Nicat tapan firqə

wikishia saytından
Bu məqalə nicat tapan firqə haqqındadır. İftiraq hədisi (müsəlmanların firqə firqə olmaları) ilə tanış olmaq üçün İftiraq hədisi məqaləsinə baxın.

Nicat tapan firqə və ya nicat tapmış qrup (ərəbcə: الفرقة الناجية) iftiraq hədisində qeyd olunmuş ifadə, İmamiyyə şiəsi kimi təfsir edilmişdir. Peyğəmbərə (s) nisbət verilən hədisdə ondan sonra İslam ümmətinin firqələrə bölündüyü və onlardan yalnız birinin nicat tapdığı bildirilir. Peyğəmbərdən (s) və İmam Əlidən (ə) nəql olunmuşdur ki, nicat tapan firqə ancaq Əlinin (ə) şiələridir. Nicat tapan firqənin nümunəsi və mahiyyəti haqqında əsərlər yazılmışdır.

Nicat tapan firqənin əhəmiyyəti

Əsas məqalə: İftiraq hədisi (müsəlmanların firqə firqə olmaları)

Nicat tapan firqə qiyamət günündə nicat tapmış bir qrup və ya firqə deməkdir. Bu ifadə Peyğəmbərə (s) aid edilən "İftraq" adlı hədisdə qeyd olunmuşdur. Bu hədisə əsasən Peyğəmbər (s) öz ümmətinin özündən sonra 73 firqəyə bölünəcəyini, onlardan yalnız bir firqənin nicat əhli olduğunu bildirmişdir.[1] Müsəlman məzhəblərinin hər biri özlərinin nicat tapmış firqə olmaları üçün bəzi meyarlar ifadə etmişlər.[2]

"İftiraq" hədisinin mötəbər olması

"İftiraq" hədisinin mötəbər olması ilə bağlı müxtəlif fikirlər var. Sünni alimlərindən İbn Həzm Əl-Əndəlusi (hicri 456-cı ildə vəfat edib) bu hədisi səhih və istinad ediləsi hesab etməyib.[3] Həmçinin Zeydi məzhəbli fəqih olan İbn Vəzirin (hicri 840-cı ildə vəfat edib) fikrincə də onun son hissəsi (bir firqədən başqa bütün firqələr cəhənnəm əhlidir) saxtadır.[4] Bununla belə şiə[5]sünnilərin[6] bəzi hədis kitabları, bəzi "miləl və nihəl" (xalqların etiqadları haqqında) yazan tədqiqatçılar[7] bu hədisi nəql edib və qəbul ediblər. Buna görə də "İftraq" hədisinin təkcə məşhur və müstəfiz[8] deyil, həm də mütəvatir[9] və ya mütəvatirə yaxın[10] olduğu söylənmişdir.

Deyilib ki, bu hədisin vahid xəbər (Təvatür həddinə çatmayan xəbərlər vahid xəbərlər adlanır) olması əqidələri isbat etmək və nicat tapan firqəni müəyyən etmək üçün ona istinad etməyi qeyri-mümkün edir.[11] Amma Ayətullah Sübhaninin fikrincə, bu hədisin müstəfiz olması və şiə və sünni kitablarında geniş şəkildə nəql olunması onun sənədinin zəifliyini aradan qaldırır. Bu mənbələrdə onun müxtəlif sənədlərlə nəql olunması ona etibar etməyə və inanmağa səbəb olur.[12]

Hansı firqə nicat tapmışdır?

Nicat tapmış firqənin nümunəsinin müəyyən edilməsində müxtəlif məzhəblərin alimləri arasında ixtilaf vardır. Çox vaxt onların hər biri öz məzhəbini nicat tapmış məzhəb, digər 72 məzhəbi isə həlak olacaq hesab edirdilər:[13] İmamiyyə alimlərindən Cəmaləddin Razi "Təbsirətul-əvam fi mərifəti məqalatil-ənam" kitabında.[14] İsmaili alimlərindən Cəfər ibn Mənsur əl-Yiman "Sərair və Əsrarun-Nütəqa" kitabında[15] və sünni alimlərindən olan Şəhristanı "Əl-miləl vən-Nihəl kitabında[16] öz məzhəblərini nicat tapmış məzhəbə nümunə hesab etmişlər.

Nicat tapmış firqənin nümunəsini müəyyən etmək üçün bəzən yetmiş üç firqə hədisinin çoxsaylı nəqllərinə istinad edilir[17] Hər bir firqə özünü təsdiq edən bir rəvayət seçmişdir.[18] Əli Ağanurinin araşdırmasına görə nicat tapmış firqəni müəyyən etmək üçün bu hədisin nəqllərində on beş müxtəlif təbir var.[19] Ondan səkkiz ibarət İmam Əlinin (ə) vilayətinə ya Əhli-beytə (ə) itaət etməyə və ya İmam Əlinin (ə) şiələrinə aiddir.[20] Baxmayaraq ki, onun fikrincə, bu hədisin nəqllərinin bəzisində nicat tapmış firqənin meyarlarına heç bir işarə olmamışdır.[21]

Şiə alimlərinin nəzəri

Dördüncü əsrdə məşhur şiə mühədislərindən Şeyx Səduq "Kəmaluddin və Təmmamun-Nimət" kitabında Səqəleyn hədisinə istinad edərək, Qurana və Peyğəmbərin (s) Əhli-Beytinə (ə) bağlı olan hər kəsi nicat tapan firqə hesab etmişdir.[22] Həmçinin Əllamə Məclisi "Biharul-Ənvar"da İmam Əlidən (ə) nəql edir ki, mənim şiələrim nicat əhlidir.[23] Əllamə Hilli də hədislərə əsaslanaraq on iki imam və onların tərəfdarlarını nicat tapmış firqəyə nümunə kimi təqdim etmişdir.[24] Sonra şiə məzhəbinin haqq olmasını sübut etmək üçün bəzi dəlilləri qeyd etmişdir.[25] Həmçinin "Səfinə" hədisi Əhli-beyt (ə) ardıcıllarını nicat tapmış hesab edən şəxslərin dəlillərindən biridir. Çünki bu hədisdə Əhli-beytə tabe olan hər kəsin nicat tapacağı bildirilir.[26]

Lakin sünnilər digər hədislərə istinad edərək, nicat tapan firqənin camaat[27] ya əksəriyyət[28] və ya raşidin xəlifələrinin ardıcılları[29] olduğunu hesab edirlər. Həmçinin "İftiraq" hədisindən verilən xəbərə əsasən, dinsizlərdən başqa bütün İslam məzhəbləri nicat əhlidir.[30]

Biblioqrafiya

İbrahim ibn Süleyman Qətifin (hicri 950-ci ildə vəfat edib) yazdığı "Əl-Firqətun-Naciyə" kitabı

Nicat tapan firqə haqqında əsərlər yazılmışdır. Ağa Bozorg Tehrani "Əz-Zəriə" kitabında bu mövzuda şiə alimlərinin bəzi əsərlərinin adını qeyd etmişdir:[31]

  • Seyyid Məhəmməd Mehdi Hüseyni Qəzvini Hillinin yazdığı "Əs-Səvarimul-Maziyə fi firqətin-Naciyə" kitabı,[32] Bu kitabda nicat tapan firqənin on iki imamçı şiə olduğu sübuta yetirilmişdir.[33] O, təxminən 25 min beyt şeirdən ibarətdir.[34] Şiə alimləri bu kitabı yüksək qiymətləndirmişlər.[35] Həmçinin Əllamə Məclisi bu kitabı bu mövzuda yazılmış ən yaxşı kitablardan biri hesab etmişdir.[36]
  • Bu kitab həm də “Əs-Səvarimul-maziyə lirəddil-firqətil-hadiyə və təhqiqil-firqətin-Naciyə" kimi də adlandırılmışdır.[37]

Məhəmməd Həsən Şəriətmədar Astarabadinin (vəfatı hicri 1318-ci ildə) yazdığı "İsbatul-firqətin-Naciyə" kitabı. Müəllif bu əsərində həm nicat tapan firqəni, həm də digər 72 firqəni müəyyən etməyə çalışmışdır.

  • İbrahim ibn Süleyman Qətifin (hicri 950-ci ildə vəfat edib) yazdığı "Əl-Firqətun-Naciyə" kitabı, Şeyx Cəfər Kaşif Əl-Qitanın yazdığı "Risalətu usuliyyə fi isbati məzhəbil-firqətin-Naciyəti min bəynil-firəqil-İslamiyyə" kitabı, Seyyid Hüseyn ibn Əli ibn Əbu Talib Hüseyni Həmdaninin yazdığı "İsbatu Əl-firqətin-Naciyə və ənnəhum Əşşiətul-imamiyyə" kitabı. Xacə Nəsirəddin Tusinin yazdığı "İsbatu Əlfirqətin-Naciyə" kitabı bu mövzuda yazılan digər əsərlərdir.

İstinadlar

  1. İbn Hənbəl, h.q 1419, c.3, s.145; İbn Macə, Sunənu ibn Macə, c.2, s.364; Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.28, s.4; Hakim Nişaburi, Əl-mustədrək, h.q 1411, c.1, s.281; Tirmizi, Sunənut-tirmizi, h.q 1403, c.5, s.26; Təbərani, Əl-mucəmul-kəbir, h.q 1404, c.17, s.13; Dani, Əs-sunənul-varidə, h.q 1416, c.3, s.624
  2. Aqanuri, "Hədise iftiraqe ummət...", s.133
  3. İbn Həzm, Əl-fissəl, h.q 1405, c.3, s.292
  4. İbn Vəzir, Əl-əvasim vəl-qəvasim, h.q 1415, c.3, s.170-172
  5. Şeyx Səduq, Əl-xisal, h.ş 1362, c.1, s.584-585; Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.28, s.13
  6. İbn Hənbəl, Musnəd, h.q 1414, c.3, s.569; İbn Əbi Asim, Əs-sunnə, h.q 1419, c.1, s.75-80; Təbərani, Əl-mucəmul-kəbir, c.18, s.51
  7. Bağdadi, Əl-fərqu beynəl-firəq, h.q 1408, s.5-8; Sübhani, Buhusu fil-miləli və-nihəl, Muəssisətun-nəşril-İslami, c.1, s.25-26
  8. Sübhani, Buhusu fil-miləli və-nihəl, Muəssisətun-nəşril-İslami, c.1, s.23; Müzəffər, Dəlailus-sidq, h.q 1422, c.5, s.289
  9. İbn Tavus, Ət-təraif, h.q 1420, c.1, s.287 və c.2, s.74 və s.259; Mənavi, Feyzul-qədir, h.q 1391, c.2, s.20
  10. Əl-Amədi, Əl-əhkamu fi usulil-əhkam, Darul-kutubil-elmiyyə, c.1, s.219
  11. Aqanuri, "Hədise iftiraqe ummət..." s.136
  12. Sübhani, Buhusu fil-miləli və-nihəl, Muəssisətun-nəşril-İslami, c.1, s.25
  13. Bağdadi, Əl-fərqu beynəl-firəq, h.q 1408, s.11-21; İsfərayani, Ət-təbsiru fid-din, h.q 1408, s.23-25; Şafei, Ət-tənbihu vər-rədd, h.q 1413, s.12
  14. Razi, Təbsirətul-əvam, h.ş 1364, s.194-199
  15. Cəfər ibn Mənsurul-yəmən, Sərairu və əsrarun-nütəqa, h.q 1404, s.243
  16. Şəhristanı, Əl-miləl vən-Nihəl, h.ş 1364, c.1, s.19-20
  17. Aqanuri, "Hədise iftiraqe ümmət...", s.133
  18. Aqanuri, "Hədise iftiraqe ümmət...", s.133
  19. Aqanuri, "Hədise iftiraqe ümmət...", s.134
  20. Aqanuri, "Hədise iftiraqe ümmət...", s.134
  21. Aqanuri, "Hədise iftiraqe ümmət...", s.131
  22. Şeyx Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.662
  23. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.28, s.11
  24. Əllamə Hilli, Minhacul-kəramə, h.ş 1379, s.50
  25. Əllamə Hilli, Minhacul-kəramə, h.ş 1379, s.35-111
  26. Müzəffər, Dəlailus-sidq li nəhcil-həqq, h.q 1422, c.2, s.28; Hüseyni Milani, Təşyidul-muraciati və təfnidul mukabərati, h.ş 1385, s.439
  27. İbn Macə, Sunənu ibn Macə, h.q 1430, c.5, s.128-130
  28. Əl-amədi, Əl-ihkamu fi usulil-əhkam, c.1, s.219
  29. İbn Macə, Sunənu ibn Macə, h.q 1430, c.5, s.28-29
  30. Deyləmi, Əl-firdəvsu biməsuril-xitab, h.q 1406, c.2, s.63
  31. Ağabozorq Tehrani, Əz-zəriyə, h.q 1403, s.98-99
  32. Həkim, Əl-mufəssəlu fi tarixin-Nəcəf, h.q 1427, c.5, s.191
  33. Muhəddis Nuri, Xatimətu Mustədrəkil-vəsail, c.2, s.131; Ağabozorq Tehrani, Əz-zəriyə, h.q 1403, c.1, s.98-99
  34. Sədr, Təkmilətu əməlil-amil, h.q 1429, c.6, s.108
  35. Xatimətu Mustədrəkil-vəsail, c.2, s.131; Ağabozorq Tehrani, Əz-zəriyə, h.q 1403, c.1, s.98-99
  36. Məclisi, Biharul-ənvar, h.q 1403, c.53, s.292
  37. Əmin, Əyanuş-şiə, h.q 1403, s.10, s.146

Ədəbiyyat

  • Ağabozorq Tehrani, Muhəmməd Möhsin, Əz-zəriətu ila təsanifiş-şiə, Beyrut, h.q 1403
  • Ağanuri, Əli, "Hədise iftiraqe ummət; Nəqlha və peyamədha", Dər məcəlle həft aseman, Nömrə: 18, h.ş 1382
  • İbn Əbi Asim, Əhməd ibn Əmir, Əs-sünnət, Riyad, h.q 1419\m.1998
  • İbn Həzm, Əbu Muhəmməd, Əl-fisəlu fil-miləli vəl-əhva vən-nəhl, Beyrut, Muhəmməd İbrahim Nəsr və Əbdür-Rəhman Umeyrə çapı, h.q 1405\m.1985
  • İbn Hənbəl, Əhməd, Musnəd, Təhqiq: Əbul-Məati Nuri, Alimul-kutub çapı, Beyrut, h.q 1419
  • İbn Tavus, Seyyid Əli, Ət-təraifu fi mərifəti məzahibit-təvaif, Beyrut, Əli Aşur çapı, h.q 1420\m.1999
  • İbn Macə, Muhəmməd ibn Yəzid, Sunənu ibn Macə, Təhqiq: Muhəmməd Fuad Əbdül-Baqi, Beyrut, Darul-fikr
  • İbn Vəzir, Muhəmməd ibn İbrahim, Əl-əvasimu vəl-qəvasim fiz-zəbbi ən sünnəti Əbil-Qasim, Beyrut, h.q 1415\m.1994
  • Əl-amədi, Əli ibn Muhəmməd, Əl-ihkamu fi usulil-əhkam, Beyrut, Darul-kutubil-elmiyyə
  • Əmin, Möhsin, Əyanuş-şiə, Beyrut, Darut-təarufi lil-mətbuat, h.q 1403
  • Bəğdadi, Əbdül-Qahir, Əl-fərqu beynəl-firəqi və bəyanul-firqətin-naciyə minhum, Beyrut, h.q 1408
  • Tirmizi, Muhəmməd ibn İsa, Sunənut-tirmizi, Beyrut, Darul-fikr, h.q 1403
  • Cəfər ibn Mənsurul-yəmən, Sərairu və əsrarun-nütəqa, Təhqiq: Mustafa Ğalib, Beyrut, h.q 1404
  • Hakim Nişaburi, Muhəmməd ibn Abdullah, Əl-mustədrəku ələs-səhiheyn, Təhqiq: Mustafa Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1411
  • Hüseyni Milani, Əli, Təşyiidul-muraciati və təfnidul-mukabirat, Qum, Əl-həqaiq, h.ş 1385
  • Həkim, Həsən İsa, Əl-Mufəssəlu fi tarixin-Nəcəfil-Əşrəf, Qum, Əl-məktəbətul-Heydəriyyə, h.q 1427
  • Dani, Osman ibn Səid, Əs-sunənul-varidə fil-fitən, Təhqiq: Zaəullah ibn Muhəmməd İdris Mubarəkfuri, Riyad, Darul-asimə, h.q 1416
  • Deyləmi, Şeyruye ibn Şəhrdar, Əl-firdovsu bimasuril-xitab, Beyrut, DArul-kutubil-elmiyyə, h.q 1406\m.1986
  • Razi, Cəmalud-din, Təbsirətul-əvam fi mərifəti məqalatil-ənam, Təhqiq: Abbas İqbal Aştyani, Tehran, Əsatir, h.ş 1364
  • Sübhani, Cəfər, Buhusu fil-miləli vən-nihəl, Qum, Muəssisətul-İmamis-Sadiq (ə), h.q 1427
  • Şəhrestani, Muhəmməd ibn Əbdül-Kərim, Əl-miləu vən-nihəl, Qum, Əş-şərifur-Riza, h.ş 1364
  • Şeyx Səduq, Muhəmməd ibn Əli, Kitabul-xisal, Qum, Əli-əkbər Ğəffari çapı, h.ş 1362
  • Şeyx Səduq, Muhəmməd ibn Əli, Kəmalud-din və təmamun-nimə, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, İslamiyyə, 2-ci çap, h.q 1395
  • Sədr, Həsən, Təkmilətu əməlil-amil, Təhqiq: Həsənəli Məhfuz və başqaları, Beyrut, h.q 1429
  • Təbrani, Əbül-Qasim, Əl-mucəmul-kəbir, Beyrut, Daru ehyait-terasil-ərəbi, h.q 1404
  • Əllamə Məclisi, Muhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Muəssisətul-vifa, h.q 1403
  • Muhəddis Nuri, Hüseyn, خاتمة مستدرك الوسائل, Musəssiətu Alil-Beyt (ə) li-ihyait-terasın təhqiqi, Qum
  • Muzəffər, Muhəmməd Həsən, Dəlailus-sidq li nəhcil-həqq, Musəssiətu Alil-Beyt (ə) li-ihyait-terasın təhqiqi, Qum, Muəssisətu Alil-Beyt (ə) li-ihyait-teras, h.q 1422
  • Şafei, Muhəmməd ib Əhməd, Ət-tənbihu vər-rəddu əla əhlil-əhva, Qahirə, h.q 1413
  • Mənavi, Muhəmməd Əbdür-Rəuf, Feyzul-qədir: Şərhul-cameis-səğir, Beyrut, h.q 1391\m.1972
  • Heysəmi, Əli ibn Əbi Bəkr, Məcməuz-zəvaid və mənbəul-fəvaid, Beyrut, Darul-məarif, h.q 1406

Xarici keçid