Firqələrə bölünmə hədisi

wikishia saytından
Bu məqalə Firqələrə bölünmə hədisi barəsindədir. Nicat tapan firqənin müəyyən edilməsi haqda məqaləyə baxmaq istəyirsizsə, adı keçən məqaləyə daxil olun.
Firqələrə bölünmə hədisi
Başqa adlarıİftiraq hədisi
Mövzuİslam ümmətinin firqələrə bölünməsi
Nəql olunubİslam Peyğəmbəri (s)
Sənədin mötəbərliyiMütəvatir iddia olunur.


Firqələrə bölünmə hədisi (ərəbcə: حديث الافتراق) İslam ümmətinin yetmişdən çox firqəyə bölünməsi haqqında Peyğəmbəri-Əkrəmə (s) nisbət verilən hədisdir. Bu hədisə əsasən, İslam ümməti Həzrət Peyğəmbərdən (s) sonra yetmişdən çox firqəyə parçalanacaq və onlardan yalnız bir firqə xilas olacaq. İslam məzhəblərinin alimləri arasında nicat tapacaq məzhəbin nümunəsi haqqında fikir ayrılığı vardır. Peyğəmbərdən (s) nəql olunmuşdur ki, nicat tapacaq məzhəb Həzrət Əlinin (ə) şiələridir.

Firqələrə bölünmə hədisi və onun ətrafında olan məsələlər teoloji müzakirələrdə, məzhəb bilgilərində və məzhəb ixtilaflarında öz əksini tapmışdır.

Hədisin məzmunu və şərhi

Firqələrə bölünmə hədisi Peyğəmbərin (s) bir hədisinə işarə edir ki, onun müxtəlif rəvayətlərinin ortaq mövzusu budur ki, "məcusilər (bu gün Zərdüştün davamçılarına deyilir. Ən azından Zərdüştün davamçıları onların böyük hissəsini təşkil edir) yetmiş firqə, yəhudilik yetmiş bir firqə və xristianlıq yetmiş iki firqəyə bölündü. Mənim ümmətim isə yetmiş üç firqəyə bölünər. Bu məzhəblərdən yalnız biri nicat tapar".[1] Əlbəttə, bəzi rəvayətlərdə 72 firqənin nicat tapdığı, bir məzhəbin isə cəhənnəmə gedəcəyi bildirilir.[2]

Bu hədisin müxtəlif rəvayətlərində İslam məzhəblərinin sayı bəzən yetmiş üç firqə,[3] bəzən yetmiş iki firqə[4] və bəzən də yetmiş bir firqə olaraq qeyd olunub.[5]

Firqələrə bölünmə hədisinin şərhində bildirilir ki, nicat tapacaq məzhəbdən başqa əksər İslam məzhəblərinin azğınlığının təkfirə və bir-birinə düşmənçiliyə səbəb olan əqidə ixtilafından qaynaqlandığı bildirilir. QuranSünnəyə istinad etməklə üzrlü sayılan və nicat əhli olan fəqihlərin fiqhi ixtilafları ilə bağlı deyildir.[6] Bəziləri də bu hədisin müsəlmanların mal-dövlət, can və hökumət məsələlərində dünyəvi ixtilaflarını ehtiva etdiyini, bunun da düşmənçiliyə və məzhəb ayrılığına səbəb olduğunu irəli sürüblər.[7]

Hədisin mötəbər olması

Firqələrə bölünmə hədisi şiənin dörd hədis kitabında və sünnilərin "Səhih Buxari" və "Səhih Müslim" kitablarında qeyd edilməmişdir. Nobəxti və Əbul Həsən Əşəri kimi firqələr barədə araşdırma aparan alimlər "Firəquş-Şiə"də və "Məqalatul-İslamiyyin"də bu hədisi zikr etməyib və ondan sitat gətirməyiblər. Sünni alimlərindən İbn Həzm Əndəlusi (hicri 456-cı ildə vəfat edib) bunu istinad edilməsi mümkün olmayan və yanlış hesab edirdi.[8] Həmçinin Zeydi məzhəbində fəqih olan İbn Vəzirin (hicri 840-cı ildə vəfat edib) fikrincə onun son hissəsi (bir məzhəbdən başqa hamısı cəhənnəmlikdir) də saxtadır.[9]

Bununla belə, şiə[10] və sünnilərin[11] bəzi hədis kitabları, bəzi "miləl və nihəl" (millətlər və İnanclar haqqında yazıçılar) yazarları[12] hədisi nəql edib və qəbul ediblər. Əbdül-Qahir ibn Tahir Bağdadi,[13] Şəhfur ibn Tahir İsfəraini[14] və İbn Əbdür-Rəhman Multi Şafii[15] kimi bəzi məzhəblər barədə araşdırma aparan alimlər İslam məzhəblərini 73 məzhəb əsasında təsnif ediblər. Buna görə də firqələrə bölünmə hədisinin təkcə məşhur və müstəfiz[16] deyil, həm də mütəvatir[17] və ya mütəvatirə yaxın[18] olduğu söylənmişdir.

Ayətullah Sübhaninin fikrincə, bu hədisin müstəfiz olması, şiə və sünni kitablarında çoxlu nəql olunması onun sənədinin zəif olmasını kompensasiya edir. Həmçinin bu mənbələrdə onun müxtəlif sənədlərlə nəql olunması ona inam əldə etməyə və güvənməyə səbəb olur.[19] Həmçinin "Əhsənut-təqasim fi mərifətil-əqalim" kitabının müəllifi Məhəmməd ibn Əhməd Müqəddəsi (hicri 381-ci ildən sonra vəfat etmişdir) bu rəvayəti nicat tapanların sayını 72 firqə, həlak olanları isə bir məzhəb hesab edən digər rəvayətdən daha məşhur hesab etmişdir. Əlbəttə, ikinci rəvayətin daha düzgün olduğuna inanmışdır.[20]

Nicat tapan firqə

Əsas məqalə: Nicat tapan firqə

Nicat tapacaq məzhəbin müəyyən edilməsində müxtəlif məzhəblərin alimləri arasında ixtilaf vardır. Çox vaxt onların hər biri öz məzhəbini xilas olacaq məzhəb, digər 72 məzhəbi isə həlak olacaq məzhəb hesab ediblər:[21] İmamiyyə alimlərindən Cəmaləddin Razi "Təbsirətul-əvam fi mərifəti məqalatil-ənam" kitabında,[22] İsmailiyyə alimlərindən Cəfər ibn Mənsur Əl-Yumn "Sərair və əsrarun-Nütəqa" kitabında[23] və sünni alimlərindən Şəhristani "Əl-Miləl vən-Nihəl"[24] kitabında öz məzhəblərini nicat tapacaq məzhəb hesab ediblər.

Dördüncü əsrdə məşhur şiə mühəddisi (hədis ravisi, hədis alimi) Şeyx Səduq, "Kəmaluddin və Təmamun-Nimət" kitabında "Səqəleyn" hədisinə istinad edərək, QuranaPeyğəmbərin (s) əhli-beytinə (ə) bağlı olan hər kəsi nicat tan firqədən hesab edirdi.[25] Həmçinin "Biharul-Ənvar"da Əllamə Məclisi İmam Əlidən (ə) nəql edir ki, mənim şiələrim nicat əhlidir.[26] Əllamə Hilli də hədislərə əsaslanaraq on iki imam və onların tərəfdarlarını nicat tapan firqə kimi təqdim etmişdir.[27] Sonra şiə məzhəbinin haqq olmasını sübut etmək üçün bəzi dəlilləri qeyd edib.[28]

Lakin sünnilər digər hədislərə istinad edərək, nicat tapan məzhəbi camaat[29] və ya çoxluq[30] və ya raşidin xəlifələrin tərəfdarları hesab ediblər.[31] Həmçinin firqələrə bölünmə hədisindən belə bir rəvayət də vardır ki, ona əsasən zındıqlardan (Allaha və axirətə inanmayan kəslər) başqa bütün İslam məzhəbləri nicat əhlidir.[32]

Həlak olan firqə

İslam məzhəblərinin alimləri öz məzhəblərindən başqa 72 məzhəbi həlak olmuş hesab ediblər.[33] Əlbəttə, əhli-sünnənin Maliki məzhəbinin alimlərindən olan İbrahim ibn Musa Şatibinin (hicri 790-cı ildə vəfat edib) nəzərinə görə, həlak olacaq firqənin 72 ədədində xülasələşdirməyin heç bir mötəbər əqli və nəqli əsası yoxdur.[34]

Sünni alimi İbn Həzm (hicri 456-cı ildə vəfat edib) "Əl-Muhəlla Bil-Asar" fiqhi kitabında Peyğəmbərdən (s) nəql olunmuş[35] "mənim ümmətim yetmiş firqəyə bölünəcək ki, onların da fitnəkarlıq baxımından ən böyüyü qiyas edənlərdir" hədisinə istinad edir və fiqhdə qiyas edənləri azmış və həlak olmuş məzhəblərdən biri hesab edir.[36]

Əlaqədar məqalələr

İstinadlar

  1. İbn Hənbəl, Musnəd, h.q 1419, c.3, s.145; İbn Macə, Sunənu ibn Macə, Darul-fikr, c.2, s.364; Əllamə Məclisi, Biharul-ənvar, h.q 1404, c.28, s.4
  2. Müqəddəsi, Əhsənut-təqasim, Daru Sadir, c.1, s.39
  3. Hakim Nişaburi, Əl-Mustədrək, h.q 1411, c.1, s.281; Tirmizi, Sunnənut-Tirmizi, h.q 1403, c.5, s.26; Təbərani, Əl-Mucəmul-kəbir, c.18, s.51; İbn Hənbəl, Musnəd, h.q 1419, c.4, s.102
  4. Heysəmi, Məcməuz-zəvaid, h.q 1406, c.1, s.260; Təbərani, Əl-Mucəmul-kəbir, c.17, s.13
  5. Dani, Əs-Sunənul-varidə, h.q 1416, c.3, s.624
  6. Bağdadi, Əl-Firəqu beynəl-firəq, h.q 1408, s.5-8; Şatibi, Əl-İtisam, h.q 1420, s.442
  7. Şatibi, Əl-İtisam, h.q 1420, s.460-461
  8. İbn Həzm, Əl-Fisəl, h.q 1405, c.3, s.292
  9. İbn Vəzir, Əl-Əvasim vəl-qəvasim, h.q 1415, c.3, s.170-172
  10. Şeyx Səduq, Əl-Xisal, h.ş 1362, c.1, s.584-585; Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.28, s.13
  11. İbn Hənbəl, Musnəd, h.q 1419, c.3, s.569; İbn Əbi Asim, Əs-Sunnət, h.q 1419, c.1, s.75-80; Təbərani, Əl-Mucəmul-kəbir, c.18, s.51
  12. Bağdadi, Əl-Firəqu beynəl-firəq, h.q 1408, s.5-8; Sübhani, Buhusun fil-miləli vən-nihəl, c.1, s.25-26
  13. Bağdadi, Əl-Firəqu beynəl-firəq, h.q 1408, s.11-21
  14. İsfəraini, Ət-Təbsir fid-din, h.q 1408, c.23-25
  15. Şafii, Ət-Tənbih, h.q 1413, s.12
  16. Sübhani, Buhusun fil-miləli vən-nihəl, c.1, s.23; Müzəffər, Dəlailus-sidq, h.q 1422, c.5, s.289
  17. İbn Tavus, Ət-Təraif, h.q 1420, c.1, s.287 və c.2, s.74, 259; Munavi, Feyzul-qədir, h.q 1391, c.2, s.20
  18. Əl-Amidi, Əl-Əhkamu fi usulil-Əhkam, c.1, s.219
  19. Sübhani, Buhusun fil-miləli vən-nihəl, c.1, s.25
  20. Müqəddəsi, Əhsənut-təqasim, Daru Sadir, s.39
  21. Bağdadi, Əl-Firəqu beynəl-firəq, h.q 1408, s.11-21; İsfəraini, Ət-Təbsir fid-din, h.q 1408, c.23-25; Şafii, Ət-Tənbih, h.q 1413, s.12
  22. Razi, Təbsirətul-əvvam, h.ş 1364, c.194-199
  23. Əl-Yumn, "Sərair və əsrarun-Nütəqa", h.q 1404, s.243
  24. Şəhristani, Əl-Miləlu vən-nihəl, h.ş 1364, c.1, s.19-20
  25. Şeyx Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.662
  26. Əllamə Məclisi, Biharul-Ənvar, h.q 1403, c.28, s.11
  27. Əllamə Hilli, Minhacul-kəramət, h.ş 1379, s.50
  28. Əllamə Hilli, Minhacul-kəramət, h.ş 1379, s.35-111
  29. İbn Macə, Sunənu ibn Macə, h.q 1430, c.5, s.128-130
  30. Əl-Amidi, Əl-Əhkamu fi usulil-Əhkam, c.1, s.219
  31. İbn Macə, Sunənu ibn Macə, h.q 1430, c.1, s.28-29
  32. Deyləmi, Əl-Firvovsu bi məsuril-xitab, h.q 1406, c.2, s.63
  33. Bağdadi, Əl-Firəqu beynəl-firəq, h.q 1408, s.11-21; İsfəraini, Ət-Təbsir fid-din, h.q 1408, c.23-25; Şafii, Ət-Tənbih, h.q 1413, s.12
  34. Şatibi, Əl-İtisam, h.q 1420, s.481
  35. Təbərani, Əl-Mucmul-kəbir, c.17, s.13
  36. İbn Həzm, Əl-Muhəlla bil-asar, c.1, s. 62

Ədəbiyyat

  • İbn Əbi Asim, Əhməd ibn Əmir, Əs-sunnət, Riyad, h.q 1419 \ m. 1998
  • İbn Hənbəl, Əhməd ibn Məhəmməd, Musnəd, Beyrut, Alimul-kutub, Beyrut, h.q 1419
  • İbn Macə, Məhəmməd ibn Yəzid, Sunənu ibn Macə, Təhqiq: Məhəmməd Fuad Əbdül-Baqi, Beyrut, Darul-fikr
  • İbn Həzm, Əbu Məhəmməd, Əl-Fisəli fil-miləl, Beyrut, Məhəmməd İbrahim Nəsr çapı, h.q 1405 \ m. 1985
  • İbn Həzm, Əbu Məhəmməd, Əl-Muhəlla bil-asar, Təhqiq: Əhməd Şakir, Beyrut, Darul-cəbəl
  • İbn Tavus, Seyyid Əli, Ət-Təraifu fi mərifəti məzahibit-təraif, Beyrut, Əli Aşur çapı, h.q 1420 \ m. 1999
  • İbn Vəzir, Məhəmməd ibn İbrahim, Əl-Əvasim vəl-qəvasim, Beyrut, h.q 1415 \ m. 1994
  • İsfəraini, Şəhfur ibn Tahir, Ət-Təbsir fid-din, Beyrut, Zahir Kövsəri çapı, h.q 1408
  • Əl-Amidi, Əli ibn Məhəmməd, Əl-İhkamu fi usulil-Əhkam. Əl-Məktəbətul-İslami, Darul-kutubil-elmiyyə
  • Əl-Yumn, Cəfər ibn Mənsur, "Sərair və əsrarun-Nütəqa", h.q 1404
  • Bağdadi, Əbdül-Qahir, Əl-Firəqu beynəl-firəq, Beyrut, Darul-afaq, h.q 1408
  • Tirmizi, Məhəmməd ibn İsa, Sunnənut-Tirmizi, Beyrut, Darul-fikr, h.q 1403
  • Hakim Nişaburi, Məhəmməd ibn Abdullah, Əl-Mustədrək ələs-səhiheyn, təhqiq: Mustafa Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1411
  • Dani, Osman ibn Səid, Əs-Sunənul-varidə, Riyad, Darul-asimə, h.q 1416
  • Deyləmi, Əl-Firvovsu bi məsuril-xitab, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1406 \ m. 1986
  • Razi, Cəlaluddin, Təbsirətul-əvam, Abbas İqbal Aştiyani çapı, Tehran, h.ş 1364
  • Sübhani, Cəfər, Buhusun fil-miləli vən-nihəl, İslami nəşr müəssisəsi
  • Şatibi, İbrahim ibn Musa, Əl-İtisam, Beyrut, Darul-mərifə, h.q 1420
  • Şəhristani, Məhəmməd ibn Əbdül-Kərim, Əl-Miləlu vən-nihəl, h.ş 1364
  • Şeyx Səduq, Məhəmməd ibn əli, Kitabul-xisal, Qum, h.ş 1362
  • Təbərani, Əbül-Qasim, Əl-Mucəmul-kəbir, Beyrut, h.q 1404
  • Əllamə Hilli, Həsən ibn Yusif, Minhacul-kəramət, Aşura müəssisəsi, h.ş 1379
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Əl-vəfa müəssisəsi, h.q 1403
  • Müzəffər, Məhəmməd Hüseyn, Dəlailus-sidq, Alul-beyt (ə) müəssisəsi, h.q 1422
  • Müqəddəsi, Məhəmməd ibn Əhməd, Əhsənut-təqasim, Beyrut, Daru sadir
  • Şafii, Məhəmməd ibn Əhməd, Ət-Tənbih, Qahirə, h.q 1413
  • Munavi, Məhəmməd Əbdür-Rauf, Feyzul-qədir, Beyrut, h.q 1391 \ m. 1972
  • Heysəmi, Əli ibn Əbi Bəkr, Məcməuz-zəvaid, Beyrut, Darul-məarif, h.q 1406

Xarici keçid