Məzmuna keç

Riddə müharibələri

wikishia saytından
(Riddə döyüşləri səhifəsindən yönləndirilmişdir)

Riddə müharibələri, (ərəbcə: حروب الردة) birinci xəlifə Əbu Bəkr ibn Əbi Quhafənin əmri ilə hicri 1112-ci illərdə onun tərəfindən mürtəd sayılan qruplara qarşı aparılan müharibələr idi. Bu müharibələr yalançı peyğəmbərlərin tərəfdarlarına və hökumətə zəkat ödəməkdən imtina edən şəxslərə və qəbilələrə qarşı baş verdi.

Peyğəmbərin (s) səhabələrindən olan Malik ibn Nuvəyrə kimi şəxslərin zəkat ödəmədiyinə görə birinci xəlifənin göndərdiyi sərkərdə Xalid ibn Vəlid tərəfindən öldürülməsi Əbu Qətadə ƏnsariÖmər ibn Xəttab kimi bəzi səhabələrin etirazına səbəb oldu. Bundan əlavə, Riddə müharibələrində baş verən hadisələr səhabələrin ədalətli olması nəzəriyyəsini rədd etmək üçün istifadə edilir. Çünki bu müharibələrdə tərəflər Peyğəmbərin (s) səhabələri idi və bəzi səhabələrin digərlərini öldürməsi və bu hadisələrdə baş verən digər olaylar onların ədaləti ilə uyğun gəlmir.

Adlandırma və mövqeyi

Riddə müharibələri, birinci xəlifənin mürtəd hesab etdiyi qruplara qarşı verdiyi əmrlə həyata keçən müharibələr toplusuna işarə edir.[1] Buna görə də bu müharibələr “Riddə” və ya “Mürtədlik” müharibələri adlandırılmışdır. “Riddə” sözü lüğətdə dindən dönmə[2]kafir olma mənasını verir.[3]

Dördüncü hicri əsrinin tarixçisi Müqəddəsinin dediyinə görə, müsəlmanlar arasında imamət məsələsindən sonra ilk böyük fikir ayrılığı Riddə müharibələrində ortaya çıxdı. Əbu Bəkr Riddə əhli ilə müharibə aparmağın vacib olduğuna inanırdı, lakin müsəlmanlar onunla razılaşmırdılar.[4] Şiə tədqiqatçıları Riddə müharibələrində baş verən bəzi hadisələrə, məsələn, Xalid ibn Vəlidin Malik ibn Nuveyrəni öldürməsi və onun həyat yoldaşı ilə yaxınlıq etməsinə əsaslanaraq, sünni məzhəbinin səhabələrin ədalətli olması fikrini tənqid edirlər. Onların fikrincə, bu nəzəriyyə bəzi səhabələrin xoşagəlməz davranışlarını əsaslandırmaq üçün ortaya atılmışdır.[5]

Riddə müharibələri hicri 11-ci ildə, Peyğəmbər (s) vəfat etdikdən sonra Əbu Bəkrin o Həzrətin xələfi seçilməsi ilə başladı[6]hicri 12-ci ilə qədər davam etdi.[7] Bu müharibələr Mədinədən Yəmən, Bəhreyn və Yəmaməyə qədər İslam torpaqlarının müxtəlif bölgələrində baş verdi.[8] Rəsul Cəfərianın dediyinə görə, Peyğəmbər (s) vəfat etdikdənSəqifə hadisəsindən sonra müsəlmanların əsas problemi “mürtədlik hərəkatı” kimi tanınan hadisə idi.[9]

Hadisənin yaranma kontekstləri və iştirakçı tərəflər

Müseylimə Kəzzab və Tüləyhə ibn Xüveylid Əsədi kimi şəxslərin yalançı peyğəmbərlik iddiası, bəzi müsəlman qəbilələrinin Əbu Bəkrə beyət etməməsi və hökumətə zəkat verməkdən imtina etməsi Riddə döyüşlərinin başlanmasına səbəb oldu.[10]

2 və 3-cü hicri əsrinin tarixçilərindən olan Vaqidinin dediyinə görə, Peyğəmbər (s) vəfat etdikdən sonra Əbu Bəkr, Peyğəmbərin (s)  canişini seçildikdən sonra müxtəlif qəbilələr mürtəd oldular. Bu qəbilələrdən biri də Bəni Əsəd qəbiləsi idi. Sözügedən qəbilənin rəhbəri Tüləyhə ibn Xüveylid Əsədi idi ki, peyğəmbərlik iddiası etdi. Eyni zamanda, Müseylimə Kəzzabı peyğəmbər kimi qəbul edən Bəni Hənifə qəbiləsi və başçısı Əşəs ibn Qeys olan Kində qəbiləsi də mürtəd oldular.[11]

Zəkat verməkdən imtina edənlərin müxtəlif səbəbləri var idi: Bəziləri İslama yeni girmişdilər və onlar üçün zəkat vermək ağır və əsassız görünürdü.[12] Digərləri isə zəkat verməyə hazır idilər, lakin onu Əbu Bəkrin hakimiyyətinə verməkdən boyun qaçırırdılar.[13] Çünki onlar Əbu Bəkrin xilafətini qəbul etmir və Peyğəmbər (s) Əhli-Beytinin hakimiyyətini istəyirdilər.[14] Tarixçi Rəsul Cəfərianın bildirdiyinə görə, Malik ibn Nüveyrə və onun qəbiləsi bu qrupdan idi.[15] Həmçinin Haris ibn Muaviyənin də xilafətin Əhli-Beytə məxsus olduğunu düşündüyü üçün birinci xəlifənin nümayəndəsini qəbiləsindən qovduğu qeyd olunur.[16]

Əbu Bəkr Riddə döyüşlərində vuruşmaq üçün Xalid ibn Vəlid, İkrimə ibn Əbu CəhlXalid ibn Səid ibn As kimi sərkərdələri göndərdi.[17] Xalid ibn Vəlid isə Peyğəmbərin (s) səhabələrindən olan Malik ibn Nüveyrəni zəkat vermədiyi üçün öldürdü.[18]

Reaksiyalar

Riddə döyüşlərinə müxtəlif reaksiyalar qeydə alınıb. Tarixçilərin nəql etdiyinə görə, bəzi səhabələr, tövhidəİslam peyğəmbərinin (s) peyğəmbərliyinə inanan insanlarla döyüşməyin Peyğəmbərin (s) əmrinə zidd olduğunu hesab edərək etiraz edirdilər.[19] Buna görə də birinci xəlifəyə təklif etdilər ki, iman qəlblərinə tam yerləşənə qədər onları sərbəst buraxsın. Bundan sonra onlardan zəkat alsın.[20] Lakin Əbu Bəkr namaz qılan, lakin zəkat verməyənlərlə namazı inkar edənlər arasında fərq qoymurdu və hər ikisini mürtəd və onlarla döyüşməyə layiq hesab edirdi.[21]

Alman islamşünası Vilfred Madilunqun sözlərinə görə, Əbu Bəkr zəkat mövzusunda hər hansı bir güzəşti rədd edir və onu qəbilələrin İslama sədaqətinin meyarı kimi qəbul edirdi. Onun fikrincə, zəkat verməyənlər mürtəd sayılmalı və dindən dönənlər və ya dini heç vaxt qəbul etməyənlər kimi onlarla döyüşülməli idi.[22]

Xalid ibn Vəlidin Malik ibn Nüvəyrə və qəbiləsini öldürməsi Əbu Qətadə Ənsari və Peyğəmbərin (s) digər bəzi səhabələrinin etirazına səbəb oldu.[23] Ömər ibn Xəttab Malik ibn Nüvəyrənin öldürülməsinə görə Xalid ibn Vəlidin qisas olunmasını, həmçinin onun arvadı ilə cinsi əlaqədə olduğuna görə isə Xalidin daşqalaq edilməsini tələb edirdi. Bununla belə, Əbu Bəkr Xalidin hərəkətlərini müdafiə edirdi.[24]

Nəticələr

Qeyd edilir ki, Riddə hadisəsinin Əbu Bəkr üçün iki siyasi və hərbi nəticəsi olmuşdur: Siyasi nəticəsi onun hakimiyyətindəki böhranın azalması, hərbi nəticəsi isə indiyə qədər Hicaz bölgəsində bu qədər geniş miqyasda baş verməyən döyüş təcrübəsinin əldə olunması idi.[25]

Kəlami nəticələr

Kəlam mövzularında isə Riddə döyüşləri səhabələrin ədalət nəzəriyyəsinə etiraz üçün bir dəlil kimi istifadə olunur. Çünki riddə döyüşlərinin hər iki tərəfi səhabələrdən ibarət idi. Bəzi səhabələrin mürtəd olması, həmçinin Xalid ibn Vəlidin Malik ibn Nüvəyrəni öldürməsi və onun arvadı ilə cinsi əlaqədə olması səhabələrin ədalət nəzəriyyəsi ilə uyğun hesab edilmir.[26]

Biblioqrafiya

Tarixşünaslıq mənbələrində Riddə müharibələrinə toxunulmuşdur. Bu mövzuda yazılmış ən qədim müstəqil əsərlər (hicri 2 və 3-cü əsrlərə aid) aşağıdakılardır:

  • “Ər-Riddə” kitabı, Əbu Mixnəfin (h.q. 157-ci ildə vəfat edib) əsəridir.
  • “Əl-Məbəs vəl-Məğazi vəl-Vəfat vəs-Səqifə vər-Riddə” kitabı, Əban ibn Osman Əhmərinin əsəridir.
  • “Ər-Riddə” kitabı, Seyf ibn Ömər Əsədinin (h.q. 170-dən sonra vəfat edib) əsəridir.
  • “Ər-Riddə” kitabı, Abdullah ibn Vəhəb Fəhri Qürəşinin (h.q. 197-ci ildə vəfat edib) əsəridir.
  • “Ər-Riddə” kitabı, Hişam ibn Məhəmməd Kəlbinin (h.q. 204-cü ildə vəfat edib) əsəridir.
  • “Ər-Riddə” kitabı, İshaq ibn Bişr Buxarinin (h.q. 206-cı ildə vəfat edib) əsəridir.
  • “Ər-Riddə” kitabı, Məhəmməd ibn Ömər Vaqidinin (h.q. 207-ci ildə vəfat edib) əsəridir.
  • “Ər-Riddə” kitabı, Əbul-Həsən Əli ibn Məhəmməd Mədaininin (h.q. 215-ci ildə vəfat edib) əsəridir.
  • “Ər-Riddə” kitabı, İsmayıl ibn İsa Əttarın (h.q. 232-ci ildə vəfat edib) əsəridir.
  • “Ər-Riddə” kitabı,Vəsimə ibn Musa Farsinin (h.q. 237-ci ildə vəfat edib) əsəridir.[27]

Bu kitablar hazırda mövcud deyil və yalnız onların bəzi hissələri sonrakı dövrlərdə yazılmış əsərlərdə (məsələn, “Təbərinin Tarixi”, “Yaqubinin Tarixi”, “İbn Hişamın Sirəsi”, Bəlazərinin “Ənsabul-Əşraf”) nəql olunmuşdur.[28]

Bundan əlavə, "Riddə müharibələri və Peyğəmbərin (s) canişinliyi böhranı" adlı kitab, bu mövzuda Əli Qulami Dehqi tərəfindən yazılmış digər kitablardandır ki, 1381-ci hicri şəmsi ilində nəşr olunmuşdur. Bu kitab, şiəsünni mənbələrini araşdıraraq belə bir nəticəyə gəlmişdir ki, Mədinədə Əbu Bəkrin xilafətinə qarşı çıxan üsyançıların bir qismi həqiqətən mürtəd olmuş, lakin onların böyük bir hissəsi iqtisadi və siyasi səbəblərə görə üsyan etmişdir. Buna baxmayaraq, İslamı və onun hökmlərini qəbul edirdilər. Əbu Bəkr isə bu qrupların hamısını irtidad (dindən dönmək) ittihamı ilə yatırmışdır. Bu kitab, İmam Xomeyni (r.ə) Tədris və Tədqiqat İnstitutu tərəfindən nəşr olunmuşdur.[29]

İstinadlar

  1. Müqəddəsi, Əl-Bəda vət-tarix, c.5, s.152
  2. Fərahidi, Kitabul-eyn, h.q 1410, c.8, s.7
  3. Rağib İsfahani, Əl-Müfrədatu fi ğəribil-Quran, h.q 1412, s.349
  4. Müqəddəsi, Əl-Bəda vət-tarix, c.5, s.123
  5. Nikzad, Ədaləte səhabə dər tərazuye nəqd, s.42-44
  6. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.242
  7. İbn Kəsir Dəməşqi, Əl-Bidayətu vən-nəhayə, h.q 1407, c.6, s.342
  8. Vaqidi, Ər-Riddə, h.q 1410, s.49
  9. Cəfəriyan, Tarixe xüləfa, h.ş 1380, c.2, s.28
  10. Paketçi, Pejuheşi dər ketabşenasi cənghaye riddə, s.261-262
  11. Vaqidi, Ər-Riddə, h.q 1410, s.49-50
  12. Cəfəriyan, Tarixe xüləfa, h.ş 1380, c.2, s.28
  13. İbn Kəsir Dəməşqi, Əl-Bidayətu vən-nəhayə, h.q 1407, c.6, s.311
  14. Cəfəriyan, Tarixe xüləfa, h.ş 1380, c.2, s.32
  15. Cəfəriyan, Tarixe xüləfa, h.ş 1380, c.2, s.32
  16. İbn Əsəm Kufi, Əl-Futuh, h.q 1411, c.1, s.48
  17. Miskəvəyh Razi, Təcaribul-uməm, h.ş 1379, c.1, s.280
  18. Vaqidi, Ər-Riddə, h.q 1410, s.107
  19. Müqəddəsi, Əl-Bəda vət-tarix, c.5, s.153
  20. Müqəddəsi, Əl-Bəda vət-tarix, c.6, s.311
  21. Vaqidi, Ər-Riddə, h.q 1410, s.51
  22. Madelung, Canişiniye Həzrət Muhəmməd (s), h.ş 1377, s.72
  23. İbn İmad Hənbəli, Şəzəratuz-zəhəb, h.q 1406, c.1, s.135-136
  24. İbn İmad Hənbəli, Şəzəratuz-zəhəb, h.q 1406, c.1, s.136
  25. Ğulami Dəhqi, Cənghaye irtidad və bohrane canişini pəz əz Peyambər (s), s.36
  26. Nikzad, Ədaləte səhabə dər tərazuye nəqd, s.42
  27. Paketçi, Pejuheşi dər ketabşenasi cənghaye riddə, s.267-270
  28. Paketçi, Pejuheşi dər ketabşenasi cənghaye riddə, s.267-270
  29. https://ketab.ir/book/a15dfc37-74c6-419c-a2fc-c4e2d30edc38, ketab.ir saytı

Ədəbiyyat

  • İbn Əsəm Kufi, Əhməd ibn Əsəm, Əl-Futuh, Təhqiq: Əli Şiri, Beyrut, Darul-əzva, h.q 1411
  • İbn Kəsir Dəməşqi, İsmail ibn Ömər, Əl-Bidayətu vən-nəhayə, Beyrut, Darul-fikr, h.q 1407
  • İbn İmad Hənbəli, Əbdül-Həyy ibn Əhməd, Şəzəratuz-zəhəb, Dəməşq, Daru ibn Kəsir, h.q 1406
  • Paketçi, Əhməd, Pejuheşi dər ketabşenasi cənghaye riddə, h.ş 1378
  • Cəfəriyan, Rəsul, Tarixe xüləfa, Qum, Dəlil, h.ş 1380
  • Rağib İsfahani, Hüseyn ibn Məhəmməd, Əl-Müfrədatu fi ğəribil-Quran, Beyrut, Darul-qələm, 1-ci çap, h.q 1412
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, Darut-turas, 2-ci çap, h.q 1387
  • Ğulami Dəhqi, Əli, Cənghaye irtidad və bohrane canişini pəz əz Peyambər (s), h.ş 1380
  • Fərahidi, Xəlil ibn Əhməd, Kitabul-eyn, Təhqiq: Mehdi Məxzumi, Qum, Hicrət, 2-ci çap, h.q 1410
  • Madelung, Wilferd, Canişiniye Həzrət Muhəmməd (s), Farsca tərcümə: Əhməd Numayi, Cavad Qasimi və s., Məşhəd, h.ş 1377
  • Miskəvəyh Razi, Əbu Əli, Təcaribul-uməm, Təhqiq: Əbul-Qasim İmami, Tehran, Suruş, 2-ci çap, h.ş 1379
  • Müqəddəsi, Mütəhhər ibn Tahir, Əl-Bəda vət-tarix
  • Nikzad, Abbas, Ədaləte səhabə dər tərazuye nəqd, h.ş 1383
  • Vaqidi, Məhəmməd ibn Ömər, Ər-Riddə, Beyrut, 1-ci çap, h.q 1410

Xarici keçidlər