Ələyhis-səlam

wikishia saytından
Ələyhis-səlam sözünün yazılış forması (sınıq xətt ilə)

Ələyhis-səlam (ərəbcə: عليه‌ السلام) ibarəti, dua və ehtiram məfhumlu “ona salam olsun” mənasını bildirir və imamlar (ə), peyğəmbərlər (ə), o cümlədən bəzi imamzadələrmələklərin adlarından sonra istifadə olunur.

İmamlara və möminlərə salam göndərmiyin Quran-Kərim nəzərindən icazəli olması üçün Bəqərə surəsi ayə 157, Əhzab surəsi ayə 43Ənam surəsinin 54-cü ayələrinə istinad olunmuşdur; bu ayələrdə bütün möminlərə salavat (salam) göndərilir. Şəhid Sani, İslam elmləri təlifinin qayda-qanunlarına əsasən, imamların adlarından sonra (ələyihis-salam) ibarətini yazmağa təkid edir.

Əhli-Sünnə məzhəbi, səhabələrin və Şiələrin imamlarının adlarından sonra “Rəziyəllahu ənh” (Allah ondan razı olsun) ibarətindən istifadə edirlər və bu ibarəti digər xəlifələr üçün istifadə etməmişlər. Amma İbn Teymiyyənin şagirdi, İbn Kəsirin fikrincə bu ibarəti imam Əliyə (ə) ixtisas verib digər xəlifələr üçün istifadə etməməyi münasib olmadığını bildirir.

Şiələr, həzrət Zəhra (s.ə), Zeynəb (s.ə), və Xədicə (s.ə) kimi qadınlara ehtiram olaraq, “ələyhis-salam” ibarətindən deyil, “salamulah ələyha” və peyğəmbər (s) üçün “səlləllahu ələyh və alih” (Allahın salavat - salamı ona və əhli-beytinə olsun) ibarətinədən istifadə edirlər.

“Ələyihis-səlam” ibarəti, ixtisar olaraq (ə) və “Salamullah ələyh” ibarəti isə (s.ə) şəklində yazılır.

Oxşar ibarətlər və istifadə olunacaq yerlər

“Ələyhis-səlam” ibarəti, dua və ehtiram məfhumlu “ona salam olsun” mənasını bildirir və imamlar (ə), peyğəmbərlər (ə),[1] bəzi imamzadələr, o cümlədən həzrət Abbas (ə),[2] Əliəkbər (ə),[3] Əliəsgər (ə)[4] və Cəbrayıl[5] kimi bəzi mələklərin adlarından sonra istifadə olunur.

Adları zikr olunan imamlar və yaxud peyğəmbərlərin sayı iki nəfər olduqda, “ələyhima salam” (o ikisinə salam olsun);[6] əgər sayları iki nəfərdən çox olarsa, “ələyhimus-salam” (onlara salam olsun) ibarətindən istifaə olunur.[7] Şiələr, imamların adlarından sonra, “ələyis-salam” ibarətindən əlavə, bu mənanı daşıyan “salamullah ələyh”, “salavatullah ələyh”,[8] “ələyhis-səlatu vəs-səlam”[9] kimi, və yaxud “ələyhi əfzəlus-səlatu vəssəlam” (ən üstün salavat və salam olsun ona) və “ələyhi alafut-təhiyyəti vəssəna” (minlərlə səna və salam olsun ona)[10] ibarətlərindən istifadə edilir.

Əhli-beyt (ə)[11] xanımları və qızlarının adlarından sonra, misal üçün həzrət Fatimə (s.ə),[12] Zeynəb (s.ə),[13] Məsumə (s.ə),[14] peyğəmbərin (s) həyat yoldaşı Xədicə (s.ə),[15] İsa peyğəmbərin anası Məryəm (s),[16]Fironun xanımı Asiyə (s.ə),[17] “salamullah ələyha” (Allahın salamı olsun ona) və ya “ələyha salam” ibarətlərindən istifadə olunur. Peyğəmbər (s) üçün isə, “ələyhis-salam” ibarətinin əvəzinə, “səlləllahu ələyhi və alih” (Allahın salamı ona və əhli beytinə olsun) ibarətindən istifadə olunur.[18]

Əhli-Sünnə də, peyğəmbərə (s)[19] və bəzi mələklərə[20] ehtiram olaraq “ələyhis-salam” ibarətindən istifadə edirlər; Şiə imamlarının və səhabələrin adlarından sonra “rəziyəllahu ənhu” (Allah ondan razı olsun)[21] ibarətindən istifadə edirlər; yalnız həzrət Əlinin (ə) adından sonra “Kərrəməllah vəchəh” ibarətindən də istifadə edirlər.[22] Əhli-Sünnə mənbələrində, çox yerlərdə imam Əlinin (ə) adından sonra “ələyhis-salam” ibarətindən istifadə edilmişdir.[23] Əhli-Sünnə tarixçisi və müfəssiri,[24] İbn Kəsir və Sələfi Alimi Məhəmməd Saleh Münəccid,[25] imam Əlinin (ə) adından sonra “ələyhis-salam” ibarətini, alimlərə deyil katiblərin (yazarların) yazdıqlarini bildirir.

Əhli-Sünnə, peyğəmbərin (s) adından sora, “səlləllahu ələyhi və səlləm”[26] və yaxud “səlləllahu ələyhi və alihi və səlləm”[27] və bəzi vaxtlar isə “ələyhis-salam” ibarətindən istifadə edirlər.[28] Qədimi(Xətti) nüsxə olan “Əl-İrşad” kitabında ki, hicrətin 566-cı ilində təlif olunmuşdur, imamların adları üçün “ələyhis-salam” ibarətindən istifadə olunmuşdur.[29]

Hökmləri və fəlsəfəsi

Şəhid Sani, hicrətin onuncu əsrinə aid Şiə fəqihi, İslam təlimlərində, imamların adlarından sonra “ələyhis-salam” ibarətinin yazılmasına təkid edir.[30] Hicrətin səggizinci əsrinə aid olan Fəxrul Mühəqqiqin dediklərinə görə, Şiə alimlərinin nəzərində möminlərə salam və salavat göndərmək icazəlidir.[31] Əlbətdə onun fikrincə, daha yaxşıdır ki, salavat və salam göndərmək, imamlara və peyğəmbərlərə ixtisas verilsin və digər möminlər haqqında istifadə edilməsin.[32]

Bu fikir müqabilində isə, ibn Teymiyyənin şagirdlərindən olan İbn Kəsir[33] və Əbdüləziz bin Baz (Vəhhabi muftisi)[34] “ələyhis-salam” ibarətini imam Əliyə (ə) ixtisas verib digər xəlifələr üçün istifadə etməməyi (o cür ki, bir çox Əhli-Sünnə mənbələrində müşahidə olunur) münasib bilmirlər.

İmamlara salam göndərməyin icazəli olması , Tövbə surəsi ayə 103,[35] Bəqərə 157, Əhzab 43 və Ənam surəsinin 54-cü ayələrinə istidnad edilmişdir ki, onlarda möminlərə salam və salavat göndərilmişdir.[36] Bu ayələrdən əlavə, “سَلَامٌ عَلیٰ اِلْ یاسِینَ” (Səlamun əla İl Yasin)[37] ayəsinə istinad etmişlər ki, təfsirlərdə[38] və rəvayətlərdə[39] “İl-Yasin”-dən məqsəd, Məhəmməd peyğəmbərin (s) əhli-beytidir (ə).[40]

Peyğəmbərlərə salam göndərməyin icazəli olması barədə isə, Qurani-Kərimdən bir sıra ayələrlə istidlal olunmuşdur ki, ümumi olaraq bütün peyğəmbərlərə[41] və bəzi peyğəmbərlərə isə adları deyildikdə[42] salavat və salam göndərilmişdir.[43] Qeyd etmək lazımdır, Şeyx Səduq[44]Şeyx Tusinin “Əmali” kitablarında[45] bir rəvayətdə sifariş olunur, peyğəmbərlərdən hər hansı birinin adını dilə gətirdikdə, ilk öncə İslam peyğəmbəri (s) sonra isə o peyğəmbərə salavat göndərilsin. Vəsailuş-şiə kitabında, o rəvayətə oxşar digər bir rəvayətdə isə sifariş olunur, ilk növbədə İslam peyğəmbəri (s) və əhli-beytinə (ə), sonra isə o peyğəmbərə salavat və salam göndərilsin.[46] Bəzi Şiə alimləri, peyğəmbərlərin adlarından sonra, “əla nəbiyyəna və alihi və ələyhis-salam” -Salam olsun bizim peyğəmbərə və əhli-beytinə (və adı zikr olunan peyğəmbərə) - ibarətindən istifadə edirlər.[47]

İxtisarlanmış şəkli

“Ələyhis-salam” və “Salamullah ələyha” ibarətləri (ə) və (s.ə) ixtisar şəklində yazılır.[48] Bəziləri isə bu ibarətlərin ixtisar şəklində yazılmasını yalnış və əhli-beytə (ə) ehtiramsızlıq olduğunu bilirlər.[49] Bu düşüncə qarşısında, Şiə şairi və yazıçısı, Fars dili və ədəbiyyatı filoloqu Məhəmməd Kazim Kazimi, “ələyhis-salam” ibarətinin ixtisar olaraq yazılmasını, onun təkrar olunmasından daha münasib olduğunu bilir; çünki bu işlə, bir tərəfdən mətnin gözəlliyi qorunub saxlanılır, digər tərəfdən isə, oxucuya bunu xatırladır ki, müəllif o şəxsə olan ehtiramdan qəflətdə deyil. Kazimi düşünür, böyük şəxsiyyətlərin təkrimi zamanı, Ərəb ibarətlərinin təkrar olunması bir növ adət halına çevrilir; bunun üçün də digər dilli dinləyici üçün onun təkrar edilməsindən uzaq olmaq daha önəmlidir.[50]

İstinadlar

  1. Lüğətnamə dəhxoda, Dəhxoda, Lüğətnamə dəhxoda, “Ələyhis-səlam” ibarəti
  2. Məhəmmədi Reyşəhri, Daneşname Əmirəl-möminin (ə) bər paye Quran, Hədis və Tarix, h.ş 1389, c.1, s.185; Müdərrisi və Şüştərizadə, Həzrət Əli Əkbər (ə), h.ş 1379, s.8
  3. Məhəmmədi Reyşəhri, Qozide şəhadətname İmam Hüseyn (ə), h.ş 1391; Müdərrisi və Şüştərizadə, Həzrət Əli Əkbər (ə), h.ş 1379, s.8
  4. Məhəmmədi Reyşəhri, Qozide şəhadətname İmam Hüseyn (ə), h.ş 1391; Zəhiri, Qisəsul-Hüseyn (ə), h.ş 1386, c.1, s.181
  5. Məhəmmədi Reyşəhri, Daneşname Əmirəl-möminin (ə) bər paye Quran, Hədis və Tarix, h.ş 1389, c.1, s.130; Müdərrisi və Şüştərizadə, Həzrət Əli Əkbər (ə), h.ş 1379, s.6
  6. Ənuri, Fərhənge bozorqe soxən, “ələyhima salam” sözü
  7. Ənuri, Fərhənge bozorqe soxən, “ələyhimus-salam” sözü
  8. Nizam Ərəc, Şərhun-nizam, Pavərəqi, s.25
  9. Ənuri, Fərhənge bozorqe soxən, “ələyhis-səlatu vəs-səlam” sözü
  10. Ənuri, Fərhənge bozorqe soxən, “ələyhi alafut-təhiyyəti vəssəna” sözü
  11. Ənuri, Fərhənge bozorqe soxən, “salamullah ələyha” sözü
  12. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.11, s.88; Məhəmmədi Reyşəhri, Daneşname Əmirəl-möminin (ə) bər paye Quran, Hədis və Tarix, h.ş 1389, c.1, s.185
  13. Safi Qolpayqani, Hüseyn şəhide aqah və rəhbəre nicatbəxşe İslam, h.ş 1366, s.451; Məhəmmədi Reyşəhri, Daneşname Əmirəl-möminin (ə) bər paye Quran, Hədis və Tarix, h.ş 1389, c.1, s.166
  14. Safi Qolpayqani, Silsileye Məbahise İmamət və Məhdəviyyət, h.ş 1391, c.2, s.278; Fazil Müvəhhidi Lənkərani, Ayine keyfəri İslam, h.ş 1390, c.1, s.516
  15. Məhəmmədi Reyşəhri, Daneşname Əmirəl-möminin (ə) bər paye Quran, Hədis və Tarix, h.ş 1389, c.1, s.223
  16. Məhəmmədi Reyşəhri, Daneşname Əmirəl-möminin (ə) bər paye Quran, Hədis və Tarix, h.ş 1389, c.7, s.394; Safi Qolpayqani, Silsileye Məbahise İmamət və Məhdəviyyət, h.ş 1391, c.2, s.278; Fazil Müvəhhidi Lənkərani, Ayine keyfəri İslam, h.ş 1390, c.4, s.190
  17. Haşimi Rəfsəncani, Fərhənge Quran, h.ş 1385, c.16, s.247; Məzahiri, Əxlaqiyyətul-əlaqətiz-zəvciyyə, h.q 1414, s.240
  18. Lüğətnamə dəhxoda, Dəhxoda, Lüğətnamə dəhxoda, “səlləllahu ələyhi və alih” ibarəti
  19. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.1, s.61 və 129; Fəxri Razi, Təfsiru Kəbir, h.q 142, c.1, s.136
  20. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.1, s.350; Fəxri Razi, Təfsiru Kəbir, h.q 142, c.1, s.83, c.22, s.171
  21. Siyuti, Əd-durrul-mənsur, Darul-fikr, c.4, s.524
  22. İbn Kəsir, Təfsir, h.q 1412, c.3, s.524
  23. Mücahid ibn Cəbr, Təfsiru Mücahid, h.q 1410, s.684; Sələbi, Təfsirus-Sələbi, h.q 1422, c.1, s.136
  24. İbn Kəsir, Təfsirul-Quranil-Əzim, h.q 1420, c.6, s.478
  25. Əl-Münəccid, Məvqiul-İslam sual və cavab, h.q 1430, c.9, s.101
  26. Sələbi, Təfsirus-Sələbi, h.q 1422, c.8, s.116; İbn Cuzeyy, Ət-Təshilu li-ulumit-tənzil, h.q 1416, c.2, s.467
  27. Sələbi, Təfsirus-Sələbi, h.q 1422, c.8, s.116; İbn Cuzeyy, Ət-Təshilu li-ulumit-tənzil, h.q 1416, c.2, s.467
  28. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.1, s.2; Fəxri Razi, Təfsiru Kəbir, h.q 1420, c.1, s.175
  29. Şeyx Müfid, Əl-İrşad, h.q 1416, s.15, Müqəddimə hissəsi
  30. Şəhid Sani, Munyətul-murid, h.q 1409, s.346 və 347
  31. Fəxrul-Mühəqqiqin, İyzahul-fəvaid, h.ş 1387, c.1, s.528
  32. Fəxrul-Mühəqqiqin, İyzahul-fəvaid, h.ş 1387, c.1, s.528
  33. İbn Kəsir, Təfsirul-Quranil-Əzim, h.q 1420, c.6, s.478
  34. İbn Baz, Əbdül-Əziz ibn Abdullah, Məcmuu fətava və məqalati mutənəvvəə, c.6, s.399
  35. Fəxrul-Mühəqqiqin, İyzahul-fəvaid, h.ş 1387, c.1, s.528
  36. Sanei, Pasox be şübehat dər şəbhaye Pişavər, h.ş 1385, s.32-33
  37. Saffat surəsi, ayə 130
  38. Süleyman, Məqatilu ibn Süleyman, h.q 1423, c.3, s.618; Təbərsi, Məcməul-bəyan, h.q 1408, c.8, s.716
  39. Kufi, Təfsiru Furat Kufi, h.q 1410, s.356; Şeyx Səduq, Əl-Əmali, s.472
  40. Sanei, Pasox be şübehat dər şəbhaye Pişavər, h.ş 1385, s.33
  41. Saffat surəsi, ayə 181
  42. Saffat surəsi, ayə 79, 109
  43. Sanei, Pasox be şübehat dər şəbhaye Pişavər, h.ş 1385, s.33
  44. Şeyx Səduq, Əl-Əmali, h.ş 1376, s.380
  45. Tusi, Əmali, h.q 1414, s.424
  46. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.7, s.208
  47. Safi Qolpayqani, Muntəxəbul-əsər fil-İmamis-Sani Əşər (ə), h.q 1422, c.2, s.356; İştihardi, Həqiqəte mocize əz ənbiya və Əimme (ə), h.ş 1389, c.1, s.75
  48. Sübhani Təbrizi, Ayine Vəhhabiyyət, h.ş 1386, s.274; Məzahiri, Məzhəre həqq, h.ş 1388, s.46
  49. Fərəhzad, آیا در نوشته‌ها نوشتن(ص) به جای(صلی الله علیه و آله) صحیح است, iqna.ir saytı
  50. Kazimi, دلیل استفاده از علایم اختصاری برای تعظیم و تکریم امامان, khabaronline.ir saytı

Ədəbiyyat