Təravih namazı

wikishia saytından

Təravih namazı (ərəcə: صلاة التراويح) - ramazan ayında gecələr camaatla qılınan müstəhəb namaz. Sünnilər bu ibadəti Ömər ibn Xəttabın tapşırığına əsasən qılırlar. Şiələrə görə, bu namazı camaatla qılamq bidətdir. Şiəsünni qaynaqlarına əsasən, ramazan ayınının müstəhəb namazları həm Məhəmməd peyğəmbərin (s) həm də Əbu Bəkrin vaxtında fərdi şəkildə qılınıb. Lakin Ömər ibn Xəttab öz xilafəti dövründə bu namazları camaatla qılmaq tapşırığı verir. Əhli-beyt (ə) ramazan ayında müstəhəb namazları camaatla qılmağı bidət hesab ediblər. Bəzi sünni fəqihləri və görkəmli simaları da bu namazı fərdi şəkildə qılmışlar.

Hər il ramazan ayı gecələrində sünni məscidlərində, xüsusi ilə Məscidül-Həramda, Məscidül-Nəbidə sözükeçən namaz camaatla qılınır. Sünni fəqihləri təravih namazının təfsilatında və hökümlərində fərqli fikirlər səsləndiriblər.

Təravih sözünün mənası

Təravih namazı, müsəlmanların ramazan ayında gecələr camaatla qıldığı müstəhəb namazdır.[1] Təravih sözü, ramazan ayında iki[2] və ya dörd rükət namaz qılandan sonra oturub istirahət etmək mənasını verir.[3] Buna görə də, məcazi mənada, ramazan ayında qılınan iki və ya dörd rükət nafilə namazına tərvihə də deyilir. Çünki, namaz qılanlar bu namazın qiyamını uzadırlar və namaz bitəndən sonra əyləşib istirahət edirlər.[4]

Təravihin əhəmiyyəti

Ramazan ayınının nafilə namazlarını fərdi şəkildə (fürada) və ya camaatla qılmaq haqqında şiə və sünni fəriqhləri arasında fikir ayrılığı mövcuddur.[5] Sünnilərə görə, bu namazı camaatla qılmaq caizdir və hər il ramazan ayında gecələr məscidlərdə sözükeçən namazı camatla yerinə yetirirlər.[6] Bununla belə, şiə alimləri və eləcədə bəzi tanınmış sünni alimləri bu namazı camaatla qılmağı bidət hesab edirlər.[7]

Təravih namazı hər il ramazan ayı gecələrində sünni məscidlərində, xüsusi ilə Məscidül-Həramda, Məscidül-Nəbidə camaatla qılınır.

Bidət və ya sünnə ?

Tarixi qaynaqlara əsasən, hicri-qəməri təqvimi ilə on dördüncü ildə Ömər ibn Xəttab bu namazı camaatla qılmağı əmr edir.[8]Buxarinin Əbdürrəhman ibn Əbdülqariyə istinadən verdiyi məlumata görə, Ömər ibn Xəttab bir gecə məscidə gedir və görür ki, camaat parakəndə şəkildə namaz qılır. Buna görə də əmr edir ki, hamı Əbi ibn Kəbə iqtida edib, namazı camaatla qılsın. Növbəti gecə məsciddə namazın camaatla qılındığını görəndə- “نِعمَ البِدعَةً هذِهِ” (bu, necədə yaxşı bidətdir), -deyir.[9]

Habelə, Ömər ibn Xəttab Məaz ibn Harisi,[10] Əbubəkr ibn Mücahidi[11] və Süleyman ibn Əbi Həsmə Ədəvini təravih namazı qılamq üçün pişnamaz seçir.[12]


Sünni fəqihlərinə görə, təravih namazı müstəhəb bidətdir.[13] Əbuhamid Ğəzzali bidəti yaxşı və pisə bölüb, təravih namazını isə yaxşı bidət hesab etmişdir.[14] Hənbəli fəqihi İbn Əbi Yəlaya görə isə, bu sünnəni Ömər ibn Xəttab deyil, Məhəmməd peyğəmbər (s) qoymuşdur. Necəki, o Həzrət (s) buyurmuşdur: “Allah ramazan ayının orucunu vacib etmişdir, mən isə bu ayda namaz qılmağı sünnə etdim”.[15]

Şiə fəqihlərinə görə, ramazan ayında nafilə namazları fərdi (fürada) şəklində qılınır.[16] Nafilə namazlarını camaatla qılmaq bidətdir[17] və Məhəmməd peyğəmbərin (s) vaxtında bu namaz camaatla qılınmamışdır.[18] Şeyx Tusinin bildirdiyinə görə, şiə alimləri ramazan ayı nafilələrini camatla qılmağın bidət olmasına dair icma etmişlər.[19] Əllamə Məclisinin də qeyd etdiyinə görə, ramazan ayı nafilələrinin camaatla qılmağın caiz olmadığına dair şiə alimləri arasında heç bir fikir ayrılığı yoxdur.[20]

Əhli-beytin (ə) sirəsi

İmam Sadiqdən (ə) nəql edilən bir rəvayətə əsasən, İmam Əli (ə) xəlifə olanda oğlu İmam Həsənə (ə), müsəlmanlara təravih namazını camaatla qılmağı qadağan etməyi tapşırır. Camaat İmam Həsənin (ə) sözünü eşidəndə “Va Umərah” deyib etiraz etdilər.[21] İmam Əli (ə) ordu parçalanmasın deyə, məsələyə göz yumdu.[22]

İmamların (ə) bir sıra səhabələri- Zurarə, Məhəmməd ibn Müslim, Fuzəyl və s. İmam Baqir və İmam Sadiqdən (ə) ramazan ayında nafilə namazlarını camaatla qılmağın hökmünü soruşmuşlar. Onlar da Məhəmməd peyğəmbərin (s) sirəsinə istinadən, bu namazın camaatla qılınmasını bidət hesab ediblər.[23]

Eləcədə, İmam Rzadan (ə), nafilə namazının rükətlərinin sayı və qılınma qaydası haqqında nəql edilən bir rəvayətdə deyilir ki, nafilə namazını camaatla qılmaq olmaz və Məhəmməd peyğəmbər (s) ömrünün sonuna qədər nafilələri fürada qılmışdır.[24]

Hökümləri

Təravih namazının bəzi hökümləri:

* Camaatla qılmaq: Sünni fəqihləri təravih namazını camatla qılmağın vacib[25] və ya müstəhəb[26] olması və yaxud bu namazı həm camaat və həm də fürəda şəkildə qılmağın caiz olması haqqında yekdil rəyə malik deyillər.[27] Əksər sünni alimlərinə görə, bu namaz camaatla qılınmalıdır.[28] Bəzi Hənəfi fəqihləri bu namazı camaatla qılmağı kafi hesab edirlər.[29] Həmçinin, Maliki məzhəbinin başçısı Malik ibn Ənəs bu namazı evdə və fürada şəklində qılmağı daha yaxşı (əfzəl) hesab etmişdir.[30] İbn Əsakirin verdiyi məlumata görə, Əbdürrəhman ibn Məhəmməd ibn İdris (Əbu Məhəmməd ibn Əbi Hatəm Razi)[31] və sünnilərin dörd əsas fəqihindən biri Məhəmməd ibn İdris Şafei təravih namazını evdə fürada şəklində qılırmışlar.[32]

* Rükətlərin sayı: Təravih namazlarının rükətlərinin sayı haqqında fikir ayrılığı mövcuddur. Bu fikir ayrılığının səbəbi mövzuya dair Məhəmməd peyğəmbərdən (s) hədisin olmaması və ancaq səhabələrin sözünə və əməlinə istinad edilməsi göstərilir.[33] Əksər sünni fəqihlərinə görə, təravih namazı iyirmi rükətdir.[34] Deyilir ki, Əbu Hənifənin, ŞafeininƏhməd ibn Hənbəlin rəyi də belədir.[35] Lakin Malik ibn Ənəsə görə, bu namaz 36 rükətdir.[36] Bu namazın rükətlərinin sayı 11 rükətdən 47 rükətə qədər qeyd edilmişdir.[37] Bəzi məlumatlara görə, bu namazın on bir rükət olması müsəlmanlar arasında daha çox vüsət almışdır.[38]

Şiə alimlərinə görə, ramazan ayı nafilələri min rükətdir. Belə ki, ilk iyirmi gecədə hər gecə iyirmi rükət, son on gecədə hər gecə otuz rükət və qədir gecələrinin hər birində isə yüz rükət namaz qılınır.[39]

* Namazın vaxtı: Sünnülərə görə, təravih namazı ramazan ayında işa namazından sonra sübh namazına qədər qılınır.[40] Bəzi məlumatlara görə, Hənəfi, Maliki və Hənbəli məzhəbinin fəqihlərinin rəyinə əsasən, təravih namazının qəzası yoxdur. Lakin Şafei fəqihlərinə görə, vaxt keçəndən sonra onun qəzasını yerinə yetirmək olar.[41]

Azaniqamə[42]oxumaq, “bəsmələ”ni[43] səsli demək və Məhəmməd peyğəmbərə (s) salavat göndərmək[44] bu namazın digər hökümləri sırasına daxildir.

Sünni qaynaqlarında təravih namazının hökümləri izah edilmişdir.[45] Sərəxsi “Əl-Məbsut” adlı kitabıda on iki fəsildə sözükeçən namaz haqda bəhs etmişdir.[46]

Quran xətmi

Bəzi sünni fəqihləri təravih namazları arasında Quran xətm etməyi tövsiyə ediblər. Namaz qılanlar təravih namazı arası Quran xətm etmək məqsədi ilə Quran rukularından istifadə edirlər.[47] Bəziləri Quran rukuları bölgüsünü təravih namazı ilə əlaqələndirirlər.[48]

Biblioqrafiya

Təravih namazı haqqında müxtəlif kitablar qələmə alınmışdır.

Şiə müəllifləri olan Cəfər Baqirinin[49] “Səlatu ət-təravih sunnətu məşruə əv bidətun muhəddəsə” və Nəcmuddin Təbəsinin[50] “Səlatu təravih bəynə əs-sunnə və əl-bidə” kitabları təravih namazı və tənqidi haqqında qələmə alınmışdır.

Eləcədə, sünni alimi İmam Hisamuddin Ömər ibn Əbdüləzizin[51] “Təravih”, Əbdurrəhman Suyutinin[52] “Əl-Məsabih fi səlati ət-təravih”, Əli ibn Əbd Kafi Subukinin[53] “Nur əl-məsabih fi səlati ət-təravih” və Əbdurrəhman ibn Əbdülkərim Zubeydinin “İqamətu əl-burhan əla kəmitu ət-təravih fi rəməzan” adlı kitabları təravih namazından bəhs edir.[54]

İstinadlar

  1. Əbdür-Rəhman Əbdül-Munim, Mucəmul-mustələhati vəl-əlfazil-fiqhiyyə, c.2, s.380; Əl-Mustələhat, s.1560; Qumi, Cameul-xilaf vəl-vifaq, s.119
  2. İbn Əsir, Ən-Nəhayə, h.ş 1364, c.2, s.274
  3. İbn Mənzur, Lisanul-ərə, h.q 1405, c.2, s.463; Sübhani, Əl-İnsaf, h.q 1423, c.1, s.383
  4. Əbdür-Rəhman Əbdül-Munim, Mucəmul-mustələhati vəl-əlfazil-fiqhiyyə, c.2, s.380; İbn Mənzur, Lisanul-ərə, h.q 1405, c.2, s.463
  5. Təbəsi və Rəhbər, Nəmaze təravih, Sünnət ya bidət, s.18
  6. Təbəsi və Rəhbər, Nəmaze təravih, Sünnət ya bidət, s.18
  7. بدعت تراویح به اعتراف بزرگان اهل سنت+تصاویر کتاب, valiasr-aj.com saytı
  8. Təbəri, Tarixu Təbəri, c.3, s.277; Məsudi, Murucuz-zəhəb, h.q 1404, c.2, s.319
  9. Buxari, Səhih Buxari, h.q 1401, c.2, s.252
  10. Əl-Mizzi, Təhzibul-kəmal, h.q 1413, c.28, s.117; İbn Əbi Hatəm, Əl-Cərhu vət-tədil, h.q 1372, c.8, s.246
  11. Xətib Bağdadi, Tarixu Bağdad, h.q 1417, c.2, s.162
  12. İbn Həbban, Əs-Suqat, h.q 1393, c.3, s.161
  13. Subki, Fətavas-Subki, Darul-mərifə, c.2, s.107
  14. Əbuhamid Ğəzzali, Ehyau ulumid-din, Darul-kutubil-ərəbi, c.3 s.113
  15. İbn Əbi Yəli, Təbəqatul-Hənabilə, Darul-mərifə, c.2, s.277
  16. Şeyx Tusi, Əl-Xilaf, h.q 1407, c.1, s.529
  17. Kaşiful-ğita, Kəşful-ğita, c.1,S .18; Sübhani, Əl-İnsaf, h.q 1423, c.1, s.391
  18. Qumi Səbzəvari, Cameul-xilaf vəl-vifaq, s.119
  19. Tusi, Əl-Xilaf, h.q 1407, c.1, s.528
  20. Məclisi, Miratul-uqul h.q 1404, c.16, s.378
  21. Şeyx Tusi, Təhzibul-əhkam, h.ş 1365, c.3, s.70; Hürr Amili, Vəsailuş-şiə, h.q 1414, c.8, s.46
  22. Kuleyni, Əl-Kafi, h.ş 1362, c.8, s.63; Hürr Amili, Vəsailuş-şiə, h.q 1414, c.8, s.47
  23. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, İslami nəşr, c.2, s.137
  24. Şeyx Tusi, Əl-İstibsar, h.ş 1363, c.1, s.465; Şeyx Tusi, Təhzibul-əhkam, h.ş 1365, c.3, s.65
  25. Subki, Fətavas-Subki, Darul-mərifə, c.1, s.156
  26. Rafei, Fəthul-əziz, Darul-fikr, c.4, s.264-265
  27. Ən-Nəvəvi, Əl-Məcmu, Darul-fikr, c.4, s.31
  28. Sərəxsi, Əl-Məbsut, h.q 1406, c.2, s.144
  29. Kasani, Bədaəus-səna, h.q 1406, c.2, s.288
  30. Sərəxsi, Əl-Məbsut, h.q 1406, c.2, s.144
  31. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.51, s.394
  32. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.35, s.375
  33. نماز تروایح یکی از عبادت‌های ماه رمضان است, vaislamah.com saytı
  34. Ən-Nəvəvi, Rövzətut-talibin, c.1, s.437; Ən-Nəvəvi, Əl-Məcmu, Darul-fikr, c.4, s.31; Rafei, Fəthul-əziz, Darul-fikr, c.4, s.264-265
  35. Rəhayi, Təravih, s.820; Zumeyri, Nəmaze təravih əz didqahe firqeyn, s.134
  36. Sərəxsi, Əl-Məbsut, h.q 1406, c.2, s.144
  37. Rəhayi, Təravih, s.820
  38. نماز تروایح یکی از عبادت‌های ماه رمضان است, vaislamah.com saytı
  39. Tusi, Əl-Xilaf, h.q 1407, c.1, s.530
  40. Zumeyri, Namaze təravih əz didqahe firqeyn, s.132
  41. Zumeyri, Nəmaze təravih əz didqahe firqeyn, s.132
  42. Sərəxsi, Əl-Məbsut, h.q 1406, c.1, s.134
  43. Ən-Nəvəvi, Rövzətut-talibin, c.1, s.354
  44. Məqrizi, İmtaul-əsma, h.q 1420, c.11, s.133
  45. Əl-Bəkri, İanətut-talibin, h.q 1418, c.1, s.307
  46. Sərəxsi, Əl-Məbsut, h.q 1406, c.2, s.143
  47. Mucahidi, Təravih, s.743
  48. Mustəfid, Təqsimate Quran və suvəre Məkki və Mədəni, h.ş 1384, s.16
  49. Baqiri, “Səlatu ət-təravih sunnətu məşruə əv bidətun muhəddəsə”, QUm, h.q 1427
  50. Təbəsi, “Səlatu təravih bəynə əs-sunnə və əl-bidə”, Qum, h.q 1420
  51. Haci Xəlifə, Kəşfuz-zunun, c.2, s.1403
  52. Haci Xəlifə, Kəşfuz-zunun, c.2, s.1702
  53. Haci Xəlifə, Kəşfuz-zunun, c.2, s.1983
  54. Başa Bağdadi, İyzahul-məknun, c.1, s.110

Ədəbiyyat

  • İbn Hatəm Razi, Əbdür-Rəhman, Əl-Cərhu vət-tədil, Beyrut, h.q 1372
  • İbn Əbi Yəli, Məhəmməd, Təbəqatul-Hənabilə, Beyrut, Darul-mərifə
  • İbn Əsir, Məciddin, Ən-Nəhayətu fi ğəribil-hədis vəl-əsər, Qum, İsmailiyyan, 4-cü çap, h.ş 1364
  • İbn Həbban, Əs-Suqat, Heydər abad, h.q 1393
  • İbn Əsakir, Əli, Tarixu Mədinəti Dəməşq, Beyrut, Darul-fikr, h.q 1415
  • İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Beyrut, Daru Sadir
  • Əl-Mizzi, Təhzibul-kəmal, Beyrut, Ər-Risalə, 4-cü çap, h.q 1413
  • Ən-Nəvəvi, Yəhya ibn Şərif, Əl-Məcmu fi şəhil-muhəzzəb, Darul-fikr
  • Ən-Nəvəvi, Yəhya ibn Şərif, Təhqiq: Əhməd Əbdül-Mövcud, Beyrut, Darul-kutubil-elmiyyə
  • Başa Bağdadi, İsmail, İyzahul-məknun, Beyrut
  • Buxari, Məhəmməd ibn İsmail, Səhih-Buxari, Beyrut, Darul-fikr, h.q 1401
  • بدعت تراویح به اعتراف بزرگان اهل سنت + تصاویر کتاب, valiasr-aj.com saytı
  • Hacı Xəlifə, Mustafa ibn Abdullah, Kəşfuz-zunun, Düzəliş: Məhəmməd Şərufid-din, Beyrut
  • Hürr Amili, Məhəmməd, Vəsailuş-şiə, Qum, Alul-Beyt (ə) müəssisəsi, h.q 1414
  • Xətib Bağdadi, Əhməd, Tarixu Bağdad, Təhqiq: Mustafa Əbdül-Qadir, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1417
  • Rafei, Əbdül-Kərim, Fəthul-əziz, Darul-fikr
  • Rəhayi, Yəhya, Təravih, Tehran, h.ş 1375
  • Sübhani, Cəfər, Əl-İnsaf, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1423
  • Subki, Əbdül-vəhhab ibn Əli, Təbəqatuş-şafeiyyə, Təhqiq: Məhəmməd Tənahi və Əbdül-Qadir Məhəmməd
  • SubkiŞ Əli ibn Əbdül-Kafi, Fətavas-Subki, Beyrut, Darul-mərifə
  • Sərəxsi, Şəmsuddin, Beyrut, Darul-mərifə, h.q 1406
  • Şafei, Məhəmməd ibn İdris, Əl-Umm, Beyrut, Darul-fikr, h.q 1403
  • Şeyx Səduq, Məhəmməd. Mən la Yəhzuruhul-fəqih, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, h.q 1404
  • Şeyx Tusi, Məhəmməd, Əl-İstibsar, Təhqiq: Həəsn Musəvi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.ş 1363
  • Şeyx Tusi, Məhəmməd, Əl-Xilaf, Qum, İslami nəşr müəssisəsi, h.q 1407
  • Şeyx Tusi, Məhəmməd, Təhzibul-əhkam, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.ş 1365
  • Zümeyri, Məhəmməd Rza, نماز تراویح از دیدگاه فریقین, noormags.ir saytı
  • Təbəsi, Nəcmuddin, نماز تراویح، سنّت یا بدعت, hajj.ir saytı
  • Təbəsi, Nəcmuddin, “Səlatu təravih bəynə əs-sunnə və əl-bidə”, Qum, h.q 1420
  • Əbdür-Rəhman ibn Əbdül-Munim, Mucəmul-mustələhati vəl-əlfazil-fiqhiyyə, Qahirə, Darul-fəzilə
  • Qumi Səbzəvari, Əli bn Məhəmməd, Cameul-xilaf vəl-vifaq, Qum, h.ş 1379
  • Kasani, Əbubəkr ibn Məsud, Bədaius-sənai, Darul-kutubil-elmiyyə, h.q 1406 \ m. 1986
  • Kaşiful-ğita, Cəfər, Kəşful-ğita, Təhqiq: Abbas Təbriziyan, h.q 1422
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Usulul-Kafi, Darul-kutubil-İslamiyyə, h.ş 1363
  • Mucahidi, Fatimə, Təravih, Dairətul-məarife bozorqe İslami, c.14, Mərkəze Dairətul-məarife bozorqe İslami, h.ş 1385
  • Məclisi, Məhəmməd Baqir, Miratul-uqul, Tehran, Darul-kutubil-elmiyyə, h.q 1404, 2-ci çap
  • Mustəfid, Həmid Rza və Kərim Duləti, Təqsimate Quran və suvəre Məkki və Mədəni, Tehran, h.ş 1384
  • Məsudi, Əli ibnil-Həsən, Murucuz-zəhəb, Qum, darul-hucre, 2-ci çap, h.q 1404
  • Məqrizi, Əhməd ibn Əli, İmtaul-əsma, Təhqiq: Məhəmməd Əbdül-Həmid, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1420
  • نماز تروایح یکی از عبادت‌های ماه رمضان است, vaislamah.com saytı

Xarici keçid