Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
Cənabət qüslü (ərəbcə: غسل الجنابة), cənabətə (cinsi yaxınlığa) görə verilən qüsldür. Bu qüsl öz-özünə vacib deyil, namaz kimi təharətin şərt olduğu vacib əməlləri yerinə yetirmək üçün vacib olur. Cənabət qüslü də digər qüsllər kimi tərtibi və irtimasi şəkildə verilir. Tərtibi şəkildə verilən qüsldə əvvəlcə baş və boyun, sonra bədənin sağ tərəfi, sonra isə sol tərəfi yuyulur. Cənabət qüslü dəstəmaz üçün kifayət edir.
Cənabət
Cənabət qüslü İslamda vacib qüsllərdən biridir.[1] Bu qüsl və onun hökmlərindən rəvayət[2] və fiqh[3] kitablarında və əməli risalələrdə[4] bəhs edilmişdir.
Şəxs, sperma xaric olma (yuxuda və ya oyaqlıqda) və ya cinsi əlaqə (sperma xaric olmasa belə) səbəbiylə cünub (cənabətli) olur.[5] Fəqihlərin nəzərindən cənabətli olan şəxsə bəzi ibadətlərin yerinə yetirilməsi məkruh və ya haram olur. Habelə cənabət qüslünün verilməsi ilə onların məkruhluğu və haramlığı aradan qalxır.[6] Misal üçün, namaz qılmaq, məscidlərdə dayanmaq, səcdəsi olan surələri oxumaq, Quran sətirlərinə və imamların adlarına toxunmaq haramdır.[7] Həmçinin yemək və içmək, Quranın yeddidən artıq ayəsini oxumaq, Quranın üzlüyünə toxunmaq, can verən halda olan şəxsin yanında olmaq və s. cənabətli şəxsə məkruhdur.[8] Əlbəttə ki, bu məkruhlardan bəziləri dəstəmaz almaqla da aradan qaldırıla bilər.[9]
Cünub olduqdan dərhal sonra qüsl vermək lazımdırmı?
Fəqihlərin fətvasına görə, cənabət qüslünün başqa bir vacibliyi vardır;[10] yəni, o, öz-özlüyündə müstəhəbdir, vacib deyil.[11] Lakin namaz kimi təharətin şərt olduğu vacib əməlləri yerinə yetirmək[12] üçün vacib olur.[13] Həmçinin fəqihlərə görə, Cənabət qüslü, vaxtı geniş olan vacibatlardan biridir; buna görə də onu, vacib əməli yerinə yetirmək zamanına qədər gecikdirmək olar.[14]
Cünub olan şəxsin orucunun səhih olması cənabət qüslünü verməkdən asılıdır
Ramazan ayında cünub olan şəxs sübh azanından əvvəl cənabət qüslü verməlidir. Əgər sübh azanından əvvəl qəsdən qüsl etməsə, orucu batildir və onun qəzasını yerinə yetirməli və kəffarə də verməlidir.[15]
Cənabət qüslü necə alınır?
Cənabət qüslü də digər qüsllər kimi tərtibi və irtimasi olaraq alınır.[16] Tərtibi şəkildə əvvəlcə baş və boyun, sonra bədənin sağ tərəfi, sonra isə sol tərəfi yuyulur.[17] İrtimasi qüsldə bütün bədən bir yerdə suya batırılır; əlbəttə ki, bütün bədən eyni vaxtda suya batırılmalıdır.[18]
Cənabət qüslünün qaydaları
- Əgər cənabət spermanın xaric olması ilə yaranarsa, fəqihlərin fətvasına əsasən, qüsl almadan əvvəl idrar etmək müstəhəbdir.[19]
- Qüsl almadan qabaq əlləri yumaq, məzməzə (ağıza su çəkmək) və istinşaq (buruna su çəkmək) etmək, qüsl zamanı bismillah demək və qeyd olunmuş duaları oxumaq müstəhəbdir.[20]
Cənabət qüslünün dəstəmaz üçün kifayət etməsi
Şiə fəqihlərinin fikrincə, cənabət qüslü dəstəmaz üçün kifayət edir.[21] Məşhur fəqihlər cənabət qüslü ilə dəstəmaz almağı qanuni hesab etmirlər.[22] Əlbəttə ki, Əllamə Hillinin dediyinə görə, Şeyx Tusi digər alimlərdən fərqli olaraq, cənabət qüslü ilə bərabər dəstəmaz almaqla bağlı fətva vermişdir.[23]
Əgər cənabət qüslü zamanı insandan sidik və mədə köpü kimi hədəsi-əsğər (dəstəmazı batil edənlərdən biri) baş verərsə, fəqihlər qüslün batil və ya düzgün olmasında ixtilaf ediblər. Qüslün düzgün olması təqdirində bu qüslün dəstəmaz üçün kifayət etməsi məsələsində də ixtilaf edirlər.[24] Seyid Məhəmməd Kazım Təbatəbai Yəzdinin fətvasına əsasən, qüsl batil deyil, ancaq dəstəmaz almalıdır.[25]
Cənabat qüslünün fəlsəfəsi
"İləluş-Şərayi" kitabında nəql olunan hədislərə əsasən, cənabət qüslünün vacib olmasının səbəbi, bədəni nəcasətlərdən təmizləmək və pak etmək qeyd olunur. Çünki cənabət bütün bədəndən xaric olur, ona görə də bütün bədən yuyulmalıdır.[26] Həmçinin "Nümunə" təfsirində belə qeyd olunub: "Alimlərin araşdırmalarına görə, insan orqanizmində bədənin fəaliyyətinə nəzarət edən iki növ vegetativ sinir vardır. Orqazm zamanı (cinsi həzzin zirvəsi) ikisinin tarazlığı pozulur. Elmi araşdırmalara görə, bədənin su ilə təması bu tarazlığı bərpa edə bilər. Həmçinin "orqazm" bədənin bütün üzvlərinə təsir etdiyi üçün cünub olduqdan sonra bütün bədəni yumaq əmr edilmişdir".[27]
İstinadlar
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.493
- ↑ Nümunə üçün baxın: Hürr Amili, Vəsailuş-şiə, c.2, s.273 sonrası
- ↑ Nümunə üçün baxın: Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.521
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsail mərace, h.ş 1381, c.1, s.208
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.496-499
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.507
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.507-509
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.520
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.520
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.1, s.46
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.521
- ↑ Müəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh mutabiq məzhəbe Əhli-beyt (ə), h.ş 1387, c.5, s.558
- ↑ Baxın: Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.521
- ↑ Baxın: İbn İdris, Musuətu İbn İdris Hilli, h.ş 1387, c.7, s.111
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.3, s.563
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.522-523
- ↑ Həkim, Müstəmsəkul-ürvə, m.1968, c.3, s.79
- ↑ Həkim, Müstəmsəkul-ürvə, m.1968, c.3, s.85-86
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.3, s.108
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.541-542
- ↑ Şeyx Tusi, Əl-Xilaf, c.1, s.131; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.3, s.240
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.3, s.240
- ↑ Əllamə Hilli, Muxtələfuş-şiə, h.q 1412. c.1, s.340
- ↑ Baxın: Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.547
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.547
- ↑ Səduq, İləluş-şəraye, c.1, s.281
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.4, s.292-294
Ədəbiyyat
- İbn İdris, Musuətu İbn İdris Hilli, Qum, Dəlile ma, h.ş 1387
- Bəni Haşim Xomeyni, Məhəmməd Həsən, Tozihul-məsail mərace, Qum, Dəftəre enteşarate İslami, h.ş 1381
- Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum
- Həkim, Seyyid Möhsin, Müstəmsəkul-ürvə, Nəcəf, m.1968
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Xilaf, Qum, İslami nəşr müəssisəsi
- Səduq, Məhəmməd ibn Əli, İləluş-şəraye
- Təbatəbai Yəzdi, Seyyid Əl-Ürvətul-vüsqa, h.q 1417
- Əllamə Hilli, Həsən ibn Yusif, Muxtələfuş-şiə, Qum, Dəftəre təbliğate İslami, 1-ci çap, h.q 1412.
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 32-ci çap, h.ş 1374
- Müəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh mutabiq məzhəbe Əhli-beyt (ə), Qum, h.ş 1387
- Nəcəfi, Məhəmməd Mohsin, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.ş 1362