wikishia:Featured articles/2024
Səələ sail ayəsi və ya vaqe olacaq əzab ayəsi (Məaric surəsi, ayə 1 və 2) kafir bir şəxsin Allahdan əzab istəməsindən bəhs edir. Təfsirçilərin sözlərinə görə, bu istəkdən sonra əzab istəyən şəxsin başına göydən daş düşüb və o, ölüb.
Şiə təfsirçiləri bu ayənin nazil olma səbəbini Numan ibn Haris Fəhrinin Qədir-Xum hadisəsində İmam Əlinin (ə) canişinliyinin elan edilməsinə etirazı hekayəsi hesab etmişlər. Sələfilərin rəhbəri İbn Teymiyyə Qədir-Xum hadisəsi ilə bağlı bu ayənin nazil olmasına şübhə ilə yanaşmışdır. “Məaric” surəsinin Məkki olduğu və qeyd olunan hekayənin məşhur olmaması iddiası da onun dəlillərindəndir.
Əllamə Təbatəbai İbn Teymiyyəyə cavab olaraq deyib ki, qeyd olunan ayələrin məzmunu Məkki surələri ilə uzlaşsa da, bu surənin münafiqlər və zəkatın vacibliyi ilə bağlı digər ayələri Mədəni surələrin ayələrinə uyğundur. Buna görə də, “Sələ sail” ayəsi də Mədəni ayədir. Əllamə Əmini “Əl-Qədir” kitabında bu ayənin Mədəni olmasının məşhurluğunu sübut etmək üçün otuz məşhur sünni aliminin sözünə istinad etmişdir....
Digər seçilmiş məqalələr: Fərəcin intizarı – Əhli-zikr ayəsi – Tərəxxüs həddi