İnnəma buistu li utəmmimə məkariməl-əxlaq

wikishia saytından
(Tətmim hədisi səhifəsindən yönləndirilmişdir)
Bu məqalə Məkarimul-əxlaq hədisi barəsindədir. Məkarimul-əxlaq duası haqda mütaliə etmək üçün adı keçən məqaləyə baxın.

İnnəma buistu li utəmmimə məkariməl-əxlaq (ərəbcə: إِنَّمَا بُعِثْتُ لِأُتَمِّمَ مَکَارِمَ الْأَخْلَاق), İslam Peyğəmbərindən (s) nəql olunan bir hədisdir ki, onda o Həzrətin peyğəmbərliyindən məqsədin əxlaqi fəzilətlərin təkmilləşdirilməsi olaraq bəyan edilmişdir. Bu hədisdə buyurulur: “Mən ona görə göndərildim ki, əxlaqi fəzilətləri tamamlayım”. Bu rəvayət “Məkarimul-əxlaq hədisi” kimi tanınır. Bu hədisə istinad edərək əxlaqı İslamın mühüm məsələlərindən hesab etmiş və əxlaqi fəzilətlərin təlim verilməsini və tamamlanmasını Peyğəmbərin (s) peyğəmbərliyinin əsas məqsədlərindən hesab etmişlər.

Bu hədis şiəsünni mənbələrində nəql olunmuşdur. Hədis mənbələrində eyni mövzulu, lakin bir qədər fərqli sözləri olan rəvayətlərə də rast gəlinir. Bəzi tədqiqatçılar bu hədisin rəvayətlərinin çox olması səbəbindən bu hədisi mənəvi mütəvatar hesab etmişlər.

Deyirlər ki, “Məkarimi-əxlaq” digər əxlaqi fəzilətlərdən fərqlənir və onlardan üstündür. Hədislərdə səbir, şükür, qeyrət, qənaət, şücaət, sileyi-rəhim, həyagözəl əxlaq kimi xüsusiyyətlər “məkarimi-əxlaq” nümunələrindəndir.

Mövqeyi və əhəmiyyəti

“İnnəma buistu li utəmmimə “Məkarimi-əxlaq” hədisi bu mənayadır ki, “mən əxlaqi fəzilətləri kamilləşdirmək (və onları öyrətmək) üçün göndərilmişəm”.[1] Bu hədis “Məkarimi-əxlaq” hədisi[2] və ya Tətmim hədisi[3] kimi tanınır və İslam Peyğəmbərindən (s) nəql edilmişdir.[4] Bu hədisə istinad edərək, Peyğəmbərin (s) peyğəmbərliyinin əsas məqsədlərindən birini əxlaqi fəzilətləri tamamlamaq və öyrətmək biliblər.[5] Həmçinin bunu İslam dinində əxlaqi məsələlərin əhəmiyyətinin ifadəsi kimi qiymətləndiriblər.[6]

Hədisdən edilən müxtəlif istifadələr

Məkarimi-əxlaq” hədisindən müxtəlif istifadələr edilib:

İslamşünas alim və şiə yazıçısı Şəhid Mürtəza Mütəhhərinin yazdığına əsasən,  bu hədisdən belə başa düşülür ki, Peyğəmbərin (s) peyğəmbərliyi insanların ruhiyyəsi, əxlaqı və tərbiyəsindən məsuldur və onun emosional, duyğusal və həvəsləndirici xüsusiyyəti vardır. Onun fəzilət və ağlın hökmranlığına əsaslanan və yalnız rasional ölçünü nəzərə alan Sokrat əxlaqının əksinə, elmi, texniki və s. kimi sahələri yoxdur. Bu səbəbdən də Sokrat əxlaqı quru, sərt və hərəkətsizdir.[7]

Sünni arifi və təfsirçisi İbn Ərəbinin (560-638-ci h.q.) dediyinə görə, peyğəmbərlərin arasında onların hər birinin fəzilətləri qəbul etmək qabiliyyətidaha böyük idi[8] və digərlərindən daha sonra gəlmişdi qabaqkı peyğəmbərlərin bütün sifət və kamallarına sahib idi. Buna görə də İslam Peyğəmbəri (s) “Məkarimi-əxlaqı” tamamlamaq fəziləti əldə etmişdir.[9]

Bəzi tədqiqatçılar də hesab edirlər ki, “Məkarimi-əxlaq” hədisindən məqsəd besətin yeganə hədəfi kimi “Məkarimi-əxlaqa” (əxlaqi fəzilətlərə) nail olmaq deyil.[10] Çünki Peyğəmbərin (s) peyğəmbərliyi üçün siyasət, cəmiyyəti idarə etmək və camaata höccəti tamamlamaq kimi hədəflər də bəyan olunmuşdur.[11] Bu məsələyə diqqət edərək, bu rəvayətin mənasını izah etmək üçün bir sıra ehtimalları ifadə ediblər; o cümlədən:

  • Bu hədis “Məkarimi-əxlaqı” tamamlamağı İslam Peyğəmbərinə (s) məxsus etmişdir; yəni peyğəmbərlərin arasında yalnız o Həzrət, “Məkarimi-əxlaq”ı tamamlamaq üçün göndərilmişdir.[12]
  • “Məkarimi-əxlaqı” digər əxlaqi fəzilətlərdən ayırmaq məqsədi daşıyır; yəni Peyğəmbər (s) ən yüksək əxlaqi keyfiyyətlər olan “Məkarimi-əxlaqi” tamamlamaq üçün göndərilmişdir.[13]
  • Besətin əsas səbəbi və məqsədi həmin “Məkarimi-əxlaqı” tamamlamaqdır. Həmçinin bu səbəb, besətin digər səbəbləri və dini cəhətlərinin əsasını təşkil edir.[14]

Hədisin sənədi

Məkarimi-əxlaq hədisi həm şiə, həm də sünni mənbələrində nəql edilmişdir:

Şiə mənbələri arasında Muhəmməd ibn Əli Kəracəki (hicri 449-cu ildə vəfat edib) tərəfindən yazılmış “Ər-Risalətul-Ələviyyə”[15] və Fəzl ibn Həsən Təbərsi (hicri 548-ci ildə vəfat edib) tərəfindən yazılmış “Məcməul-Bəyan” təfsiri[16] “Məkarimi-əxlaq” hədisini nəql etmiş ən qədim mənbələr hesab olunurlar.[17] Həmçinin Həsən ibn Fəzl Təbərsi “Məkarimi-əxlaq” kitabının müqəddiməsində sənədini qeyd etmədən bu rəvayəti bəyan etmişdir.[18]

Əlbəttə ki, bu hədis başqa mənbələrdə də müxtəlif ifadə və nəqllərlə qeyd edilmişdir: “Fiqhur-Rza” kitabında “buistu bi məkarimil-əxlaq”[19] ifadəsi ilə və Şeyx Tusinin (h.q 385-460) yazdığı Əmali kitabında “buistu bi məkarimil-əxlaq və məhasiniha” ifadəsi ilə Peyğəmbərdən (s) nəql edilmişdir.[20]

Sünni mənbələri arasında Beyhəqi (hicri 458-ci ildə vəfat edib) bu rəvayəti “Sünəni Kübra” kitabında sənəd silsiləsini zikr etməklə Əbu Hureyrədən, Peyğəmbərdən (s) nəql etmişdir.[21] Həmçinin Malik ibn Ənəs (h.q 93-179),[22] Əhməd ibn Hənbəl (h.q 164-241)[23] və Məhəmməd ibn İsmayıl Buxari (h.q 194-256),[24] bu hədisi oxşar sözlərlə öz kitablarında gətirmişlər. Bəzi tədqiqatçılar bu hədisin şiə və sünni mənbələrində müxtəlif kəlmə və sənədlərlə nəql olunan rəvayətlərinin sayının çoxluğunu nəzərə alaraq, onu mənəvi mütəvatir və ya ən azı mənəvi istifazə hesab etmiş və alimlər arasında qəbul edilmiş sayıblar.[25]

Məkarimi-əxlaqın nümunələri

“Məkarim”, “məkrəmə” sözünün cəmi böyüklük və alicənablıq mənasınadır.[26] “Məkarimi-əxlaq” həmçinin alicənablıq üzündən olan əxlaq kimi məna ediblər.[27] Hədis mənbələrində məsumların (ə) “məkarimi-əxlaq” ilə bağlı müxtəlif rəvayətlər nəql olunmuşdur.[28] Həmçinin onların bəzilərində “məkarimi-əxlaq”ın nümunələri olaraq bir sıra sifətlər ifadə edilmişdir. KuleyniƏl-Kafi” kitabında İmam Sadiqdən (ə) bir hədis nəql etmişdir ki, “məkarimi-əxlaq”ı peyğəmbərlərin zinəti kimi təqdim etmiş və onlara sahib olmağa təşviq edib. Sonra o, “məkarimi-əxlaq”ın nümunələrindən on xüsusiyyəti sayır: Yəqin əldə etmək, qənaət, səbir, şükür, nəfsi idarə etmə, gözəl əxlaq, səxavət, qeyrət, şücaət və mürüvvət.[29] Həmin kitabdakı başqa bir hədisdə də “məkarimi-əxlaq”ın nümunələrindən digər xüsusiyyətlər bəyan olunur: (İnsanların yanında olan şeylərdən) məyus olmaq, doğru danışmaq, əmanəti qaytarmaq, sileyi-rəhim, qonaq qarşılamaq, fəqir insana yemək vermək, yaxşılıqların qarşısında yaxşılıq etmək, qonşunun haqqına hörmət etmək, dost haqqına hörmət etmək. Sonra deyilib ki, bütün “məkarim”in prinsipi həyadır.[30]

“Məkarimi-əxlaq”la “məhasini-əxlaq”ın arasındakı fərq

“Məkarimi-Əxlaq” hədisinin bəzi nəqllərində, o cümlədən Şeyx Tusinin rəvayətində “Məkarimi-əxlaq”la yanaşı, “məhasini-əxlaq” da qeyd edilmişdir.[31] Dini natiqlərdən Məhəmməd Təqi Fəlsəfinin (1286-1377) dediyinə görə, hədislər arasında “Məkarimi-əxlaq”la “məhasini-əxlaq”ı bir-birindən ayırd etmək üçün heç bir meyar bəyan edilməmişdir.[32] Lakin bu iki başlıq üçün hədislərdə qeyd olunan nümunələrə əsasən, demək olar ki, şəriət baxımından da arzu olunan, həm də nəfsi istəklərlə birləşə bilən[33] və daha çox ictimai münasibətlər və başqaları ilə ünsiyyətə aid olan[34] insanlarla gözəl rəftar kimi əxlaqi keyfiyyətlər “məhasini-əxlaq” sayılır. İnsan əgər qəzəbini boğmaq istəyirsə, öz nəfsi ilə mübarizə aparmalı və ya heç olmasa buna məhəl qoymamalıdır. Bunun kimi əxlaqi fəzilətlər “Məkarimi-əxlaq” sırasına daxildir.[35]

İstinadlar

  1. Həkimi və başqaları, Əl-Həyat, Tərcümə: Əhməd Aram, h.ş 1380, c.6, s.675
  2. İrfaniya və Məhəmmədi, Bərresiye dəlali hədise Məkarimul-əxlaq, s.138
  3. Hadi, Məkarimul-əxlaq; Pejuheşi piyramune rəvayəte tətmimu məkarimul-əxlaq, s.314
  4. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.500
  5. Nəraqi, Meracus-səadə, h.ş 1378, s.107; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.24, s.379
  6. Əli Nejad, Təfavute Məkarimi əxlaq ba məhasine əxlaq, s.6
  7. Mütəhhəri, Yaddaşthaye ustad, h.ş 1385, c.6, s.478
  8. İbn Ərəbi, Təfsiru ibn Ərəbi, h.q 1422, c.2, s.84
  9. İbn Ərəbi, Təfsiru ibn Ərəbi, h.q 1422, c.1, s.395
  10. İrfaniya və Məhəmmədi, Bərresiye dəlali hədise Məkarimul-əxlaq, s.141
  11. İrfaniya və Məhəmmədi, Bərresiye dəlali hədise Məkarimul-əxlaq, s.141; Hadi, Məkarimul-əxlaq; Pejuheşi piyramune rəvayəte tətmimu məkarimul-əxlaq, s.322
  12. İrfaniya və Məhəmmədi, Bərresiye dəlali hədise Məkarimul-əxlaq, s.141
  13. Hadi, Məkarimul-əxlaq; Pejuheşi piyramune rəvayəte tətmimu məkarimul-əxlaq, s.333
  14. İrfaniya və Məhəmmədi, Bərresiye dəlali hədise Məkarimul-əxlaq, s.143
  15. Kəracəki, Ər-Risalətul-Ələviyyə, h.q 1427, s.11
  16. Təbərsi, Məcməul-Bəyan fi təfsiril-Quran, h.ş 1372, c.10, s.500
  17. İrfaniya və Məhəmmədi, Bərresiye dəlali hədise Məkarimul-əxlaq, s.105
  18. Təbərsi, Məkarimul-əxlaq, h.q 1412, s.8
  19. İmam Rzaya (ə) nisbət verilən, Fiqhur-Rza (ə), h.q 1406, s.353
  20. Tusi, Əl-Əmali, h.q 1414, s.596
  21. Beyhəqi, Əs-Sünənul-Kübra, h.q 1424, c.10, s.323
  22. Malik ibn Ənəs, Əl-Muvəttə, m.2004, c.5, s.1330
  23. Əhməd ibn Hənbəl, Musnədu-Əhməd, m.2001, c.14, s.512-513
  24. Buxari, Əl-Ədəbul-müfrəd, h.q 1409, s.104
  25. İrfaniya və Məhəmmədi, Bərresiye dəlali hədise Məkarimul-əxlaq, s.120
  26. Bustani, Fərhənge əbcədi, h.ş 1375, s.855
  27. Hadi, Məkarimul-əxlaq; Pejuheşi piyramune rəvayəte tətmimu məkarimul-əxlaq, s.327
  28. Nümunə üçün baxa bilərsiniz: Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.55; Məclisi, Biharul-ənvar, h.q 1403, c.67 s.367-375
  29. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.56
  30. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.55
  31. Tusi, Əl-Əmali, h.q 1414, s.596
  32. Fəlsəfi, Şərhe duaye məkarimul-əxlaq, h.ş 1386, c.1, s.197
  33. Fəlsəfi, Şərhe duaye məkarimul-əxlaq, h.ş 1386, c.1, s.198
  34. Əli Nejad, Təfavute Məkarimi əxlaq ba məhasine əxlaq, s.8
  35. Fəlsəfi, Şərhe duaye məkarimul-əxlaq, h.ş 1386, c.1, s.198

Ədəbiyyat

  • İbn Ərəbi, Əbu Əbdillah Muhyiddin Məhəmməd, Təfsiru ibn Ərəbi, Təhqiq: Rubab, Sümeyr Mustafa, 1-ci çap, h.q 1422
  • Əhməd ibn Hənbəl, Əbu Əbdillah, Musnədu-Əhməd, Ər-Risalə müəssisəsi, 1-ci çap, m.2001
  • Buxari, Məhəmməd ibn İsmayıl, Əl-Ədəbul-müfrəd, Təhqiq: Əbdül-Baqi, Məhəmməd Fuad, Beyrut, 3-cü çap, h.q 1409
  • Bustani, Fuad, Fərhənge əbcədi, Tərcümə: Mehyar, Rza, Tehran, İslami nəşriyyatı, 2-ci çap, h.ş 1375
  • Beyhəqi, Əbubəkr ibn Əl-Həsən, Əs-Sünənul-Kübra, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-İslamiyyə, h.q 1424
  • Həkimi və başqaları, Əl-Həyat, Tərcümə: Əhməd Aram, Tehran, 1-ci çap, h.ş 1380
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, 1-ci çap, h.q 1414
  • Təbərsi, Həsən ibn Fəzl, Məkarimul-əxlaq, Qum, 4-cü çap, h.q 1412
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
  • İrfaniya və Məhəmmədi, Bərresiye dəlali hədise Məkarimul-əxlaq, h.ş 1399
  • Əli Nejad, Məhəmməd Cavad, Təfavute Məkarimi əxlaq ba məhasine əxlaq, h.ş 1397
  • Fəlsəfi, Məhəmməd Təqi, Şərhe duaye məkarimul-əxlaq, Tehran, 12-ci çap, h.ş 1386
  • Kəracəki, Məhəmməd ibn Əli, Ər-Risalətul-Ələviyyə, Düzəliş: Kərimi, Əbdül-Əziz, 1-ci çap, h.q 1427
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş və təhqiq: Əli Əkbər Ğəffari, Axundi, Məhəmməd, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Mütəhhəri, Mürtəza, Yaddaşthaye ustad, Sədra, h.ş 1385
  • Malik ibn Ənəs, Əl-Muvəttə, B.Ə.Ə, m.2004
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1374
  • İmam Rzaya (ə) nisbət verilən, Əli ibn Musa (ə), Fiqhur-Rza (ə), Təhqiq: Alul-beyt (ə) müəssisəsi, Məşhəd, Alul-beyt (ə) müəssisəsi, h.q 1406
  • Nəraqi, Molla Əhməd, Meracus-səadə, Qum, Hicrət, 6-cı çap, h.ş 1378
  • Hadi, Əsğər, Məkarimul-əxlaq; Pejuheşi piyramune rəvayəte tətmimu məkarimul-əxlaq, h.ş 1385