Səfər ongünlüyü

wikishia saytından
(Səfər ayının ongünlüyü səhifəsindən yönləndirilmişdir)
Kərbəlada şiələrin Ərbəin günündə (Səfər ayının ilk günündə) əzadarlığı

Səfər ongünlüyü (ərəbcə: عشرة صفر) və ya səfər ayının son on günü (ərəbcə: العشرة الأخيرة من صفر), səfər ayının 20-ci günündən sonuna qədər olan günlərdir. Kərbəla şəhidlərinin Ərbəini, İslam Peyğəmbərinin (s) rehlətinin ildönümü, İmam Həsən (ə)İmam Rzanın (ə) şəhadət günlərinin ildönümü bu ongünlükdə baş verib. Bu ongünlükdə şiələr əzadarlıq edirlər.

Səfər ayının 20-si İmam Hüseyn (ə) və Kərbəla hadisəsinin digər şəhidlərinin şəhadətinin 40-cı gününə təsadüf edir.[1] Həmçinin səfər ayının 28-ci günü, Peyğəmbərin (s) rehlətinin[2] və İmam Həsənin (ə) şəhadətinin[3] ildönümüdür. Habelə səfər ayının sonuncu günü İmam Rzanın (ə) şəhadətinin ildönümüdür.[4]

Səfər ongünlüyünün birinci günü (səfərin 20-ci günü) Ərbəin kimi tanınır.[5] Şiə rəvayətlərində bu gündə Ərbəin ziyarəti tövsiyə edilir.[6] Bu münasibətlə Ərbəin yürüşü keçirilir və müxtəlif bölgələrdən olan şiələr Ərbəin günü İmam Hüseyni (ə) ziyarət etmək üçün Kərbəlaya gedirlər.[7]

İranda Məhərrəm ayının ongünlüyü kimi səfər ayının son ongünlüyündə də əzadarlıq mərasimi keçirilir.


Əlaqədar məqalələr

İstinadlar

  1. Mühəddisi, Fərhənge Aşura, h.ş 1376, s.45
  2. Qumi, Muntəhul-amal, h.ş 1379, c.1, s.249
  3. Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.403
  4. Təbərsi, İlamul-vəra, h.q 1417, s.41
  5. Məzahiri, Fərhənge suge şii, h.ş 1395, s.99
  6. Tusi, Təhzibul-əhkam, h.q 1407, c.6, s.52
  7. Məzahiri, Fərhənge suge şii, h.ş 1395, s.99

Ədəbiyyat

  • Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Qum, h.q 1417
  • Qumi, Şeyx Abbas, Muntəhul-amal, Qum, h.ş 1379
  • Mühəddisi, Cavad, Fərhənge Aşura, Qum, Məruf nəşri, h.ş 1376
  • Məzahiri, Fərhənge suge şii, Tehran, Xeymə nəşri, h.ş 1395
  • Tusi, Təhzibul-əhkam, h.q 1407
  • Mühəddisi, Fərhənge Aşura, h.ş 1376