250 yaşlı insan (kitab)
Müəllif | Ayətullah Xamenei |
---|---|
Mövzu | Şiə imamlarının siyasi həyatı |
Üslub | Tarix təhlili |
Dil | Farsca |
Düzəlişi ilə | İyman cihadi müəssisəsi (Səhba) |
Cild sayı | 3 cild |
Başqa dillərə tərcümə | Ərəb, Türk, Azəri və s. |
Nəşriyyat | Səhba mərkəzi |
Nəşr edildiyi yer | İran, Tehran |
Nəşr tarixi | 2-ci cild, h.ş 1390; 3-cü cild h.ş 1398 |
Kitabın farsca adı | 250 yaşlı insan (ikinci cild) |
- Bu məqalə 250 yaşlı insan kitabı haqda yazılıb. 250 yaşlı insan nəzəriyyəsi ilə tanışlıq üçün bu məqaləyə daxil olun: 250 yaşlı insan nəzəriyyəsi
250 yaşlı insan (ərəbcə: إنسان بعمر 250 سنة) ünvanında olan kitab, İran islam respublikasının rəhbəri Ayətullah Xameneinin, Şiə imamlarının siyası həyatı haqqında etdiyi söhbətlərindən bir hissəsini əhatə edir. Bu kitabda əsas məqsəd, 250 yaşlı insanın nəzəriyyəsi əsasında, baxmayaraq ki, imamlar zahiri baxımdan fərqli insanlar olmuşlar amma ümumu olaraq hərəkatları bir olmuşdur. Peyğəmbərin (s) vəfatından sonra başlayaraq, hicrətin 260-cı ilinə qədər, yəni 250 il bu ideya davam etmişdir və bunlar hamısı (məsum imamlar) bu illər boyu İslam hakimiyyəti qurmaq ideyasında olmuşlar.
Kitabın məzmunu, İran rəhbərinin Şəmsi tarixi ilə 1359-cu illərdən 1389-cu illərə kimi etdiyi çıxışlardan və söhbətlərdən toplanmışdır. İntişarından bir müddət sonra, kitabın içindəkilər yeni üslübda və Ayətullah Xameinin digər çıxışlarından əlavələr olaraq, “hələqeye əvvəl” birinci dövrə və üçüncü dövrə adı ilə yenidən çapdan çıxmışdır.
“250 yaşlı insan” kitabı, Fars dilində təlif olunmuş və onun mətni 85 dəfədən çox yenilənərək çapa verilmişdir və bu kitab bir çox dillərə tərcümə edilmişdir.
Mövqe və əhəmiyyəti
“250 yaşlı insan” kitabı, İran islam Respublikasının rəhbəri və Şiələrin mərcəi təqlidi, Ayətullah Xamneinin, 250 yaşlı insan barəsində, İslam inqilabından öncə və İran camaatının Pəhləvi hökumətinin əleyhinə qalxdıxı dövürlərdə etdiyi söhbətlərindən götürülmüşdür.[1] Bu kitab dəfələrlə Fars dilində yenilənmiş və on dildən çox müxtəlif dillərə tərcümə edilmişdir.[2] Həmçinin İranda bu kitab əsasında təlim kursları[3] və müsabiqələr[4] təşkil olunmuşdur.
Yəmənin “Gələcək ədalət iqtidarı” təşkilatının rəhbəri, Seyyid Həsən Əli Əl İmadın dediklərinə görə, bu kitab, Yəmən Şiələrinin cihad və mübarizəyə olan təfəkkürünü tamamilə dəyişdirmişdir.[5]
Kitabın adı
“250 yaşlı insan,” Şiə imamlarının 250 illik imamət müddətinə, yəni peyğəmbərin (s) vəfatından (hicrətin 11-ci ili) hicrətin 260-cı il, Qeybəti suğranın başladığı dövrə qədər olan müddətə işarədir. Ayətullah Xamenei, onu 250 il ömür sürmüş bir insana oxşatmışdır.[6]
Mövzu və yanaşma
“250 yaşlı insan” kitabının müqəddiməsinə nəzər salsaq, kitabda bir neçə ümümi fikir və yanaşmanın şahidi olarıq:
- Şiə imamları, yalnız elmi, etiqadi və kəlami mübarizələr aparmamışdır; bəlkə onların həyat yolları, siyasi yönümlü olmuşdur.[7]
- Məsum imamlar, vahid şəxsiyyət, hədəf və məqsədə sahib olmuşlar.Onlar, Allahın rəsulu (s) vəfat etdiyi andan hicrətin 260-cı ilinə qədər, İslam Hakimiyyəti yaratmaq ideyasında olmuşlar.[8]
- İmamlar, silahla mübarizə fikrində deyildilər; əlbətdə silahla mübarizə edənləri də tamamilə inkar etmirdilər.[9]
Tərtib və fəsillər
“250 yaşlı insan” kitabı, bir işarə, bir müqəddimə və 17 fəsildən təşkil olmuşdur.
- Birinci fəsil: Peyğəmbər (s)
- İkinci fəsil: İmamət
- Üçüncü fəsil: Əmirəl möminin (ə)
- Dördüncü fəsil: Həzrət Fatimeyi Zəhra (s)
- Beşinci fəsil: İmam Həsən (ə)
- Altıncı fəsil: İmam Hüseyn (ə)
- Yeddinci fəsil: Zeynəbi Kübra (s.ə) və Kərbəla səfirlərinin hərəkəti
- Səkkizinci fəsil: Kərbəla vaqiəsindən sonrakı ictimai və siyasi şərait
- Doqquzuncu fəsil: İmam Səccad (ə)
- Onuncu fəsil: İmam Baqir (ə): İdeya və təşkilati quruculuq dövrü
- Onbirinci fəsil: Bəni Üməyyə hakimiyyətinin sonu və imam Sadiqin (ə) imaməti.
- Onikinci fəsil: İmam Sadiq (ə)
- Onüçüncü fəsil: Gizli təşkilat
- Ondördüncü fəsil: İmam Kazim (ə)
- Onbeşinci fəsil: İmam Rza (ə)
- Onaltıncı fəsil: İmam Cavad (ə), imam Hadi (ə) və imam Əsgəri (ə)
- Onyeddinci fəsil: “250 yaşlı insan”-ın hərəkatının nəticəsi
Nəşr və tərcümə
“250 yaşlı insan” 2011-ci ildə, 375 səhifədə, Mərkəze səhba nəşriyyatı tərəfindən çap olunmuş[10] və 2020-ci ilin sonuna kimi, 85 dəfə yenidən çapdan çıxmışdır.[11]
Bu kitab, müxtəlif dillərə o cümlədən, Ərəb, İngilis, Ordu, Azərbaycan, Kürd, Türk, Hind, Sendi, Alman, Tailand,[12] Husa və Fransa dillərinə tərcümə edilmişdir.[13]
Onun Ərəb dilində tərcüməsi, “اهل البیت انسان بعمر ۲۵۰ عام” (Əhlul-bəyt insanun bi umri 250 amin) Əhməd Sami Vəhəbi tərəfindən tərcümə edilmiş və hicri tarixi ilə 1436-cı il, 398 səhifədə, Darul vila nəşriyyatı tərəfindən Beyrutda şapdan çıxmışdır.[14]
Təkmilləşdirilmiş dövrələr
2019-cu ildə, “250 yaşlı insan” kitabı, oxucunu nəzərə alaraq təkmilləşdirilmiş və yenidən çapa verilmişdir.[15] Bu dövrədə (çap buraxılışında), Ayətullah Xameneinin 2017-ci ilə qədər etdiyi 600 digər söhbətlərindən istifadə edilərək, başqa iki əsəri təlif olunmuşdur.[16]
- Birinci buraxılış: İlk çap əsasında, (2011-ci ildə şap edilmiş mətnlə) cavanlar üçün hazırlandı. Bu çap növbəsində misallar şəkillərə əsasən gətirilmişdir.[17]
- Üçüncü buraxılış: Birinci və ikinci dövrələri təkmilləşdirmək məqsədilə, 900 səhifədə tədqiqatçılar və əhli beyt (ə) həyatını dəqiq mütaliə etmək istəyən insanları nəzərə alaraq, təlif edilmişdir.[18] Bu çap buraxılışı, 260 çıxışdan ibarətdir ki, onda tarixi hadisələr dəqiq olaraq təhlil və zərif nöqtələrə işarə olunmuşdur.[19] Bu dövrədə fəsillərin ünvanları ibarətdirlər:
- Sükut və həmkarlıq dövrü; Peyğəmbərin (s) vəfatından, Osmanın qətl olunan vaxta kimi
- Məzlumluqla birlikdə iqtidar dövrü; Osmanın qətlindən imam Həsənin (ə) sülh müqaviləsinə kimi olan müddət
- Qısamüddətli həlledici səylər dövrü; imam Həsənin (ə) sülh müqaviləsindən, imam Hüseynin (ə) şəhadətinə kimi olan dövür
- Uzunmüddətli həlledici səylər dövrü; imam Hüseynin (ə) şəhadətindən, imam Həsən Əskərinin (ə) şəhadətinə kimi olan müddət.[20]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Ğəffari, Əz nime Xordad, h.ş 1398, s.74; Xamenei, İnsane 250 sale, h.ş 1391, s.15
- ↑ «انسان ۲۵۰ ساله تبیین استراتژی امامان در جریانِ مبارزه سیاسی», farsnews.ir saytı
- ↑ «دوره تربیت مدرس کتاب «انسان ۲۵۰ ساله» آغاز میشود», hawzahnews.com saytı
- ↑ «مسابقه کتابخوانی انسان ۲۵۰ ساله برگزار میشود», farhang.gov.ir saytı
- ↑ توزیع کتاب آیتالله خامنهای در یمن، نگاهها را تغییر داد, tasnimnews.com saytı
- ↑ İnsane 250 sale, h.ş 1390, s.16
- ↑ İnsane 250 sale, h.ş 1390, s.16-17
- ↑ İnsane 250 sale, h.ş 1390, s.17-18
- ↑ İnsane 250 sale, h.ş 1390, s.17
- ↑ İnsane 250 sale, h.ş 1390, s.4-5
- ↑ «انسان ۲۵۰ ساله تبیین استراتژی امامان در جریانِ مبارزه سیاسی», farsnews.ir saytı
- ↑ «انسان ۲۵۰ ساله تبیین استراتژی امامان در جریانِ مبارزه سیاسی», farsnews.ir saytı
- ↑ ترجمه «انسان ۲۵۰ ساله» به اردو و آذری, Təsnim saytı
- ↑ Vəhəbi, Əhlul-bəyt insanun bi umri 250 amin, Beyrut
- ↑ «انسان ۲۵۰ ساله» چگونه خلق شد؟, tasnimnews.com saytı
- ↑ «انسان ۲۵۰ ساله» چگونه خلق شد؟, tasnimnews.com saytı
- ↑ Xamenei, İnsane 250 sale, h.ş 1390, s.10
- ↑ Xamenei, İnsane 250 sale, h.ş 1390, s.11
- ↑ «انسان ۲۵۰ ساله» چگونه خلق شد؟, tasnimnews.com saytı
- ↑ Xamenei, İnsane 250 sale, h.ş 1398, 3-cü hissə
Ədəbiyyat
- «انسان ۲۵۰ ساله تبیین استراتژی امامان در جریانِ مبارزه سیاسی», farsnews.ir saytı
- «انسان ۲۵۰ ساله» چگونه خلق شد؟, farsnews.ir saytı
- «توزیع کتاب آیتالله خامنهای در یمن، نگاهها را تغییر داد», farsnews.ir saytı
- «دوره تربیت مدرس کتاب «انسان ۲۵۰ ساله» آغاز میشود», Hövzənin rəsmi internet saytı
- «مسابقه کتابخوانی انسان ۲۵۰ ساله برگزار میشود», farhang.gov.ir saytı
- Seyyid Əli Hüseyni Xamenei, 250 yaşlı insan, Tehran, h.ş 1390
- Seyyid Əli Hüseyni Xamenei, İnsane 250 sale, h.ş 1398, 3-cü hissə
- Ğəffari, Mustafa, Əz nime Xordad, Muəssiseye pejuheşi fərhəngi İnqilabe İslami, h.ş 1398