Günahların təkfiri

wikishia saytından
(Günahın təkfiri səhifəsindən yönləndirilmişdir)
Bu məqalə günahların təkfiri barəsindədir. Başqa eyni adlı məqalələrlə səhv salmamaq üçün "Təkfir (səhv salmamaq üçün)" adlı bölməyə baxın.

Günahların təkfiri (ərəbcə: تكفير الذنوب)- yaxşı işlərin savablarının təsiri ilə günahların Qiyamət günü məhv olması. Qurani-Kərimdəhədislərdə iman, əməlisaleh, tövbə, cihad, gizli sədəqəibadət günahların təkfiri kimi göstərilmişdir.

Günahların təkfiri kəlam elminin mövzusudur və mütəkəllimlər bu haqda “ihbat”, “ihbat və təkfir”, “təhabutül-əmal” və “savab və iqabın birləşməsi” və s. məfhumlar əsnasında bəhs etmişlər.

İmamiyyə (on iki imam şiələri)Əşairə təkfiri yalınız Qurani-Kərimdə və hədislərdə keçən günahlar haqqında qəbul edirlər. Lakin mötəzililərə görə, təkfir bütün günahları məhv edir. İmamiyyə mütəkəllimləri mötəzilənin nəzərini Qurani-Kərimin bəzi ayələrinə əks hesab edirlər. Onlara görə, Allah-Taala pis və yaxşı işlərin cəza və mükafatlarını ayrıca mühasibə edir.

Məfhumu

Təkfir sözünün leksik mənası örtmək və gizlətməkdir.[1] Buna görə də Allahın nemətlərini inkar edən şəxslər kafir adlandırılmışdır.[2] Kəlam elmində, günahların təkfiri deyərkən, yaxşı işlərin savablarının təsirləri hesabına günahların cəzasının məhv olması nəzərdə tutulur. Buna əsasən, təkfir ihbatın əksdir və ihbat isə günahların təsiri ilə yaxşı işlərin puça çıxmasıdır.[3]

Təkfir həm də bir müsəlmana küfr nisbət vermək anlamına da gəlir və buna Qiblə əhlinin təkfir edilməsi deyilir.[4]

Amillər

Qurani-Kərimdə və hədislərdə iman, əməlisaleh,[5] tövbə,[6] böyük günahlardan çəkinmək,[7] gizli sədəqə, cihad[8]ibadət[9] günahların təkfiri amilləri kimi qeyd edilmişdir. Habelə, bəzi rəvayətlərdə şəfaət,[10] İmam Hüseynin (ə) ziyarəti,[11] Quran oxumaq[12]gecə namazı qılmaq[13] da günahların təkfiri kimi göstərilmişdir.

Kəlam elmində günahların təkfiri

Günahların təkfiri kəlam elminə aid mövzu sayılır və adətən o, ihbatla yanaşı bəhs edilir.[14] Mütəkəllimlər bu haqda eləcədə “ihbat”,[15] “ihbat və təkfir”,[16] “təhabutül-əmal”[17] və “savab və iqabın birləşməsi[18] və s. məfhumlar əsnasında söz açmışlar.

Həmçinin, bəzi şiəsünni alimləri bu haqda məad[19] məsələsi üzrə və mötəzilə alimləri isə “vəd və vəid”[20] mövzusunda söz açmışlar.

Müsəlman mütəkəllimlərinin yekdil rəyinə əsasən, kafir müsəlman olanda, küfr cəzası və eləcədə kafirlik vaxtı etdiyi bütün günahları bağışlanır.[21] Lakin müsəlman olan vaxtda edilən günahlar haqqında fikir ayrılığı mövcuddur:

  • Mötəziləyə görə, təkfir bütün günahlar üçün keçərlidir. Onlara görə, yaxşı əməl hər bir günahı paklaya bilir.[22] Onların belə etiqada malik olmasının səbəbi, yaxşı və pis işlər üçün savab və cəzanın nəzərdə tutulduğu nəzəriyyəsini irəli sürdükdən sonra, “əgər bir əməl savab və cəza ilə birgə olsa, bu zaman mükəlləf eyni zamanda həm savaba və həm də cəzaya layiq olmalıdır”, şübhəsi ilə rastlaşdılar və bunu isə qeyri-mümkün hesab etdilər[23] və elə buna görə də ihbat və təkfir nəzəriyyəsini irəli sürdülər.[24]
  • İmamiyyəƏşairə ümumi ihbatı qəbul etmirlər. Onlar deyirlər ki, yaxşı işlər ancaq Qurani-Kərimdə və hədislərdə işarə edilən günahları pak edir.[25] Şiələr bu haqda fikirlərini əsaslandırmaq üçün bəzi Quran ayələrinə, xüsusi ilə “Zilzal” surəsinin 7 və 8-ci ayələrinə istinad edirlər: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).”[26] Onların bildirdiyinə görə, Allah-Taala Qiyamət günü yaxşı və pis əməli ayrıca mühasibə edəcəkdir.[27]

Günahın və ya cəzanın məhvi?

Təkfirin, günahın məhv edilməsi və yaxud onun cəzasının silinməsi olduğu haqqında fikir ayrılığı mövcuddur. Mötəzilə cərayanının tanınmış simalarından biri olan Əbu Əli Cubbaiyə görə, təkfir günahın özünü məhv edir. Lakin onun oğlu Əbu Haşim Cubbai bildirir ki, təkfir ancaq cəzanı məhv edir.[28] Həmçinin, bəzi müsəlman filosofları da təkfiri günahın məhv edilməsi anlamında qəbul edirlər. Çünki, onlara görə, mövcud (var olmuş bir şey) heç vaxt yox olmur. Onlar günahın məhv olmasını aşağıda qeyd edilən iki formada izah edirlər:

  • Hər bir günah, günah olduğu baxımdan yoxluq və qeyri-mövcuddur.
  • Günahkar adamın varlığı tövbə ilə başqa bir varlığa çevrildiyi kimi, pis əməllər də yaxşı əməllərə çevrilir.[29]

İstinadlar

  1. Rağib, Müfrədat, h.q 1412, s.714
  2. Rağib, Müfrədat, h.q 1412, s.714
  3. Məhəmmədi, Şərhu Kəşfil-Murad, h.ş 1378, s.553; Qazi Əbdül-Cabbar, Şərhul-usulil-xəmsə, h.q 1422, s.422
  4. Mahmud Əbdür-Rəhman Əbdül-Munim, Mucəmul-mustəlahat, təkfir sözünün şərhi, m. 1999
  5. Məhəmməd surəsi, ayə 2
  6. Təhrim surəsi, ayə 8
  7. Nisa surəsi, ayə 4
  8. Ali-İmran surəsi, ayə 195
  9. Nuh surəsi, ayə 3-4
  10. Məclisi, Biharul-ənvar, h.q 1403, c.8, s.34
  11. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.ş 1365, s.126
  12. Şəiri, Cameul-əxbar, s.39
  13. Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.162
  14. Qazi Əbdül-Cabbar, Şərhul-usulil-xəmsə, h.q 1422, s.422-427
  15. İyci, Şərhul-məvaqif, h.q 1325, c.8 s.309
  16. Qazi Əbdül-Cabbar, Şərhul-usulil-xəmsə, h.q 1422, s.422-427
  17. Himməsi, Əl-Munqizu minət-təqlid, h.q 1412, c.2, s.42
  18. Meysəm Bəhrani, Qəvaidul-məram, h.q 1406, s.164
  19. İyci, Şərhul-məvaqif, h.q 1325, c.8 s.309-289
  20. Qazi Əbdül-Cabbar, Şərhul-usulil-xəmsə, h.q 1422, s.422-427
  21. Şübbər, Həqqul-yəqin, h.q 1424, s.551
  22. Şübbər, Həqqul-yəqin, h.q 1424, s.550
  23. Dairətul-məarife Qurane Kərim, İhbat və təkfir, s.59
  24. Qazi Əbdül-Cabbar, Şərhul-usulil-xəmsə, h.q 1422, s.422-423
  25. İyci, Şərhul-məvaqif, h.q 1325, c.8 s.309
  26. Şübbər, Həqqul-yəqin, h.q 1424, s.551
  27. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.2, s.170
  28. Qazi Əbdül-Cabbar, Şərhul-usulil-xəmsə, h.q 1422, s.425-426
  29. Dairətul-məarife Qurane Kərim, İhbat və təkfir

Ədəbiyyat

  • İbn Qulaveyh, Cəfər ibn Məhəmməd, Kamiluz-ziyarat, Düzəliş: Əbdül-Hüseyn Əmini, Nəcəf, Darul-Murtəzəviyyə, h.ş 1356
  • İbn Meysəm Bəhrani, Qəvaidul-məram, Düzəliş: Əbdül-Hüseyn Əmini, Qum, h.q 1406
  • İyci, Mir Seyyid Şərif, Qum, h.q 1325
  • آشنایی با چند اصطلاح قرآنی, noormags.ir saytı
  • احباط و تکفیر, webcitation.org saytı
  • Himməsi Razi, Sədiduddin, Əl-Munqizu minət-təqlid, Qum, İslami nəşr müəssisəsi, h.q 1412
  • Rağib İsfahani, Hüseyn ibn Əli, Müfrədat, Suriya-Livan, Darul-elm, h.q 1412
  • Şübbər, Seyyid Abdullah, Həqqul-yəqin fi mərifəti usulid-din, Qum, h.q 1424
  • Şəiri, Məhəmməd ibn Məhəmməd, Cameul-əxbar, Nəcəf
  • Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, İslami nəşr müəssisəsi, h.q 1417
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-əyyaşi, Düzəliş: Seyyid Haşim Rəsuli Məhəllati, Tehran, h.q 1380
  • Qazi Əbdül-Cabbar, Şərhul-usulil-xəmsə, Beyrut, h.q 1422
  • احباط و تکفیر noormags.ir saytı
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Məhəmmədi, Əli, Şərhu kəşfil-murad, Qum, Darul-fikr, h.ş 1378
  • Mahmud Əbdür-Rəhman Əbdül-Munim, Mucəmul-mustələhat, Qahirə, m. 1999