Kəzmi ğəyz

wikishia saytından

Kəzmi ğəyz (ərəbcə: كظم الغيظ), əxlaqi sifətlərdən və qəzəbi yatırtmaq mənasını daşıyır. Ali İmran surəsinin 134-cü ayəsində, Kəzmi ğeyz, saleh insanların sifətlərindən sayılmış və rəvayətərdə İlahi əzabdan qurtuluş və Allahın razılığın qazanmaq kimi sayılan yollardan bildirlmişdir. Əxlaq alimləri, qəzəb sifətinin açıqlamasında, Kəzmi ğəyz haqda söz açaraq, bu rəzil əməldən qurtarmaq üçün çıxış yolları da göstərmişlər.

Musa ibn Cəfər (ə), Şiələrin yeddinci imamı, öz qəzəbinə hakim olduğu üçün, ona Kazim ləqəbi vermişlər.

Mövqe və məfhumu

“Ğəyz”, qəzəbin ən yüksək dərəcəsidir, insan qəlbinin yüksək sürətlə qanı vurması nəticəsində yaranır,[1] “Kəzm” isə nəfəsi tutub saxlamaq mənasında istifadə olunur. “Kəzmi ğəyz” isə əxlaqi bir termindir ki, qəzəbi kontrol edib onu aşikar etməkdən qorunmaq deməkdir;[2] öz qəzəbini məharətcəsinə kontrol edən şəxsə isə, Kazim deyilir.[3]

Kəzmi ğəyz, digər əxlaqi fəzilətlərə, o cümlədən helmə yaxındır və onun helmlə arasında olan fərqi barədə yazırlar: Kəzmi ğəyz o şəxsdə üz verir ki, helm sifətinə hələ çatmamışdır, odur ki, qəzəb onun vücudunda öz əksini aşkar edə bilir, lakin şəxs o hissi yatırtmaqla, çalışır qəzəbinə hakim olsun.[4]

Qurani-Kərimdə, “Kəzmi ğəyz” pərhizkar insanların sifətlərindən sayılmışıdr. “Onlar (müttəqilər) ki, qəzəblərini udar, insanların günahlarından keçər. Allah yaxşılıq edənləri sevər”[5] Həmçinin rəvayətlərdə qəzəbə hakim olmaq (Kəzmi ğəyz), əxlaqi fəzilət olaraq, məsum imamların diqqəti altında olmuşdur. Kuleyni, “Əl-Kafi” kitabının iman və küfr hissəsinin “Kəzmi ğəyz” fəslində 13 rəvayət nəql etmişdir. Səhifeyi Səccadiyyənin,[6] Məkarimul əxlaq duasında Kəzmi ğəyzə işarə olunmuşdur.[7] Rəvayətlərdə qəzəbi udmağın əsərləri olaraq, alicənablıq və izzət, o cümlədən İlahi əzabdan nicat tapıb Allahın razılığını qazanmaq kimi amillər zikr olunmuşdur.[8] İslam peyğəmbərindən (s) rəvayət vardır: “Hər kəs qəzəbinə hakim olarsa, Allah əzabı ondan götürər” Digər bir rəvayətdə[9] imam Səccad (ə) buyurur: Mənim üçün heç bir qurtum, qəzəb qurtumu kimi şirin deyil, onu udmaqla qarşı tərəfi cəzalandırmayam. Digər bir rəvayətdə, ğeyz və müsibət zamanı olan qəm-qüssənin qurtumu, Allah qatında ən əziz qurtum bildirilmişdir.[10]

Qəzəbi kontrol etməyin yolları

Əxlaq kitablarında, Kəzmi ğəyz mövzusu, bəyənilməz və çirkin əxlaqi sifətlər bölməsində özünə yer tutur.[11] Əxlaq alimləri, bu qəzəbi kontrol etmək uçün müəyyən yollar tövsiyə etmişlər.[12]

Feyz Kaşani, “Əl- Məhəccətul bəyza” kitabında, helm, əfv və Kəzmi ğəyzin rəvayətlərdə işarə olunan fəzilətləri haqda təfəkkür etməyi, rəvayətlərdə qəzəbi udmaqın savablarına diqqət etmək və İlahi qüdrət və qəzəbi xatırlamaq, qəzəb və əsəbli olduqda o halətin çirkinliyinə diqqət etmək və o cümlədən intiqam almaq hissinin nə qədər çirkin bir əməl olduğunu düşünmək, qəzəbdən qurtarmağın elmi yolları kimi açıqlamışdır.[13]

Feyz Kaşani, insanın bu zaman rəftarını dəyişmək metodundan istifadə edərək, əməli çıxış yolu kimi qeyd etmişdir. O bildirir, əgər rəftarını dəyişməklə qəzəbini yatıra bilmirsə, otursun, əgər oturmuş vəziyətdədirsə dirsəklənsin və ya uzansın. Bəzi rəvayətlərdə, qəzəb, atəşə bənzədilmişdir, deyilir atəşi sudan başqa heç bir şey söndürməz, bəs əgər bir şəxs əsəbləşibdirsə bu zaman dəstəmaz alsın.[14]

Bəzi rəvayətlərdə İslam peyğəmbərindən (s) nəql olunur, hər kim qəzəblənsə üzünü torpağa qoysun. Vəram ibn Əbi Fəras deyir: Peyğəmbərin üzü torpağa qoymaqdan məqsədi insanın səcdəyə getməsidir ki, insan zəlillik hissi keçirib nəfsinə qələbə çalsın.[15] İmam Baqir (ə) digər bir rəvayətdə qəzəbi kontrol etmək üçün buyurur, hər kəs insanlara qəzəblənsə, qəzəbləndiyi an otursun ki, Şeytani çirkinliklər ondan uzaq olsun və hər kim öz qohum-əqrəbasına qəzəblənsə, ona yaxınlaşıb onun bədəninə əlini çəksin (misal üçün əlini onun əlinə çəksin) çünki, hər vaxt qohum çəxsə əl çəkilsə əsəbləri sakitləşər.[16]

İmam Kazimin (ə) kəzmi ğeyzi

İmam Musa Kazim (ə), öz qəzəbini kontrol etdiyinə görə, bu ləqəb o həzrətə verilmişdir.[17] Tarixdə, bir çox xəbərlərdə vardır ki, imam Kazim (ə), düşmən qarşısında və ya ona ehtiramsızlıq edən insanlara qarşı öz qəzəbinə hakim olardı.[18] O cümlədən qeyd olunur, Ömər ibn Xəttabın nəslindən olan bir kişi, imam Kazimin (ə) hüzurunda imam Əliyə (ə) nalayiq sözlər dedi. İmamın ətrafında olanlar o şəxsin cavabını vermək istədilər, amma imam buna icazə vermədi, sonra isə onun əkin sahəsinə getdi. Bu adam imam Kazimi (ə) görcək qışqırıb səs-küy salmağa başladı ki, nə üçün əkin sahəmi ayaqlayırsan. İmam (ə) gülər üzlə ona yaxınlaşıb soruşdu, bu sahəyə nə qədər xərc çəkmisən? Kişi dedi: 100 dinar! Sonra soruşdu: Nə qədər xeyir götürəcəyini düşünürsən? Kişi deidi: Qeybdən elmim yoxdur. İmam Kazim (ə) buyurdu: Dedim güman edirsən nə qədər xeyrin olacağını düşünürsən? Kişi dedi 200 dinar! İmam 300 dinar verib dedi: Bu 300 dinar sənin və məhsulun da sənin, bunları deyib məscidə tərəf hərəkət etdi. Kişi özünü imamdan (ə) əvvəl məscidə çatdırdı və imamı görcək ayağa qalxıb uca səslə bu ayəni oxumağa başladı: “اللَّه أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِ‌سَالَتَهُ” (Allah risalətini harada qərar verəcəyini daha yaxşı bilir). -Ənam, 124-[19]

Biblioqrafiya

  1. “Məharəte müqabile ba xəşm” Seyyid Məhdi Xətib, Darul hədis nəşriyyatı və (Astane Qüds Rəzəvi intişaratı) həmkarlığı ilə, birinci çap 1398 şəmsi ili, 48 səhifə.[20]
  2. Məhare xəşm və pərxaşgəri dər pərtove amuzehayi dini, Məcid Cəfəri Hərifte, Müəssiseye amuzeşi və pərvəreşiye İmam Xumeyni nəşriyyatı, birinci çap, 1397 şəmsi ili, 216 səhifə.[21]
  3. Məhare xəşm, Məhəmmədrza Kiyumərsi Eskuyi, Darul hədis nəşriyyatı, 1391 şəmsi ili, 299 səhifə.[22]

Əlaqadər məqalə

İstinadlar

  1. Rağib İsfahani, Müfrədat, h.q 1412, s.619
  2. Rağib İsfahani, Müfrədat, h.q 1412, s.712
  3. Nəraqi, Cameus-saadat, c.1, s.333, Qəzzali, Ehyau ulumiddin, Darl-mərifə, c.3, s.176
  4. Nəraqi, Cameus-saadat, c.1, s.333, Qəzzali, Ehyau ulumiddin, Darl-mərifə, c.3, s.176
  5. Ali-İmran surəsi, ayə 134
  6. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.109-111
  7. Səhifeyi Səccadiyyə, 20-ci dua
  8. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.109-111
  9. Feyz Kaşani, Əl-Məhəccətul-bəyza, c.5, s.306-307
  10. Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, c.47, s.301; Əl-Ərusi, Təfsiru nuris-səqəleyn, c.1, s.390
  11. Vərram, Məcmue Vərram, h.q 1410, c.1, s.123-124
  12. Feyz Kaşani, Əl-Məhəccətul-bəyza, c.5, s.306-307
  13. Feyz Kaşani, Əl-Məhəccətul-bəyza, c.5, s.306-307
  14. Feyz Kaşani, Əl-Məhəccətul-bəyza, c.5, s.306-307
  15. Vərram, Məcmue Vərram, h.q 1410, c.5, s.306-307
  16. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.302
  17. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.6, s.164; İbn Cəvzi, Təzkirətul-xəvass, h.q 1418, s.312; Şeyx Səduq, uynu əxbarir-Rza, c.2, s.103
  18. Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.233; Qərəşi, Həyatul-İmam Musa ibn Cəfər, h.q 1429, c.2, s.160-162
  19. Bağdadi, Tarixu Bağdad, h.q 1417, c.13, s.30
  20. مهارت مقابله با خشم, bookroom.ir saytı
  21. «مهار خشم و پرخاشگری در پرتو آموزه‌های دینی» عرضه شد, talie.ir saytı
  22. «کتاب مهار خشم», riqh.ac.ir saytı

Ədəbiyyat

  • Səhifeyi Səccadiyyə
  • İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamilu fit-tarix, Beyrut, Daru Sadir, h.q 1385
  • İbn Cəvzi, Təzkirətul-xəvass, Qum, h.q 1418
  • Bağdadi, Xətib, Tarixu Bağdad, Təhqiq: Mustafa Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1417
  • Rağib İsfəhani, Hüseyn ibn Məhəmməd, Müfrədat, Düzəliş: Səfvan Ədnan, Dəməşq, Darul-qələm, h.q 1412
  • Ğəzzali, Məhəmməd ibn Məhəmməd, İhyau ulumid-din, Beyrut, Darul-mərifə
  • Qərəşi, Baqir Şərif, Həyatul-İmam Musa ibn Cəfər, h.q 1429
  • Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Əl-Məhəccətul-bəyza, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, İslami nəşr müəssisəsi
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Müfid, Məhəmməd ibn Noman, Əl-İrşad, Qum, h.q 1413
  • Vərram, Məcmue Vərram, Məktəbətun Fiqhiyyə, Qum, h.q 1410
  • Nəraqi, Məhəmməd Mehdi, Cameus-saadat
  • «کتاب مهار خشم», riqh.ac.ir saytı