Təhniyət hadisəsi

wikishia saytından

Təhniyət əhvalatı (Ərəbcə: قضية التهنئة) - təbrik demək, həzrət Məhəmmədin (s) Qədir-Xum hadisəsində həzrət Əlinin (ə) vilayətini elan etdikdən sonra o həzrətin səhabələrinin, xüsusilə birinciikinci xəlifənin İmam Əliyə (ə) təbrik etməsinə aiddir. Bu xəbər İmam Əlinin (ə) haqq olmasına və Peyğəmbərin (s) Qədir-Xum günü onun canişinliyini elan etmək niyyətinə dəlil hesab olunur.

Təbrik ifadəsi

Təhniyət (təbrik demək) hadisəsi Qədir-Xum günü (18 Zilhiccə, 10-cu qəməri ili) Peyğəmbər (s) tərəfindən İmam Əlinin (ə) vilayətinin elan edilməsindən sonra Məhəmməd Peyğəmbərin (s) səhabələrinin o həzrətin təbrik deməsinə işarə edir).[1] Ömər ibn Xəttab

«بَخٍّ بَخٍّ لَک یا عَلِی أَصْبَحْتَ مَوْلَای وَ مَوْلَی کلِّ مُؤْمِنٍ وَ مُؤْمِنَةٍ»

"mübarək olsun, mübarək olsun sənə ya Əli! Hər bir mömin kişi və qadının mövlası oldun" ifadəsi ilə həzrət Əlini (ə) təbrik etdi.[2] Bəzi hədislərdə Əli sözünün yerinə "İbn Əbi Talib"[3] və ya "Əmirəl-möminin"[4] işlədilmişdir. Bəzi mətnlərdə "mömin" kişi və qadın əvəzinə müsəlman sözü gəlmişdir.[5] Əhməd İbn Hənbəl də Ömərin bu sözünü belə nəql etmişdir:

«هَنِیئًا یا ابْنَ أَبِی طَالِبٍ، أَصْبَحْتَ وَأَمْسَیتَ مَوْلَی کلِّ مُؤْمِنٍ وَمُؤْمِنَة»

(tərcüməsi: Salam olsun sənə). Ey Əbi Talib oğlu, sən hər mömin kişi və qadının mövlası olduğun halda səhər və axşam etdin.[6]

Həzrət Əlini (ə) kimlər təbrik etdi?

Əbu Bəkr, Ömər ibn Xəttab, TəlhəZübeyr Qədir-Xumda Həzrət Əlini (ə) təbrik edən səhabələr arasında idilər.[7] Bəzi yazıçılar qeyd ediblər ki, Əbu Bəkr və Ömər Peyğəmbərin (s) göstərişi ilə, bu işin Allah və Peyğəmbərin (s) əmri olduğuna əmin olduqdan,[8] həmçinin Peyğəmbərin (s) bu məsələyə qarşı çıxmağın küfrlə nəticələnəcəyini xatırlatmasından sonra bunu etdilər.[9] Amma başqa mətnlərdə Ömərin sevincli olmasından bəhs edildiyi halda[10] Onun İmam Əlini (ə) digərlərindən daha parlaq təbrik etdiyi[11] bildirilib. Habelə onun İmam Əlini (ə) təbrik edən ilk[12] şəxs və ya ilk insanlardan[13] biri olduğunu bildirmişlər. Baxmayaraq ki, bir çox mənbələrdə "Təhniyət cümləsi" (təbrik sözləri) Ömər ibn Xəttaba aid edilmişdir.[14] Lakin bəzi mənbələrdə Əbu Bəkr və Ömərin eyni şəkildə Həzrət Əliyə (ə) təbrik dedikləri bildirilir.[15]

Bəzi kitablarda o da qeyd olunur ki, "Təhniyət əhvalatı" Seyyid Ali Ədi[16] və ya Seyyid Bəni Ədi[17] (ikinci xəlifənin nəsli Ədi ibn Kəbə çatır)[18] və ya adı açıqlanmayan şəxs[19] tərəfindən nəql olunmuşdur.

Bir rəvayətə əsasən, İmam Əlinin (ə) vilayəti elan edildikdən sonra ikinci xəlifə Allah Rəsuluna (s) xəbər verir ki, bu əmrə yalnız münafiqlərin məhəl qoymadığını bəyan edən bir gənc gördüm. Peyğəmbər (s) ona xəbər verdi ki, bu gənc Cəbrayıldır.[20]

Həzrət Əlinin (ə) imamətinə dəlalət edir

İkinci xəlifənin İmam Əlini (ə) təbrik etməsi Peyğəmbərin (s) Qədir-Xum hadisəsində həzrət Əlini (ə) canişin kimi tanıtmaq niyyətinin[21], həm də onun digərlərindən fəzilət baxımından üstünlüyünün[22] və elmi baxımdan üstünlüyünün sübutu hesab olunur.[23] Bəzi mətnlərdə bildirilir ki, İmam Əli (ə) sonralar birinci xəlifə ilə görüşərkən bunu öz xəlifəliyinin haqq olmasına dəlil hesab etmişdir.[24] Feyz Kaşaninin sözlərinə görə, ikinci xəlifə bu cümləni dedikdən sonra Əmirəl-möminin rütbəsi ilə həzrət Əliyə (ə) salam verdi.[25]

Hadisənin zamanı

Mənbələrin əksəriyyətində Qədir-Xum hadisəsində Peyğəmbərin (s) yerinə İmam Əlinin (ə) canişinliyi elan edildikdən sonra səhabələrin təbrik etdikləri xəbər verilir.[26] Rəvayətlərə görə, İmam Əlinin (ə) canişinliyi elan edildikdən sonra İslam Peyğəmbəri (s) həzrət Əli (ə) üçün çadır qurulmasını əmr edir. Həmçinin səhabələrin bir-bir onu təbrik etmək üçün xeymənin içərisinə daxil olmasını istəyir.[27]

Bəzi mənbələrdə bu hadisəni Mübahilə günü (Peyğəmbərin (s) Nəcran xristianları ilə qarşı-qarşıya dayanaraq özlərinin haqq olmalarını sübut etmək üçün bir-birinə qarğış və lənət etməsi) və qardaşlıq əhd-peymanı (Peyğəmbərin (s) Mədinəyə gəldiyi ilk günlərdə mühacirlər və ənsar arasında qardaşlıq əhd-peymanının bağlanmasına əmr etməsi) ilə əlaqələndiriblər ki, Peyğəmbərin (s) İmam Əlinin (ə) vilayətini elan etməsindən sonra Ömər ibn Xəttab ona təbrik dedi.[28]

İstinadlar

  1. Əmini, Əl-Ğədir, h.q 1416, c.1, s.508
  2. Həlali, Kitabu Səlim ibn Qeys, h.q 1405, c.2, s.829; Furatu Kufi, Təfsiru Furati Kufi, h.q 1410, s.516; Müfid, Əl-irşad, h.q 1413, c.1, s.177
  3. Ət-təfsirul-mənsub iləl-İmamil-Əskər (ə), h.q 1409, s.112; Xətibu Bağdadi, Tarixu Bağdadi, h.q 1417, c.8, s.284; İbn Əsakir, Tarixu Dəməşq, h.q 1415, s.42, s.233
  4. Xəsibi, Əl-hidayətul-kübra, h.q 1419, s.104
  5. Səduq, Əl-əmali, h.ş 1376, s.2; Xətib Bağdadi, Tarixu Bağdad, h.q 1417, c.8, s.284; İbn Kəsir, Əl-bidayətu vən-nəhayə, h.q 1407, c.7, s.349
  6. İbn Hənbəl, h.q 1416, c.30, s.430
  7. Hilli, Əl-udədul-qəviyyə, h.q 1408, s.183
  8. Ət-təfsirul-mənsub iləl-İmamil-Əskəri (ə), h.q 1409, s.112; Feyz Kaşani, Nəvadirul-əxbar fima yətəlləqu, bi-usulid-din, s.166
  9. Həlali, Kitabu Səlim ibn Qeys, c.2, s.829
  10. İrbili, Kəşful-ğummə, h.q 1381, c.1, s.237
  11. Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.177; Təbərsi, İlamul-vəra, h.q 1390, s.133
  12. Müfid, Məsarruş-şiə, h.q 1422, s.44; Bəhrani, Mədinətu Məaciz, h.q 1413, c.2, s.269
  13. İbn Tavus, Turəfun minəl-ənbiya vəl-mənaqib, h.q 1420, s.362
  14. Həlali, Kitabu Səlim ibn Qeys, c.2, s.829; Ət-təfsirul-mənsub iləl-İmamil-Əskəri (ə), h.q 1409, s.112; Xəsibi, Əl-hidayətul-kübra, h.q 1419, s.104; Səduq, Əl-əmali, h.ş 1376, s.2; Əl-irşad, h.q 1413, c.1, s.177
  15. Əmini, Əl-ğədir, h.q 1416, c.1, s.512
  16. Şami, Əd-dürrün-nəzim, h.q 1420, s.444
  17. Deyləmi, Ğurərul-əxbar, h.q 1427, s.356
  18. İbn Əbdül-berr, Əl-istiab, h.q 1421, c.3, s.1144
  19. Furat Kufi, Təfsiru Furatil-Kufi, h.q .1410, s.516
  20. Şami, Əd-dürrün-nəzim, h.q 1420, s.253
  21. Kəracuki, Kənzul-fəvaid, h.q 1410, c.2, s.96
  22. Şami, Əd-dürrün-nəzim, h.q 1420, s.268-269
  23. Deyləmi, Ğurərul-əxbar, h.q 1427, s.349
  24. Deyləmi, Ğurərul-əxbar, h.q 1427, s.264; Xəsibi, Əl-hidayətul-kübra, h.q 1419, s.103-104
  25. Feyz Kaşani, Nəvadirul-əxbar, h.ş 1371, s.166
  26. Həlali, Kitabu Səlim ibn Qeys, h.q 1405, c.2, s.828-829; Ət-təfsirul-mənsub iləl-İmamil-Əskəri (ə), h.q 1409,s.112; Furatu Kufi, Təfsiru Furatil-Kufi, h.q 1410, s.516; Səduq, Əl-əmali, h.ş 1376, s.2; Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.175; İbn Əsakir, Tarixu Dəməşq, h.q 1415, s.42, s.234
  27. Həlali, Kitabu Səlim ibn Qeys, h.q 1405, c.2, s.829; Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.176; Təbərsi, İlamul-vəra, h.q 1390, s.132
  28. İbn Bətriq, Umdətu uyun, h.q 1407, s.169; İbn Şazan, Ər-ruzə, h.q 1423, s.76-77; İrbili, Kəşful-ğummə, h.q 1381, c.1, s.328

Ədəbiyyat

  • İbn Bətriq, Yəhya ibn Həsən, Umdətu uyuni sihahil-əxbar, Qum, Cameə Mudərrisin, h.q 1407
  • İbn Hənbəl, Əhməd ibn Muhəmməd, Musnədul-imami Əhməd ibn Hənbəl, Təhqiq: Abdullah ibn Əbdül Hüseyn Torki və başqaları, Beyrut, Muəssisətur-risalə, h.q 1416
  • İbn Şazan Qummi, Şazan ibn Cəbrayıl, Ər-ruzətu fi fəzaili Əmiril-Muminin Əli ibn Əbi Talib (ə), Təhqiq: Əli Şokrçi, Qum, Məktəbətul-Əmin, h.q 1423
  • İbn Tavus, Əli ibn Musa, Turəfu minəl-ənbai vəl-mənaqib, Təhqiq: Qeys Əttar, Məşhəd, Tasua, h.q 1420
  • İbn Əbdül-Berr, Yusuf ibn Abdullah, Əl-istiabu fi mərifətil-əshab, Təhqiq: Əli Muhəmməd, Beyrut, Darul-cəbəl, h.q 1412
  • İbn Məsakir, Əli ibn Həsən, Tarixu mədinəti Dəməşq, Təhqiq: Əli Şiri, Beyrut, Darul-fikr, h.q 1415
  • İbn Kəsir, İsmail ibn Ömər, Əl-bidayətu vən-nəhayə, Beyrut, Darul-fikr, h.q 1407
  • İrbili, Əli ibn İsa, Kəşful-ğummə fi mərifətil-Əimmə, Təhqiq: Haşim Rəsuli Məhəllati, Təbriz, Bəni Haşim, h.q 1381
  • Əmini, Əbdül-Hüseyn, Əl-ğədiru fil-kitabi vəs-sünnəti vəl-ədəb, Qum, Mərkəzul-ğədir, h.q 1416
  • Bəhrani, Seyyid Haşim ibn Süleyman, Mədinətu məacizil-əimmətil-isna əşər, Qum, Muəssisətul-məarifil-İslamiyyə, h.q 1413
  • Ət-təfsiru-mənsub iləl-İmail-Əskəri (ə), Təhqiq: Mədrəse İmam Mehdi (ə.f), Qum, h.q 1409
  • Həskani, Übeydullah ibn Abdullah, Şəvahidut-tənzil li-qəvaidit-təfzil, Tehran, Vezarate fərhəng və İrşade İslami, h.q 1411
  • Hilli, Əli ibn Yusuf ibn Mütəhhər, Əl-udədul-qəviyyə, Qum, Ketabxane Ayətullah Mərəşi Nəcəfi, h.q 1408
  • Xəsibi, Hüseyn ibn Həmədan, Əl-hidayətul-kübra, Beyrut, h.q 1419
  • Xətib Bağdadi, Əhməd ibn Əli, Tarixu Bağdadi, Təhqiq: Mustafa Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1417
  • Deyləmi, Həsən ibn Muhəmməd, İrşadul-qulubi iləs-səvab, Qum, Əş-şərifur-Riza, h.q 1412
  • Deyləmi, Həsən ibn Muhəmməd, Ğurərul-əxbar və durərul-asar, Təhqiq: İsmail Zəyğəm, Qum, h.q 1427
  • Şami, Yusif ibn Hatəm, Əd-durrun-nəzim, Qum, Cameə Mudərrisin, h.q 1420
  • Səduq, Muhəmməd ibn Əli, Əl-Əmali, Tehran, Ketabçi, 6-cı çap, h.ş 1376
  • Təbərsi, Fəzl ib Həsən, İlamul-vəra bi-əlamil-huda, Tehran, İslamiyyə, 3-cü çap, h.q 1390
  • Feyz Kaşani, Muhəmməd Möhsin, Nəvadirul-əxbar fima yətəlləqu bi usulid-din, Muəssiseye Mutaleat və təhqiqate fərhəngi, h.ş 1371
  • Keracəki, Muhəmməd ibn Əli, Kənzul-fəvaid, Təhqiq: Abdullah Nemət, Qum, Daruz-zəxair, h.q 1410
  • Kufi, Furat ibn İbrahim, Təfsiru Furatil-Kufi, Təhqiq: Muhəmmd Kazim, Tehran, Vezaate fərhəng və irşade İslami, h.q 1410
  • Məclisi, Muhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Daru ehyait-terasil-ərəbi, 2-ci çap, h.q 1403
  • Müfid, Muhəmməd ibn Muhəmməd ibn Numan, Əl-irşadu fi mərifəti hucəcillah ələl-ibad, Qum, Konqre Şeyx Müfid, h.q 1413
  • Müfid, Muhəmməd ibn Muhəmməd ibn Numan, Məsarruş-şiə fi muxtəsəri təvarixiş-şəriə, "Məcmue nəfise fi tarixil-Əimme (ə)" çap olunub, Beyrut, Darul-Qari, h.q 1422
  • Həlali, Səlim ibn Qeys, Kitabu Səlim ibn Qeys Əl-Həlali, Təhqiq: Muhəmməd Ənsari, Qum, Əl-Huda, h.q 1405