Qiraət etmək səcdəsi

wikishia saytından
Bu məqalə Quranın bəzi ayələrini oxumaqla edilən səcdədən bəhs edir. Səcdəsi vacib olan ayələrin yerləşdiyi surələr haqqında məlumat almaq üçün Əzaim məqaləsinə baxın.
Quranın vacib səcdəsinin zikri:
«لا اِلهَ اِلَّا اللهُ حَقًّا حَقًّا، لا اِلهَ اِلَّا اللهُ ایماناً وَ تَصْدیقاً، لا اِلهَ اِلَّا اللهُ عُبُودِیةً وَرِقّاً، سَجَدْتُ لَک یا رَبِّ تَعَبَّداً وَرِقّاً، لا مُسْتَنْکفاً وَ لا مُسْتَکبِراً، بَلْ اَنَا عَبْدٌ ذَلیلٌ ضَعیفٌ خائفٌ مُسْتَجیرٌ»
La ilahə illəllahu həqqən həqqa, La ilahə illəllahu iymanən və təsdiyqa, La ilahə illəllahu ubudiyyətən və riqqa, səcədtu ləkə ya rəbbi təəbbədən və riqqa, lə mustənkifən və la mustəkbirən, bəl ənə əbdun zəlilun zəifun xaifun mustəcir.[1]

Qiraət etmək səcdəsi (ərəbcə: سجدة التلاوة), Quranın səcdəsi olan ayələrini qiraət etmək və ya eşitmək zamanı vacib və ya müstəhəb olan səcdədir.[2] Şiə fəqihlərinə görə, “Səcdə” surəsinin 15-ci ayəsi, “Füssilət” surəsinin 37-ci ayəsi, “Nəcm” surəsinin 62-ci ayəsi“Ələq” surəsinin 19-cu ayəsinin vacib səcdələri vardır.[3] Həmçinin sahibi-cəvahirin dediyinə görə Quranın 11 ayəsinin müstəhəbb səcdəsi vardır.[4] Bu ayələrə “Əraf” surəsinin 206-cı ayəsi, “Rəd” surəsinin 15-ci ayəsi, “Nəhl” surəsinin 49 və 50-ci ayələri, “İsra” surəsinin 109-cu ayəsi, “Məryəm” surəsinin 58-ci ayəsi, “Həcc” surəsinin 18 və 77-ci ayələri, “Furqan” surəsinin 60-cı ayəsi, “Nəml” surəsinin 26-cı ayəsi, “Sad” surəsinin 24-cü ayəsi və “İnşiqaq” surəsinin 21-ci ayəsi daxildir.[5]

Şeyx Səduqə aid edilənə əsasən, ayədə “səcdə” sözünün olması o ayənin müstəhəb səcdəsinin olmasına işarə edir.[6]

Qiraət etmək səcdəsi və onun hökmlərindən fiqh kitablarının təharət[7]namaz[8] fəsillərində bəhs edilmişdir. Onun hökmlərindən bəziləri bunlardır:

  • Quranın vacib səcdəsi bilavasitə yerinə yetirlməsi vacib olan bir əməldir. Buna görə də “Əzaim” surələrinin səcdəsi olan ayələrini qiraət etməklə və ya eşitməklə səcdə dərhal vacib olur.[9]
  • Qiraət etmək səcdəsində dəstəmaz, qüsl, qibləyə üz durmaq və xüsusi zikr demək şərt deyil, amma alın səcdə səhih olan bir şeyin üzərinə qoyulmalıdır.[10] Bununla belə, qiraət etmək səcdəsi üçün xüsusi zikrlər də nəql olunmuşdur.[11]
  • Əgər bir şəxs namazda səhvən “Əzaim” surələrindən birini oxuyarsa, səcdə ayəsinə və ya surənin yarısına çatmamış başa düşsə, səcdə surəsini tərk edib başqa bir surə oxumalıdır. Amma əgər səcdə ayəsindən və ya surənin yarısından sonra bilsə, səcdə və namazı necə yerinə yetirmək barədə fəqihlər arasında ixtilaf vardır.[15] İmam Xomeyninin (r.ə) fətvasına əsasən, bu halda işarə ilə səcdə etməli və səcdəsi olan surəni oxumaqla kifayətlənməlidir.[16] Həmçinin Ayətullah SistaniSeyid Musa Şübeyri Zəncaninin fətvasına əsasən, əgər vacib səcdəni yerinə yetirməsə, günah etmiş olsa belə, namazı səhihdir.[17] Şiə fəqihlərinin fətvasına əsasən, vacib namazlarda vacib səcdəsi olan surələri bilərəkdən oxumaq namazın batil olmasına səbəb olur.[18]

İstinadlar

  1. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.584
  2. Muəssiseye dairətul-məarif fiqhe İslami bər məzhəbe əhli-beyt (ə), Fərhənge fiqh mutabiq məzhəbe Əhli-beyt (ə), j.ş 1392-1395, c.4, s.391
  3. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.577
  4. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.10, s.217
  5. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.577-578
  6. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.10, s.217
  7. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.1, s.510 və 603
  8. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.578
  9. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.578
  10. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.582-583
  11. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.584
  12. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.583
  13. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.1, s.510
  14. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.1, s.603
  15. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.545-546, haşiyə məsələ 984
  16. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.545, məsələ 984
  17. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.545, məsələ 984
  18. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.580; İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.545, məsələ 983

Ədəbiyyat

  • İmam Xomeyni, Seyyid Ruhullah, Tozihul-məsail, Düzəliş: Seyyid Məhəmməd Hüseyn Bəni Haşim Xomeyni, Qum, h.q 1424
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Urvətul-vüsqa, İslami nəşr müəssisəsi, h.q 1419
  • Məhəmməd Həsən, Nəcəfi, Cəvahirul-kəlam, Beyrut, h.ş 1362
  • Muəssiseye dairətul-məarif fiqhe İslami bər məzhəbe əhli-beyt (ə), Fərhənge fiqh mutabiq məzhəbe Əhli-beyt (ə), j.ş 1392-1395