İsnaəşər xacələr

wikishia saytından
Bu məqalə İsnaəşər xacələri haqqındadır. Xacələr haqda geniş məlumat almaq üçün Xacə məqaləsinə baxın.
İsnaəşər xacələr
İsnaəşər şiələrinin məscidi
İsnaəşər şiələrinin məscidi
QurucusuMolla Qadir Hüseyn
Təsis ilim.1822
Tarixi19-cu əsr (miladi)
Coğrafi genişliyiDünyanın beş qitəsində mövcuddurlar və özlərinə məxsus təşkilatları var
Mühüm şəhərləriZanzibar
Qollardanİsnaəşər şiəsi
Ardıcıllarının sayı125.000 nəfər
MəzhəbiSeyyid Səid Əxtər Rəzəvi - Duci Cəmal - Məhəmməd Əli Cinah
İctimaiBilal Müslim Mişen təşkilatı - Beynəlxalq isnaəşər xacələr icması federasiyası


İsnaəşər xacələr, (ərəbcə: الخوجة الاثنا عشرية) o dəstəyə deyilir ki, on iki imam şiə məzhəbinə etiqadları vardır. Xacələr, Hindistanın Sind bölgəsində yaşamış Hindu tayfası olmuşlar və islamı qəbul etdikdən sonra Xacə adlandırılıblar. İsnaəşər xacələri, Xacələrin birinci imamı Ağaxan Məhəllatinin sərtliyi və on iki imam şiə alimləri ilə əlaqəsi olduğu üçün, İsmaili Xocalarından ayrılaraq, imami şiə oldular. Onlar əsasən Pakistan, Hindistan və Tanzaniyada yaşayırlar; amma Amerika, Kanada və İngiltərə kimi müxtəlif ölkələrə də səpələnmişlər.

Şiə xacələrinin mədəniyyəti, islam və Hind mədəniyyətindən təşkil tapmışdır. Onlar ictimai birlik və dini ayinlərin icrası məqsədilə, hər bir bölgədə “Camaat” adı altında təşkilat yaradırlar. Onlar həmçinin beynəlxalq təşkilatlar, o cümlədən “isnaəşər xacə beynəlxalq şiə təşkilatı federasiyası”, “Vipaz” (Beynəlxalq islam və humanitar təbliğat təşkilatı) və “Bilal muslim təşkilat”-larına işarə etmək olar.

Molla Qadir Hüseyn və Duci Camal, şiə xacələrin ilk rəhbərlərindən hesab olunurlar. Bəzi siyasi və dini tanınmış şəxslər sırasında isnaəşər xacələri də olmuşdur. Onlar arasında Tanzaniyadakı Bilal muslim təşkilatının banisi Seyyid Səid Əxtar Rəzəvi və Pakistanın qurucusu Məhəmməd Əli Cinnah kimi şəxslərə işarə etmək olar.

Xacələr

Xacələr 15-ci əsrdə, Hindistanın Sind şəhərində yaşamış müsəlmanlar olmuşlar.[1] Onlar hindu olmuş və Pir Sədruddin adlı şəxs tərəfindən İslamı qəbul edirlər.[2] Xacələrin etiqadı ilk mərhələdə hindu və islam inanclarının birləşməsindən ibarət olmuş;[3] 19-cu əsrin ikinci yarısında, (şəmsi təqvimi ilə 1230-cu illər və ondan sonralar) birinci Ağa Xan, Həsən Əli Məhəllati və İsmailiyyə firqəsinin imamı Nəzarinin İrandan qaçması ilə və Hindistanda fəaliyyətə başladıqdan sonra xacələrdən bəziləri ona tabe olmuş və namaz, oruchəcc kimi İslam hökmlərini öyrənib onlara əməl etmişlər.[4] Bir müddət sonra xacələr arasında yaranan ixtilaflara görə, onların bir dəstəsi şiə məzhəbində olan İsmailiyyə firqəsindən ayrılaraq sünni məzhəbinə və digər bir dəstəsi isə imamiyyə şiələrinə qoşulmuşlar.[5]

On iki imam “isnaəşər” xacələrin yaranma tarixçəsi

İsnaəşər xacələrin rəhbərlərindən olmuş Duci Cəmal

1870-ci illərin əvvəllərində bir qrup xacə, imam Hüseynin (ə) ziyarətinə gedərkən Nəcəf şəhərinə gedir və o dövrün böyük müctəhidlərindən olan Zeynul Abdin Mazandarani ilə görüşürlər. Bu görüşdə özlərini şiə kimi təqdim etdilər; Amma onlar İslam qaydalarına əməl etmədiklərini və imamların ziyarətini Kəbə ziyarətindən üstün bildiklərini deyirlər. Bu məsələ Ayətullah Mazandaranı narahat etdiyi üçün, ondan Hindistana dini təlim öyrətmək üçün bir nəfər göndərməsini xahiş edirlər. Mazandaranın sifarişi ilə, onun Hindistanlı tələbələrindən olan molla Qadir Hüseyn Mumbai şəhərinə gedir. O, xacələrdən birinin evində məskunlaşaraq şiə dinini öyrətməyə başlayır. Beləliklə, şiə məzhəbindən sayılan ismailiyyə xacələri ki, azlıq təşkil edirdi, “İsnaəşər xacələr” adı ilə yarandı.[6]

1880-ci ilin ilk onluğunda, Ayətullah Əbülqasim Nəcəfi, 12 imam şiəçiliyi təbliğ etmək üçün Hindistana gedir.[7] O, ilk şiə cümə namazını Mumbaidə təşkil edir.[8] “İsnaəşər xacələri” İsmailiyyə acələrinin qorxusundan uzun müddət öz dini fəaliyyətlərini gizli həyata keçirmişlər; Lakin onlar 1899-cu ildə rəsmi olaraq öz icmalarını təsis etdilər.[9] Bundan sonra onların sayı saysız hesabsız artmışdır.[10]

Dini inanclar

“İsnaəşər”xacələr, on iki imamiyyə şiə dininin əsasfərlərinə inancları vardır.[11] Onlar namaz, oruc, xüms, zəkatsədəqə kimi dini hökmlərə riayət edirlər.[12] Onların din xadimləri, camaat namazını ictimai münasibətləri gücləndirən amil kimi hesab edir və cümə namazının bərqərar olmasına önəm verirlər.[13]

İsnaəşər xacələri əsrin məsum imamların doğum və şəhadət günlərini, xüsusən də Məhərrəm ayını layiqincə qeyd edərək onlar üçün bayram və ya yas mərasimi təşkil edirlər.[14] Onlar Hindistan və Pakistan şiələri kimi mərsiyələr deyib sinə vururlar.[15]

İsnaəşər xacələri, şiə müctəhidlərindən təqlid edirlər. Onlar Seyyid Əbülqasim Xoyinin vəfatından sonra, Seyid Məhəmməd Rza Qolpayeqanidən təqlid etmişlər və ondan sonra Ayətullah Seyid Əli Sistanidən təqlid edirlər.[16] Bu gün onların əksəriyyəti Ayətullah Sistanidən təqlid edir.[17]

Xacələrdən olan şiələr, öz xüms və zəkatlarını şiə müctəhidlərinə verirlər. Müctəhidlər də onlara imam malından dini işlərdə istifadə etməyə icazə verirlər.[18] Bu icazələrin tarixi, Seyyid Əbülhəsən İsfahani və Seyyid Hüseyn Bürucerdi kimi müctəhidlərin dövrünə qayıdır.[19] İsnaəşər şiə xacələr federasiyası ilk dəfə 1960-cı ildə, şiələrin mərcəi təqlidi olan Seyid Möhsün Həkimdən imamın malından istifadə etmək icazəsini almışdır.[20]

Adət ənənələr

İsnaəşər xacələri öz etnik kimliklərinin qorunub saxlanmasına böyük önəm verirlər.[21] Bunun üçün də də onların adət ənənələrinə Hind mədəniyyəti və Hinduizm adət ənənələrindən təsir almışdir.[22] Onlar öz mərasimlərində, ənənəvi Hindistan və Pakistan paltarları geyinirlər[23] həmçinin Hindistanın rəsmi mətbəxinə çox əlaqələri vardır.[24]

Xacələr, öz qəbilələrindən kənar xacə icmalarına mənsub olanlarla, çox nadir hallarda evlənirlər.[25] Onların dini və ictimai həmçinin nikah, şadlıq və dini matəm kimi təşkil olunan mərasimləri, İslam dini və Hindistan adət ənənələrinin qarışığıdır.[26] Misal üçün, özlərinə seçdikləri adlar həm Hind, həm də İslami adlardır. Çox vaxt ad, İslam mədəniyyətindən və soyad isə Hind mədəniyyətindən götürülür; məsələn: Məhəmməd Duci, Əli Daya, Cəfər Nanci və Həsəneyn Alarxiya.[27]

Qruplar və təşkilatlar

Xacələr quruplar və təşkilatlardan ibarətdir, o cümlədən:

Xacə icması

İsnaəşər xacələr öz icmalarını qoruyub-saxlamağa çox əhəmiyyət verirlər.[28] Onlar hər bir şəhər və ya ölkədə, dini və ictimai fəaliyyətlərə başlamaq üçün, “icma” adlı bir qrup yaradırlar.[29] İcmalar çox vaxt, Xacələr federasiyası nəzarəti altında fəaliyyət göstərir.[30]

İlk isnaəşər xacələr icması 1882-ci ildə Zəngbarda yaradılmışdır.[31] 1899-cu ildə isə Mumbai icması rəsmi olaraq quruldu.[32]

Beynəlxalq federasiya

Bilal Müslim Mişen təşkilatının banisi Seyyid Səid Əxtər Rəzəvi

Beynəlxalq isnaəşər xacələr icması federasiyası, dünyadakı isnaəşər xacələr icmalarının fəaliyyətinə nəzarət edən ali təşkilatıdır.[33] Bu təşkilat isnaəşər xacə dininin təbliği, xacələrin maddi vəziyyətini yaxşılaşdırmaq, elmi və dini savadlarını artırmaq məqsədi ilə təsis edilmişdir.[34] Bu gün onun nəzarəti altında 30 icma, dörd regional federasiya fəaliyyət göstərir və 125 000-ə yaxın üzvü var.[35]

Bilal Muslim Mişen

Bilal Müslim Mişen təşkilatı, İsnaəşər şiə xacələrinin ən mühüm şiə təşkilatlarından biridir.[36] Bu təşkilat 1968-ci ildə, Tanzaniyada Seyyid Əxtər Rəzəvi və başqa bir dəstə şiə liderləri tərəfindən, isnaəşər şiə xacə[37] etiqadının təbliği məqsədi ilə yaradılmışdır.[38] Bilal Muslim Mişenin Tanzaniyanın əksər şəhərlərində fəal mərkəzləri vardır.[39] Keniya, Madaqaskar, Burundi və Amerika kimi digər ölkələrdə filialları vardır.[40]

Vipaz

Vipaz (Dünya İslam və humanitar təbliğat təşkilatı) Tanzaniyada isnaəşər xacələrin ən mühüm təbliğat təşkilatlarından biridir ki, 1980-ci ildə rəsmi olaraq təsis edilmişdir.[41] Bu təşkilat, Afrika Federasiyası və Bilal Muslim Mişen tamamilə ayrı olaraq müstəqil şəkildə fəaliyyət göstərir.[42] “İslam təlimlərinin köməyi ilə qaradərili müsəlmanlar arasında sülh və dostluqun təbliği”, “Maarifləndirici tədbirlərlə yoxsulluğun aradan qaldırılması” və “xəstə və yoxsullara yardım” Vipaz təşkilatının hədəflərindən olmuşdur.[43]

Şəxsiyyətlər

İsnaəşər xacələrin rəhbərlərindən olmuş Məhəmməd Əli Cinah

İsnaəşər xacələrin bəzi tanınmış dini, mədəni və siyasi şəxsiyyətləri ibarətdir:

  • Molla Qadir Hüseyn (1890-cı illərdə vəfat etmişdir), Ayətullah Mazandarani tərəfindən göndərilmiş din xadimi və Mumbaidə isnaəşər xacələrin ilk icmasının banisi olmuşdur. O, özü xacə deyildi, lakin xacələr arasında imamiyyə şiə dininin ilk təbliğçisi olduğu üçün onu xacələrdən hesab edirlər.[44]
  • Duci Camal (1820-1905-ci il) Hindistanda isnaəşr icmasının ilk rəhbərlərindən biri olmuşdur.[45]
  • Seyyid Səid Əxtər Rəzəvi (1927-2002-ci il), Tanzaniyada Bilal Müsəlman Təşkilatının qurucularından biri olmuşdur.[46]
  • Məhəmməd Əli Cənah (1876-1948-ci il), Pakistanın Hindistandan müstəqillik hərəkatının lideri və Pakistanın qurucusu.[47]
  • Molla Əsğər (1936-2000-ci il), Ümumdünya isnaəşər şiə icması federasiyasının rəhbəri idi.[48] O, 1993-cü ildə Ayətullah Xamenei tərəfindən “Beynəlxalq Əhli-beyt icmasının Ali Şurasının üzvü oldu.[49]

Digər şəxsiyyətlər

İsnaəşər xacələrin digər tanınmış şəxsiyyətlərindən: Hacı Naci (1864-1843), Qulam Hüseyn Vəli Məhəmməd Dərsi (Səlsəbil), Hacı Davud Həbib, Məhəmməd Şərif Duci, Əli Məhəmməd Cəfər Duci, Daya Valci, Qulam Abbas Qasım Əli Bahadur Əli Məluci, Əhməd Dunqərsi və Nəzir Cəssa kimi şəxsiyyətlərə işarə etmək olar.[50]

Jurnallar

İsnaəşər xacələri uzun illərdir ki, dünyanın müxtəlif ölkələrində çoxlu nəşrlər çap etmişlər. Mubaidə “Nicat yolu” (1890) və “İman nuru” (1892), Nicat bağı (1906-cı il), Hindistanın Əhmədabad şəhərində və Munadi və Sələsbil (1924) kimi jurnalları xatırlatmaq olar.[51]

Hal-hazırda Samaçar nəşriyyatı (Afrika isnaəşər xacələr federasiyasının rəsmi jurnalı), "Insight" (Beynəlxalq isnaəşər xacələr federasiyasının rəsmi nəşriyyatı), "Sauti ya Bilal" (Bilalın səsi, Bilal Muslim Mişen təşkilatının rəsmi nəşri), “The light” Bilal Muslim Mişen təşkilatının “Nur” nəşri və "Shia International" müxtəlif dillərdə nəşr olunan jurnallara işarə etmək olar.[52]

Dini təhsil mərkəzləri

İsnaəşər xacələri bir sıra ölkələrdə, o cümlədən Amerika, İngiltərə, Suriya, Tanzaniya və Keniyada dini təhsil mərkəzləri təsis etmişlər. Onlardan bəziləri aşağıdakılardır:

  • Birmingham Seyyid əl-Xoyi elmi hövzəsi
  • Nyu York Vəlyyi-əsr elmi övzəsi
  • Dəməşq “İslam ali araşdırmalar” institutu
  • Tanzaniyada, “Əhli-beyt lil-ulumil-islamiyyə” dini mədrəsə
  • Keniyada “Əmirəl-Möminin Mombasa” dini mədrəsə
  • Birmingham “Əl-Mehdi” vövzəsi [53]

Xacələrin məskunlaşdığı məntəqələr

İsnaəşər xacələri əslən Qucarat əyalətindən və Hindistanın Qaç bölgəsində olmuşlar;[54] Lakin bu gün onlar dünyanın müxtəlif ölkələrində yaşayırlar.[55]

Ümumdünya isnaəşər xacələr federasiyasının rəsmi saytının məlumatına görə, onların sayı 125 minə yaxındır.[56] Onların təxminən 25.000 nəfəri Hindistanda Qaç, Qucarat və Mumbai kimi ərazilərdə yaşayır.[57] Onlardan 42.000-ə yaxını Pakistanda yaşayır ki, əksəriyyəti Karaçidə məskunlaşırlar.[58]

Afrikada təxminən 15000-ə yaxın isnaəşər xacə vardır[59] ki, Tanzaniya və Keniya ölkələri onların ən mühüm mərkəzləri sayılır.[60] Onların təxminən 15000-i Amerika Birləşmiş Ştatları, Kanada və Avropada yaşayır.[61] Kanada ölkəsində 4000 ilə 5000 min arası isnaəşər xacə yaşayır.[62] İngiltərədəki London Höccət icmasının 5000-ə yaxın üzvü var və ən böyük isnaəşər icmalarından biri hesab olunur.[63]

İmarat, Banqladeş, Yəmən, Omman,[64] Zəngbar, Uqanda, Somali, Madaqaskar,[65] Hollandiya və Fransa kimi ölkələr də onların məskunlaşdıqları ölkələr sırasındadır.[66]

Şiə xacələr ilə İran münasibətləri

İran xalqının əksəriyyətinin on iki imam şiəsi olduğu üçün şiə xacələri özlərini İran xalqına yaxın hiss edirlər.[67] Onlar, İrana İmam Rzanın (ə)həzrət Məsumənin (ə) hərəmini ziyarət etmək üçün gəlirlər. Xacələrin bəzi dini təhsil almaq istəyən tələbələri İranda elmi hövzələrdə təhsil alırlar.[68]

Xacə şiələri siyasi məsələlərdə bir o qədər də fəaliyyət etmirlər; lakin mühüm siyasi hadisələrə reaksiya verirlər. Misal üçün, Afrikanın isnaəşər xacə cəmiyyəti, İmam Xomeyninin İraqa sürgün edilməsi ilə bağlı İran şahına etiraz etdi.[69] Həmçinin İngiltərədə yaşayan Xacə rəhbərlərindən Həbib Valci, İmam Xomeyninin Parisə səfəri zamanı onunla görüşmüş və onun mübarizələrinə dəstək olmuşdur.[70]

Xacə rəhbərləri müxtəlif vaxtlarda İran İslam Respublikasının rəsmiləri ilə görüşlər keçiriblər. Beynəlxalq İsnaəşər xacələr Federasiyasının keçmiş rəhbəri Molla Əsğərin imam Xomeyni ilə görüşü olmuşdur.[71] Həmçinin 1996-cı ildə İran İslam Respublikasının o zamankı prezidenti, Haşimi Rəfsəncani Tanzaniya və Keniyaya səfəri zamanı, Afrika Federasiyasının prezidenti Məhəmməd Dirani tərəfindən qarşılanmışdı.[72]

İsnaəşər şiə xacələr beynəlxalq təşkilat federasiyası, Rudbar və Bəm zəlzələləri zamanı, zəlzələdən zərər çəkənlərə maddi yardım etmişdir.[73] Ayətullah Xameneinin ofisi, Afrikalı gənclərin İran universitetlərində təhsil alması üçün, dünya federasiyasının ixtiyarında təqaüdlər ayırmışdır.[74]

İstinadlar

  1. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.11
  2. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.11
  3. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.11
  4. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.17
  5. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.18-19
  6. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.19
  7. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.20
  8. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.20
  9. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.20
  10. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.21
  11. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.99
  12. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.54
  13. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.54
  14. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.54
  15. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.56
  16. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.55
  17. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.55
  18. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.54
  19. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.54
  20. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.54
  21. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.32
  22. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.31-32
  23. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.36
  24. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.36-37
  25. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.32
  26. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.32
  27. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.38
  28. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.29
  29. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.8
  30. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.25
  31. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.294
  32. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.64
  33. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.24
  34. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.24
  35. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.25
  36. Zəncəbir Şirazi, h.ş 1393, s.77
  37. Əmini, Tanzaniya, h.ş 1375, s.23
  38. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.15-16
  39. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.174
  40. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.175
  41. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.187
  42. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.187
  43. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.187
  44. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.340
  45. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.1
  46. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.157
  47. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.141-142
  48. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.152
  49. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.412
  50. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.135-150
  51. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.208
  52. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.209-212
  53. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.116-121
  54. Can Əhmədi və Zəncəbir Şirazi, Şieyane TAnzaniya və vəziyyəte anan, s.39
  55. Can Əhmədi və Zəncəbir Şirazi, Şieyane TAnzaniya və vəziyyəte anan, s.39
  56. «About The World Federation of KSIMC»، وب‌گاه The World Federation of KSIMCf Of Khoja Shia Ithna-Asheri Muslim Communities.
  57. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.271
  58. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.277
  59. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.40
  60. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.286
  61. Ərəb Əhmədi, Şieyane Tanzaniya, h.ş 1379, s.40
  62. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.334
  63. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.311
  64. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.279-284
  65. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.294-305
  66. Ərəb Əhmədi, Şiəyane xacə isnaəşəri dər qostəreye cəhan, h.ş 1389, s.310
  67. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.62
  68. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.62
  69. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.62
  70. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.62
  71. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.64
  72. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.64
  73. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.64
  74. Ruğəni, Şiəyane xacə dər ayineye tarix, h.ş 1387, s.64

Ədəbiyyat

  • Əmini, Rəhim, Tanzaniya, Tehran, Dəftəre utaliəte siyasi və Beynəlmiləli, 1375 h.ş.
  • Can Əhmədi, Fatimə və Ruhullah Rəncbər Şirazi, Şiəyane Tanzaniya və vəziyyəti anan (ba təkid bər şiəyane xuce isnaəşəri), Fəslname elmi və pejuheşi şiəşünasi, No 40, 1391 h.ş.
  • Rəncbər Şirazi, Ruhullah, Şiəyane Tanzaniya; Bərrəsiye vəziyyəte fərhəngi ictimai, Qum, Şiəşünasi nəşriyyatı, birinci nəşr, 1393 h.ş.
  • Ruğəni, Zəhra, Şiəyane xuce dər ayineye tarix, pejuheşqahe ulume insani və mutaliate fərhəngi, Aynasında, Tehran, 1387 h.ş.
  • Ərəb-Əhmədi, Əmir Bəhram, Şiəyane xuce isnaəşri dər Qostəreye cəhan, Müəssiseye şiəşünasi, Qum, 1389 h.ş.
  • Muin, Məhəmməd, Fərhənge Farsi muin.
  • Ərəb Əhmədi, Əmir Bəhram, Şiəyane Tanzaniya diruz və emruz, Tehran, İntişarate beynəlmiləli əl-Məhdi, 1379 h.ş.
  • «About The World Federation of KSIMC», The World Federation of KSIMCf Of Khoja Shia Ithna-Asheri Muslim Communities