Əyyamul-beyz

wikishia saytından

Əyyamul-Beyz (ərəbcə: Ağ Günlər - ایام البیض) hicri-qəməri tarixindəki ayların on üç, on dörd və on beşinci günlərinə deyilir. Rəvayətlərdə bu günlərdə oruc tutulmasına təkidlə tövsiyə edilib. Əhli-Beyt (ə) məktəbinin davamçıları olan şiələr üçün RamazanŞəban aylarından sonra Rəcəb ayının Əyyamul-Beyz günləri xüsusi önəm daşıyır və əhəmiyyətlidir.

İran İslam Respublikasında mübarək Rəcəb ayının Əyyamul-Beyz günlərində "etikaf" mərasimi geniş yayılmış bir dini ayındır və çox izdihamlı və təmtəraqlı keçirilir.

Adlandırılması səbəbi

Ola bilsin ki, bu günlərin əyyamul-beyz adlandırılması çoxlarında bu sual doğrunsun ki, "Qəməri ayların on üç, on dörd və on beşinci gecələri ayın bədirlənməsi və on dörd gecəlik ayın işığlı olması səbəbi ilə "ağ gecə"lər olduğu halda, nə üçün bu günlərə "ağ günlər" (əyyamul-beyz) deyilir?" "Əyyamul-Beyz" (ağ günlər) əslində "əyyamu ləyaliyil-beyz" (ag gecələrin gündüzləri) ifadəsinin qısaldılmış formasıdır ki, dildə tələffüzün yüngül olması üçün "gecə" sözü ixtisara salınaraq "əyyamul-beyz" kimi istifadə edilib.[1]"Beyz" sözü "Beyza" sözünün cəm formasıdır ki, Ərəb dilində "ağ" mənasını daşıyır. Qədim ərəblərin adəti bu idi ki, günləri səmadakı ayın işığının miqdarı ilə adlandırırdılar. Bu üç günün gecəsində də ayın işığı digər gecələrdən daha çox olduğu üçün "əyyamul beyz" adlandırıblar.[2] Bu günlərin digər adları "əvazih" (aydın) və "ğürrə"dir (palq).

Bu günlərin belə adlandırılması barədə başqa bir səbəb isə mərhum Şeyx Səduqun "İləluş-Şərayi" adlı əsərində nəql olunmuş aşağıdakı hədisdə göstərilib: Həzrət Cəbrail (ə) məlum hadisədən sonra babımız Həzrət Adəmi (ə) başqan ayağa qaralmış olduğu bir halda yer üzünə endirdi. Həzrət Adəmin (ə) halını belə görən mələklər fəryad çəkərək ağlamağa başladılar və Allah-Taalanın dərgahına üz tutaraq ərz etdilər: "Ey Pərvərdigarımız! Öz ruhundan üflədiyin bir məxluq yaratdın, mələklərə ona səcdə etmələrini əmr etdin, indi də bir günaha görə nurani simasının qaralmasını istəyibsən?"

Mələklərin duasından sonra səmadan bir səs Həzrət Adəmə (ə) belə xitab etdi: Bu gün Allah üçün oruc tut. Həzrət Adəm (ə) həmin günü oruc tutdu və bədəninin üçdən biri ağardı. Həmin gün Rəcəb ayın on üçüncü gününə təsadüf etmişdi. Sonra bu Rəcəb ayının on dördüncüon beşinci günləri də Həzrət Adəmə (ə) oruc tutmaq barədə xitab etdi və hər dəfə də Həzrət Adəmin (ə) oruc tutmasının ardıncan bədəninin bir hissəsi ağardı. Beləliklə üç gün oruc tutduqdan sonra Həzrət Adəmin (ə) bədənindən qaralıq tamamilə silindi və nurani sima verildi. Buna görə də Rəcəb ayının bu günlərini "ag günlər" adlandırırlar.[3]

Qəməri aylarında müstəhəb oruc məsələsi

Şiə məzhəbində Rəcəb ayının Əyyamul-Beyz günləri üçün xüsusi əməllər nəzərdə tutulub.[4] Bu əməllərin ən əhəmiyyətlisi həmin günləri üç gün ardıcıl oruc tutmaqdır. Araşdırmarlara əsasən İslamdan öncə də İbrahimi dinlərin davamçıları arasında hər ayda üç gün oruc tutmaq bəyənilmiş bir iş olub və buna "Həzrət İbrahim (ə) orucu" deyilərmiş.[5] Əziz İslam Peyğəmbəri (s) də insanlardan istəyib ki, hər ayın "əyyamul-beyz" günlərində oruc tutmağa davam etsinlər və aylıq oruclarını hər ayın əyyamul-beyz günlərində yerinə yetirsinlər.[6]

Əyyamul-Beyz günlərində oruc tutmağın müstəhəb olduğuna dəlalət edən müxtəlif məzmunlu çoxsaylı hədislər var.[7] Bəzi hədislər təkcə hər qəməri ayın on üçüncü günü oruc tutmağı müstəhəb hesab edir, bəzi hədislərdə də deyilir ki, hər ay üç gün oruc tutmaq Peyğəmbərin (s) sünnəsi olub.[8] Hər halda hər ayda üç gün oruc tutmağın müstəhəb olması barədə heç bir ixtilaf yoxdur ,[9] amma bu üç günün ayın hansı günlərinin olması barədə ixtilaf var. Məsələn, Həzrət İmam Sadiqdən (ə) nəql edilən bir hədisdə hər ayın birinci on günlüyünün ilk Cümə axşamı günü, ikinci on günlüyünün ilk Çərşənbə günü və son on günlüyün Cümə Axşamı günü oruc tutmağın müstəhəb olduğu deyilir.[10]

Hədislərdəki ixtilaf fəqihlərin də ayın "əyyamul-beyz" günlərinin və ya digər günlərin oruc tutulması barədə uzun müzakirələr aparmasına səbəb olmuşdur.[11]

Rəcəb ayında Əyyamul-Beyzin əməlləri

Şiə məzhəbində Rəcəb ayının Əyyamul-Beyz günləri üçün xüsusi əməllər nəzərdə tutulub. Bu əməllərin ən əhəmiyyətlisi həmin günləri üç gün ardıcıl oruc tutmaqdır. Digər əməlləri isə aşağıdakılardır:

Əyyamul-beyzin əməlləri
13-cü gecənin əməlləri
13-cü günün əməlləri
15-ci gecənin əməlləri
  • On beşinci gecə on üçüncü gecədəki namaz kimi (üç salamla) altı rəkət namaz qılmaq.
  • Qüsl etmək.
  • Gecəni əhya saxlamaq.
  • İmam Hüseyni (ə) ziyarət etmək.
  • On beş salamla otuz rəkət namaz qılmaq. Bu namazın hər rəkətində bir dəfə Həmd surəsi və on dəfə İxlas (Tövhid) oxunur.
  • Altı salamla on iki rəkət namaz qılmaq. Bu namazın hər rəkətində Həmd, Fələq, Nas, Ayətül-KursiQədr surələrinin hər biri dörd dəfə oxunur. Namazın salamından sonra bu dua dörd dəfə oxunur: "اَللهُ اَللهُ رَبّی لااُشْرِک بِهِ شَیئا وَلا اَتَّخِذُ مِنْ دُونِه وَلِیاً". Allahu Allahu rəbbi la uşriku bihi şəyən və la əttəxizu min dunihi vəliyyən.
15-ci günün əməlləri
  • Qüsl etmək.
  • İmam Hüseyni (ə) ziyarət etmək.
  • Həzrət Salman namazını qılmaq - (Rəcəb ayının birinci günü qılındığı kimi).
  • Ümmü-Davud əməlini yerinə yetirmək.
  • İki salamla dörd rəkət namaz qılmaq. Namazın salamından sonra aşağıdakı duanı oxumaq:

اللّهُمَّ يا مُذِلَّ كُلِّ جَبّارٍ وَ يا مُعِزَّ الْمُؤْمِنِينَ‏، أَنْتَ‏ كَهْفِي‏ حِينَ‏ تُعْيِينِي‏ الْمَذاهِبُ‏ وَ أَنْتَ بارِئُ خَلْقِي رَحْمَةً بِي، وَ قَدْ كُنْتَ عَنْ خَلْقِي غَنِيّاً، وَ لَوْ لا رَحْمَتُكَ لَكُنْتُ مِنَ الْهالِكِينَ، وَ أَنْتَ مُؤَيِّدِي بِالنَّصْرِ عَلى‏ أَعْدائِي، وَ لَوْ لا نَصْرُكَ إِيَّايَ لَكُنْتُ مِنَ الْمَفْضُوحِينَ‏. يا مُرْسِلَ الرَّحْمَةِ مِنْ مَعادِنِها وَ مُنْشِئ الْبَرَكَةِ مِنْ مَواضِعِها، يا مَنْ خَصَّ نَفْسَهُ بِالشُّمُوخِ وَ الرَّفْعَةِ، فَاوْلِياءُهُ بِعِزَّةِ يَتَعَزَّزُونَ، يا مَنْ وَضَعَتْ لَهُ الْمُلُوكُ نِيرَ الْمَذَلَّةِ عَلى‏ أَعْناقِهِمْ، فَهُمْ مِن سَطَواتِهِ خائِفُونَ. أَسْأَلُكَ بِكَيْنُونِيَّتِكَ الَّتِي اشْتَقَقْتَها مِنْ كِبْرِيائِكَ، وَ أَسْأَلُكَ بِكِبْرِيائِكَ الَّتِي اشْتَقَقْتَها مِنْ عِزَّتِكَ، وَ أَسْأَلُكَ بِعِزَّتِكَ الَّتِي اسْتَوَيْتَ بِها عَلى‏ عَرْشِكَ، فَخَلَفْتَ بِها جَمِيعَ خَلْقِكَ، فَهُمْ لَكَ مُذْعِنُونَ، انْ تُصَلِّيَ عَلى‏ مُحَمَّدٍ وَ اهْلِ بَيْتِهِ. (Əllahummə ya muzillə kulli cəbbar, və ya muizzəl mo`minin, əntə kəhfi hinə tu`yinil-məzahib. Və əntə bariu xəlqi rəhmətən bi, və qəd kuntə ən xəlqi ğəniyyən. Və ləv la rəhmətukə lə kuntu minəl halikin. Və əntə muəyyidi bin nəsri əla əədai, və ləv la nəsrukə iyyayə ləkuntu minəl məfzuhin. Ya mursilər-rəhməti min məadiniha və munşiəl bərəkəti min məvaziiha, ya mən xəssə nəfsəhu biş şumuxi vər-rə`fəti. Fə əvliyauhu bi izzəti yətəəzzəzun. Ya mən vəzəət ləhul mulku nirəl məzəlləti əla əənaqihim, fəhum min sətəvatihi xaifun. Əs`əlukə bikəynuniyyətikə əlləti iştəqəqtəha min kibriyaikə. Və əs`əlukə bi kibriyaikəlləti iştəqəqtəha min izzətikə. Və əs`əlukə bi izzətikəlləti istəvəytə biha əla ərşik, fə xələftə biha cəmiə xəlqikə, fəhum ləkə muz`inun, ən tusəliyyə əla Muhəmmədin və əhli-beytihi.)

Ramazan ayında Əyyamul-Beyzin əməlləri

Hədislərmizdə Ramazan ayında da Əyyamul-beyz gecələri və günləri üçün xüsusi əməllər tövsiyə edilmişdir.[12] Bunlardan biri Əyyamul-beyz gecələrində Mücir duasını oxumaqdır. Hədisdə deyilir ki, hər kəs "Əyyamul-beyz" gecələrində Mücir duasını oxuyarsa, günahları yağış dənələri, ağac yarpaqları və səhranın qumları qədər də olsa, bağışlanar. Həmçinin hədisdə vurğulanıb ki, Mücir duasını borcun qaytarılması, ruzi, yoxsulluğun aradan getməsi, varlanmaq və qüssə və kədərin insandan uzaqlaşması üçün oxumaq faydalıdır.[13]

İstinadlar

  1. Şəhid Sani, Məsalikul-əfham, h.q 1419, c.2, s.76
  2. Fərra, əl-Əyyam vəl-ləyali vəş-şuhur, h.q 1400, s.58; İbn Kəsir, Təfsirul-Quranil-Əzim, h.q 1401, c.3, s.573
  3. Şeyx Səduq, İləluş-Şərayi, c.2, s.235
  4. Mələki Təbrizi, Əl-Müraqibat, h.q 1407, s.62; Qumi, Məfatihul-cinan, h.q 1412, s.201-202; Onun bəzi əmməlləri ilə tanışlıq üçün müraciət edin: İbn Tavus, İqbalul-əmal, h.q 1414, s.281, 287; Məclisi, Biharul-ənvar, h.q 1403, c.59, s.399
  5. Nəsai, Sunənu Nəsai, c.4, s.222-223
  6. İbn Səd, Ət-Təbəqatul-kübra, m.1968, c.7, s.43; Əhməd ibn Hənbəl, Musnəd, Daru sadir, c.5, s.27-28, 150-152; Razi Əl-Fəvaid, h.q 1412, c.1, s.285
  7. İbn Səd, Ət-Təbəqatul-kübra, m.1968, c.7, s.43; Əhməd ibn Hənbəl, Musnəd, Daru sadir, c.5, s.27-28, 150-152; Razi, Əl-Fəvaid, h.q 1412, c.1, s.285
  8. Nəsai, Sunənu Nəsai, c.4, s.220-223
  9. İbn Qudamə, Əl-Muğni, h.q 1404, c.3, s.116
  10. Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, h.q 1404, c.2, s.84
  11. Şeyx Səduq, Mən la yəhzuruhul-fəqih, h.q 1404, c.2, s.81; Tusi, Təhzibul-əhkam, h.ş 1364, c.4, s.296; Seyyid ibn Tavus, Əd-Duruul-vaqifiyyə, h.q 1414, s.66
  12. Kəfəmi, Bələdul-əmin, h.q 1418, s.495-498
  13. Kəfəmi, Əl-Misbah, h.q 1414, s.358

Ədəbiyyat

  • İbn Səd, Ət-Təbəqatul-kübra, Ehsan Abbasın səyi ilə, Beyrut, Daru sadir, m.1968
  • İbn Qudamə, Abdullah ibn Əhməd, Əl-Muğni, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1404
  • İbn Kəsir, İsmail ibn Ömər, Təfsirul-Quranil-Əzim, Beyrut, h.q 1401
  • Əhməd ibn Hənbəl, Musnəd, Beyrut, Daru sadir
  • Razi, Əbül-Qasim Təmam, Əl-Fəvaid, Riyad, h.q 1412
  • Seyyid ibn Tavus, Əli bin Musa, İqbalul-əmal, Cavad Qəyyumi İsfahaninin səyi ilə, Qum, Dəftəre enteşarate İslami, h.q 1414
  • Seyyid ibn Tavus, Əli bin Musa, Əd-Duruul-vaqifiyyə, Qum, h.q 1414
  • Şəhid Sani, Zeynuddin ibn Əli Əl-Amili, Məsalikul-əfham, Qum, Muəssisətul-məarifil-İslamiyyə, h.q 1419
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la yəhzuruhul-fəqih, Beyrut, h.q 1404
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, İləluş-Şərayi, Beyrut
  • Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Həsən Musəvi Xorasaninin səyi ilə, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1364
  • Fərra, Yəhya ibn Ziyad, əl-Əyyam vəl-ləyali vəş-şuhur, İbrahim Abyarinin səyi ilə, Beyrut, Darul-kutubil-İslamiyyə, h.q 1400
  • Qumi, Şeyx Abbas, Məfatihul-cinan, Beyrut, h.q 1412
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Mələki Təbrizi, Cavad, Əl-Müraqibat, Beyrut, h.q 1407
  • Nəsai, Əhməd ibn Əli, Sunənu Nəsai, Hələb

Xarici keçid