Şəltutun şiə fiqhinə əməl etməyin caiz olması barədə fətvası

Şəltutun şiə fiqhinə əməl etməyin caiz olması barədə fətvası, Misirin Əl-Əzhər Universitetinin o zamankı rektoru Mahmud Şəltut tərəfindən imamiyyə fiqhindən müsəlmanların təqlid etməsinin caiz olması ilə bağlı verilmiş fətvadır. Bu fətvanın verilməsinin səbəbi olaraq bəzi fiqhi məsələlərdə şiə fiqhinin dəlillərinin sünni fiqhindən üstün və daha güclü olması göstərilmişdir. Bu fətva, 17 rəbiül-əvvəl 1378-ci hicri ilində, İmam Sadiqin (ə) mövludu günü, şiənin imamiyyə və zeydiyyə məzhəbi və dörd sünni məzhəbinin nümayəndələrinin iştirakı ilə elan edilmişdir.
Bu fətvanın nəticələrindən biri Əl-Əzhər Universitetində müqarən (müqayisəli) fiqh və şiə fiqhi dərslərinin tədris olunması olmuşdur. Həmçinin bu fətva, şiələrin kafir olduğunu iddia edən sələfilərin mövqeyinə dərin təsir göstərmişdir. Şəltutun fətvası, İxvanul-Müsliminin rəhbəri Məhəmməd əl-Ğəzali və Əl-Əzhərin keçmiş rektoru Məhəmməd əl-Fəhham kimi bəzi sünni alimləri tərəfindən təsdiqlənmiş və təşviq edilmişdir. Lakin bəzi alimlər, o cümlədən Əbdül-Lətif əs-Sübki və Əbul-Vəfa Kiristani bu fətvanı tənqid etmişlər. Sünni alimi və Şəltutun bəzi kitablarının tərtibçisi olan Yusif əl-Qərzavi isə bu fətvanın verildiyini inkar etmişdir.
Fətvanın verilməsi və onun əhəmiyyəti
Şəltutun fətvası, bütün müsəlmanların şiənin İmamiyyə və Zeydiyyə firqələrinin fiqhindən təqlid etmələrinin icazəsi ilə bağlı bir sorğuya cavab olaraq verilmişdir.[1] Bu fətva, o zamanlar Əl-Əzhər Universitetinin rektoru və İslam məzhəbləri arasında yaxınlıq dərnəyinin qurucularından biri olan, hənəfi məzhəbindən[2] olan Mahmud Şəltut tərəfindən verilmişdir.[3] Bu fətva 1378-ci hicri qəməri ilinin rəbiül-əvvəl ayının 17-də, İmam Sadiqin (ə) doğum günü ilə eyni vaxta təsadüf etmiş və imamiyyə şiəsi, zeydiyyə şiəsi və dörd sünni məzhəbinin nümayəndələrinin iştirakı ilə verilmişdir.[4] Bəzilərinin dediyinə görə, Şəltut fətvasının verilməsi, Məhəmməd Təqi Qumi və Seyid Hüseyn Burucerdinin səyləri və İslam məzhəbləri arasında yaxınlıq dərnəyinin təsis olunmasının nəticəsi olmuşdur.[5]
Bu fətva verilməzdən əvvəl, sünnilər şiə fiqhinə əməl etməyi icazə vermirdilər.[6] Şəltut, bu fətvanı irs və boşanma kimi bəzi məsələlərdə şiə fiqhinin hökm və qaydalarının sünni fiqhindən daha üstün və güclü dəlil ilə əsaslandırıldığına görə verdiyini bildirmişdir.[7]
Bu fətvanın nəticələrindən biri, Əl-Əzhər Universitetində müqarən (müqayisəli) fiqh və şiə fiqhi dərslərinin tədris olunması olmuşdur.[8] Həmçinin deyilib ki, bu fətva, Səudiyyə Ərəbistanında şiələri kafir hesab edən sələfilərin rəftarına böyük təsir edib.[9]
İstiftanın (sualın) mətni
Şəltutdan olunan istiftaanın tərcüməsi: Bəziləri belə düşünürlər ki, müsəlmanın ibadət və alış-verişinin düzgün olması üçün dörd məşhur məzhəbdən birinə əməl etməlidir. Onların arasında Şiə və Zeydiyyə məzhəbi yoxdur. Siz ümumiyyətlə bu fikirlə razısınızmı ki, şiə İmamiyyədən təqlid etməyi caiz hesab etmirsiniz ?[10]
Məhəmməd Şəltutdan edilən istiftada bəzi insanların şəri vəzifələri düzgün yerinə yetirmək üçün yalnız əhli-sünnənin dörd məzhəbindən təqlid etməyin vacib olduğuna inandıqları qeyd olunur və şiənin imamiyyə və zeydiyyə məzhəblərinin bu məzhəblər arasında olmadığı bildirilir. Sual verən şəxs Şeyx Məhəmməd Şəltutun şiənin imamiyyə və zeydiyyə kimi məzhəblərindən təqlid etmək barədə fikrini soruşur.
Şəltut cavabında fətva verərək bildirir ki, İslam heç bir xüsusi məzhəbdən təqlid etməyi vacib saymamışdır və hər bir müsəlman düzgün metodlara sahib olan hər hansı bir məzhəbdən təqlid edə bilər. O, vurğulayır ki, on iki imamçı şiə məzhəbindən təqlid etmək əhli-sünnənin digər məzhəbləri kimi caizdir və müsəlmanlar bəzi məzhəblərə qarşı yersiz təəssübdən çəkinməlidirlər.[11]
Şəltut istifta və fətvanın mətnini yazılı şəkildə tərtib edərək arxivlənməsi üçün İslam məzhəbləri arasında yaxınlıq dərnəyinin baş redaktoru Məhəmməd Təqi Qumiyə göndərmişdir.[12] Bu mətnin lövhəsi Şəltutun imzası ilə Məhəmməd Təqi Qumi tərəfindən Seyid Hadi Milaniyə təqdim edilmiş və hazırda Astan Qüds Rəzəvidə saxlanılır.[13]
Bu fətvaya verilən reksiyalar
Şəltutun fətvasının yayılmasından sonra onu təsdiq və ya təkzib edən reaksiyalar baş verdi:
Fətvanın təsdiqi ilə bağlı verilən reaksiyalar
- Məhəmməd əl-Bəhi, Təqrib (məzhəbləri yaxınlaşdırma) Məclisinin rəhbərlərindən biri, Şəltutun fətvasını dəstəkləyərək şiə fiqhinin dəlillərini müdafiə edən bir məqalə yazdı.[14]
- Məhəmməd əş-Şərqavi, "Əl-Əzhər və İslam Fiqhi Məzhəbləri" adlı bir yazı qələmə aldı. O, Şəltutun fətvasını cəsarətli, fədakar və səmimi bir qərar kimi qiymətləndirdi.[15]
- İslam məzhəbləri arasında yaxınlıq dərnəyinin baş redaktoru Məhəmməd Təqi Qumi, fətva verildikdən sonra "Təqrib hekayəsi” adlı məqalə yazdı.[16] Bu yazıda o, təqribin zəruriliyindən, onun istiqamətlərindən və şiə ilə sünni arasında yaxınlaşmanın əhəmiyyətindən bəhs etdi. Məqalə "Risalətul-İslam" jurnalında çap olundu.[17]
- "Risalətul-İslam" jurnalının baş redaktoru və Əl-Əzhər Universitetinin Şəriət fakültəsinin məsulu Məhəmməd Məhəmməd əl-Mədəni, "Rəccətul-bəs fi kulliyyətiş-şəriət" adlı bir məqalə yazdı. O, imamiyyə və zeydiyyə şiələrini qüluv etməkdən uzaq hesab edərək onları digər şiə firqələrindən fərqləndirdi. Həmçinin Əl-Əzhərdə şiə fiqhinin tədrisi ilə bağlı suallara cavab verərək Şəltutun fətvasını təsdiqlədi.[18]
- Məhəmməd əl-Ğəzali, "Əl-Əzhər" jurnalında "Yolun başında" adlı bir məqalə yazdı və Şəltutun fətvasını böyük bir addım kimi qiymətləndirdi. O, bu məqalədə Nadir şahı təqribə maraq göstərən və şiəliyi İslamın beşinci rəsmi məzhəbi kimi tanıtmaqda uğurlu olan bir şəxs kimi təqdim etdi. Eyni zamanda, bəzi alimləri kinayəli şəkildə tənqid etdi.[19]
Fətvanı qəbul etməməklə bağlı reaksiyalar
- Fətva Komitəsinin rəhbəri və Əl-Əzhərdə hənbəlilərin şeyxi Əbdül-Lətif əs-Sübki, sərt ifadəli məqaləsində şiə və sünni yaxınlaşmasına hücum etdi. O, şiə və sünni arasında yaxınlaşmanın sadəcə sünnilər tərəfindən həyata keçirildiyini və gerçəklikdən uzaq olduğunu iddia etdi. [20]
- Yusif əl-Qərzavi, bu fətvanın Şəltut tərəfindən verilməsini tamamilə inkar etdi. O, bunun dəlilini Şəltutun kitablarında bu fətvanın yer almaması ilə əlaqələndirdi. Lakin, Məhəmməd Həsun, Şəltutun fətvasının nəşr olunmuş kitablardan sonra verilməsini və Misirin müftisi Əli Cümənin bu mövzu ilə bağlı verdiyi izahları əsas gətirərək Qərzavinin iddialarını səhv hesab etdi.[21]
- Ömər Abdullah Əhməd, bir məqaləsində şiə baxışlarını qəbul etməyən bəzi sünni alimlərindən sitat gətirərək, Şəltutun fətvasını tənqid etdi.[22]
- Əbul-Vəfa Kiristani, Şəıltuta bir məktub yazaraq suallar verdi və onu tənqid etdi. Mahmud Şəltut da bu məktuba cavab olaraq fətvasını açıqladı və izah etdi.[23]
İstinadlar
- ↑ Əbul-Hüseyni, Şeyx Mahmud Şəltut, Ayəte şücaət, s.135
- ↑ Rəsa xəbər agentliyi, Aşinayi ba zendeginameye Şeyxe təqrib, Şeyx Şəltut və sudure fətvaye tarixi
- ↑ Kərimi, Şəxsiyyəte elmiye Şeyx Şəltut və rəvəşe təfsiriye vey, s.38; Abdullah Əhməd, Əş-Şeyx Mahmud Şəltut Şeyxul-əzhər həyatuhu əd-dəviyyə və məvqifi min məsələtit-təqribi benəs-sünnəti vəş-şiə, s.1596
- ↑ Rüstəmnejad, Fiqhe şie və cayqahe an nəzde məzahibe İslami, s.200
- ↑ Ayətullah Burucerdi və Şeyx Şəltut münadiyane vəhdəte islami, İrna xəbər agentliyi
- ↑ Əbul-Hüseyni, Pişqamane təqrib; Ayətullah Burucerdi: Ayəte ixlas
- ↑ Əbul-Hüseyni, Şeyx Mahmud Şəltut, Ayəte şücaət, s.136; Savər, Aşinayi ba piş qaamne bidariye islami (1) Əllamə Şeyx Mahmud Şəltut, s.173
- ↑ Əbul-Hüseyni, Şeyx Mahmud Şəltut, Ayəte şücaət, s.136; Əbul-Hüseyni, Pişqamane təqrib; Ayətullah Burucerdi: Ayəte ixlas
- ↑ İrna xəbər agentliyi, Ayətullah Burucerdi və Şeyx Şəltut münadiyane vəhdəte İslami
- ↑ Bi Azar Şirazi, Trəcümeye məqalate darut-təqrib: həmbəstegiye məzahibe İslami, s.344-345
- ↑ Bi Azar Şirazi, Trəcümeye məqalate darut-təqrib: həmbəstegiye məzahibe İslami, s.344-345
- ↑ Hövzənin rəsmi internet saytı, Soxəni dər babe inkare sudure fətvaye Şeyx Mahmud Şəltut əz suye Fərzavi
- ↑ Fətvaye tarixi Şeyx Şəltut, Rasixun saytı
- ↑ Həsun, İnkaruş-Şeyxil-Qirzavi li fıtvə Şeyxil-Əzhəh Mahmud Şəltut, Sayte Doktor Məhəmməd Həsun
- ↑ Həsun, İnkaruş-Şeyxil-Qirzavi li fıtvə Şeyxil-Əzhəh Mahmud Şəltut, Sayte Doktor Məhəmməd Həsun
- ↑ Həsun, İnkaruş-Şeyxil-Qirzavi li fıtvə Şeyxil-Əzhəh Mahmud Şəltut, Sayte Doktor Məhəmməd Həsun
- ↑ Baxın: Əl-Qumi, Qissətut-təqrib, s.348
- ↑ Həsun, İnkaruş-Şeyxil-Qirzavi li fıtvə Şeyxil-Əzhəh Mahmud Şəltut, Sayte Doktor Məhəmməd Həsun; Məhəmməd Əl-Mədəni, Rəccətul-bəs fi kulliyyətiş-şəriət, s. 373
- ↑ Həsun, İnkaruş-Şeyxil-Qirzavi li fıtvə Şeyxil-Əzhəh Mahmud Şəltut, Sayte Doktor Məhəmməd Həsun; Əl-Ğəzzali, Əla Əvailit-təriq, s.412
- ↑ Həsun, İnkaruş-Şeyxil-Qirzavi li fıtvə Şeyxil-Əzhəh Mahmud Şəltut, Sayte Doktor Məhəmməd Həsun
- ↑ Rəsa xəbər agentliyi, Aşinayi ba zendeginameye Şeyxe təqrib, Şeyx Şəltut və sudure fətvaye tarixi; Həsun, İnkaruş-Şeyxil-Qirzavi li fıtvə Şeyxil-Əzhəh Mahmud Şəltut, Sayte Doktor Məhəmməd Həsun
- ↑ Abdullah Əhməd, Əş-Şeyx Mahmud Şəltut Şeyxul-əzhər həyatuhu əd-dəviyyə və məvqifi min məsələtit-təqribi benəs-sünnəti vəş-şiə, s.1621
- ↑ Şəriəti, Şəltut pasox mi dəhəd, s.26
Ədəbiyyat
- «آشنایی با زندگینامه شیخ تقریب، شیخ شلتوت و صدور فتوای تاریخی» Rəsa xəbər agentliyi
- «آیت الله بروجردی و شیخ شلتوت منادیان وحدت اسلامی» İrna xəbər agentliyi
- Əbul-Həsəni, Rəhim, «شیخ محمود شلتوت: آیت شجاعت», h.ş 1384, nömrə 5
- Əbul-Həsəni, Rəhim, «پیشگامان تقریب: آیت الله بروجردی: آیت اخلاص»
- Əs-Subki, Əbdül-Lətif Məhəmmədi, «طوائف بهائیة و بکتاشیة ثم جماعة التقریب»
- Əl-Ğəzzali, Məhəmməd, «علی أوائل الطریق», h.ş 1389
- Əl-Qumi, Məhəmməd Təqi, «قصة التقریب», h.ş 1379
- Bi Azar Şirazi, Əbdül-Kərim, Tərcümeye məqalate darut-təqrib: həmbəstegiye məzahibe İslami, h.ş 1377
- Həsun, Məhəmməd, «إنكار الشيخ القرضاوي لفتوى شيخ الأزهر محمود شلتوت», alhasun.com saytı
- «سخنی در باب انکار صدور فتوای شیخ محمود شلتوت از سوی قرضاوی», hawzah.net saytı
- «فتوای تاریخی شیخ شلتوت», rasekhoon.net saytı
- Məhəmməd Əl-Mədəni, Məhəmməd, «رجة البعث فی کلیة الشریعة»
- Şəriəti, Məhəmməd Təqi, «شلتوت پاسخ میدهد»