Ümmü Fərvə İmam Sadiqin (ə) anası
- Ümmü Fərvə, İmam Sadiqin (ə) qızı ilə səhv salınmasın.
| Tam adı | Fatimə yaxud Qəribə Qasim ibn Məhəmməd ibn Əbi Bəkr |
|---|---|
| Künyəsi | Ümmi Fərvə - Ümmü Qasim |
| Tanınmış qohumları | İmam Baqir (ə) (həyat yoldaşı) - İmam Sadiq (ə) (oğlu) |
| Önəmli işləri | İmam Sadiqdən (ə) rəvayət nəql edən |
Ümmü Fərvə İmam Sadiqin (ə) anası (ərəbcə: أم فروة أم الإمام الصادق (ع)) və İmam Baqirin (ə) həyat yoldaşı idi. O, Hicazın tanınmış fəqihlərindən olan Qasım ibn Məhəmməd ibn Əbu Bəkrin və Əsma bint Əbdürrəhman ibn Əbu Bəkrin qızı idi.[1] Beləliklə, o, həm ata, həm də ana tərəfdən Əbu Bəkrə qohum sayılırdı. Bu nəsəb qohumluğu səbəbindən “Əbu Bəkr məni iki dəfə dünyaya gətirib” (وَلَدَنی أَبُوبَكْرٌ مَرَّتَین) ifadəsi İmam Sadiqə (ə) aid edilmişdir.[2]
Ümmü Fərvə hədis ravilərindən idi və o, İmam Səccad (ə)[3] və İmam Sadiqdən (ə)[4] hədislər nəql etmişdir. Şiə rical alimi Abdullah Mamaqani onu siqə (etibarlı) şəxs kimi tanımışdır.[5] Həmçinin İmam Sadiq (ə) ondan belə bir rəvayət nəql edib ki, İmam Baqir (ə) hər gün və gecə min dəfə şiələrin günahlarının bağışlanması üçün dua edərdi. Çünki o, inanırdı ki, Əhli-beyt (ə) savabı bildiklərinə görə səbir edirlər, amma şiələr savabı bilmədən səbir göstərirlər.[6] Hicri-qəməri tarixi ilə dördüncü əsr tarixçisi Məsudi onu dövrünün ən təqvalı qadınlarından biri adlandırmışdır.[7]
Ümmü Fərvə Bəqi qəbiristanlığında dəfn olunmuşdur[8] və şiələr arasında yüksək məqama malikdir. Buna görə İmam Sadiqə (ə) “İbnül-Mükərrəmə” (Kərimə xanımın oğlu) deyirdilər.[9]
İmam Sadiqin (ə) anasının adı Fatimə və ya Qəribə, künyəsi isə Ümmü Fərvə və Ümmü Qasım idi.[10] Ümmü Fərvənin Səidə adlı bir kənizi olmuşdur ki, o da fəzilət və ibadəti ilə tanınmışdı.[11]
İstinadlar
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1388, c.1, s.393
- ↑ İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.160
- ↑ Məsudi, İsbatul-vəsiyyət, Məktəbətu Rəzəviyyə, s.152
- ↑ Bərqi, Rical, h.ş 1342, s.62
- ↑ Mamqani, Tənqihul-məqal, h.q 1352, c.3, s.73
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1388, c.1, s.72; Məsudi, İsbatul-vəsiyyət, Məktəbətu Rəzəviyyə, s.153
- ↑ Məsudi, İsbatul-vəsiyyət, Məktəbətu Rəzəviyyə, s.152
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1388, c.1, s.472
- ↑ Ricalul-Kəşşi, h.ş 1348, s.212; Qumi, Ənvarul-bəhiyyə, h.ş 1380, s.229
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1388, c.1, s.472
- ↑ Qumi, Ənvarul-bəhiyyə, h.ş 1380, s.230
Ədəbiyyat
- İrbili, Əli ibn Musa, Kəşful-ğummə, Təbriz, Məktəbətu Bəni Haşim, h.q 1381
- Bərqi, Əhməd ibn Məhəmməd, Ricalu Bərqi, Tehran universitetinin nəşriyyatı, h.ş 1342
- Qumi, Şeyx Abbas, Ənvarul-bəhiyyə fi təvarixil-hucəcil-İlahiyyə, Tərcümə: Məhəmməd Məhəmmədi İştihardi, Qum, Nasir, 3-cü çap, h.ş 1380
- Kəşşi, Məhəmməd ibn Ömər, Ricalul-Kəşşi, Məşhəd, Məşhəd universiteti, h.ş 1348
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, h.q 1388
- Mamqani, Abdullah ibn Məhəmməd, Tənqihul-məqal fi elmir-rical, Nəcəf, h.q 1352
- Məsudi, Əli ibn Hüseyn, İsbatul-vəsiyyət lil-imam Əli ibn Əbi Talib, Nəcəf, Məktəbətu Rəzəviyyə, Tarixsiz