Səccad (ləqəb)

wikishia saytından
(Səccad səhifəsindən yönləndirilmişdir)
Bu məqalə Səccad ləqəbi barəsindədir. Şiələin 4-cü imamı haqda məlumat almaq üçün İmam Səccad (ə) adlı məqaləyə baxın.
[1]Məhəmməd Əl-Məşrvafinin dəsti xətti ilə Səccad sözü

Səccad (ərəbcə: السجاد) ləqəbi İmam Zeynəlabidinin (ə) ən məşhur ləqəblərindən biri,[2] çox səcdə edən mənasındadır.[3] Şiələrin dördüncü imamını çox ibadət etdiyi və Allaha qarşı hədsiz məhəbbətli olduğu və çox səcdə etdiyi üçün “səccad” adlandırırlar.[4]

İləluş-şəraye kitabında imam Məhəmməd Baqirdən (ə) nəql edilən hədisə əsasən, imam Səccad (ə) bu hallarda səcdə edirdi: Allahın nemətlərindən birini xatırlayarkən, Quranın səcdə ayəsi olan ayələrindən biri oxuyan zaman, Allah ondan bir pisliyi uzaqlaşdıran vaxtda, Allah hiyləgərin hiyləsini ondan uzaqlaşdırarkən, namazdan sonra, iki nəfər küsülünü barışdıran zaman. Bədəninin bütün səcdə üzvlərində səcdənin əlaməti var idi və buna görə də “səccad” (çox səcdə edən) adlandırıldı.[5] H.q 4-cü əsrin şiə məzhəbindən olan İbn Həmmad adlı şair imam Səccadın (ə) ibadəti və səcdələri haqqında aşağıdakı şeiri qoşmuşdur:

Əhli beytin (ə) zahid və təqvalısı idi. Onu gözəl ibadəti üçün səccad adlandırdılar. Gündüzlərin hamısını oruc halda istiğfar etməklə, gecələri isə Allaha ibadət etməklə keçirirdi. Kim elmdə və öz əhdinə vəfalı olmaqda onun kimidir ? İbadət və duada ona bənzəyən birini harada tapmaq olar ?[6]

Əlaqəli məqalə

İstinadlar

  1. یا سجاد, Məhəmməd Əl-Məşrvafinin pinterst səhifəsi
  2. Qərəşi, Həyatul-imami Zeynul-Abidin (ə), h.q 1413, c.1, s.40
  3. Xonci, Vəsilətul-xadim, h.ş 1375, s.182
  4. Qərəşi, Həyatul-imami Zeynul-Abidin (ə), h.q 1413, c.1, s.38-40
  5. Səduq, İləluş-şəraye, h.q 1385, c.1, s.233
  6. İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.4, s.152

Ədəbiyyat

  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Əl-Mənaqib, Qum, Əllamə nəşri, h.q 1379
  • Xonci, Fəzlullah Ruzbəhan, Vəsilətul-xadim, Qum, Ənsariyyan nəşri, h.ş 1375
  • Səduq, Məhəmməd ibn Əli, İləluş-şəraye, Nəcəf, əl-Məktəbətul-Heydəriyyə, h.q 1385
  • Qərəşi, baqir Şərif, Həyatul-İmam Zeynul-Abidin (ə), Beyrut, h.q 1409
  • یا سجاد, Məhəmməd Əl-Məşrvafinin pinterst səhifəsi