Səma nidası
Səma nidası (ərəbcə: صيحة السماء) – göydən eşidiləcək səs- İmam Mehdinin (ə) zühurunun qəti əlamətlərindən biri. Hədislərə əsasən, səma nidasının məzmununu İmam Mehdinin (ə) zühurunu müjdələmək, onun adını çəkmək və şiənin haqq olmasını bəyan etmək təşkil edir. Həmin gününün sonunda şeytan da haray salacaq və o, Osman ibn Əffanın və onun ardıcıllarının haqq olduğunu deyəcək və bu minvalla müəyyən tərəddüdlər yaradacaq.
Rəvayətlərdə səma nidasının bəzi xüsusiyyətləri qeyd edilmişir: bütün insanlar səsi öz dilində eşidəcək və sonra İmam Mehdinin (ə) adı dillərə düşəcək. Bu hadisənin necə baş verəcəyi haqqında iki fikir mövcuddur: bir qrupa görə, bu əlamət möcüzəvi şəkildə baş verəcək. Digər qrupa görə isə, məlum hadisə təbii şəkildə və texnologiyaların köməyi ilə də gerçəkləşə bilər.
Səma nidası- zühurun qəti əlaməti
İmam Sadiq (ə) buyurur: Qaimin qiyamından əvvəl 5 qəti əlamət olacaq:Yəmaninin qiyamı, Nəfsi Zəkiyənin öldürülməsi, Səmadan gələn səs, Süfyaninin ortaya çıxması. (Şeyx Səduq, Kəmaluddin, h.q 1412, c.2, s.650)
Səma nidası, İmam Mehdinin (ə) zühuruna yaxın göydən eşidiləcək səsə işarə edir.[1] Rəvayətlərə əsasən, bu səsi mələk Cəbrayıl (ə) yayacaq.[2] Eləcədə bu nida İmam Mehdinin (ə) zühurunun əlamətlərindən sayılır.[3] Bir qrup alimlərin fikrincə, mövzu ilə əlaqədar rəvayətlər mənəvi təvatür həddindədir.[4] Məlumatlara görə, Məhəmməd ibn İbrahim Numaninin “Əl-Ğəybə” kitabında keçən 68 hədisdən 30-u sözükeçən əlamətdən bəhs edir.[5]
Rəvayətlərdə “əl-səyhə” sözü əvəzinə “əl-nida” sözü də keçməkdədir.[6] Habelə, bəzi rəvayətlərdə “إِنْ نَشَأْ نُنَزِّلْ عَلَيْهِمْ مِنَ السَّماءِ آيَةً فَظَلَّتْ أَعْناقُهُمْ لَها خاضِعِينَ” (Əgər diləsəydik, onlara göydən bir möcüzə endirərdik, onlar da ona boyun əyərdilər)[7][8] və ya “فَإِذا نُقِرَ فِي النَّاقُور” (Sura üfürüldüyü zaman)[9][10] ayələri səma nidasına təvil edilmişdir.
Şeyx Səduqun İmam Sadiqədən (ə) nəql etdiyi rəvayətə əsasən, səma nidası Süfyaninin üsyanı, Yəmaninin üsyanı, Xəsf əl-Bəyda (Bəydanın çökməsi) hadisəsi və Nəfs əl-Zəkiyiyyənin qətli ilə yanaşı İmam Mehdinin (ə) zühurundan qabaq baş verəcək qəti hadisələrdən sayılır.[11] Başqa bir rəvayətdə isə, zühurdan qabaq baş verəcək ilk qəti hadisənin, ramazan ayına təsadüf edəcək səma nidası olduğu deyilir.[12]
Məzmunu və xüsusiyyətləri
Rəvayətlərə əsasən, səma nidasının məzmunu İmam Mehdinin (ə) adını və xüsusiyyətlərini ehtiva edir.[13] Eləcədə, bəzəi rəvayətlərə əsasən, səma nidasında İmam Əlinin (ə) haqq olmasından və onun şiələrinin nicat tapmasından söz açılacaq.[14] Habelə, dini mətnlərə görə, səma nidasında zalım hakimiyyətin sona yetdiyindən və Məhəmməd peyğəmbərin (ə) ümmətindən ən yaxşı insanın iş başına gəlməsindən xəbər veriləcək və insanlar İmam Mehdiyə (ə) beyət etmək üçün Məkkəyə dəvət ediləcək.[15]
Xüsusiyyətləri
Rəvayətlərdə səda nidasının bəzi xüsusiyyətləri açıqlanmışdır:
- Bütün insanlar o nidanı öz dilində başa düşəcək;[16]
- Nida göydən eşidiləcək;[17]
- Hər yerdə eyni tonda eşidiləcək;[18]
- Yatmış adamları oyadıb, qorxuya salacaq;[19]
- Nidadan sonra İmam Mehdinin (ə) adı dillərə düşəcək.[21]
Hadisənin vaxtı
Səma nidasının vaxtını bildirən rəvayətlər müxtəlifdir. Bəzi rəvayətlərə görə, nida zuhurdan qabaq,[22] digər rəvayətlərdə zühurla yanaşı,[23] ayrı rəvayətlərdə isə zühurdan sonra, lakin İmamın (ə) qiyamından qabaq eşidiləcək.[24] Habelə deyilir ki, səma nidası ramazan ayında[25] və ya rəcəb ayında[26] və yaxud Aşura günü baş verəcək.[27]
Bəzi tədqiqatçılar ehtimal verirlər ki, İmam Mehdinin (ə) zühurun və hərəkatının müxtəlif mərhələlərindən hökümət tam formalaşana qədər müxtəlif nidalar eşidiləcək.[28]
Şeytanın nidası
Bəzi hədislərdə deyilir ki, səma nidası eşidilən gününün sonunda şeytan insanlarda İmam Mehdiyə (ə) qarşı tərəddüd yaratmaq məqsədi ilə haray qoparacaq[29] və “Bilin, haqq Osmanla və onun ardıcılları ilədir. O, məzlumcasına qətlə yetirildi. Belə isə, onun intiqamını almaq naminə ayağa qalxın” deyəcək.[30] Bundan sonra bəzi adamlar şübhəyə düşəcəklər.[31]
Bəzi rəvayətlərdə deyilir ki, şeytan harayı ilə insanları xristianlığa dəvət edəcək.[32] Bir qrup tədqiqatçılar düşünürlər ki, sözükeçən rəvayətlər arasında heç bir ziddiyyət yoxdur, çünki, İmam Mehdiyə qarşı fəaliyyət göstərən şəxslər və cərəryanlar müxtəlif səslər yaya bilərlər.[33] Böyük ehtimalla, bu səslər şeytana insanları təhrik etdiyinə görə nisbət verilmişdir.[34]
Habelə, səma nidası ilə şeytanın harayı arasında bəzi fərqlər mövcuddur, məsələn, səma nidası göydən, qeyri-adi və möcüzəvi şəkildə eşidiləcək. Şeytanın səsi isə, əksinə, maddi vasitələrlə gerçəkləşəcək.[35]
Nidanın mahiyyəti
Seyyid Məhəmməd Sədrin “Tarix əl-Ğiybə əl-Kubra” kitabında yazdığına əsasən, bəzi zühur əlamətləri, eləcədə səma nidası möcüzəvi şəkildə baş verəcək.[36] Habelə, Məhdəviyyət tədqiqatçısı Xudamurad Səlimyanın bildirdiyinə görə, hədislərdən başa düşülür ki, səda nidası qeyri-təbii yolla baş verəcək.[37]
Yuxarıda qeyd edilən fikirlərin əksinə olaraq, bəziləri düşünürlər ki, səma nidası yeni texnologiyalar vasitəsi ilə, təbii şəkildə baş verəcək. Onların nəzərincə, bu hadisələrin möcüzəvi şəkildə baş verəcəyini qəti şəkildə bildirmək çətindir.[38]
Əlaqədar məqalələr
İstinadlar
- ↑ Səlimiyan, Fərhəngnameye məhdəviyyət, h.ş 1388, s.441
- ↑ Numani, Əl-Ğəybə, h.q 1397, s.290, hədis 6
- ↑ Numani, Əl-Ğəybə, h.q 1397, s.290, hədis 6
- ↑ Mehvəri, Səyheye asimani neşaneyi zühur, s.67
- ↑ Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Mehdi (ə.f), h.ş 1393, c.7, s.441
- ↑ Numani, Əl-Ğəybə, h.q 1397, s.274, hədis 6
- ↑ Şüəra surəsi, ayə 4
- ↑ Tusi, Əl-Ğeybə, h.q 1411, s.177
- ↑ Muddəssir surəsi, ayə 8
- ↑ Əstərabadi, Təvilul-ayatiz-zahirə, h.q 1409, s.708
- ↑ Şeyx Səduq, Kəmalud-din, h.q 1412, c.2, s.650
- ↑ Numani, Əl-Ğəybə, h.q 1397, s.289, hədis 6
- ↑ Şeyx Səduq, Kəmalud-din, h.q 1412, c.2, s.372, hədis 5
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1401, c.8, s.310
- ↑ Müfid, Əl-İxtisas, h.q 1413, s.208
- ↑ Numani, Əl-Ğəybə, h.q 1397, s.274, hədis 54
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1401, c.8, s.310
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.51, s.109, hədis 42
- ↑ Numani, Əl-Ğəybə, h.q 1397, s.254
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.51, s.109, hədis 42
- ↑ Kurani, Mucəmu əhadisil-İmamil-Mehdi (ə.f), h.q 1411, c.3, s.35, s.589
- ↑ Numani, Əl-Ğəybə, h.q 1397, s.254
- ↑ Numani, Əl-Ğəybə, h.q 1397, s.263, hədis 22; Şeyx Səduq, Kəmalud-din, h.q 1412, c.1, s.330, hədis 16
- ↑ Kurani, Mucəmu əhadisil-İmamil-Mehdi (ə.f), h.q 1411, c.3, s.489, hədis 1060
- ↑ Numani, Əl-Ğəybə, h.q 1397, s.254-290
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.51, s.109, hədis 42
- ↑ Kurani, Mucəmu əhadisil-İmamil-Mehdi (ə.f), h.q 1411, c.3, s.489, hədis 1060
- ↑ Mehvəri, Səyheye asimani neşaneyi zühur, s.75
- ↑ Numani, Əl-Ğəybə, h.q 1397, s.254, hədis 29
- ↑ Numani, Əl-Ğəybə, h.q 1397, s.261, hədis 19-20
- ↑ Numani, Əl-Ğəybə, h.q 1397, s.261, hədis 19-20
- ↑ İbn Tavus, Ət-Təşrif, h.q 1416, s.133
- ↑ Mehvəri, Səyheye asimani neşaneyi zühur, s.70-71
- ↑ Mehvəri, Səyheye asimani neşaneyi zühur, s.71
- ↑ Mehvəri, Səyheye asimani neşaneyi zühur, s.71
- ↑ Sədr, Tarixul-ğeybətil-kübra, h.q 1412, s.480
- ↑ Səlimiyan, Fərhəngnameye məhdəviyyət, h.ş 1388, s.442-443
- ↑ İsmaili, Bərresiye neşanehaye zühur, h.ş 1388, s.260-261
Ədəbiyyat
- İbn Tavus, Əli ibn Musa, Ət-Təşrif, Qum, Sahibul-əmr (ə.f) müəssisəsi, h.q 1416
- Əstərabadi, Əli, Təvilul-ayatiz-zahirə, Qum, İslami nəşr müəssisəsi, h.q 1409
- İsmaili, İsmail, بررسی نشانههای ظهور
- Səlimiyan, Xodamurad, Fərhəngnameye Məhdəviyyət, Qum, 2-ci çap, h.ş 1388
- Sədr, Seyyid Məhəmməd, Tarixul-ğeybətil-kübra, Beyrut, h.q 1412
- Səduq, Məhəmməd ibn Əli, Kəmalud-din, Beyrut, 1-ci çap, h.q 1412
- Tusi, Məhəmməd ibn Həsən, Kitabul-ğeybə, Qum, Darul-məarifil-İslamiyyə, h.q 1411
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Beyrut, Darut-taruf, 3-cü çap, h.q 1401
- Kurani, Əli, معجم احادیث الامام المهدی علیهالسلام
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
- Məhəmmədi Reyşəhri, Məhəmməd, Daneşnameye İmam Mehdi (ə.f), Qum, Darul-hədis, h.ş 1393
- Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İxtisas, Qum, h.q 1413
- Mehvəri, Məhəmməd Hüseyn, ندای آسمانی نشانه ظهور
- Numani, Məhəmməd ibn İbrahim, Əl-Ğeybə, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Səduq nəşri, h.q 1397