Sünnilərin müqəddəslərinə hörmətsizlik etməyin haram olmasına dair verilən fətva

wikishia saytından

Sünnilərin müqəddəslərinə hörmətsizlik etməyin haram olmasına dair fətva (ərəbcə: فتوى تحريم الإساءة لمقدسات أهل السنة), Ali Məqamlı Rəhbər Ayətullah Xameneinin sünnilərin simvollarına və İslam Peyğəmbərinin (s) xanımlarına hörmətsizlik etməyin haram olmasına dair verdiyi fətvadır. Bu fətva, küveytli şiə din xadimi Yasir Əl-Həbibin Peyğəmbərin (s) xanımı Aişəni təhqir etməsinə reaksiya və bir qrup Səudiyyə şiə alimlərinin sualına cavab olaraq verilib.

Sünnilərin müqəddəslərini təhqir etməyin haram olmasına dair verilən fətva ərəb medialarında çoxlu əks-səda doğurdu. Həmçinin bəzi şiə və sünni din xadimləri onun müsəlmanların vəhdətinə nail olmaq üçün verildiyini düşündülər.

Fətvanın verilməsinin zəminləri

Sünnilərin müqəddəslərini təhqir etməyin haram olmasına dair verilən fətva Küveytdən olan şiə din xadimi Yasir əl-Həbibin Peyğəmbərin (s) xanımı Aişəni təhqir etməsindən sonra verilib. Həbib bir neçə dəfə sünnilər arasında xüsusi mövqeyə malik olan Aişə və Ömər ibn Xəttabın əleyhinə danışmışdı.[1]

2010-cu ildə o, İslam Peyğəmbərinin (s) həyat yoldaşı Aişənin vəfatının ildönümü ilə əlaqədar Londonda şənlik məclisi təşkil edib və onun ünvanına təhqiramiz ifadələr işlətdi..[2] Bu şənlik Yasir Əl-Həbibin "Fədək" adlı peyk kanalında yayımlandı.[3] O, ikinci xəlifənin vəfatının ildönümündə də şənlik məclisi keçirdi. Bu şənlikdə həmçinin onun peyk kanalında yayımlandı.[4]

Əl-Həbibin sözlərinin yayılması sünnilərin qəzəblənməsi və etiraz etmələri ilə nəticələndi. Həmçinin İslam dünyasında, xüsusilə də sünni ölkələrində reaksiyalara səbəb oldu. Habelə Küveyt və Səudiyyə Ərəbistanı şiələri üçün bir çox problemlər yaratdı.[5]

Səudiyyə Ərəbistanının müftisi Əbdüləziz Aluş-Şeyx, Əl-Həbibin sözlərinə cavab olaraq ərəb və İslam ölkələrində şiəliyin yayılmasının dayandırıldığını iddia etdi. O, həmçinin bildirdi ki, Əl-Həbibin sözləri şiələrin iç üzünün ortaya çıxması üçün Allahın bir hədiyyəsi idi.[6]

Bu hadisələrdən sonra Səudiyyə Ərəbistanının şiə alimləri Ali Məqamlı Rəhbər Ayətullah Seyyid Əli Xameneidən "Aişənin açıq-aşkar təhqir edilməsi və onun ünvanına alçaldıcı söz və təhqirlərin işlədilməsi" ilə bağlı öz fiqhi fikrini bildirməsini istəyiblər.[7]

Fətvanın mətni

Həzrət Ayətullah Xamenei 30 sentyabr 2010-cu ildə Səudiyyə Ərəbistanının Əhsa bölgəsinin şiə alimlərinin Peyğəmbərin (s) həyat yoldaşı Aişənin təhqir olunması ilə bağlı sualına cavab olaraq fətva verib: "Sünni qardaşların simvollarını təhqir etmək, o cümlədən İslam Peyğəmbərinin (s) həyat yoldaşı Aişəni ittiham etmək haramdır. Bu mövzu, bütün peyğəmbərlərin zövcələrinə və xüsusilə böyük peyğəmbər həzrət Məhəmməd Peyğəmbərin (s) həyat yoldaşlarına şamil olur".[8]

Yansımalar və reaksiyalar

Sünnilərin müqəddəslərinin təhqir edilməsin haram olmasına aid fətva mediada və ərəb ölkələrində əks-sədalar və reaksiyalarla müşayiət olundu. Məsələn, Küveytdə nəşr olunan "Əl-Ənbə" və "Ər-Rəyul-Am" qəzetləri, "Mühit" internet saytı, Livanda "Əs-Səfir" və "Əl-İntaqad" qəzetləri, Səudiyyə Ərəbistanın "Əl-Vətən" və "Əkkaz" qəzetləri, Londonda nəşr olunan "Əl-Həyat" qəzeti, Misirin "Əl-Şuruq" qəzeti, bu ölkənin radio-televiziya saytı və bəzi ərəb peyk kanalları bu barədə məlumat yaydılar.[9]

"Əl-Cəzirə" şəbəkəsi "Mavəraul-xəbər" proqramında mütəxəssislərin iştirakı ilə bu fətvanı və onun müxtəlif İslam dinlərinin ardıcılları arasında birlik və yaxınlıqdakı rolunu araşdırdı.[10]

Ərəb ölkələrinin müxtəlif şəxsiyyətləri də sünnilərin müqəddəslərinin təhqir edilməsinin haram olmasına aid fətvaya reaksiya veriblər. O cümlədən, Əl-Əzhər Universitetinin şeyxi Əhməd Əl-Tayyib verdiyi açıqlamada bu fətvanın təfriqələrin qarşısını almaq və fitnə qapılarını bağlamaq üçün doğru zamanda verildiyini açıqlayıb. Həmçinin bu fətva müsəlmanlar arasında vəhdət üçün maraq və şövqü ifadə edir.[11] Livanın məzhəb xadimləri də bu fətvanı dəstəkləməklə bərabər, o fətvanı düşmənlərin hiylələrini və məkrli planlarını zərərsizləşdirmək üçün olduğunu hesab edirdilər.[12] Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah bu fətvanı İslam ümmətinin birliyini pozmaq niyyətində olanların yolunu bağlamağa səbəb hesab etmişdir.[13]

London İslam Mərkəzində keçirilən 4-cü məzhəbləri bir-birinə yaxınlaşdırmaq üçün olan konfrans da yekun bəyanatında Ayətullah Xameneinin fətvasını dəstəklədi.[14]

İran İslam Şurasındakı bəzi sünni nümayəndələri öz bəyanatlarında bu fətvanı ölkə sünniləri üçün qürur və təşviq mənbəyi hesab etdilər.[15] Gülistan əyalətinin sünni alimləri də ayrı-ayrı bəyanatlar verməklə Ayətullah Xameneinin fətva verməsinin onbun təfəkkürü və əməlinə uyğun fətva olduğunu bildiriblər. Bu da düşmənlərin əlindən fitnə salmaq icazəsini alır.[16]

İstinadlar

  1. یاسر الحبیب؛ آخوند لندن‌نشین/ دیروز در شبکه «فدک»، امروز در «صوت العترة»‌ Təsnim saytı
  2. «روایت‌های جعلی شبکه‌های سلام، فدک و اهل‌بیت از شیعه»Məşriq nyuz saytı
  3. «روایت‌های جعلی شبکه‌های سلام، فدک و اهل‌بیت از شیعه»Məşriq nyuz saytı
  4. یاسر الحبیب؛ آخوند لندن‌نشین/ دیروز در شبکه «فدک»، امروز در «صوت العترة»‌Təsnim saytı.
  5. «فتوایی که فتنه تفرقه بین مسلمین را خنثی کرد»Xəbərqozari fars
  6. «روایت‌های جعلی شبکه‌های سلام، فدک و اهل‌بیت از شیعه»Məşriq nyuz saytı.
  7. «استقبال گسترده از فتوای مقام معظم رهبری درباره همسران پیامبر(ص)»، خبرآنلاین؛ «استقبال جهان اسلام از استفتای جدید آیت‌الله خامنه‌ای»، روزنامه رسالت، ۱۱ مهر ۱۳۸۹ش، ص۳. Risalət jurnalı, h.ş 1389 Mehr 1, s.3
  8. «استقبال جهان اسلام از استفتای جدید آیت‌الله خامنه‌ای»، روزنامه رسالت، ۱۱ مهر ۱۳۸۹ش، ص۳. Risalət jurnalı, h.ş 1389 Mehr 11, s.3
  9. «وحدت اسلامی در دیدگاه رهبر انقلاب و تاثیرات جهانی آن»Məşriq saytı
  10. «وحدت اسلامی در دیدگاه رهبر انقلاب و تاثیرات جهانی آن»Məşriq saytı
  11. «استقبال شیخ الازهر از فتوای رهبر انقلاب»Xəbər onlayn saytı
  12. «گروه‌های مذهبی لبنان از فتوای مهم رهبر انقلاب حمایت کردند»Xəbərqozariye Mehr
  13. «تاکید سید حسن نصرالله بر ضرورت حفظ وحدت مسلمانان»İsna saytı.
  14. «حمایت از فتوای رهبری درباره حرام بودن توهین به اهل سنت در کنفرانس تقریب لندن»Xəbər onlayn saytı.
  15. «تقدیر نماینده خاش از فتوای رهبری درباره حرمت نمادهای اهل سنت»Xəbər onlayn saytı.
  16. «علمای اهل سنت استان گلستان: شیعه و سنی هر نوع توطئه دشمنان اسلام را خنثی می‌کنند مقام معظم رهبری منادی وحدت جهان اسلام است»İsna saytı

Ədəbiyyat