Quranda islami təfəkkür tezisi (kitab)

wikishia saytından
Quranda islami təfəkkür tezisi
MüəllifSeyyid Əli Hüseyni Xamanei
Yazılma tarixi1974-cü il
Mövzuİslam əqaidi
ÜslubMövzu üzrə təfsir
DilFarsca
Cild sayı1 cild
Başqa dillərə tərcüməƏrəbcə - ingiliscə - almanca - azəricə - italyanca
NəşriyyatDəftəre nəşre fərhənge İslami və mərkəze səhba (Müəssiseye cihadi)
Nəşr edildiyi yerTehran
Nəşr tarixiİlk çap: Dəftəre nəşre fərhənge İslami 1975 - Mərkəze səhba 2013
TirajYüz mindən çox


Quranda islami təfəkkür tezisi (farsca: طرح کلی اندیشه اسلامی در قرآن) kitabı İran İslam Cümhuriyyətinin Ali Məqamlı Rəhbəri Seyid Əli Hüseyni Xameneinin Quran əsasında İslam əqidələrinin izahından bəhs edən kitabıdır. Bu kitab onun şəmsi təqvimi ilə 1353-cü (miladi 1974) ilin Ramazan ayında (İran İslam İnqilabından dörd il əvvəl) Məşhəddəki İmam Həsən Müctəba (ə) məscidində etdiyi çıxışların redaktə edilmiş mətnidir.

Bu kitabı Ayətullah Xameneinin İslam təfəkkürünü dirçəltmək istiqamətindəki fəaliyyətlərindən biri hesab ediblər. Həmçinin onun fikri sistemini bəyan etdiyini bildiriblər. O, bu çıxışları bir İslam sisteminin yaradılması üçün fikri əsaslar adlandırıb.

"Quranda islami təfəkkür tezisi" kitabının xüsusiyyətlərindən vahid toplunun hissələri kimi islami intellektual məsələlərin koordinasiyalı və davamlı tədqiqi, İslamın təməl prinsiplərini Qurandan çıxarmaq, şəxsi zövq və fikirlərdən uzaq olmaq və vilayət kimi dini anlayışlara yeni baxış verməkdir.

Quranda islami təfəkkür tezisi kitabı İman, Tövhid, Nübüvvət və Vilayət başlıqları ilə dörd əsas bölmədən təşkil olub və hər bölmənin altında bir-biri ilə əlaqəli söhbətlər var. Çıxışların xülasəsi ilk dəfə 1974-cü ildə İslam Mədəniyyəti Nəşriyyat İdarəsi tərəfindən çap edilmişdir. Həmçinin çıxışların tam mətni 2013-cü ildə Səhba İman Cihadi Mərkəzi tərəfindən nəşr edilmiş və dəfələrlə təkrar çap edilmişdir. Bu kitab ərəb, ingilis, alman, italyan, azəri və çin dillərinə tərcümə edilmişdir.

Əhəmiyyəti

"Quranda islami təfəkkür tezisi" kitabı Ayətullah Xameneinin İslam təfəkkürünü dirçəltmək istiqamətindəki fəaliyyətlərindən biri hesab edilir,[1] eləcə də onun fikri sistemini bəyan etdiyi bildirilir.[2] Ayətullah Xameneinin dediyinə əsasən, bu kitabın məzmunu İslam sisteminin yaradılması üçün fikri əsaslar sayılır.[3]

Bu kitab haqqında elmi hövzələrdə və universitetlərdə müxtəlif kurslar keçirilmişdir; o cümlədən müəllim tərbiyə edilməsi kursu,[4] araşdırma kursları,[5] kitab oxuma müsabiqəsi[6] və birlikdə kitab oxumaq.[7] Həmçinin bəzi universitetlərdə "Quranda islami təfəkkür tezisi" kitabı tədris olunur.[8]

Quranda islami təfəkkür tezisi ilə bağlı silsilə çıxışlar

Quranda islami təfəkkür tezisi Seyid Əli Hüseyni Xameneinin 1974-cü ilin yayında Məşhəddəki İmam Həsən Müctəba (ə) məscidində (Sərşur bazarının sonunda) etdiyi 28 çıxışının nəticəsidir.[9] Seyid Əli Xamenei 35 yaşında Ramazan ayında hər gün zöhr və əsr namazlarından sonra Quranda islami təfəkkür tezisi haqqında çıxış edirdi. O, İslami inanclar toplusunu Quranın dili ilə elə ifadə etmişdir ki, insanlar İslam cəmiyyəti yaratmaq fikrinə də düşmüşdülər.[10] O, bu çıxışlardan bir neçə ay sonra və Nəhcül-bəlağənin izahı ilə bağlı söhbətlərin ardınca şah rejimi tərəfindən həbs edilmişdir.[11]

Həzrət Ayətullah Xameneinin kitabın müqəddiməsində qeyd etdiyi kimi, bu çıxışlarda Quran ayələrində İslamın ən mühüm fikri əsaslarının axtarılmasına çalışılıb. Sonra dinləyicilərə Quranda tədəbbür üsulunu öyrədən bəyan və izahla, bu ayələrdə qeyd olunan əsaslar müəyyən edilməyə və göstərilməyə çalışılmışdır. Lazım olan yerlərdə isə Peyğəmbər (s)məsum İmamlar (ə) tərəfindən nəql olunmuş səhih hədislərdən istifadə edilmişdir.[12]

Məzmunu

Quranda islami təfəkkür tezisi kitabı İman, Tövhid, Nübüvvət və Vilayət başlıqları ilə dörd əsas bölmədən təşkil olub və hər bölmənin altında bir-biri ilə əlaqəli söhbətlər var.[13] Müəllif həqiqi imanın şüurlu şəkildə və məsuliyyətlə birlikdə olduğunu hesab edir. İkinci hissədə tövhidi tanıtdırarkən onun müvəhhid insanın həyatında əks olunmasını belə bəyan edir ki, o, yalançı tanrıların - İblisin, tağutlarınnəfsani istəklərin – hakimiyyəi altında olmamalıdır. O, sonrakı hissədə nübüvvəti tərif etdikdən və onun düşmənlərini tanıtdıqdan sonra nübüvvətə iman gətirən müsəlmanların üzərinə düşən vəzifələrə və öhdəliklərə işarə edir. Habelə peyğəmbərlərin işinin sonunun qəti bir qələbə olduğunu bildirir. Dördüncü hissədə vilayət məfhumunu bəyan etdikdən sonra onun ölçüləri, o cümlədən İslam cəmiyyətinin daxili əlaqəsi, qeyri-müsəlman cəmiyyətləri ilə ünsiyyət tərzi, imam və ümmət arasındakı əlaqə haqqında bəhs edilmişdir.[14]

Bu kitabın mövzuları Quranın mövzu əsasında təfsiri sayılır.[15]

Xüsusiyyətləri

Bu kitabın mövzularının üç mühüm xüsusiyyəti Seyid Əli Xameneinin müqəddiməsində belə ifadə edilir:

  1. İslam maarifini xalis zehniyyətdən çıxarıb onarı əməli vəzifələrə və ictimai həyata aid bilmək
  2. Çox sahəli insan həyatına uyğun gələn tam bir ideologiya əldə etmək üçün vahid toplunun hissələri kimi islami intellektual məsələlərin koordinasiyalı və davamlı tədqiqi
  3. İslamın əsas prinsiplərini dinin əsas sənəd və mətnlərindən, yəni Qurandan çıxarmaq, şəxsi zövq və fikirlərdən çəkinmək.[16]
Quranda islami təfəkkür tezisi adlı kitabın ilk çapı, 1975

Kitabın digər xüsusiyyətlərinə aşağıdakılar daxildir:

  • Təkcə müsəlmanlara deyil, dünya xalqlarına İslam təfəkküründən bir təsviri təqdim etmək
  • İnsan həyatının müxtəlif aspektlərini nəzərə alaraq, tövhid təfəkküründən hərtərəfli baxışın təqdim edilməsi
  • Vilayət kimi dini anlayışlara yeni baxışın təqdim edilməsi
  • Kitabın mövzularının İslam hökumətinin qurulması üçün İmamların (ə) siyasi həyatı və mübarizələri ilə əlaqələndirilməsi
  • Kitabda insan və müsəlman cəmiyyətlərinin əsas dərdinə, yəni imanın zəifliyinə diqqət yetirilməsi
  • Dinləyicilərə Quran üzərində tədəbbür və dərin təfəkkür etməyi öyrətmək.[17]

Kitabın zahiri xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun kopiyalarının təsvirləri hər çıxışın sonunda qeyd edilmişdir.[18]

Çapları və tərcümələri

Bildirilib ki, kitabın məzmununun tənzimlənməsi, başlıqların seçilməsi, mövzuların sıralanması və mövzulara giriş-çıxışın keyfiyyəti kimi kitabı çap etməyin bütün müqəddimələri Seyid Əli Xameneinin rəyi ilə həyata keçirilmişdir.[19] Quranda islami təfəkkür tezisi kitabının çıxışlarının xülasəsi ilk dəfə 1974-cü ildə Ayətullah Xameneinin müqəddiməsi ilə birlikdə İslam Mədəniyyəti Nəşriyyat İdarəsi tərəfindən çap edilmişdir.[20] Həmçinin çıxışların redaktə edilmiş tam mətni 2013-cü ildə Səhba İman Cihadi Mərkəzi tərəfindən çap olunmuşdur.[21]

1979-cu il inqilabından sonra bu kitabın hər iki nəşriyyatda müxtəlif çapları olmuşdur. Habelə deyilib ki, xülasə edilmiş kitab İslam Mədəniyyəti İdarəsi tərəfindən yüz mindən çox nüsxə ilə çap edilib.[22] Çıxışların tam mətni olan kitabın 2018-ci ilin yanvar ayına qədər 63 mindən çox nüsxəsinin "Səhba" nəşriyyatı tərəfindən[23] çap edildiyi qeyd olunur. 1982-ci ildə 28 söhbətdən altısının məzmunu İslam Cümhuriyyəti Partiyası tərəfindən "Vilayət" adı ilə kitabça şəklində çap olundu.[24] Bu kitabın dərsliyi də "Quranda islami təfəkkür tezisi dərsliyi" adı ilə "Pəyame Rəhyaban" nəşriyyatı tərəfindən çap edilmişdir.[25]

Kitab müxtəlif dillərdə, o cümlədən bir neçə dəfə "Məşruul-Fikril-İslami fil-Quran"[26] və "Xututul-Ammə lil-fikril-İslami fil-Quran"[27] adları ilə ərəb dilində tərcümə edilmişdir. Habelə bir neçə dəfə də "Islamic Thought in the Quran"[28] və "An Outline of Islamic Thought in the Quran"[28] kimi başlıqlarla ingilis dilinə tərcümə edilmişdir. Kitab alman, azəri, istanbul, italyan və çin dillərinə də tərcümə edilmişdir.[29]

Əlaqəli məqalələr

İstinadlar

  1. Xamanei, Tərhe kulli əndişeye İslami dər Quran, h.ş 1392, İşarə hissəsi, s.17
  2. Xamanei, Tərhe kulli əndişeye İslami dər Quran, h.ş 1392, İşarə hissəsi, s.20
  3. ماجرای کتاب «طرح کلی اندیشه‌ی اسلامی در قرآن», Dəftəre hifz və nəşre asare Ayətullah Xamanei
  4. دوره تربیت مدرّس «طرح کلی اندیشه اسلامی در قرآن» برگزار می شود, hawzahnews.com saytı
  5. یزد: پایان فصل سوم دوره مطالعاتی «بهار اندیشه» در یزد
  6. مسابقه مجازی کتابخوانی «طرح کلی اندیشه اسلامی در قرآن» ویژه طلاب برگزار شد, tasnimnews saytı
  7. یزد: سلسله جلسات همخوانی کتاب «طرح کلی اندیشه اسلامی در قرآن» در یزد برگزار می‌گردد
  8. کتب معارف اسلامی به ادبیات تحلیل و کارآمدی دین تغییر کند, hawzahnews.com saytı
  9. Xamanei, Tərhe kulli əndişeye İslami dər Quran, h.ş 1392, İşarə hissəsi, s.11-15
  10. Xamanei, Tərhe kulli əndişeye İslami dər Quran, h.ş 1392, İşarə hissəsi, s.11-12
  11. Xamanei, Tərhe kulli əndişeye İslami dər Quran, h.ş 1392, İşarə hissəsi, s.13
  12. Xamanei, Tərhe kulli əndişeye İslami dər Quran, h.ş 1392, İşarə hissəsi, s.37
  13. Xamanei, Tərhe kulli əndişeye İslami dər Quran, h.ş 1392, İşarə hissəsi, s.22
  14. طرح کلی اندیشه اسلامی در قرآن, səhba.ir saytı
  15. ماجرای کتاب «طرح کلی اندیشه‌ی اسلامی در قرآن», Dəftəre hifz və nəşre asare Ayətullah Xamanei
  16. Xamanei, Tərhe kulli əndişeye İslami dər Quran, h.ş 1392, Müqəddimə, s.36-37
  17. Xamanei, Tərhe kulli əndişeye İslami dər Quran, h.ş 1392, İşarə hissəsi, s.16-20
  18. Xamanei, Tərhe kulli əndişeye İslami dər Quran, h.ş 1392, İşarə hissəsi, s.22-25
  19. Xamanei, Tərhe kulli əndişeye İslami dər Quran, h.ş 1392, İşarə hissəsi, s.20
  20. Xamanei, Tərhe kulli əndişeye İslami dər Quran, h.ş 1392, İşarə hissəsi, s.14
  21. کتابشناسی تألیفات آیت‏ الله العظمی خامنه ‏ای, qudsonline.ir
  22. کتابشناسی تألیفات آیت‏ الله العظمی خامنه ‏ای, qudsonline.ir
  23. استقبال فارسی‌زبانان از سلسله جلسات طلبه‌ای جوان در رمضان ۱۳۵۳, tasnimnews.com
  24. Xamanei, Tərhe kulli əndişeye İslami dər Quran, h.ş 1392, İşarə hissəsi, s.15
  25. شبکه جامع کتاب گیسوم
  26. مشروع الفكر الإسلامی في القرآن, sahbabooks.com saytı
  27. کتابشناسی تألیفات آیت‏ الله العظمی خامنه ‏ای, qudsonline.ir saytı
  28. Islamic Thought in the Quran, http://www.sahbabooks.com saytl
  29. کتابشناسی تألیفات آیت‏ الله العظمی خامنه ‏ای, qudsonline.ir saytı

Ədəbiyyat

Xarici keçidlər