Əqilin evi
![]() Əqilin evi, Mədinənin tarixi binalarından biri olub, Bəqi qəbiristanlığında bəzi Bəni Haşim böyüklərinin dəfn olunduğu yer idi ki, vəhhabilər tərəfindən dağıdılmışdır. | |
Məkan | Mədinə |
---|---|
Digər adları | Bəni Haşim məqbərəsi |
Əlaqəli hadisələr | Bəqinin dağıdılması |
Vəziyyəti | Dağıdılmış |
İmkanları | Qəbiristan və ziyarətgah |

Əqilin evi (ərəbcə: دار عقيل) və ya Bəni Haşim türbəsi, Mədinənin tarixi binalarından biri olub, Bəqi qəbiristanlığında bəzi Bəni Haşim böyüklərinin dəfn olunduğu yer idi ki, vəhhabilər tərəfindən dağıdılmışdır.
Əqil ibn Əbu Talib Mədinədə, Bəqinin cənub hissəsində geniş bir evə sahib idi.[1] Bu ev, Peyğəmbərin (s) mühacirlər arasında bölüşdürdüyü torpaqlarda tikilmişdi.[2] Bir rəvayətə görə, Peyğəmbər (s) bu evin bir küncündə dayanaraq Bəqi əhli üçün bağışlanma diləyirdi.[3] Zaman keçdikcə bu ev Bəni Haşim böyüklərinin dəfn olunduğu yerə çevrildi və sonradan Bəqi qəbiristanlığına birləşdirildi.[4]
Bu ev "Bəni Haşim türbəsi" adı ilə də tanınır.[5] Bəqi imamları (İmam Həsən (ə), İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiq (ə)), İmam Əlinin (ə) anası Fatimə bint Əsəd, Abbas ibn Əbdülmüttəllib, Əbu Süfyan ibn Haris,[6] Əqil və Abdullah ibn Cəfər[7] bu evdə dəfn olunmuşdur. Bəzi şiə alimləri ehtimal edirlər ki, Həzrət Fatimə (s) də Əqilin evində dəfn olunmuş ola bilər.[8]
Qacar dövrünün şairi və yazıçısı Məhəmməd Hüseyn Fərahaninin 1302-1303-cü illər (hicri qəməri) arasında yazdığı səfərnaməyə görə, Bəqi imamlarının (ə) türbəsində Həzrət Fatiməyə (s) aid edilən bir qəbir mövcud olub ki, həm şiələr, həm də sünnilər bu yerdə ziyarət oxuyurdular.[9]
Fatimə bint Əsəd hicrətin dördüncü ilində[10] və ya səkkizinci ildən sonra[11] vəfat etmiş və bu evdə ilk dəfn olunan şəxs olmuşdur.[12] Bir rəvayətə görə, İmam Səccad (ə) bu evi təxminən hicri 65-ci ildə yenidən tikmişdir.[13]
Bu evdə dəfn olunan şəxslərin qəbirləri üzərində türbə tikilmişdi. Bu türbə Bəqi türbələrindən biri idi[14] və vəhhabilərin hicri qəməri təqvimi ilə 1344-cü ildə Bəqiyə hücumu zamanı dağıdılmışdır.[15]
İstinadlar
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.4, s.31-33; Səmhudi, Vəfaul-vəfa, h.q 1419, c.3, s.95
- ↑ Nəcmi, Tarixe hərəme əimmeye Bəqi, h.ş 1386, s.65
- ↑ Səmhudi, Vəfaul-vəfa, h.q 1419, c.3, s.82
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.4, s.31-33; Səmhudi, Vəfaul-vəfa, h.q 1419, c.3, s.95
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.4, s.31
- ↑ İbn Şəbbə, Tarixul-Mədinətil-Münəvvərə, h.q 1410, c.1, s.127
- ↑ Səmhudi, Vəfaul-vəfa, h.q 1419, c.3, s.82
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1410, c.79, s.27
- ↑ Fərahani, Səfərnameye Mirza Məhəmməd Hüseyn Fərahani, h.ş 1362, s.229
- ↑ İbn Cəvzi, Təzkirətul-xəvass, Qahirə, s.6
- ↑ İbn Əbil-Hədid, Nəhcül-Bəlağənin şərhi, h.q 1378, c.1, s.14
- ↑ Pejuhejkədeye həcc və ziyarət, Bəqi dər ayieney tarix, h.ş 1394, s.236-238
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1410, c.45, s.344-345
- ↑ İbn Əsir, Əl-kamilu fit-tarix, h.q 1385, c.10, s.352
- ↑ Duri və Mətləbi, Əxbarud-dulətil-Abbasiyyə, m.171, s.24; Nəcmi, Tarixe hərəme əimmeye Bəqi, h.ş 1386, s.175
Ədəbiyyat
- İbn Əbil-Hədid, Nəhcül-Bəlağənin şərhi, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, h.q 1378
- İbn Əsir, Əli ibn Məhəmməd, Əl-kamilu fit-tarix, Qahirə, Daru sadir, h.q 1385
- İbn Cəvzi, Yusif ibn Qəzavəğli, Təzkirətul-xəvass, Qahirə
- İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, Beyrut, Daru sadir, h.q 1410
- İbn Şəbbə, Ömər ibn Şəbbə, Tarixul-Mədinətil-Münəvvərə, Qum, h.q 1410
- Pejuhejkədeye həcc və ziyarət, Bəqi dər ayieney tarix, Tehran, Məşər nəşri, h.ş 1394
- Duri, Əbdül-Əziz və Mətləbi, Əbdül-Cabbar, Əxbarud-dulətil-Abbasiyyə, Beyrut, m.1971
- Səmhudi, Əli ibn Abdullah, Vəfaul-vəfa, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1419
- Fərahani, Məhəmməd Hüseyn, Səfərnameye Mirza Məhəmməd Hüseyn Fərahani, Tehran, Firdovs, h.ş 1362
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1410
- Nəcmi, Məhəmməd Sadiq, Tarixe hərəme əimmeye Bəqi, Tehran, Məşər nəşri, h.ş 1386