Camaat namazı (ərəbcə: صلاة الجماعة), o namaza deyilir ki, cəmiyyət şəklində qılınır. Camaat namazı ən fəzilətli ibadətlərdən sayılır. Camaat namazında irəlidə duran və arxadakı insanların ona iqtida etdikləri şəxsə “imam” və ona iqtida edənlərə isə ”məmum” deyilir.
Bəzi fiqh alimlərinin fikrincə, ilkin mərhələdə namazın vacib olması, cəmiyyət halında olmuş və ilk camaat namazını, peyğəmbər (s) və imam Əli (ə) bərpa etmişlər. Rəvayətlərdə, camaatla qılınan namazın savabı, tək halda qılınan 25 namazdan üstün olduğu bildirilir və məscidlərin qonşuluğunda olanların, məsciddə camaatla namaz qılmalarına tövsiyə olunur.
- Bu məqalə camaat namazı haqqındadır. Camaat namazına rəhbərlik edən şəxs haqqında öyrənmək üçün İmam camaat məqaləsinə baxın.
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
Şiə nəzərinə əsasən, camaat namazlarında iştirak etmək, təkid edilmiş müstəhəb əməllərdən biridir və yalnız gündəlik (beş vacib namaz), Ayat namazı, bayram namazları, meyyit namazı və Cümə namazını camaat şəklində qılmaq olar. Şiə məzhəbinin əksər fiqh alimlərinin fikrincə, yağış namazından başqa, digər müstəhəb namazları camaat halında qılmaq olmaz. Sünnü məzhəbində “Təravih” namazı camaatla birlikdə qılınır, Şiə məzhəbinin fikrincə, bu namazın camaat halında qılınmasını bidətdir (dində yenilikdir).
Konseptologiya
Camaat namazı, o namaza deyilir ki, cəmiyyətlə birlikdə qılınır. Bu namazda, “imam camaat” öndə durur və “məmum”-lar (camaat) ona iqtida edirlər. Camaat namazı ən azı iki nəfərdən, yəni imam və bir nəfər “məmum”-dan təşkil olur.[1]
Əhəmiyyəti
Camaat namazı, İslam dinində təkid olunmuş əməllərdən sayılır,[2] rəvayətlərdə isə üzürsüz olaraq tərk edilməsi, namazın qəbul olunmaması amillərindən biri və camaat namazına etinasızlıq isə, Allahı kiçik saymaq kimi göstərilmişdir.[3]
Qurani-Kərimdə, bir başa camaat namazına işarə olunmamışdır, lakin fiqh alimləri, camaat namazının fəzilətləri bölməsində bu ayəyə [4]
(namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin) işərə etmişlər.[5] Bəzi təfsir alimləri isə, ayədə qeyd olunan “birlikdə rüku edin” ibarətini, camaat namazına işarə olunduğunu bildirirlər,[6] o cümlədən bəzi Şiə hədisləri toplusunda, bir fəsli, camaat namazı hökmləri və fəzilətlərinə ixtisas vermişlər.[7]
Ayətullah Bürucerdi, bəzi rəvayətlərə əsaslanaraq bildirir ki, İslam dinində namaz, ilk mərhələdə camaatla birlikdə qılınması vacib olunmuşdur.[8] Həzrət Məhəmmədin (ə) peyğəmbərlik dövrünün ilk günlərində, camaat namazı peyğəmbərin (s) imamətilə təşkil olunurdu və “məmum” olaraq tək kişi həzrət Əli (ə), qadın isə həzrət Xədicə[9] o həzrətə iqtida edirdilər.[10] Sonralar isə Cəfər Təyyar da onlara qoşulmuşdur.[11]
Hikməti
İmam Rzadan (ə) nəql olunan rəvayətə əsasən, camaat namazının vacib olmasının illəti, insanlar arasında İslam, Tohid və ixlasın aşkar olması idi.[12] “İləluş-şəraye” kitabında, imam Sadiqdən (ə) nəql olunur, Allah-Taala camaat namazını bunun üçün qərar verdi ki, namaz qılanlar, namaz qılmayanlardan seçilsin və məlum olsun, kimlər namazın vaxtına riayət edir və kimlər etmir. Digər bir yerdə nəql olunur, əgər camaat namazı olmasaydı, heç kim digərinin haqqında xeyir iş sahibi oluğu üçün şəhadət verə bilməzdi.[13]
Fəziləti
Camaat namazı haqqında bir çox savab və fəzilətlər açıqlanmışdır. İslam peyğəmbərindən (s) nəql olunmuşdur ki, camaat namazında olan insanların sayı nə qədər çox olarsa Allah yanında da o qədər sevilər[14] və savabı da çox olar: “Məmum” əgər bir nəfər olarsa, namazın savabı 150 bərabər və əgər iki nəfər olarsa namazın savabı 600 bərabər və beləliklə onların sayı doqquz nəfəri keçərsə, o namazın savabını Allahdan başqası bilməz.[15]
Digər rəvayətlərdə gəlmişdir ki, bir camaat namazı, iyirmibeş (tək halında qılınan) namazdan üstündür[16] və camaatla qılınan namazın savabı, tək halda qılınan qırx ilin namazından fəzilətlidir,[17] alim bir şəxsin imamətilə qılınan camaat namazının fəziləti, peyğəmbərin (s) imamətliyi ilə qılınan namazın fəzilətinə bərabərdir.[18]
Təsirləri
Rəvayətlərə əsasən, camaat namazı nifaqdan uzaq olmağa,[19] günahların bağışlanmasına,[20] duaların qəbul olmasına,[21] Qiyamətin çətinliklərini asanlıqla geridə qoyub cənnətə daxil olmağa[22] və o cümlədən, Allahın və mələklərin[23] razılığını qazanmağa səbəb olur. Qeyd etmək lazımdır ki, camaat namazında iştirak edən şəxs, digərlərini şəfaət edə biləcək.[24]
Həzrət peyğəmbərdən (s) nəql olunmuşdur, hər kəs məscidə doğru, namaz üçün bir addım götürsə min savab yazılar, 70 məqam əldə edər və əgər bu yolda dünyasını dəyişsə, Allah 70 min mələk təyin edər, onu qəbir evində ziyarət etsinlər və qiyamət gününədək, (qəbrindən qalxana kimi) qəbir evinin tək anlarında onunla birlikdə olarlar.[25]
Bunlardan əlavə, İslam cəmiyyətinin təşkil olması, insanların bir-birlərindən məlumatı olması, həmkarlıq və əlaqələr, müsəlmanlar arasında sevgi-məhəbbətin yaranması, camaat namazının fayda və səbəblərindən sayılmışdır.[26]
Hökmlər
Şiə fiqh alimləri, camaat namazında iştirak etməyi, təkid olunmuş müstəhəb əməllərdən bilirlər.[27] Xüsusilə də sübh, məğrib və işa namazlarının camaatla qılınmasına daha çox təkid olunmuşdur.[28] Qeyd olunduğu kimi, məscidin qonşuluğunda olanlar üçün, camaat namazlarında iştirak etmələrinə daha çox təkid olunmuşdur.[29] Cümə namazının düzgün sayılmasının şərtlərindən biri də camaatla qılınmasıdır.[30] Sünnü məzhəblərindən, Hənbəli məzhəbi və Hənəfilərdən isə bəziləri, camaat namazını “vacib eyni” bilirlər.[31] Şafei məzhəbindən bir dəstəsi isə, səfərdə olmayan kişilər üçün, camaat namazında iştirak etmələrini, “vacib kifayi” bilirlər.[32]
Müstəhəb namazları camaatla qılmaq
Şiə fəqihlərinin fikrincə, yağış namazından başqa heç bir müstəhəb namazı camaat şəklində qılınmasına icazə verilmir.[33] Buna baxmayaraq, bəzi Şiə fəqihləri bildirirlər, “Fitr” və “Qurban” bayramı namazlarını, imamın qeybət dövründə camaatla qılmaq müstəhəbdir.[34] Şiə məzhəbinin məşhur fəqihlərinin nəzəri budur ki, istər vacib istərsə də müstəhəb halında olsun, camaatla qılınmalıdır.[35] “Hədaiq” kitabının müəllifi, bəzi Şiə fəqihlərinə o cümlədən; Əbu Saleh Hələbi və Şəhid Əvvələ nisbət verir ki, “Qədir-Xum” namazını camaatla qılmağı icazəli bilirlər, “Bəhrani” isə bu namazın camaatla qılınmasını haram bilir.[36] Bunun müqabilində, bir çox Sünnü fiqh alimləri, bütün müstəhəb namazları o cümlədən “Təravih” namazını camaatla qılınmasını icazəli bilirlər,[37] Maliki və Hənəfi məzhəbləri, ayat və Ramazan ayının namazlarından başqa, bəzi nafilə namazların camaatla qılınmasını məkruh (bəyənilməz) sayırlar.[38] Şiə fəqihlərinin fikrincə, “Təravih” namazının camaat şəklində qılınması, bidətdir.[39]
İmam camaatın şərtləri
Əsas məqalə: İmam camaat
İslam qanunlarına əsasən, imam cammat ağıllı,[40] baliğ,[41] (təklif həddinə çatan “15 yaş”), mömin[42] və adil[43] şəxs olmalıdır; həmçinin imam camaat halalzadə[44] olmalı və namazın sözlərini düzgün şəkildə tələffüz etməlidir.[45] Məmunların (iqtida edən şəxslər) hamısı və yaxud bir neçəsi kişi olarsa, imam camaat duran şəxs kişi olmalıdır.[46]
Əhli sünnəyə iqtida etmək
İmam camaatın şərtlərindən biri, mömin, yəni oniki imam şiəsi olmaqdır;[47] bunun üçün də Şiə fiqh alimləri bir sıra rəvayətlərə[48] əsaslanaraq, Şiənin əhli sünnəyə iqtida etməsini düzgün saymırlar;[49] amma xüsusi şəraitlərdə, misal üçün təqiyyə halında; əlbətdə əhli-sünnəyə iqtida etmək haqqında ixtilaf vardır. İmam Xomeyni və digər alimlər, əhli sünnəyə iqtida etməyin heç bir nöqsanı olmadığını bildirirlər,[50] bəziləri isə, namazın yenilənməsini və yaxud iqtida etməyib Həmd və surəni oxumasını bildirirlər.[51] Bu ixtilaflar isə çıxılmaz şəraitə aid olan rəvayətlərin bir-biri ilə qarşı-qarşya durmasından qaynaqlanır.[52]
Qadınların camaat namazında iştirakı
Bəzi rəvayətlərdə bildirirlər, qadınların evlərində qıldıqları namaz, məsciddə camaatla qıldıqları namazlardan daha yaxşıdır; bu cür rəvayətlərdə, qadınlar üçün ən yaxşı məscid, onların evləri sayılır[53] və qadının öz evində tək qıldığı namazın savabı, məsciddə camaatla qılacaq namazın savabıyla bərabərdir.[54] Şiə fəqihlərindən bir dəstəsi, bu rəvayətlərə əsaslanaraq, qadınların öz evlərində namazlarını tək qılmalarını və məsciddə camaatla birlikdə qılmaqdan üstün bilirlər.[55] Bəzi fəqihlər isə bu cür rəvayətlərin xüsusi şəraitlərə aid olduğunu bildirib qeyd edirlər, qadınların hicaba riaəyt edərək məsciddə namaz qılmaları daha yaxşıdır.[56] Bu dəstə fəqihlər isə, qadınların peyğəmbərlə (s) birlikdə namaz qıldıqlarına işarə edən bir sıra rəvayətlərə əsaslanırlar.[57]
Digər hökmlər
- “Məmum” (iqtida edən şəxs) birinci və ikinci rəkətdə Həmd və surədən başqa namazın bütün zikrlərini deməlidir.[58]
- “Məmum” namazın bütün işlərini “imamın” etdiyi işlərlə uyğun yerinə yetirməli və heç bir hərəkəti imamdan əvvəl icra etməməlidir.[59]
- İmam camaatın durduğu yer, camaatın durduğu yerdən yüksək olmamalıdır.[60] Bunun üçün də çox vaxtlar məscidlərdə, mehrab müəyyən həddə aşağı səthdə düzəldilir.[61]
- İmam camaatla məmum arasında pərdə və yaxud divar kimi maneə olmamalıdır. Lakin kişilərlə qadınların sıraları arasında olan pərdə istisnadır.[62]
- “Ratib imam” (təyin olunmuş imam) camaat namazı qılmaqda digərlərindən (imam camaat durmaqda) üstünlük təşkil edir.[63]
- Qadın o zaman imam camaat dura bilər ki, məmum olan insanlar hamısı qadın olsun.[64]
Camaat namazının qaydaları
Camaat namazının bir sıra qaydaları vardır ki, bəziləri məkruh digərləri isə müstəhəbdir; müstəhəb sayılan əməllərdən bəziləri ibarətdir:
- Elm və təqva sahibləri birinci sırada dursunlar.[65]
- Məmum, imamın sağ tərəfində dursun.[66] (tək olduğu halda)
- İmam, cəmiyyət arasında olan zəif insanları nəzərə almalı, namazı qısa qılmalı, yalnız o halda ki, bilir camaat namazında olan bütün insanlar, namazın uzun olmasını istəyirlər.[67]
- “Qəd qamətis-səlah” deyildikdə, camaat ayaqa qalxsın.[68]
- İmam, Həmd surəsini oxuyub qurtardıqda, məmum “əlhəmdu lillahi rəbbil aləmin” desin.[69]
Camaat namazı əsnasında bəzi əməllər məkruh sayılmışdır ki, ibarətdirlər: Digər sıralarda yer olduğu halda məmum tək bir sırada durarsa, “Qəd qamətis-səlah” deyildikdə nafilə namazı qılmaq, dörd rəkətli namazlarda müsafir olmayan şəxsin, müsafirə iqtida etməsi[70] və məmumun zikrləri ucadan deməsi, bir həddə ki, imam onun səsini eşitsin.[71] “Qəd qamətis-səlah” deyildikdən sonra danışmaq.[72]
Monoqrafiya
Fiqh alimləri, öz fiqhi kitablarında, camaat namazı və onun hökmləri haqqında söz açmışlar.[73] Həmçinin camaat namazı haqqında, müstəqil şəkildə kitablar təlif etmişlər, onlardan bəziləri ibarətdirlər:
- Şiə fəqihi “Məhəmməd Hüseyn Kompaninin” təlif etdiyi əsər “Risalətu Səlatul-Cəmaəh” qəməri tarixi ilə ondördüncü əsr (1296-1361 h.q). Bu əsərdə camaat namazının hökmləri, vacib, müstəhəb və haram olan hallar tədqiq olunmuşdur. “Qum Nəşre İslami” müəssisəsi bu əsəri, 1409 h.q ilində “Buhus fil-fiqh və hiyə buhus fi səlatil-cəmaəh vəl musafir vəl icarə” ünvanında kitab olaraq çap etmişdir.[74]
- “Nəbzətu həvlə səlatəl-cəmaəh” kitabı, Seyyid Məhəmməd Təqi Şahroxi Xurrəmabadi, Ayətullah Bürucerdinin dərsləirindən istixrac edərək toplamış və kitab şəklində təlif edərək “Nəsayeh” nəşriyyatı tərəfindən çap edilmişdir. Bu kitabda camaat namazının düzgün sayılacaq şəraiti, camaat namazının əhəmiyyəti, camaat namazının hökmləri, imam camaatın şərtləri və əhli sünnəyə iqtida etmək kimi məsələlərə işarə olunmuşdur.[75]
- “Nəmaze cəmaət və bərəkate an” təlif: Məhəmməd İsmail Nuri, Fars dilində təlif olmuş və Qurani-Kərimdə camaat namazı, camaat namazının bərəkət və fəzilətləri, camaat namazını tərk etməyin mənfi təsirləri, camaat namazının şərait və hökmləri haqqında bir sıra mətləblər açıqlanmışdır. “Bustane kitab” nəşriyyatı, dördüncü buraxılışı çapdan çıxmışdır.[76]
İstinadlar
- ↑ Şeyx Səduq, Mən la yəhzurul-fəqih, h.q 1413, c.1, s.376; İbn İdris, Əs-Sərair, h.q 1410, c.1, s.277
- ↑ Nəraqi, Mustənəduş-şiə, h.q 1416, c.8, s.11-12; Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.8, s.285
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.8, s.295
- ↑ Bəqərə surəsi, ayə 43
- ↑ Şeyx Səduq, Mən la yəhzurul-fəqih, h.q 1413, c.1, s.375
- ↑ Kaşani, Zubdətut-təfasir, h.q 1423, c.1, s.139; Molla Sədra, Təfsirul-Quranil-Kərim, h.ş 1366, c.3, s.255
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.371-387; Şeyx Səduq, Mən la yəhzurul-fəqih, h.q 1413, c.1, s.375-409
- ↑ Burucerdi, Qible sitr və satir və məkane musəlli, h.q 1416, c.2, s.84
- ↑ İbn Əsir, Camiul-usul, h.q 1403, c.3, s.414
- ↑ İştihardi, Təqriru bəhsis-seyyidil-Burucerdi, h.q 1416, c.2, s.84
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, h.q 1410, c.85, s.3
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.8, s.287
- ↑ Şeyx Səduq, İləluş-şəraye, h.ş 1385, c.2, s.325
- ↑ İbn Hənbəl, Musnəd, Darus-sadir, c.5, s.140
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, h.q 1410, c.85, s.15
- ↑ Şeyx Tusi, Təhzibul-Əhkam, h.q 1407, c.3, s.265; Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.373
- ↑ Nuri, Mustədrəkul-vəsail, h.q 1408, c.6, s.446
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, h.q 1410, c.88, s.119
- ↑ Nuri, Mustədrəkul-vəsail, h.q 1408, c.6, s.449
- ↑ Şeyx Səduq, Səvabul-əmal, h.q 1406, s.37
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, h.q 1410, c.88, s.4
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.5, s.372
- ↑ Şeyx Səduq, Səvabul-əmal, h.q 1406, s.37
- ↑ Nuri, Mustədrəkul-vəsail, h.q 1408, c.6, s.449
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, h.q 1410, c.85, s.434
- ↑ زحیلی، الفقه الاسلامی و ادلته، دار الفکر، ج۲، ص۱۱۶۷., Zəhili, Əl-Fiqhul-İslami və ədillətuhu, Darul-fikr, c.2, s.1167
- ↑ Nəraqi, Mustənəduş-şiə, h.q 1416, c.8, s.11-12; İbn İdris, Əs-Sərair, h.q 1410, c.1, s.277
- ↑ Yəzdi Təbatəbai, Əl-Urvətul-vüsqa, h.q1409, c.1, s.761
- ↑ Yəzdi Təbatəbai, Əl-Urvətul-vüsqa, h.q 1409, c.1, s.761
- ↑ Əbül-fəzl Məvsili, Əl-İxtiyaru litəlilil-muxtar, m.1984, c.1, s.83; Bəhuti Hənbəli, Kəşşaful-Qina, h.q 1418, c.1, s.552-553; Yəzdi Təbatəbai, Əl-Urvətul-vüsqa, h.q 1409, c.1, s.763
- ↑ İbn Əsir, Camiul-Usul, h.q 1403, c.5, s.564-566
- ↑ Xətib, Muğnil-Muhtac, Darul-fikr, c.1, s.229-230
- ↑ Mühəqqiq Hilli, Əl-Mutəbər, h.q 1407, c.2, s.415
- ↑ Yəzdi Təbatəbai, Əl-Urvətul-vüsqa, h.q 1409, c.1, s.765; İmam Xomeyni, Tozihul-məsail, h.ş 1387, s.234
- ↑ Şeyx Səduq, Əl-Muqnə, h.q 1415, s.149; Nəraqi, Mustənəduş-şiə, h.q 1415, c.6, s.6
- ↑ Bəhrani, Əl-Hədaiqun-Nazirə, h.q 1405, c.11, s.87
- ↑ Cəziri, Əl-fiqhu ələl-məzahibiş-şiə, h.q 1424, c.1, s.370-371
- ↑ Cəziri, Əl-fiqhu ələl-məzahibiş-şiə, h.q 1424, c.1, s.370
- ↑ Şeyx Tusi, Əl-Xilaf, h.q 1407, c.1, s.528
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.13, s.323
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.13, s.325
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.13, s.373-375
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.13, s.375
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.13, s.324
- ↑ Yəzdi Təbatəbai, Əl-Urvətul-vüsqa, h.q 1409, c.1, s.798
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.13, s.336-337
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.13, s.273-275
- ↑ Nuri, Mustədrəkul-vəsail, h.q 1408, c.8, s.309, c.8, s.312
- ↑ Şeyx Tusi, Əl-Xilaf, h.q 1407, c.1, s.549; Mühəqqiq Hilli, Əl-Mutəbər, h.q 1407, c.2, s.432
- ↑ İmam Xomeyni, Ər-rəsailul-əşəriyyə, h.ş 1387, s.63-64
- ↑ Nəraqi, Mustənəduş-şiə, h.q 1415, c.8, s.53-54
- ↑ کمالی اردکانی، «بررسی فقهی اقتدای به اهل تسنن در حرمین شریفین»،, Kəmali, Bərresiye fiqhi iqteda be əhli-təsənnun dər hərəmeyne şərifeyn
- ↑ Şeyx Səduq, Mən la yəhzurul-fəqih, h.q 1413, c.1, s.374
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.5, s.237
- ↑ Əllamə Hilli, Təzkirətul-füqəha, h.q 1414, c.4, s.237
- ↑ İmam Xomeyni, Tozihul-məsail, h.ş 1387, s.142, Məsələ 894
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.8, s.343
- ↑ İmam Xomeyni, Tozihul-məsail, h.ş 1387, s.226, Məsələ 1461
- ↑ Yəzdi Təbatəbai, Ürvətul-vüsqa, h.q 1409, c.1, s.785
- ↑ Şeyx Səduq, Mən la Yəhzurul-fəqih, h.q 1413, c.1, s.388; Yəzdi Təbatəbai, Ürvətul-vüsqa, h.q 1409, c.1, s.777
- ↑ http://hajj.ir/fa/39034 «گودی محراب نماز به خاطر چیست؟»], Vilayəti-fəqihin Həcc və ziyarət məsələləri üzrə nümayəndəliyinin saytı
- ↑ Yəzdi Təbatəbai, Ürvətul-vüsqa, h.q 1409, c.1, s.777
- ↑ Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.11, s.197; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.13, s.348
- ↑ İbn İdris, Əs-Sərair, h.q 1410, s.281
- ↑ Yəzdi Təbatəbai, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.804
- ↑ Yəzdi Təbatəbai, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.803
- ↑ Yəzdi Təbatəbai, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.804
- ↑ Yəzdi Təbatəbai, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.804
- ↑ Yəzdi Təbatəbai, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.804
- ↑ Yəzdi Təbatəbai, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.805
- ↑ İmam Xomeyni, Tozihul-məsail, s.229, Məsələ 1489
- ↑ Yəzdi Təbatəbai, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.2, s.277
- ↑ İbn İdris, Əs-Sərair, h.q 1410, c.1, s.277
- ↑ İsfəhani, Buhusun fil-fiqh, h.q 1409
- ↑ «کتاب نبذة حول صلاة الجماعة کتاب نبذة حول صلاة الجماعة به زیور چاپ آراسته شد», balagh.ir saytı, “Nəbzətu həvlə səlatəl-cəmaəh” kitabı çap olundu.
- ↑ «کتاب نماز جماعت و برکات آن به چاپ چهارم رسید», farsnews.com saytı, "Camaat namazı və onun bərəkətləri" adlı kitabın dördüncü çapı oldu.
Ədəbiyyat
- İbn Əsir, Mübarək ibn Muhəmməd, Camiul-üsul fi əhadisir-Rəsul, Düzəliş: Əbdül-Qadir, Beyrut, h.q 1403
- İbn İdris Hilli, Muhəmməd ibn Mənsur, Əs-Sərair, Qum, Dəftəre enteşarate İslami vapeste be came Müdərrisin Hozeye elmiyyeye Qum, h.q 1410
- İbn Hənbəl, Əhməd ibn Muhəmməd, Musnədu Əhməd ibn Hənbəl, Beyrut, Daru Sadir
- İsfəhani, Muhəmməd Hüseyn, Buhusu fil-fiqh, Qum, Dəftəre enteşarate İslami vapeste be came Müdərrisin Hozeye elmiyyeye Qum, h.q 1409\h.ş 1367
- İmam Xomeyni, Seyyid Ruhullah, Ər-Rəsailul-əşərə, Tehran, Muəssise tənzim və nəşre asare İmam Xomeyni, h.ş 1387
- İmam Xomeyni, Seyyid Ruhullah, Tozihul-məsail Həzrət İmam Xomeyni, Tehran, Muəssise tənzim və nəşre asare İmam Xomeyni, h.ş 1387
- Bəhrani, Yusuf ibn Əhməd, əl-Hədaiqun-nazirə, Təhqiq: Muhəmməd Təqi Tehrani, Seyyid Əbdür-Rəzzaq Muqərrəm, Qum, Dəftəre enteşarate İslami, h.q 1405
- Bürucerdi, Hüseyn, Qible və setr və satir və Məkane Musəlli, Qum, Muəssisətun-nəşril-İslami, h.q 1416
- Bəhuti Tehrani, Mənsur ibn Yunus, Kəşşaful-qina, Düzəliş: Muhəmməd Həsən Şafei, Beyrut, h.q 1418
- Cəziri, Əbdür-Rəhman, Kitabul-fiqh ələl-məzahibil-ərbəə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1424
- Hürr Amili, Muhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Muəssisətu Alil-Beyt li-ehyait-teras, h.q 1409
- Xətib, Muhəmməd ibn Əhməd, Muğnil-muhtac, Beyrut, Darul-fikr
- Şeyx Səduq, Muhəmməd ibn Əli, Əl-Muqniu, Qum, Muəssisətul-İmamil-Hadi, h.q 1415
- Şeyx Səduq, Muhəmməd ibn Əli, Səvabul-əmal, Qum, Daruş-şərif, h.q 1406
- Şeyx Səduq, Muhəmməd ibn Əli, İləluş-şərayi, Qum, Ketabfuruşi Davəri, h.ş 1385\m.1966
- Şeyx Səduq, Muhəmməd ibn Əli, Mən la yəhzurul-fəqih, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, Dəftəre enteşarate İslami vapeste be came Müdərrisin Hozeye elmiyyeye Qum, h.q 1413
- Şeyx Tusi, Muhəmməd ibn Həsən, Əl-məbsutu fi fiqhil-İmamiyyə, Düzəliş: Muhəmməd Təqi, Tehran, Murtəzəviyyə, h.ş 1413
- Şeyx Tusi, Muhəmməd ibn Həsən, Təhzibul-əhkam, Düzəliş: Həsən Musəvi Xorasan, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
- Şeyx Tusi, Muhəmməd ibn Həsən, Ə-Xilaf, Qum, Dəftəre enteşarate İslami, h.q 1407
- Əllamə Hilli, Həsən ibn Yusuf, Təzkirətul-füqəha, Qum, Muəssisətul-Alil-Beyt, h.q 1414
- Kaşani, Molla Fəthullah, Zəbdətut-təfasir, Qum, Bunyade Məarife İslami, h.q 1423
- Küleyni, Muhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari və Muhəmməd Axundi, Darul-kutubil-İslamiyyə, Tehran, h.q 1407
- Kəmali, Həmid, Bərresiye fiqhi iqteda be əhli-təsənnun dər hərəmeyn şərifeyn, Dər məcəlle miyqate Həcc, n.98, h.ş 1395
- Əllamə Məclisi, Muhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1410
- Mühəqqiq Hilli, Cəfər ibn Hüseyn, Əl-Mutəbəru fi şərhil-müxtəsər, Təhqiq: Muhəmməd Əli Heydəri və Seyyid Mehdi Şəmsud-din və Seyyid Əbu Muhəmməd Murtəzəvi və Seyyid Əli Musəvi, Qum, Muəssisətu Seyyidiş-Şühəda, h.q 1407
- Molla Sədra, Muhəmməd ibn İbrahim, Təfsirul-Quranil-Kərim, Düzəliş: Muhəmməd Xacəvi, Qum, Bidar, h.ş 1366
- Məvsili, Əbül-fəzl Abdullah ibn Mahmud, Əl-ixtiyaru li-təlilil-muxtar, İstanbul, m.1984
- Nəcəfi, Muhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, Daru ehyait-terasil-ərəbi, h.q 1404
- Nəraqi, Əhməd ibn Muhəmməd Mehdi, Mustənəduş-şiə fi əhkamiş-şəriə, Qum, Muəssisətu Alil-Beyt (ə), h.q 1415
- Nəraqi, Əhməd ibn Muhəmməd Mehdi, Mustənəduş-şiə fi əhkamiş-şəriə, Qum, Ketabxane Ayətullah Mərəşi Nəcəfi, h.q 1416
- Nuri, Mirza Hüseyn, Mustədrəkul-vəsail, Qum, Muəssisətu Alil-Beyt (ə) li-ehyait-teras, h.q 1408
- Yəzdi Təbatəbai, Seyyid Muhəmməd Kazim, Əl-Ürvətul-vüsqa, Beyrut, h.q 1409
Xarici keçid
- https://rch.ac.ir/article/Details/9852 Farsca
- https://www.ensani.ir/file/download/article/20120327181800-3059-16.pdf Farsca
- http://ensani.ir/fa/article/138087/Farsca