Müsəlmanın qeyri-müsəlmanla evlənməsi
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
Müsəlmanın qeyri-müsəlmanla evlənməsi (ərəbcə: زواج المسلم من غير المسلم) fiqhi bir məsələdir və həm şiə, həm də sünni fiqhində uzun bir keçmişə malikdir. Bu məsələ müxtəlif alt mövzulara bölünür. Bütün şiə və sünni fəqihləri tərəfindən verilən fətvaya əsasən, müsəlman qadının qeyri-müsəlman kişi ilə evlənməsi caiz deyil; hətta kişi əhli-kitabdan və ya zimmi kafir olsa belə, fərq etməz və evlilik istər daimi olsun, istərsə də müvəqqəti. Həmçinin Allaha inanmayan kafir qadınla müsəlman kişinin evlənməsi haramdır.
Şiə fəqihləri arasında müsəlman kişinin əhli-kitabdan olan qadınla evlənməsi məsələsində fikir ayrılığı mövcuddur. Məşhur rəyə görə, müsəlman kişinin əhli-kitab qadınla daimi evliliyi caiz deyil, lakin onunla müvəqqəti evliliyə icazə verilir. Sünni fəqihləri isə müsəlman kişinin əhli-kitab qadınla daimi evliliyini caiz hesab edirlər.
Əhəmiyyəti
Müsəlmanın qeyri-müsəlmanla evlənməsi həm şiə, həm də sünni fiqhində müzakirə edilən fiqhi bir məsələdir.[1] Bu məsələ bir neçə alt bölməyə ayrılır, məsələn:
- Müsəlman qadının qeyri-müsəlman kişi ilə evlənməsi,
- Müsəlman kişinin qeyri-müsəlman qadınla daimi evliliyi,
- Müsəlman kişinin qeyri-müsəlman qadınla müvəqqəti evliliyi.
Müsəlman qadının qeyri-müsəlman kişi ilə evlənməsi
Şiə və sünni fiqhində bu məsələdə ittifaq vardır ki, müsəlman qadının qeyri-müsəlman kişi ilə evlənməsi, hətta həmin kişi əhli-kitab olsa belə, caiz deyil.[2] Bu hökmdə zimmi, hərbi və ya mürtəd kafir olması, eləcə də evliliyin daimi və ya müvəqqəti olması baxımından fərq yoxdur.[3]
Müsəlman kişinin kitab əhli olan qadınla evliliyi
Bütün sünni məzhəbləri müsəlman kişinin kitab əhli olan qadınlarla evliliyini caiz hesab edirlər.[4] Lakin şiə fiqh alimləri müvəqqəti və daimi evlilik arasında fərq qoyur və müvəqqəti evliliyi caiz, daimi evliliyi isə haram hesab edirlər.[5] Mühəqqiq Hilli və Feyz Kaşani bu hökmü imamiyyə məzhəbinin məşhur rəyi kimi təqdim ediblər.[6] İbn Səid Hilli isə bu görüşün şiə fiqh alimləri arasında ittifaqla qəbul edildiyini bildirib.[7]
Bununla belə, kitab əhli ilə evliliklə bağlı qədim alimlər (Mühəqqiq Hillidən əvvəlki fiqh alimləri) arasında məşhur rəy bu olub ki, o, tamamilə haramdır.[8] Şeyx Müfid,[9] Şeyx Tusi,[10] Seyid Mürtəza[11] və Təbərsi[12] bu görüşü qəbul edənlər arasındadır.[13] Bunun əksinə olaraq, Şeyx Səduq,[14] Şəhid Sani,[15] Feyz Kaşani[16] və Sahib Cəvahirin[17] müsəlman kişinin kitab əhli olan qadınla daimi evliliyini caiz hesab etdiyi bildirilir.[18]
Livanlı şiə alimi Məhəmməd Cavad Muğniyə qeyd edir ki, müasir dövrdə (on dördüncü hicri əsrində) bir çox imamiyyə fiqh alimi kitab əhli olan qadınlarla daimi evliliyi caiz hesab edir və Livandakı Cəfəri məhkəmələri belə nikahları icra edir.[19]
Müsəlman kişinin zərdüşt qadınla evliliyi
Müsəlman kişilərin zərdüşt qadınlarla evliliyi barədə ixtilaf var.[20] Bəzi fiqh alimlərinin onlarla müvəqqəti evliliyi caiz hesab etdiyi bildirilir.[21] Şeyx Səduq isə bu evliliyi haram sayır.[22] Mühəqqiq Hilli isə zərdüştiləri kitab əhli kimi qiymətləndirir və onlarla müvəqqəti evliliyi caiz hesab edir.[23]
Müsəlman kişinin qeyri-kitab əhli qadınla evliliyi
Şiə fiqhində müsəlman kişinin Allaha və axirətə inanmayan kafirlə evliliyi caiz deyil.[24] Bu hökm daimi və ya müvəqqəti evlilik arasında fərq qoyulmadan verilir.[25] Fiqh alimləri bu məsələdə icma etdiklərini bildiriblər.[26] Bundan əlavə, fiqh alimləri müsəlmanın bəhailə evliliyini də caiz hesab etmirlər.[27]
Monoqrafiya
- “Qeyri-müsəlmanlarla evlilik” kitabı, bu əsərin müəllifi Məhəmmədrza Cəbbarandır ki, “Kitab Bostanı” nəşriyyatı tərəfindən şəmsi təqvimi ilə 1383-cü ildə çap edib.
- “İslam fiqhində və digər ilahi şəriətlərdə yadlarla evlilik” kitabı, bu əsərin müəllifi Məhəmməd İbrahimidir ki, “Kitab Bostanı” nəşriyyatı tərəfindən şəmsi təqvimi ilə 1382-ci ildə çap edib.
İstinadlar
- ↑ Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1402, s.314; İbn Səid Hilli, Əl-Came liş-şəraye, h.q 1405, s.432; Seyid Mürtəza, Əl-Məsailun-nasiriyyat, h.q 1417, s.327
- ↑ Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1402, s.314; İbn Səid Hilli, Əl-Came liş-şəraye, h.q 1405, s.432; Seyid Mürtəza, Əl-Məsailun-nasiriyyat, h.q 1417, s.327
- ↑ Əzimzadə Ərdəbili, İləl və müstənədate horməte izdivac ba ğeyre müsəlman, s.34
- ↑ Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1402, s.314; Borci, İzdivac ba zənane əhli-kitab, s.122
- ↑ Hələbi, Əl-Kafi fil-fiqh, h.q 1403, s.299; Şəhid Əvvəl, Əl-Lumətud-Dəməşqiyyə, Darul-fikr, s.166; Şeyx Tusi, Ən-Nəhayə, Beyrut, h.q 1400, s.457
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1409, c.2, s.520; Feyz Kaşani, Məfatihuş-şəraye, c.2, s.249
- ↑ İbn Səid Hilli, Əl-Came liş-şəraye, h.q 1405, s.432
- ↑ Borci, İzdivac ba zənane əhli-kitab, s.120
- ↑ Şeyx Müfid, Əl-Muqniə, h.q 1413, s.500
- ↑ Şeyx Tusi, Əl-Məbsut, Tehran, h.ş 1387, s.209
- ↑ Seyid Mürtəza, Əl-İntisar, Qum, s.279
- ↑ Təbərsi, Əl-Mutələfu minəl-muxtəlifi beynə əimmətis-sələf, h.q 1410, c.2, s.144
- ↑ Babayi, Pejuheşi dərbareye izdivac ba zənane əhli-kitab, s.14
- ↑ Şeyx Səduq, Əl-Muqni, h.q 1415, s.308
- ↑ Şəhid Sani, Məsalikul-əfham, c.7, s.360
- ↑ Feyz Kaşani, Məfatihuş-şəraye, h.q 1401, c.2, s.249
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.30, s.31
- ↑ Babayi, Pejuheşi dərbareye izdivac ba zənane əhli-kitab, s.15
- ↑ Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1402, s.315
- ↑ Borci, İzdivac ba zənane əhli-kitab, s.145
- ↑ Kəlantəri, Fiqh və izdivac ba kafiran, s.247
- ↑ Şeyx Səduq, Əl-Muqni, h.q 1415, s.308
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1409, c.2, s.520
- ↑ Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1402, s.314; Mütəhhəri, Məcmue asar, h.ş 1390, c.27, s.221
- ↑ Məhəmməd Hüseynzadə, İzdivace daim ba əhli-kitab dər fiqhe İslami və hüquqe mədəni dər İran, s.150
- ↑ Hürr Amili, Nəhayətul-məram, Qum, c.1, s.189; Feyz Kaşani, Məfatihuş-şəraye, h.q 1401, c.2, s.248; Şəhid Əvvəl, Əl-Lumətud-Dəməşqiyyə, Darul-fikr, s.166; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1409, c.2, s.520
- ↑ Qolpayqani, Məcməul-məsail, h.q 1409, c.4, s.295; Xomeyni, İstiftaat, h.ş 1372, c.3, s.128
Ədəbiyyat
- İbn Səid Hilli, Yəhya ibn Əhməd, Əl-Came liş-şəraye, Qum, Seyyidüş-şühəda müəssisəsi, h.q 1405
- Babayi, Əli, Pejuheşi dərbareye izdivac ba zənane əhli-kitab, h.ş 1384
- Borci, Yaqub Əli, İzdivac ba zənane əhli-kitab, h.ş 1381
- Hürr Amili, Məhəmməd ibn Həsən, Nəhayətul-məram, Qum, İslami nəşr müəssisəsi
- Hələbi, Əbus-Səlah, Əl-Kafi fil-fiqh, İsfahan, h.q 1403
- Xomeyni, Seyid Ruhullah, İstiftaat, Qum, Came müdərrisin, h.ş 1372
- Seyid Mürtəza, Əli ibn Hüseyn, Əl-Məsailun-nasiriyyat, Tehran, h.q 1417
- Seyid Mürtəza, Əli ibn Hüseyn, Əl-İntisar, Qum, İslami nəşr müəssisəsi
- Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əl-Lumətud-Dəməşqiyyə, Darul-fikr
- Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Muqni, İmam Hadi (ə) müəssisəsi, h.q 1415
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ən-Nəhayə, Beyrut, Darul-kitabil-ərəbi, h.q 1400
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsut, Tehran, Əl-Məktəbətul-Mürtəzəviyyə, h.ş 1387
- Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-Muqniə, Qum, h.q 1413
- Təbərsi, Fəzl ibn Həsən, Əl-Mutələfu minəl-muxtəlifi beynə əimmətis-sələf, Məşhəd, Məcməul-buhusil-İslamiyyə, h.q 1410
- Əzimzadə Ərdəbili, Faizə, İləl və müstənədate horməte izdivac ba ğeyre müsəlman, h.ş 1389
- Feyz Kaşani, Molla Möhsin, Məfatihuş-şəraye, Qum, Məcməuz-zəxairil-İslamiyyə, h.q 1401
- Kəlantəri, Əli Əkbər, Fiqh və izdivac ba kafiran, h.ş 1375
- Qolpayqani, Seyid Məhəmməd Rza, Məcməul-məsail, Qum, Darul-Quranil-Kərim, h.q 1409
- Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, Tehran, İstiqlal, h.q 1409
- Məhəmməd Hüseynzadə, Əbdür-Rza, İzdivace daim ba əhli-kitab dər fiqhe İslami və hüquqe mədəni dər İran, h.ş 1385
- Mütəhhəri, Mürtəza, Məcmue asar, Tehran, Sədra, h.ş 1390
- Muğniyə, Məhəmməd Cavad, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1402
- Nəcəfi, Məhəmməd Möhsin, Cəvahirul-kəlam, Beyrut, h.ş 1362
Xarici keçid
- بررسي ازدواج مسلمانان با اهل كتاب از منظر قرآن كريم, farsca məqalə