Seyyid Həsəninin qiyamı

wikishia saytından

Seyyid Həsəninin qiyamı (ərəbcə: قيام السيد الحسني) İmam Mehdinin (ə.f) zühur əlamətlərindən biridir. Rəvayətlərə görə Seyyid Həsəni bir cavandır ki, Deyləmdən qiyam edib fəryad çəkər ki, İmam Mehdinin (ə.f) dəvətini qəbul edin. Taleqandan olan insanlar ona kömək edərlər. Seyyid Həsəninin qiyamı İmam Mehdinin (ə.f) zühuruna yaxın vaxtda baş verər. O, Kufədə və ya onun yaxınlığında İmam Mehdiyə (ə.f) beyət edər.

Başqa bir rəvayətə görə, o, Məkkədə qiyam edir və oradakı insanlar tərəfindən öldürülür. Bəziləri bu rəvayətə istinad edərək ehtimal veriblər ki, Seyyid Həsəni həmin Nəfsi Zəkiyyədir. Onun Məkkədə qətlə yetirilməsi zühurun qəti əlamətlərindən hesab olunmuşdur. Bəziləri bu rəvayətin doğruluğuna şübhə ilə yanaşırlar.

Zühurun əlaməti

Bəzi rəvayətlərdə Seyyid Həsəni adlı bir şəxsin qiyamı zühurun əlamətlərindən biri kimi qeyd edilir.[1] O cümlədən bir hissəsi zühurun əlamətləri haqqında olan "Əl-Bəyan" xütbəsində Seyyid Həsənidən, onun qiyamından və İmam Mehdi (ə.f) ilə rəftarından bəhs edilir.[2] Şiə tədqiqatçısı Nəcməddin Təbəsiyə görə yeddi və ya səkkiz hədis Seyyid Həsəni mövzusuna toxunmuşdur.[3] Onların cəmindən belə nəticə alınır ki, Həsəninin qiyamı zühurun əlamətlərindəndir.[4] Onun fikrincə, bu hədislər istifazə (birdən çox ravisi olan, amma mütəvatir həddinə çatmayan hədis) həddindədirlər. Onlardan bəzilərinin təfərrüatlarında bir-birləri ilə fərqlilikləri olsa da, Məsum tərəfindən nəql olunduğuna yəqin hasil olmuşdur.[5]

Qazi Nurullah Şuştərinin "İhqaqul-Həqq" kitabında nəql etdiyi rəvayətə görə, Seyyid Həsəni İmam Həsən Müctəbanın (ə) övladlarındandır.[6] O, İmam Mehdi (ə) zühur etdikdə qiyam edib və ordusu ilə birlikdə o həzrətə beyət edər.[7]

Qiyamın necəliyi

Nəcməddin Təbəsinin dediyinə görə, Seyyid Həsəninin qiyamının təfərrüatları ilə bağlı rəvayətlər müxtəlifdir.[8] Onlardan bəzilərinə görə, onun qiyamı Deyləmdə başlayar. O, Kufə və ya onun ətrafında İmam Mehdiyə (ə.f) beyət edər.[9] Başqa bir rəvayətlərə görə isə o, Məkkədə öldürülər.[10]

İmam Sadiqə (ə) nisbət verilən hədisə görə, Seyyid Həsəni xoş üzlü bir cavandır ki, Deyləmdən qiyam edib fəryad çəkər: Ey ali Əhməd, qeybə çəkilməsinə üzüldüyünüz şəxsin dəvətinə cavab verin. Polad kimi möhkəm imanı olan Taleqanlı kişilər zalımları öldürüb Kufəyə daxil olarlar. Bu zaman yer üzündəki bölgələrin çoxu dinsizlərdən təmizləyiblər. Onlar Kufəni özlərinə iqamətgah edirlər. İmam Mehdinin (ə.f) zühur xəbəri Seyyid Həsəniyə və səhabələrinə çatdıqda, o həzrətdən əlamətlər istəyər və İmam Mehdinin (ə.f) fəzilətlərini gördükdən sonra o və ordusu onunla beyət edərlər. Onların 40.000 nəfəri istisna olmaqla ki, yanlarında Qurani-Kərim var. Həmçinin Zeydiyyə adı ilə tanınır və beyət etməkdən imtina edirlər.[11]

Başqa bir rəvayətə görə, o, İmam Mehdinin (ə.f) zühuru ərəfəsində Məkkədə qiyam edər. Oradakı insanlar tərəfindən öldürülər və başı Şamlının yanına göndərilər. Əlbəttə, bu rəvayətdə Seyyid Həsəninin qiyam etməsi həzrət Mehdinin (ə.f) zühurunun əlamətlərindən deyil, Fərəcin nişanələrindən hesab olunur.

Həmçinin orada Abbasın övladları arasındakı ixtilaflardan və onların hakimiyyətinin zəifləməsindən bəhs edilir. Bu hədisin səhihliyində həm sənəd, həm də məzmun baxımından şübhə edilmişdir.[12]

Seyyid Həsəni, Nəfsi Zəkiyyədirmi?

"Əl-Kafi" kitabını şərh edən Molla Saleh Mazandarani zühur əlamətlərinə dair bir hədisi izah edərkən Seyyid Həsəninin Nəfsi Zəkiyyə ilə eyni şəxs olduğunu ehtimal vermişdir.[13] Bunun dəlili İmam Mehdinin (ə.f) zühuru ərəfəsində Seyyid Həsəninin Məkkə əhalisi tərəfindən öldürülməsi və başının Süfyaninin yanına göndərilməsi barədə xəbər verən rəvayətdir.[14] Nəfsi Zəkiyyə İmam Hüseynin (ə) nəslindəndir[15] ki, Məkkə yaxınlığında Məscidül-Həramda rükn ilə İbrahim məqamı arasında öldürülər.[16] Həmçinin onun öldürülməsi İmam Mehdinin (ə.f) zühurunun qəti əlamətlərindən biri hesab edilmişdir.[17]

Əlaqəli məqalələr

İstinadlar

  1. Məclisi, Biharul-ənvar, h.q 1403, c.53, s.16; Kuleyni, Əl-kafi, h.q 1407, c.8, s.225, h.285; Numani, Əl-ğeybə, h.q 1397, s.270
  2. Təbəsi, "Seyyid Həsəni dər Xutbətul-bəyan əz sənəd ta mətn", s.52
  3. Təbəsi, "Negəreşi dər rəvayəte Həsəni", s.26
  4. Təbəsi, "Negəreşi dər rəvayəte Həsəni", s.47
  5. Təbəsi, "Negəreşi dər rəvayəte Həsəni", s.47
  6. Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.29, s.448
  7. Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.29, s.448
  8. Təbəsi, Negəreşi dər rəvayəte Həsəni, s.47
  9. Məclisi, Biharul-ənvar, h.q 1403, s.53, s.15-16
  10. Kuleyni, Əl-kafi, h.q 1407, c.8, s.225, h.285; Numani, Əl-ğeybə, h.q 1397, s.270
  11. Məclisi, Biharul-ənvar, h.q 1403, c.53, s.16; Yəzdi Hairi, İlzamun-nasib, h.q 1422, c.2, s.218
  12. Muhəmməd Reyşəhri, Daneşname İmam Mehdi (ə.f), h.ş 1393, c.7, s.439-441
  13. Mazandarani, Şərhul-kafi, h.q 1380, s.12, s.414
  14. Səlimian, Fərhəngname Məhdəviyyət, h.ş 1388, s.208
  15. Məclisi, Biharul-ənvar, h.q 1403, s.52, s.223
  16. Səduqi, Kəmalud-din, h.q 1395, c.1, s.331
  17. Səduqi, Kəmalud-din, h.q 1395, c.1, s.650, h.7

Ədəbiyyat

  • Səlimian, Xodamurad, Fərhəngname Məhdəviyyət, Qum, Bonyade fərhəngi Həzrət Mehdi Movud, 2-ci çap, h.ş 1388
  • Şüştəri, Qazi Nurullah, İhqaqul-həqq və izhaqul-batil, Müqəddimə: Şəhabud-din Mərəşi, Qum, Ketabxane umumi Həzrət Ayətullahul-üzma Mərəşi Nəcəfi, h.q 1409
  • Səduq, Muhəmməd ibn Əli, Kəmalud-din və təmamun-nimət, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, İslamiyyə, 2-ci çap, h.q 1395
  • Təbəsi, Nəcmud-din,نگرشی در روایات سید حسنی Entezare movud
  • Təbəsi, Nəcmud-din,سید حسنی در خطبه البیان Entezare movud
  • Kuleyni, Muhəmməd ibn Yaqub, Əl-kafi, Düzəliş: Əli Əkbər Ğəffari və Muhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Mazandarani, Molla Muhəmməd Salih ibn Əhməd, Şərhul-kafi - usulvər-ruzə, Düzəliş: Əbul-Həsən Şerani, Tehran, Əl-məktəbətul-İslamiyyə, h.q 1382
  • Məclisi, Muhəmməd Baqir, Biharul-ənvar, Daru ihyait-terasil-ərəbi, h.q 1403
  • Muhəmməd Reyşəhri, Muhəmməd, Daneşname İmam Mehdi (ə.f), Qum, Darul-hədis, h.ş 1393
  • Numani, Muhəmməd ibn İbrahim, Əl-ğeybə, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Nəşre Səduq, h.q 1397
  • Yəzdi Hairi, Əli, İlzamun-nasib fi isbatil-Huccətil-ğaib, Düzəliş: Əli Aşur, Beyrut, Muəssisətul-ələmi, h.q 1422