Hicrətin 255-ci ili
(Hicri-qəmər təqviminin 255-ci ili səhifəsindən yönləndirilmişdir)
Hicri-qəməri 256 Hicri-qəməri 254 | |
İmamət | |
---|---|
İmam Həsən Əskəri (ə) (İmamət müddəti: 6 il: Hicrətin 254-260-cı ilinə qədər) | |
İslam ölkələrinin hökumətləri | |
Xəlifə Abbasi | Mötəzi |
Xəlifə Abbasi | Mötədi |
Xorasanda | Tahirilər |
Sistanda | Səfərilər |
Tunisdə | Əğləbilər |
Misirdə | Tulunilər |
Təbəristanda | Ələvilər |
Əhəmiyyətli hadisələr | |
Zəngilər qiyamının başlaması | |
Təvəllüdlər | |
Vəd olunmuş İmam Mehdinin (ə.f) mövludu | |
Vəfatlar / Şəhadətlər | |
Əli ibn Məhziyar Əhvazinin vəfatı |
Hicrətin 255-ci ili (ərəbcə: سنة 255 للهجرة) Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrətindən sonra hicri-qəməri təqvimi ilə 255-ci ildir. Şiələrin on ikinci imamı Həzrət Mehdi (ə.f) bu il dünyaya göz açıb. Həmçinin bu il şiələrin 11-ci imamı İmam Həsən Əskərinin (ə) (h.q 254-260) imamət dövrünə təsadüf edir.
Bu ilin mühüm hadisəsi Kufədə Əli ibn Zeyd və İsa ibn Cəfərin (İmam Həsən Müctəbanın (ə) nəslindən olan) qiyam etməsidir.
Tanışlıq
Hicrətin 255-ci ili İmam Həsən Əskərinin (ə) imamət (hicri 254-260) dövrünə təsadüf edir.[1] Həmçinin bu ildə Abbasi xəlifələrindən olan Mötəzz (hicri 252-255) və Muhtədi (255-256) hökmranlıq edirdi.[2]
Baş verən hadisələr
- İmam Həsən Əskərinin (ə) Rəbius-sani ayının 3-də Curcana səfəri.[3]
- Zəncilərin üsyanı hicri 255-ci ilin[4] Ramazan ayında[5] başladı.
- Kufədə Əli ibn Zeyd və İsa ibn Cəfərin (İmam Həsən Müctəbanın (ə) nəslindən olan) qiyam etməsi.[6]
- Mötəzz Abbasinin xilafətdən uzaqlaşdırılması (rəcəb ayında) və ondan bir neçə gün sonra (Şaban ayının ikinci günü) öldürülməsi.[7]
- On dördüncü Abbasi xəlifəsi Muhtədi Abbasinin (hökmdarlığı: 255-256) xilafət dövrünün başlanğıcı.[8]
Dünyaya gələnlər
- Şaban ayının 15-ci gecəsi Samirra şəhərində şiələrin on ikinci imamı İmam Mehdinin (ə.f)[9] dünyaya gəlməsi.
Vəfatlar
- Əli ibn Məhziyar Əhvazi İmam Rza (ə), İmam Cavad (ə) və İmam Hadinin (ə) səhabələrindəndir ki, onun vəfatını hicrətin 255 və ya 254-cü il hesab edilir.[10]
- Muhəmməd ibn Saleh ibn Abdullah (İmam Həsən Müctəbanın (ə) nəslindəndir) Mütəvəkkil Abbasinin xilafəti dövründə bir müddət üsyan edir və həbs edilərək üç ildən sonra azad edilir.[11] Bəzi mənbələrdə onun vəfat tarixi hicri 248-ci il kimi göstərilir.[12]
- Məhəmməd ibn Kərram, Kərramiyə kəlami məktəbinin təsiscisinin vəfatı.[13]
İstinadlar
- ↑ Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.214
- ↑ Hüseyni Xatunabadi, Vəqayius-sinini vəl-əvam, h.ş 1352, s.179; Təbəri, Tarixul-uməmi vəl-muluk, c.9, s.389
- ↑ Qutbuddin Ravəndi, Əl-Xəraicu vəl-cəraih, h.q 1409, c.1, s.425-426; İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.427-428; İbn Həmzə Tusi, Əs-Saqibu fil-mənaqib, h.q 1419, s.215
- ↑ Əbul-fəda, Əl-Muxtəsər, c.2, s.46
- ↑ İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.12, s.235
- ↑ Məsudi, Murucuz-zəhəb, h.q 1363, c.4, s.94; Təbəri, Tarixul-uməmi vəl-muluk, c.9, s.388
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, c.9, s.389
- ↑ İbnul-İbri, Tarixu muxtəsərid-duvəl, m. 1992, c.1, s.147; İbn Tağrıberdi, Ən-Nucumuz-zahirə, h.q 1392, c.3, s.26
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, s.512; Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.214
- ↑ Zirikli, Əl-İlam, m. 1980, c.5, s.25; Əbul-həsəni, Alimane şie, h.ş 1382, s.82
- ↑ İsfahani, Məqatilut-talibin, s.480
- ↑ Zirikli, Əl-İlam, m. 1980, c.6, s.162
- ↑ İbn Əsir, Əl-Kamil, h.q 1385, c.7, s.217
Ədəbiyyat
- İbn Əsir, İzədin, Əl-Kamil, Beyrut, Daru Sadir, h.q 1385
- İbn Tağrıberdi, Cəmaluddin Yusif, Ən-Nucumuz-zahirə, Qahirə, h.q 1392
- İbn Həmzə Tusi, Məhəmməd ibn Əli, Əs-Saqibu fil-mənaqib, Qum, Ənsariyan nəşri, 3-cü çap, h.q 1419
- İbnul-İbri, Tarixu muxtəsərid-duvəl, Beyrut, Darul-məşriq, m. 1992
- Əbul-Həsəni, Alimane şie, h.ş 1382
- Əbul-fəda, İsmail ibn Əli, Beyrut, Əl-Muxtəsər fi əxbaril-bəşər, Darul-kutubil-elmiyyə
- İsfahani, Əbul-Fərəc əli ibnil_Hüseyn, Təhqiq: Seyyid Əhməd, Beyrut, Məqatilut-talibin, Darul-mərifə
- Hüseyni Xatunabadi, Əbdül-Hüseyn, Vəqayius-sinini vəl-əvam, Tehran, Ketabfuruşiye İslamiyye, h.ş 1352
- Zirikli, Xeyruddin, Əl-İlam, Beyrut, m. 1980
- Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, 1-ci çap, h.q 1417
- Təbəri, Tarixul-uməmi vəl-muluk, Beyrut
- Qutbuddin Ravəndi, Səid ibn Abdullah, Əl-Xəraicu vəl-cəraih, Qum, İmam Mehdi (ə.f) müəssisəsi, 1-ci çap, h.q 1409
- Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, 1-ci çap, h.q 1413