Etikaf

wikishia saytından
(Etekaf səhifəsindən yönləndirilmişdir)
Etikaf
Tehran universitetində etikaf mərasimi
Tehran universitetində etikaf mərasimi
Keçirilmə zamanıMəxsus vaxtı yoxdur
Keçirilmə məkanıCame məscidi
Tarixinin mənşəyiPeyğəmbərin (s) vaxtından


Etikaf (ərəbcə: الاعتكاف) müəyyən müddət (ən azı üç gün) məsciddə oruc tutaraq qalmaqdır. Etikafın məxsus vaxtı yoxdur. Amma hədislərdə onun ən yaxşı vaxtı ramazan ayının üçüncü ongünlüyü göstərilib. Etikafda məsciddə necə qalmaq və oradan necə çıxmaq haqqında hökmlər və qaydalar var. İranda etikaf mərasimi rəcəb ayında, Əyyamul-beyzdə (13, 14 və 15-ci günlər) əksər şəhərlərin böyük məscidlərində keçirilir.

Hədislərə görə, etikaf həccümrəyə bərabərdir. Günahların bağışlanmasına və Cəhənnəm odundan qurtulmağa səbəb olur.

Əhəmiyyəti və fəziləti

Etikaf müstəhəb ibadətdir və məsumların (ə) hədislərində həcc və ümrəyə bərabər hesab olunub.[1] Etikaf Peyğəmbərin (s) sünnəsi olaraq İslam ölkələrində keçirilir.

Konseptologiya

Fiqhdə qəsdi-qürbətlə və məxsusi əməllər və şərtlərlə məsciddə üç gün və ya daha çox qalmağa etikaf, onu edənə isə mötəkif deyilir.[2] Etikaf sözü “عکف” (əkf) kökündəndir və lüğət mənası bir şeyə üz tutmaq və ona hörmət etmək deməkdir.[3] Həmçinin, Quranda “akif” sakin[4] və (bir yerdə) qalan, “məkuf” isə yasaq və çəkindirilmiş[5] mənasında işlənib.

Etikaf ariflərin gözü ilə

İrfan terminologiyasında etikaf qəlbi dünyəvi məşğuliyyətlərdən təmizləmək, boşaltmaq və nəfsi Mövlaya təslim etməkdir.[6] Əllamə Məclisi etikaf həqiqətini bəndənin Allaha itaətə üz tutması və müraqibəyə sadiq qalması kimi izah edir.[7] O, həmçinin onun kamilliyini qəlbi, ağılı və bədən üzvlərini saleh əmələ həsr etməkdə, qəflətdən çəkinməkdə, özünü Allahın göstərişlərinə əməl etməyə bağlı saxlamaqda, Onun iradəsini həyata keçirməkdə və Allahdan qeyrisini bütün varlığından uzaq tutmaqda bilir.[8]

Hökmlər və qaydalar

Hamburq İslam mərkəzində etikaf mərasimi

Zaman

Etikaf üçün xüsusi zaman müəyyən olunmayıb. Amma bəzi rəvayətlərə görə, Allahın rəsulu (s) ramazan ayında etikaf saxlayırmış.[9] Buna görə də etikaf üçün ən yaxşı zaman ramazan ayı, xüsusilə onun son ongünlüyü hesab olunur.[10] Günümüzdə İranda etikaf mərasimi rəcəb ayında Əyyamul-beyzdə (13, 14, 15-ci günlər) keçirilir.[11] Bəzi başqa ölkələrdə də həmin vaxtda keçirilir.[12]

Müddət

Şiə fəqihlərinə görə, etikafın müddəti ən azı üç gündür. İkinci gün bitəndən sonra üçüncü günün etikafı vacib olur.[13] Etikafın vaxtı birinci günün sübh azanından üçüncü gününü qürubuna qədərdir.[14] Əlbəttə, dörd əhli-sünnə məzhəbinin öndərlərindən olan Malik ibn Ənəsin[15]Şafeinin[16] fikrincə, etikaf saxlayan şəxs gün batmazdan qabaq etikaf yerində olmalıdır.[17]

Məkan

Bəzi rəvayətlərdə etikaf yalnız Məscidül-harama, Məscidün-nəbiyə, Kufə və Bəsrə məscidinə xas hesab olunub. Amma bəzi rəvayətlərdə mərkəzi məsciddə, yaxud ədalətli imamın cümə namazı və ya camaat namazı qıldığı məsciddə etikaf saxlamaq uyğun görülüb.[18] Buna görə də keçmiş fəqihlərin çoxunun fikrincə, etikaf bu dörd məscidə məxsusdur.[19] Amma Şəhidi-əvvəlŞəhidi-sani yazır: “Etikafı yalnız dörd məscidlə məhdudlaşdırmaq zəif sonder”.[20] 14-cü əsrin əksər fəqihləri də şəhərlərin mərkəzi məscidlərində etikaf saxlamağı düzgün hesab ediblər.[21] Bəziləri isə sözügedən dörd məsciddən başqa məsciddə (istər mərkəzi məscid olsun, istər mərkəzi məscid olmasın) savab ümidi ilə etikaf saxlamağı icazəli sayıblar.[22]

Oruc olmaq şərti

Şiə fiqhinə görə, oruc etikafın əsas şərtlərindəndir.[23] Odur ki, oruc tuta bilməyən şəxs, məsələn, müsafirin, xəstənin və heyz olan qadının etikaf saxlaması düzgün deyil.[24] Etikafda qəza və ya nəzir orucu niyyəti etmək icazəlidir.[25] Dörd əhli-sünnə məzhəbinin öndərlərindən olan Məhəmməd ibn İdris ŞafeiƏhməd ibn Hənbəl etikafda orucu vacib bilmirlər.[26] Amma Maliki fiqhinə və Hənəfi fiqhinin məşhur rəyinə görə, orucsuz etikaf etikaf sayılmır.[27]

Məsciddən çıxmamaq

Etikaf müddətində yemək tədarükü görmək, ayaq yoluna getmək, yaxud məsləhətli işlər, məsələn, cümə namazı qılmaq, dəfn mərasimində iştirak etmək, şahidlik etmək və xəstəyə baş çəkmək kimi zəruri hallar istisna olmaqla məsciddən çıxmaq icazəli sayılmır. Əlbəttə, bu hallarda da etikaf saxlayan şəxs yalnız zəruri olduğu qədərlə kifayətlənməli, bir yerdə oturmamalı və mümkün qədər kölgədə yol getməməlidir.[28] Seyyid Kazım Təbatəbai “Ürvətül-vüsqa”da şəri və ürfi zərurətlər və məsləhətli məsələlər üçün (istər məsləhət etikaf saxlayan şəxsə aid olsun, istər başqa birinə) etikaf yerindən çıxmağı icazəli hesab edib.[29] Həmçinin, “Biharul-ənvar”da “Uddətud-dai”dən nəql olunur ki, İmam Həsən (ə) şiələrdən birinin borcunu ödəmək üçün təvafı yarıda kəsib, onunla birlikdə işini yoluna qoymağa gedib”.[30]

Etikafda haram olan şeylər

Fəqihlərə görə, etikafda ətirdən istifadə etmək və iyləmək, dünyəvi məsələlər haqqında mübahisə etmək, alış-veriş (zəruri hallar istisna olmaqla), masturbasiya, intim əlaqə (hətta öpmək səviyyəsində olsa da) haramdır və etikafı batil edir.[31] Həmçinin, orucu batil edən hər bir şey etikafı da batil edir.[32]

Fəlsəfəsi və təsirləri

Rəvayətlərə görə, etikaf saxlamaq günahların bağışlanmasına[33]Cəhənnəm odundan[34] uzaq olmağa səbəb olur. Həmçinin, düşünmək üçün uyğun zəmin yaratmaq, Allaha ibadət və minacat fürsəti, tövbə üçün zəminin yaranması onun fəlsəfəsi olaraq bəyan olunub.[35]

Etikafın tarixi

Etikaf olanlar üçün xütbə

Müsəlmanlar etikaf saxlamaq qaydasını Peyğəmbər (s) sünnəsindən öyrəniblər.[36] Bir rəvayətə görə, İslamdan qabaq da etikaf olub.[37]

Peyğəmbərin (s) etikafı ilə bağlı nəql olunanlar hicrətdən sonrakı dövrə Mədinəyəramazan ayına aiddir ki, Məscidün-nəbidə o həzrət (s) üçün çadır qurulurdu.[38] Bu gün Məscidün-nəbidə Tövbə sütununun şərq səmtində Sərir (taxt) adlanan bir sütun var. Deyilənə görə, Peyğəmbər (s) etikaf günlərində yatağını onun yanında salır və etikaf saxlayırmış.[39]

İslam peyğəmbəri (s) hicrətin 3-cü ilində Bədr döyüşü baş verdiyi üçün etikaf saxlaya bilmədi. Buna görə də növbəti il ramazan ayının iyirmi gününü etikaf saxladı. On gün həmin il üçün, on gün də əvvəlki il üçün.[40] Rəvayətlərdə şiə imamlarının, o cümlədən İmam Həsənin (ə)[41]İmam Sadiqin (ə)[42] etikaf saxlaması haqqında da məlumatlar nəql olunub.

Səfəvi və Pəhləvi dövrlərində etikaf saxlanılması

Şeyx Lütfullah Misinin (vəfatı: h. q. 1035) verdiyi məlumata görə, Səfəvi dövründə Qəzvində və İsfahanda etikaf saxlanılırdı.[43] Bəzi tarixi məlumatlarda İranda Pəhləvi dövründə etikaf nadir hallarda və yalnız bəzi dini şəhərlərdə saxlanılırdı.[44]

Monoqrafiya

Etikaf haqqında ərəb və fars dillərində bir sıra əsərlər qələmə alınıb. Onların bəziləri aşağıdakılardır:

  • “Əl-Etikafiyyə”, Muinuddin Salim ibn Bədran Bəsri.[47]
  • “Əl-Etikafiyyə” və ya “Maul-həyat və safil-fərat”, Şeyx Lütfullah Misi İsfahani (vəfatı: h. ş. 1035). Bu kitab Rəsul Cəfəriyanın səyi ilə h. ş. 1373-cü ildə “İranın İslam mirası” toplusunun birinci cildində Qumda çap olunub.
  • “Əl-Kəfaf fi məsailil-etikaf”, Məhəmməd Cəfər Əstərabadi (vəfatı: h. q. 1263). Bu kitabın bir nüsxəsi Ayətullah Mərəşi Nəcəfinin kitabxanasında saxlanılır.[48]
  • “Əl-Etikafiyyə”, Seyid Məhəmməd Əli Şəhristani (vəfatı: h. q. 1290). Ağabozorg Tehrani onun nüsxələrinin mövcudluğu haqqında məlumat verib.[49]

Son illərdə etikaf ənənəsinin geniş yayılması ilə yanaşı bu mövzuda onlarla kitab çap olunub.[50]

İstinadlar

  1. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.188; İbn Tavus, İqbalul-əmal, h.q 1409, c.1, s.195
  2. Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqhe farsi, h.ş 1382, c.1, s.598
  3. Rağib, Müfrədat, h.q 1392, s.355
  4. Həcc surəsi, ayə 25
  5. Fəth surəsi, ayə 25
  6. Corcani, Ət-Tərifat, h.q 1357, s.25
  7. Məclisi, Biharul-ənvar, h.q 1403, c.98, s.4
  8. Məclisi, Biharul-ənvar, h.q 1403, c.98, s.150
  9. Kuleyni, Əl-Kafi, h.q 1401, c.4, s.175
  10. Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1403, c.2, s.149; Cəziri, Əl-Fiqhu ələl-məzahibil-ərbəə, h.q 1406, c.1, s.582
  11. «تاریخچه اعتکاف», tasnimnews.com saytı
  12. «مراسم اعتکاف در کشورهای جهان», irna.ir saytı; [https://www.shia-news.com/fa/news/139765 «استقبال چشمگیر جوانان», shia-news.com saytı
  13. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1389, c.1, s.216
  14. Təbatəbai, Əl-Ürvətul-vüsqa, h.q 1420, c.3, s.671
  15. Malik, Əl-Muttə, h.q 1406, c.1, s.314
  16. Şafei, Əl-Umm, Darul-mərifə, c.2, s.105
  17. İbn Rüşd, Bidayətul-müctehid, h.q 1406, c.1, s.314
  18. Kuleyni, Əl-Kafi, h.q 1401, c.4, s.176; Müfid, Əl-Muqnəə, h.q 1410, s. 363
  19. Səduq, Əl-Muqənnə, h.q 1404, s.18; Seyyid Mürtəza, Əl-İntisar, h.q 1391, s.72; Tusi Əl-Xilaf, h.q 1407, c.2, s.272; Tusi, Əl-Xilaf, h.q 1407, c.2, s.272
  20. Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1403, c.2, s.150
  21. Xomeyni, Təhrirul-vəsilə, Darul-elm, c.1, s.305; Qolpayqani, Məcməul-məsail, h.ü 1409, c.4, s.175; Safi, Qolpayqani, Cameul-əhkam, h.q 1417, c.1, s.144; Behcət, İstiftaat, h.q 1428, c.2, s.442
  22. «مکان اعتکاف», hawzah.net saytı
  23. Malik, Əl-Muttə, h.q 1406, c.1, s.315; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1389, c.1, s.215
  24. Nəraqi, Mustənəduş-şiə, h.q 1415, c.10, s.546
  25. Nəraqi, Mustənəduş-şiə, h.q 1415, c.10, s.545
  26. Şafei, Əl-Umm, darul-mərifə, c.2, s.107; İbn Hübeyrə, Əl-İfsah, h.q 1366, c.1, s.170; Mərvəzi, İxtilaful-üləma, h.q 1406, s.75
  27. Səmərqəndi, Tuhfətul-füqəha, h.q 1405, c.2, s.372
  28. Kuleyni, Əl-Kafi, h.q 1401, c.4, s.178; İbn Rüşd, Bidayətul-müctehid, h.q 1406, c.1, s.317; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1389, c.1, s.217
  29. Təbatəbai, Əl-Ürvətul-vüsqa, h.q 1420, c.3, s.686
  30. Məclisi, Biharul-ənvar, h.q 1403, c.94, s.129
  31. İbn Hübeyrə, Əl-İfsah, h.q 1366, c.1, s.171; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1389, c.1, s.219-220; Cəziri, Əl-Fiqhu ələl-məzahibil-ərbəə, h.q 1406, c.1, s.585-587
  32. Xomeyni, Təhrirul-vəsilə, Darul-elm, c.1, s.305
  33. Siyuti, Cameus-səğir, h.q 1401, c.2, s.575
  34. Təbərani, Mucəmul-əvsət, h.q 1415, c.7, s.121
  35. «اعتکاف و فلسفه آن», rasekhoon.net saytı
  36. Malik, Əl-Muttə, h.q 1406, c.1, s.314
  37. Buxari, Səhih Buxari, c.3, s.105-110; İbn Macə, Sunənu ibn Macə, m. 1952-1953, c.1, s.563
  38. Kuleyni, Əl-Kafi, h.q 1401, c.4, s.175
  39. Cəfəriyan, Asare İslami Məkkə və Mədinə, h.ş 1381, s.226
  40. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.184
  41. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.190
  42. Məclisi, Biharul-ənvar, h.q 1403, c.47, s.60
  43. Mirase İslami İran, Dəftəre əvvəl Risaleye etikaifyye, Təhqiq: Əhməd Abidi, s.317-320
  44. «مراسم اعتکاف قبل از انقلاب», khamenei.ir saytı
  45. İbn Nədim, Əl-Fehrest, h.ş 1350, s.264-271
  46. Nəcaşi, Rical, h.q 1407, s.375-389
  47. Ağabozorq, Əz-Zəriə, c.2, s.230
  48. Ağabozorq, Əz-Zəriə, c.2, s.229; Müdərrisi Təbatəbai, Müqəddimeye bə fiqhe şiə, h.ş 1368, s.338
  49. Ağabozorq, Əz-Zəriə, c.2, s.229-230
  50. «لیست کتاب‌ها», hawzah.net saytı

Ədəbiyyat

  • Quran
  • Ağabozorq Tehrani, Məhəmməd Həsən, Əz-Zəriə, Beyrut, Darul-əzva
  • İbn Rüşd, Məhəmməd ibn Əhməd, Bidayətul-mectehid, Beyrut, h.q 1406
  • İbn Tavus, Əli ibn Musa, İqbalul-əmal, Tehran, Darul-kutubil-İslamiyyə, 2-ci çap, h.q 1409
  • İbn Macə, Məhəmməd, Sunənu ibn Macə, Qahirə, m. 1952
  • İbn Nədim, Məhəmməd, Əl-Fehrest, Tehran, h.ş 1350
  • İbn Hübeyrə, Yəhya, Əl-İfsah, Hələb, h.q 1366
  • «استقبال چشمگیر جوانان», shia-news.com saytı
  • «اعتکاف و فلسفه آن», rasekhoon.net saytı
  • İmam Xomeyni, Təhrirul-vəsilə, Qum, 1-ci çap
  • Buxari, Məhəmməd ibn İsmail, Səhih Buxari, Qahirə
  • Behcət. Məhəmməd Təqi, İstiftaat, Dəftəre Həzrtə Ayətullah Behcət, Qum, 1-ci çap, h.q 1428
  • «تاریخچه اعتکاف», tasnimnews.com saytı
  • Corcani, Əli ibn Məhəmməd, Ət-Tərifat, Qahirə, h.q 1357
  • Cəziri, Əbdür-Rəhman, Əl-Fiqhu ələl-məzahibil-ərbəə, Beyrut, h.q 1406
  • Rağib İsfəhani, Hüseyn, Müfrədat, Qahirə, h.q 1392
  • Səmərqəndi, Ələddin, Tuhfətul-füqəha, Beyrut, h.q 1405\m. 1385
  • Seyyid Mürtəza, Əli, Əl-İntisar, Nəcəf, h.q 1391
  • Siyuti, Cəlaləddin, Cameus-səğir, Beyrut, Darul-fikr, 1-ci çap, h.q 1401
  • Şafei, Məhəmməd, Beyrut, Darul-mərifət
  • Şəhid Sani, Zeynuddin, Ə-Rövzətul-bəhiyyə, Beyrut, h.q 1403
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Cameul-fiqhiyyə, Qum, h.q 1404
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqi, Qum, Dəftəre enteşarate İslami, 2-ci çap, h.q 1413
  • Şeyx Tusi, Əbu Cəfər Məhəmməd ibn Həsən, Əl-Xilaf, Təhqiq və düzəliş: Xorasani, Əli, Şəhristani, Seyyid Cavad və digərləri, Qum, Dəftəre enteşarate İslami, 1-ci çap, h.q 1407
  • Safi Qolpayqani, Lütfullah, Cameul-əhkam, Həzrət Məsumə (ə) nəşri, Qum, 4-cü çap, h.q 1417
  • Təbərani, Süleyman ibn Əhməd, Əl-Mucəmul-əvsət, Qahirə, Darul-hərəmeyn, h.q 1415
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təzkirətul-füqəha, Qum, Alul-Beyt (ə) müəssisəsi, 1-ci çap, h.q 1414
  • Kuleyni, Məhəmməd, Əl-Kafi, Əli Əkbər Ğəffarinin səyi ilə, Beyrut, h.q 1401
  • Qolpayqani, Seyyid Məhəmməd Rza, Məcməul-məsail, Darul-Quranil-Kərim, Qum, 2-ci çap, h.q 1409
  • Malik ibn Ənəs, Əl-Muttə, Beyrut, h.q 1406
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən Şərailul_islam, Nəcəf, h.q 1389
  • Müdərrisi Təbatəbai, Müqəddimeye bər fiqhe şiə, Məşhəd, h.ş 1368
  • «مراسم اعتکاف قبل از انقلاب», khamenei.ir saytı
  • «مراسم اعتکاف در کشورهای جهان », irna.ir saytı
  • Müfid, Məhəmməd ibn Məhəmməd Numan, Əl-Muqnə, Qum, islami nəşr müəssisəsi, h.q 1410
  • «نگاهی به اهمیت و فضیلت اعتکاف», makarem.ir saytı
  • «مکان اعتکاف», hawzah.net saytı
  • Nəcaşi, Əhməd ibn Əli, Ricalun-Nəcaşi, Musa Şübeyri Zəncaninin səyi ilə, Qum, h.q 1407
  • Nəraqi, Mövla Əhməd ibn Məhəmməd Mehdi, Mustənəduş-şiə, Qum, Alul-Beyt (ə) müəssisəsi, 1-ci çap, h.q 1415

Xarici keçid