Müəlla ibn Xunəys

wikishia saytından
Müəlla ibn Xunəys
KünyəsiƏbu Əbdillah
Səhabəsiİmam Sadiq (ə)
Ölüm günü və məkanıH.q 131
Etibarıİxtilaflı
Rəvayətin mövzusuNovruz
Rəvayətin sayıTəqribən 80
Başqa fəaliyyətləriİmam Sadiqin (ə) vəkili


Müəlla ibn Xunəys Kufi (ərəbcə: معلى بن خنيس) İmam Sadiqin (ə) rəvayətçilərindən (hicri 131-ci ildə vəfat edib) və maliyyə vəkillərindən biri idi. Şiə fəqihləri və Rical alimlərindən Şeyx Tusi, Əhməd ibn Məhəmməd Bərqi və Əllamə Hili onu siqə (etibarlı) hesab etmişlər. Amma İbn Qəzairi və Nəcaşi onun hədislərini zəif hesab ediblər. Ayətullah Xoinin dediyinə görə, Müəlla 80 rəvayət nəql etmişdir. Onun hədislərinin çoxu birbaşa İmam Sadiqdən (ə) nəql olunmuşdur. İbn Məskan kimi icma əshabından olan ravilər ondan rəvayət nəql ediblər. O, Novruzla bağlı nəql olunan hədislərin ravisidir. O, Abbasilərin əmri ilə hicri 131-ci ildə Mədinədə öldürüldü.

Onun tanıtımı

Əbu Abdullah Müəlla ibn Xunəys Bəzzaz Kufi İmam Sadiqin (ə) ravilərindən və səhabələrindən biri idi.[1] O, həm də altıncı İmamın (ə) qulu[2] və maliyyə vəkili kimi təqdim edilmişdir.[3] Mənbələrdə Müəlla ibn Xunəysin doğum tarixi qeyd edilməmişdir,[4] lakin onun paltar satıcısı olduğu bildirilmişdir.[5]

Müəlla hicri 131-ci ildə Abbasi hökumətinin sərkərdələrindən olan Davud ibn Əlinin əmri ilə öldürüldü.[6] İmam Sadiq (ə) Müəllanın öldürülməsindən sonra Davud ibn Əliyə etiraz etdi və Davud ibn Əli öz tabeliyində olan Müəllanın qatilindən qisas aldı.[7]

Ravinin etibarlı olmasıının araşdırılması

Şiələrin ən məşhur mühəddis və fəqihlərindən olan Şeyx Tusi (h. 385-460) Müəlla ibn Xunəysi İmam Sadiqin (ə) etibar etdiyi səhabələrindən və onun işçilərindən hesab edirdi.[8] Üçüncü qəməri əsrində şiə mühəddisi və Rical alimi olan Əhməd ibn Məhəmməd Bərqi öz “Rical” kitabında Müəlla ibn Xunəysi İmam Sadiqin (ə) səhabələrindən biri kimi təqdim etmişdir.[9] Həmçinin altıncı İmamdan (ə) nəql olunmuş rəvayətə əsasən, Müəlla o Həzrətin işçisi və maliyyə vəkili olmuşdur.[10] Əllamə Hili Şeyx Tusinin rəyinə istinad edərək onu ədalətli bir ravi kimi tanıtmışdır.[11] Bununla belə, şiənin Rical alimlərindən olan Nəcaşi və İbn Qəzairi, onu hədis nəql etməkdə zəif və etibarsız hesab ediblər.[12]

Müəlla ibn Xunəysi Müğeyrə ibn Səidin ilk tərəfdarlarından, Məhəmməd ibn Abdullahın (Nəfs Zəkiyyə) imamətinə dəvət edənlərdən biri hesab etmiş və Müğeyrəyə meyl etməsinin onun öldürülməsinə səbəb olduğunu bildirmişlər.[13] Həmçinin deyiblər ki, onun hədisləri qüluvv edənlərin istinad etdiyi rəvayətlərdir.[14]

Müasir fəqih və Rical alimi Seyid Əbul-Qasim Xoi (hicri 1278-1371) Müəlla ibn Xunəys haqqında olan tərif edən və pisləyən rəvayətləri tədqiq edərək, tərif edən rəvayətləri düzgün hesab etmişdir. Nəticədə də onu doğru danışan, İmam Sadiqin (ə) diqqət etdiyi bir şəxs və həmçinin cənnət əhli kimi təqdim etmişdir.[15] Ayətullah Xoi həmçinin Müəllanın qüluvv edən bir şəxs kimi təqdim edilməsini sünnilərin şiə rəvayətçilərinin etibarına xələl gətirmək üçün ona atdıqları böhtanlardan biri hesab etmişdir.[16] Hüseyn Saidi Darul-Hədis Nəşriyyatı tərəfindən çap olunan ərəb dilində yazdığı  “Əl-Müəlla ibn Xünəys: Şəhadətuhu və vəsaqəətuhu və musnəduhu” adlı kitabında onun şəxsiyyətini və siqə (etibarlı) olmasını araşdırmışdır.

Nəql etdiyi hədislər

Şiə rəvayət mənbələrində, o cümlədən dörd hədis kitablarında Müəlla ibn Xünəysdən hədislər nəql edilmişdir.[17] Ayətullah Xoi onun hədislərinin sayını 80 hesab etmişdir.[18] Onun hədislərinin çoxu birbaşa olaraq İmam Sadiqdən (ə) nəql edilmişdir.[19] İcma səhabələrindən olan İbn Muskan,[20] Həriz ibn Abdullah Səcistani[21] və Müəlla ibn Osman[22] kimi ravilər ondan rəvayət nəql etmişlər. Ondan nəql olunan hədislər fiqh,[23] əqidə,[24] İslam əxlaqı[25]Quranın təfsiri[26] kimi sahələrdədir. O, eyni zamanda Novruzla bağlı rəvayətlərin ravisidir.[27]

İstinadlar

  1. Tusi, Əl-Ğeybə, c.1, s.347
  2. Tusi, Ricalut-Tusi, c.1, s.304; İbn Ğəzairi, Ər-Rical, h.q 1422, s.87
  3. Tusi, Əl-Ğeybə, c.1, s.347
  4. Xoi, Mucəmu ricalil-hədis, c.19, s.258; Mustafa Təfrişi, Nəqdur-rical, Alul-beyt (ə) müəssisəsi, c.4, s.395
  5. Nəcaşi, Ricalun-Nəcaşi, c.1, s.417
  6. Tusi, Əl-Ğeybə, c.1, s.347
  7. Tusi, Ricalul-Kəşşi, c.1, s.377
  8. Tusi, Ricalut-Tusi, c.1, s.304; Tusi, Əl-Ğeybə, c.1, s.347
  9. Bərqi, Ricalul-Bərqi, c.1, s.25-26
  10. Tusi, Əl-Ğeybə, c.1, s.347
  11. Hilli, Xulasətul-əqval, c.1, s.409
  12. Nəcaşi, Ricalun-Nəcaşi, c.1, s.417; İbn Ğəzairi, Ər-Rical, h.q 1422, s.87
  13. İbn Ğəzairi, Ər-Rical, h.q 1422, s.87
  14. İbn Ğəzairi, Ər-Rical, h.q 1422, s.87
  15. Xoi, Mucəmu ricalil-hədis, c.19, s.269
  16. Xoi, Mucəmu ricalil-hədis, c.19, s.269
  17. Səduq, Mən la Yəhzuruhul-fəqih, h.ş 1367, c.1, s.410; Kuleyni, Əl-Kafi, h.q 1429, c.13, s.126; Tusi, Təhzibul-əhkam, h.q 1407, c.6, s.388
  18. Xoi, Mucəmu ricalil-hədis, c.19, s.256
  19. Səduq, Mən la Yəhzuruhul-fəqih, h.ş 1367, c.1, s.410; Kuleyni, Əl-Kafi, h.q 1429, c.13, s.126; Tusi, Təhzibul-əhkam, h.q 1407, c.6, s.388
  20. Kuleyni, Əl-Kafi, h.q 1429, c.2, s.354
  21. Bərqi, Əl-Məhasin, h.q 1371, c.1, s.255
  22. Bərqi, Əl-Məhasin, h.q 1371, c.1, s.235
  23. Kuleyni, Əl-Kafi, h.q 1429, c.3, s.336
  24. Bərqi, Əl-Məhasin, h.q 1371, c.1, s.255
  25. Bərqi, Əl-Məhasin, h.q 1371, c.2, s.561
  26. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.222; Əyyaşi, Təfsiru Əyyaşi, h.q 1380, c.2, s.255
  27. Məclisi, Biharul-ənvar, h.q 1403, c.56, s.93

Ədəbiyyat

  • İbn Ğəzairi, Əhməd ibn Hüseyn, Ər-Rical, Təhqiq: Seyyid Məhəmməd Rza, Qum, Darul-hədis, h.q 1422
  • Bərqi, Əhməd ibn Məhəmməd, Ricalul-Bərqi, Tehran, Enteşarate daneşqahe Tehran
  • Bərqi, Əhməd ibn Məhəmməd, Əl-Məhasin, Qum, Darul-ktuubil-İslamiyyə, h.q 1371
  • Mustafa Təfrişi, Nəqdur-rical, Qum, Alul-beyt (ə) müəssisəsi
  • Hilli, Həsən ibn Yusif, Xulasətul-əqval, Təhqiq: Cavad Qəyyumi, Qum, h.q 1417
  • Xoi, Seyyid Əbül-Qasim, Mucəmu ricalil-hədis, Muəssisətul-xoi
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsiru Əyyaşi, Tehran, Çapxaneye elmiyye, h.q 1380
  • Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Tehran, Səduq, h.ş 1367
  • Tusi, Məhəmməd ibn Həsən, Ricalul-Kəşşi, Tehran, Darul-kutubil-İslamiyyə
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Ğeybə, Təhqiq: İbadullah Tehrani və Əli Əhməd, Qum, h.q 1411
  • Tusi, Məhəmməd ibn Həsən, Ricalul-Kəşşi, Təhqiq: Seyyid Mehdi Rəcai, Məşhəd
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Düzəliş: Təyyib Musəvi Cəzairi, Qum, Darul-kitab, h.q 1404
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1429
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Nəcaşi, Əhməd ibn Əli, Ricalun-Nəcaşi, Qum, İslami nəşr müəssisəsi