimlərinin nəzərindən dünya və məhşərin qədim olması kimi dinin vaciblərindən birini inkar edən şəxs ömrü boyu ibadətlə məşğul olsa da qiblə əhli sayılmır.[4]

Fiqhi hökmlər

Qiblə əhlinin canı, malı və nüfuzu əksər şiə və sünni alimləri tərəfindən hörmətlə sayılır.[5] Həmçinin onları təkfir etmək[6] və əsirlərini öldürmək caiz deyil.[7] Habelə onların ölüləri üçün namaz qılmaq vacibdir.[8] Molla Əli Qarinin dediyinə əsasən, Əbu Hənifə və Məhəmməd ibn İdris Şafii qiblə əhlini təkfir etmirdilər.[9] Həmçinin o, sünni fəqihlərinin çoxunun qiblə əhlini təkfir etmədiyini demişdir.[10]

Lakin bəzi İslam cərəyanları başqa məzhəblərin ardıcıllarını təkfir edir və onların öldürülməsini caiz hesab edir.[11] Vəhhabiliyin banisi Məhəmməd ibn Əbdül-Vəhhab peyğəmbərləri, mələkləri, ilahi övliyaları şəfaətçi və Allaha yaxınlaşmaq üçün vəsilə hesab edənləri rübubiyyət tövhidinə etiraf etmiş olsalar da öldürməyi vacib bilir.[12]

Kəbəni qiblə saydıqları halda, dinin zəruri hökmünü inkar edən Nəvasib (İmamlara, xüsusilə həzrət Əliyə (ə) qarşı nalayiq sözləri rəva bilənlər), Xəvaric və müsəlmanlar haqqında küfr[13] və nəcasət[14] hökmü verilmişdir.

Fiqhdə istifadə edildiyi yer

Ölülərin hökmlərində[15]cihadın hökmlərində[16] qiblə əhli terminindən bəhs edilmişdir. Deyilənə görə, Cəməl müharibəsindən əvvəl müsəlmanlar qiblə əhli ilə döyüş qaydalarını bilmirdilər. Bu müharibədə onu İmam Əlidən (ə) öyrəndilər.[17]

İstinadlar

  1. Nəraqi, Rəsail və Məsail, h.q 1422, c.2, s.335
  2. Dəhxoda, Lüğətnamə, həmin kəlmə
  3. Muğniyyə, Təfsirul-Kaşif, h.q 1424, c.1, s.231
  4. Qari, Şərhu Kitabul-fiqhil-əkbər, h.q 1428, s.258
  5. Rüstəmi, Məmnuiyyəte təkfire əhli-qible əz neqahe fəqihan və mutəkəllimane təşəyyo və təsənnon
  6. Qari, Şərhu kitabil-fiqhil-əkbər, s.258, Təftəzani, Şərhul-məqasid, h.q 1409, c.5, s.228
  7. Muntəziri, h.q 1409, c.3, s.296
  8. Tusi, Təhzibul-Əhkam, h.q 1407, c.3, s. 328
  9. Qari, Şərhu kitabil-fiqhil-əkbər, h.q 1428, s.257
  10. Qari, Şərhu kitabil-fiqhil-əkbər, h.q 1428, s.257
  11. Rüstəmi, Məmnuiyyəte təkfire əhle qeble əz neqahe fəqihan və mutəkəllimane təşəyyö və təsənnön
  12. Muhəmməd ibn Əbdul-vəhhab, Kəşfuş-şubəhat, h.ü 1418, s.7
  13. Nəraqi, Rəsail və Məsail, h.q 1422, c.2, s. 336
  14. Muhəqqiq Kərəki, Cameul-məqasid, h.q 1414, c.1, s.164
  15. Tusi, Əl-istibsar, h.q 1390, c.1, s.468
  16. Mustədrəku-vəsailiş-şiə, c.11, s.55
  17. Cəmi əz muhəqqiqan, Cihad dər ayeneye rəvayat, h.q 11428, c.1, s.188

Ədəbiyyat

  • Təftazani, Sədud-din, Şərhul-məqasid, Təhqiq: Əbdur-Rəhman Umeyrə, Qum, Əş-Şərifur-Rəzi, h.q 1409
  • Cəmi əz muhəqqiqan dər pejuhejqah təhqiqate İslami, Cigad dər ayineye rəvayat, Qum, Enteşarate Zəmzəme hidayət, h.q 1428
  • «ممنوعییت تکفیر اهل قبله از نگاه فقیهان و متکلمان تشیع و تسنن» Rüstəmi, Əbasəli, Pejuheşqahe eteqadi kəlami, n.30, h.ş 1397
  • Rey, Molla Əli Sultan, Şərhu Kitabil-fiqhil-əkbər, Beyrut, Darul-kutubil-elmiyyə Mənşuratu Muhəmməd Əli Bəyzun, h.q 1428, m. 2007
  • Tusi, Muhəmməd ibn Həsən, Əl-İstibsar, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1390
  • Tusi, Muhəmməd ibn Həsən, Təhzibul-əhkam, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Kərəki, Əli-ibn Huseyn, Cameul-məqasid fi şərhil-qəvaid, Qum, Muəssisətu Alil-Beyt (ə), h.q 1414
  • Muhəmməd ibn Əbdul-vəhhab, Kəşfu-şubəhat, Ərəbistan, Vəzarətuş-şuunil-İslamiyyə..., h.q 1418
  • Muğniyyə, Muhəmməd Cəvad, Təfsirul-kəşşaf, Tehran, Drul-kutubil-İslamiyyə, h.q 1424
  • Muntəziri, Hüseynəli, Derəsatu fi vilayətil-fəqih və fiqhil-dulətil-İslamiyyə, Qum, Nəşr: Təfəkkür, h.q 1409
  • Nəraqi, Əhəmd ibn Muhəmməd, Rəsail və Məsail, Nəraqeyn Molla Mehdi və Molla Əhməd, h.q 1422