Məzmuna keç

Yəvmul-hədm

wikishia saytından
Bəqi qəbiristanlığında olan İmamların (ə) qəbirlərinin dağıdılmış halı
Yəvmul-hədm münasibətilə əlaqədar İmam Hüseyn (ə)-ın hərəmində əza elanı
Hal-hazırda Bəqi qəbiristanlığında olan İmamların (ə) qəbirlərinin vəziyyəti
Bu məqalə "Bəqi qəbristanlığının dağıdılması günü" haqqındadır. Sözügedən qəbristanlığın dağıdılması hadisəsi haqqında məlumat əldə etmək üçün Bəqinin dağıdılması məqaləsinə baxın.

Yəvmul-hədm (ərəbcə: یوم الهدم) Bəqinin dağıdılmasının ildönümüdür. Hicri 1344-cü ilin şəvval ayının səkkizinci günü vəhhabilər Mədinəyə hücum edərək bəzi islami yerləri, o cümlədən Bəqi qəbristanlığındakı türbələri dağıtdılar.[1]

Hicri 1344-cü ilin səfər ayında vəhhabilər Mədinəyə hücum etdilər.[2] Bu hücumda Peyğəmbərin (s) hərəminə və dini yerlərə ziyan dəydi.[3] Yeddi ay sonra hicri 1344-cü ilin ramazan ayında hicri 1343-cü ildən 1345-ci ilə qədər Məkkə qazisi[4] olmuş Şeyx Abdullah ibn Buləyhed (1284-1359) Mədinəyə daxil oldu. O, Mədinə müftilərinə müraciət ilə qəbirləri dağıtmaq əmri aldı.[5] Beləliklə, hicri 1344-cü ilin şəvval ayının 8-də "Bəqi" türbələri dağıdıldı.[6] Əldə olan sənədlərə görə, dağıntıdan sonra Səudiyyə Ərəbistanının şahı Kral Əbdül-Əziz hicri 1344-cü il şəvval ayının 12-də Abdullah ibn Buləyhedə ünvanladığı məktubunda onun bu istiqamətdəki hərəkətlərini təriflədi.[7]

Şiələr arasında şəvval ayının 8-i "Yəvmul-hədm" (Bəqi qəbristanlığının dağıdılması günü) adlanırdı.[8] Şiələr bu hadisənin ildönümündə məclislər təşkil edir, mərsiyələr oxuyur və "Bəqi"nin dağıdılması hadisəsini xatırlayırlar.[9] Mərcə-təqlidlərdən olan Ayətullah Safi Gülpayigani bu günü Dünya Bəqi Günü adlandıraraq bütün müsəlmanlardan vəhhabilər tərəfindən "Bəqi" və digər islami müqəddəs yerlərin dağıdılmasını pisləmələrini və onun bərpa edilməsini tələb etmələrini istədi.[10]

Hicri 1220-ci ildə də vəhhabilər Səud ibn Əbdül-Əzizin əmri ilə dörd İmamın (ə) hərəmini və Həzrət Fatimənin (s) "Beytül-Əhzan" kimi tanınan günbəzini dağıtdılar və ya onlara ciddi ziyan vurdular.[11] Əbdür-Rəhman Cəbərtinin verdiyi xəbərə əsasən, vəhhabi qüvvələr Peyğəmbərin (s) hərəmindən başqa digər ziyarətgahları dağıtdılar.[12] Bəzi ziyarətgahlar miladi 1234-cü ildə Sultan İkinci Mahmudun (hökmdarlığı: h.q. 1223-1255) əmri ilə yenidən tikilmişdi.[13]

Həmçinin bax: Bəqinin dağıdılması məqaləsi

İstinadlar

  1. ↑ Muhəmməd Sadiq, Tarixe hərəme əimee bəqi və asare digər dər Mədinəye munəvvər, h.ş 1386, s.51
  2. ↑ Yusuf Hacəri, Əl-Bəqi qissətut-tədmir, h.q 1411, s.113-139
  3. ↑ Yusuf Hacəri, Əl-Bəqi qissətut-tədmir, h.q 1411, s.113-139
  4. ↑ Zirikli, Əl-Əlam, m.2002, c.4, s.91
  5. ↑ Əl-Bəlaği, Ər-rəddu ələl-vəhhabiyyəh, h.q 1419, s.39-41
  6. ↑ Muhəmməd Sadiq, Tarixe hərəme əimee bəqi və asare digər dər Mədinəye munəvvər, h.ş 1386, s.51
  7. ↑ العساف، «عبدالله بن سلیمان البلیهد.. القاضی والمستشار فی زمن التأسیس». Ər-Riyad saytı (ərəbcə)
  8. ↑ «به مناسبت ۸ شوال "یوم‌الهدم"/ حادثه دردناک تخریب بقیع زخمی بر قلب شیعیان»، سایت شفقنا shafaqna saytı, farsca
  9. ↑ «آیین بزرگداشت یوم‌الهدم در مسجد زیارت قدمگاه برگزار می‌شود»، خبرگزاری شبستان. Şəbestan saytı, farsca
  10. ↑ «تخریب قبور ائمه بقیع(ع) خیانت بزرگ به اسلام است»، پایگاه اطلاع‌رسانی حوزه. hawzahnews saytı, farsca
  11. ↑ Cəbərti, Əcaibul-Asar, c.3, s.91
  12. ↑ Cəbərti, Əcaibul-asar, c.3, s.91
  13. ↑ Cəfərian, Pəncah səfərname, h.ş 1389, c.3, s.196

Ədəbiyyat