wikishia:Featured articles/2025
Məkarimul-əxlaq duası və ya Səhifeyi-Səccadiyyənin 20-ci duası İmam Səccadın (ə) məşhur dualarından biridir ki, bu duada gözəl əxlaqa yiyələnmək və yaxşı işlər görmək, eləcə də əxlaqi qəbahətlərdən çəkinmək üçün Allahdan kömək istənilir. Bu duadakı istəklər iki istiqaməti - həm fərdi, həm də ictimai əxlaqı ehtiva edir. İmam Səccad (ə) bu duada insanın inkişafına mane olan məqamlara və onu şeytanın təlqinlərinin şərindən xilas etməyin yollarına işarə edib.
Bu duanın əksər frazalarının əvvəlində salavat təkrarlanır və ondan sonra Allahdan istənilir. Bunun səbəbi kimi duanın qəbul olunmağa yaxın olması göstərilir. “Səhifeyi-Səccadiyyə”nin 20-ci duası, əxlaqa yiyələnmək və yaxşı işlər görmək üçün insan formalaşdıran təlimləri ehtiva etdiyi üçün Məkarimul-əxlaq duası adlanır.
Məkarimul-əxlaq duası əxlaq dərsi şəklində Məhəmməd Təqi Fəlsəfi, Misbah Yəzdi və Ruhullah Hatəmi tərəfindən ayrıca izah və nəşr edilib. Həmçinin, bu dua “Səhifeyi-Səccadiyyə”nin şərhlərində, o cümlədən, Hüseyn Ənsariyanın “Diyari-aşiqan” və Seyid Əli Xan Mədəninin “Riyazus-salikin” əsərlərində də şərh edilib....
Digər seçilmiş məqalələr: Həccin rüknləri – Ana Səhifə – Ulil-Əmr ayəsi