Ütbənin qızı Hind

wikishia saytından
(Müaviyənin anası Ütbə səhifəsindən yönləndirilmişdir)
Ütbənin qızı Hind
Doğulduğu məkanMəkkə
Tanınmış qohumlarıƏbu Süfyan - Müaviyə
Vəfat tarixi və məkanıH.q 14
İslam dininə gəlmə zamanıMəkkənin fəthi zamanı
İştirak etdiyi döyüşlərÜhüd döyüşündə müşriklər tərəfindən - Yərmuk döyüşündə müsəlmanlar tərəfindən
Şöhrət tapmasının səbəbiCiyəryeyən (Həmzə ibn Əbdül-Müttəlibin sinəsini və mədəsini parçalayaraq ciyərini çeynədi)
Önəmli işləriHəmzə ibn Əbdül-Müttəlibin sinəsini və mədəsini parçalayaraq ciyərini çeynəməsi


Ütbənin qızı Hind (ərəbcə: هند بنت عتبة), ciyəryeyən Hind kimi tanınır. O, Əbu Süfyanın həyat yoldaşı və Müaviyənin anasıdır. Ühüd döyüşündə müşrikləri müsəlmanlarla vuruşmağa təşviq etdi və müharibənin sonunda Həmzə ibn Əbdül-Müttəlibin sinəsini və mədəsini parçalayaraq ciyərini çeynədi. Həmçinin öldürülən müsəlmanların qulaq və burunlarından boyunbağı və bilərziklər düzəltdi. Hind Məkkənin fəthindən sonra müsəlman oldu və ikinci xəlifənin dövründə öldü.

Tərcümeyi-halı

Hind Qüreyş zadəganlarından olan Ütbə ibn Rəbiə ibn Əbd Şəmsin[1] və Səfiyyə bint Üməyyə ibn Harisənin[2] qızı idi. O, Qüreyşin ən gözəl qadınlarından sayılırdı.[3] Çox zəkalı idi.[4] Bəzi mənbələrdə ona müxtəlif şeirlər aid edilmişdir.[5]

Hind, Həfs ibn Muğeyrə Məxzumi[6] ilə evləndi və Əban adlı bir oğlan dünyaya gətirdi,[7] lakin bir müddət sonra bu evlilik boşanma ilə nəticələndi.[8] Həfsdən ayrıldıqdan sonra Hind, məsləhətləşmədən onu Həfs ilə evləndirdiyinə görə atasını danladı.[9] Daha sonra o, Əbu Süfyanla evləndi.[10] Hind Əbu Süfyandan Müaviyə və Ütbə adlı iki oğlan,[11] Cuveyriyə və Ummül-Hikəm adlı iki qız[12] dünyaya gətirdi. Sünni tarixçisi Zəhəbinin dediyinə görə, Əbu Süfyan ömrünün sonunda Hindi boşadı.[13] O, ikinci xəlifənin dövründə beytul-maldan dörd min dirhəm məbləğində borc alıb ticarətlə məşğul oldu.[14]

İbn Cuzi Hindin 14-cü qəməri ilində ikinci xəlifənin dövründə vəfat etdiyini hesab edir.[15]  "Usdul-Ğabə" kitabının müəllifi deyir: "Hind Ömər ibn Xəttabın xilafəti dövründə Əbu Bəkrin atası Əbu Qəhafənin vəfat etdiyi gün ölmüşdür".[16] İbn Həcər Əsqəlani onun Osmanın dövründə öldüyünü bildirmişdir.[17]

Ühüd döyüşündə iştirak etməsi

Hind Ühüd döyüşündə iştirak edib,[18] Məkkə ordusu arasında dayandı və onları müsəlmanlara qarşı döyüşməyə təşviq etdi.[19] Hind müşrikləri təşviq edərkən bu beytləri oxudu: "Biz səhər ulduzunun qızlarıyıq. Əgər qələbə ilə irəliləsəniz, qollarımızı açıb çarpayıları döşəyərik. Əgər döyüş meydanından üz döndərsəniz, biz də sizdən qaçarıq".[20]

Müharibədən sonra Hind Bədrdə öldürülən qohumlarının qisasını almaq üçün şeirlər oxudu.[21] Bədr döyüşündə Hindin atası Ütbə ibn Rəbiə, əmisi Şiybə, və qardaşı Vəlid öldürüldü.[22] Buna görə də Bədr döyüşündən sonra Hind Bədrdə öldürülən qüreyşlilərin intiqamını almaqdan danışırdı və Qureyşi müsəlmanlarla döyüşə təşviq edirdi.[23]

Həmzənin və Ühüd şəhidlərinin cəsədini parçalamaq

Uhud döyüşündə Hind, vəhşi adlı həbəş köləsini məmur etdi ki, üç nəfərdən birini, yəni İslam Peyğəmbərini (s) ya Əli bin Əbi Talibi və ya Həmzə ibn Əbdül Müttəlibi öldürsün.[24]

Vəhşi, Həmzəni şəhid etdi.[25] Hind Həzrət Həmzənin sinəsini və mədəsini parçaladı[26] və ciyərini çeynədi.[27] Həmçinin onu Həmzənin bədəninin digər bəzi hissələri ilə birlikdə[28] Məkkəyə apardı.

Həmzənin cəsədinin parçalıyıb çeynəməsi haqqında isə bir sıra beytlər qoşdu:

أذهب عنی ذاک ما کنت أجد *** من لذعة الحزن الشّدید المعتمد[29]

"İçimdəki kədər Ühüddə Həmzənin vasitəsi ilə sağaldı. Mən onun qarnını açıb ciyərini çıxartdım. Bu, məni yandıran şiddətli kədərdən azad etdi".

Peyğəmbər (s) Həmzənin ciyərini çeynədiyi üçün Hindi "əkələtil-əkbad" ciyəryeyən adlandırmışdır.[30] Onun övladlarına da ciyəryeyən qadının oğlu "ibnu əkələtil-əkbad" deyilirdi.[31] Yezid də Aşura ziyarətində "əkələtil-əkbad"ın oğlu kimi təqdim olunur.[32] Habelə bu mövzu Həzrət Zeynəbin (s) Şamdakı xütbəsindən bir hissədə də qeyd olunur:

«وَ كَيْفَ يُرْتَجَى مُرَاقَبَةُ مَنْ لَفَظَ فُوهُ أَكْبَادَ الْأَزْكِيَاءِ وَ نَبَتَ لَحْمُهُ مِنْ‏ دِمَاءِ الشُّهَدَاءِ»

"Pak insanların ciyərini çeynəyən və əti şəhidlərin qanından çıxan birinin övladından necə mərhəmət və qayğı ümidi etmək olar?!"[33]

Atası müşriklərdən olan Hənzələ ibn Əbi Amirdən başqa Ühüd döyüşünün digər şəhidlərinin cəsədləri Hind və müşrik ordusunda olan digər qadınlar tərəfindən parçalandı.[34] Hind onların qulaqları və burunları ilə boyunbağı və bilərziklər düzəltdi.[35] İslam tarixinin yazıçısı və tədqiqatçısı Ayətullah Cavadi Amuli hesab edir ki, “ciyərlər yeyənin oğlu” mənasını verən "ibnu əkələtil-əkbad" ifadəsindən aydın olur ki, onlar bunu bir neçə nəfərin cəsədi ilə ediblər və bu, yalnız Həmzə Seyidüş-Şühədaya məxsus deyil.[36]

İslamı qəbul etməsi

Hind Məkkənin fəthi zamanı həyat yoldaşı Əbu Süfyan İslamı qəbul etdikdən sonra müsəlman oldu.[37] Buna görə də onu səhabələrdən sayıblar.[38] Baxmayaraq ki, bəzi mənbələr onun həqiqətən müsəlman olmasına şübhə ilə yanaşmışlar.[39] O, Peyğəmbərin (s) yanına gedib üzünü örtüb iman gətirmiş, sonra üzünü açıb göstərmişdir.[40] Peyğəmbər (s) daha əvvəl onu "məhdurud-dəm" (öldürülməsi icazəli olan) hesab edirdi.[41] Onun Peyğəmbər (s) haqqındakı dediyi bəzi ifadələrindən belə başa düşə bilərik ki, o, Peyğəmbəri (s) sadəlövh və hər şeydən xəbərsiz hesab edirdi.[42]

İbn Əsakirə görə, Hind, İslamı qəbul edəndə Peyğəmbər (s) ona Allaha şərik qoşmamağı, zina etməməyi, oğurluq etməməyi buyurdu. Hind dedi: "Azad insan zina edərmi?" Peyğəmbər (s) həmçinin buyurdu: "Uşaqları öldürməyin". Hind o Həzrətin cavabında dedi: "Biz uşaqlarımızı böyütdük və siz onları Bədr döyüşündə öldürdünüz". Peyğəmbər (s) cavab verdi ki, Allah onları öldürdü.[43] Bəzi mənbələrə görə Hind Məkkədə zina etməkdə məşhur idi,[44] lakin buna qarşı dəlillər zikr olunmuşdur.[45]

Həmçinin Hind İslamı qəbul etdikdən sonra Peyğəmbər (s) ondan İslamı necə gördüyünü soruşduqda üç əməli rüku etmək, hicab taxmaq və Kəbənin üstündə qara qulun fəryadından (Bilal Həbəşinin Kəbənin üstündəki azan verməsini nəzərdə tutur) başqa İslamı ən yaxşı hesab etmişdir. Onun cavabında Peyğəmbər (s) buyurdu ki, rüku olmadan namaz qılınmaz, zənci qul Allahın yaxşı bəndəsidir və o, hicabdan gözəl nə daha yaxşı örtə bilər?[46]

Hind, Əbu Süfyanla birlikdə Yərmuk döyüşündə iştirak etdi və müsəlmanları romalılara qarşı döyüşməyə təşviq etdi.[47]

İstinadlar

  1. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.2, s.715
  2. İbn Həbib, Əl-Muhəbbər, s.19
  3. Zəhəbi, Tarixul-islam, h.q 1409, c.3, s.298
  4. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.6, s.292
  5. Bəşir Yamut, Şairətul-ərəb fil-cahiliyyə vəl -İslam, h.q 1352, c.1, s.128
  6. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.6, s.293
  7. İbn Səd, Ət-təbəqatul-kübra, h.q 1418, c.8, s.187
  8. Ət-Təbərani, Əl-Mucəmul-kəbir, h.q 1415, c.25, s.69
  9. Cəvzi, Miratuz-zaman, h.q 1434, c.5, s.204
  10. İbn Səd, Ət-təbəqatul-kübra, h.q 1418, c.8, s.187
  11. İbn Əsakir, Tarixu mədinəti Dəməşq, h.q 1402, c.27, s.180
  12. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.5, s.5
  13. Zəhəbi, Tarixul-İslam, h.q 1409, c.3, s.299
  14. Zəhəbi, Tarixul-İslam, h.q 1409, c.3, s.299
  15. Cəvzi, Miratuz-zaman, h.q 1434, c.5, s.206
  16. İbn Əsir, Əsədul-ğabə, h.q 1415, c.7, s.281
  17. İbn Həcər, Əl-İsabə, h.q 1415, c.8, s.347
  18. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.111
  19. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.116
  20. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.2, s.1922
  21. İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.2, s.91
  22. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.1, s.297
  23. Şehate, Müaviyə ibn Əbi Süfyan, c.1, s.69
  24. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.83
  25. İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.3, s.179
  26. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.1, s.530
  27. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.2, s.159
  28. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.4, s.287
  29. İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.2, s.92
  30. Məclisi, Biharul-ənvar, h.q 1403, c.30, s.296
  31. Nəsr ibn Muzahim, Vəqəətu Siffeyn, h.q 1404, s.179
  32. Qumi, Məfatih, Aşura ziyarəti
  33. Əl-Qumi, Nəfəsul-məhmum, s.608
  34. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.1, s.530
  35. Salihi Dəməşqi, Subulul-Huda, h.q 1414, c.4, s.220
  36. javadi.esra.ir/fa
  37. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.6, s.292
  38. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.6, s.293; Əbu Nəim isfahani, Mərifətus-səhabə, h.q 1419, c.6, s.3460
  39. Şüştəri, Qamusur-rical, h.q 1410, c.12, s.350
  40. Məqrizi, İmtaul-əsma, h.q 1420, c.13, s.389
  41. Diyar Bəkri, Tarixul-xəmis, c.2, s.94
  42. İbn Əsakir, Tarixu Dəməşq, h.q 1415, c.70, s.183
  43. İbn Əsakir, Tarixu Dəməşq, h.q 1415, c.70, s.178
  44. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.1, s.336
  45. Mehdi ibn Rizqullah, Muzaim və əxta, c.1, s.54
  46. İbn Əsakir, Tarixu Dəməşq, h.q 1415, c.70, s.182
  47. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.6, s.293

Ədəbiyyat

  • İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, Qum, h.q 1404
  • İbn Əsir, Əli ibn Məhəmməd, Əsədul-ğabə, Beyrut, Darul-fikr, h.q 1409
  • İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamil, Beyrut, Daru sadir, h.q 1385
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Əl-Muntəzəm, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1412
  • İbn Həbib, Məhəmməd, Əl-Muhəbbər, Beyrut, Darul-afaq
  • İbn Həcər, Əhməd ibn Əli, Əl-İsabə, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1415
  • İbn Səd, Məhəmməd ibn Səd, Ət-təbəqatul-kübra, Beyrut, Darul-kutubil-elmiyyə, 2-ci çap, h.q 1418
  • İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Əl-İstiab, Beyrut, h.q 1412
  • İbn Əsakir, Əli ibn Hüseyn, Tarixu Dəməşq, Beyrut, Darul-fikr, h.q 1402
  • İbn Hişam, Əbdül-Məlik, Əs-Siyrətun-Nəbəviyyə, Beyrut, Darul-mərifət
  • Əbu Nəim isfahani, Əhməd ibn Abdullah, Mərifətus-səhabə, Beyrut, h.q 1419
  • Bəşir Yamut, Şairətul-ərəb fil-cahiliyyə vəl -İslam, Beyrut, h.q 1352
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Beyrut, Darul-fikr, h.q 1417
  • Diyar Bəkri, Tarixul-xəmis, Beyrut, Daru sadir
  • Zəhəbi, Məhəmməd ibn Əhməd, Tarixul-İslam, Beyrut, Darul-kitabil-ərəbi, h.q 1409
  • Cəvzi, Miratuz-zaman, Dəməşq, Darur-risalətil-aləmiyyə, h.q 1434
  • Şehate, Məhəmməd Səqər, Müaviyə ibn Əbi Süfyan
  • Şüştəri, Məhəmməd Təqi, Qamusur-rical, Qum, h.q 1410
  • Şeyx Mufid, Məhəmməd, Əl-İrşad, 1-ci çap, h.q 1413
  • Salihi Dəməşqi, Məhəmməd ibn Yusif, Subulul-Huda, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1414
  • Ət-Təbərani, Süleyman ibn Əhməd, Əl-Mucəmul-kəbir, Qahirə, h.q 1415
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Qum, Darul-kitab, h.q 1404
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Məqrizi, İmtaul-əsma, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1420
  • Mehdi ibn Rizqullah, Muzaim və əxta
  • Nəsr ibn Muzahim, Vəqəətu Siffeyn, Qum, h.q 1404