Əzaim

wikishia saytından


Əzaim və ya Əzaimus-sücud (ərəbcə: عزائم السجود) “Səcdə”, “Füssilət”, “Nəcm” və “Ələq” surələrinə işarə edir. Orada bir ayə var ki, o  ayə eşidildikdə və ya oxunduqda səcdə etmək vacib olar. Bu surələrin bir sıra hökmləri var: heyzli qadınlaracənabətli olan şəxslərə onları oxumaq haramdır. Həmçinin vacib namazlarda da onları oxumaq olmaz.

Quranın vacib səcdəsi üçün xüsusi zikrlər qeyd edilmişdir, lakin bununla belə, səcdə üçün dəstəmaz almağa, qüsl etməyə və üzü qibləyə durmağa ehtiyac yoxdur. Habelə xüsusi zikr deməyə də ehtiyac yoxdur. Baxmayaraq ki, alın səcdə düzgün olan bir şeyin üzərinə qoyulmalıdır.

Ona ad qoyulması

“Əzaim” və ya “Əzayimus-sücud” vacib səcdəsi olan dörd “Səcdə”, “Füssilət”, “Nəcm” və “Ələq” surələrinə deyilir.[1] Bəzi mənbələrdə “Füssilət” surəsi əvəzinə, səcdəsi olan “Loğman” surəsi qeyd edilmişdir.[2] Əzaim "Əzimə" sözünün cəmidir və lüğətdə bir işi görmək üçün ciddi iradə göstərməyə deyilirr.[3] Bu, həm də Allahın vacib etdiyi vəzifələr deməkdir;[4] Buna görə də vacib səcdə ayələri olan qeyd olunmuş surələr “Əzaim” adlanır.[5]

Səcdəsi olan ayələr

Şiə fəqihlərinə görə “Səcdə” surəsinin 15-ci ayəsi, "Füssilət” surəsinin 37-ci ayəsi, “Nəcm” surəsinin 62-ci ayəsi“Ələq” surəsinin 19-cu ayəsinin vacib səcdəsi var.[6] Həmçinin Sahib Cəvahirin dediyinə görə, Quranın 10 surəsində 11 ayənin müstəhəb səcdəsi var.[7] Bu ayələr bunlardan ibarətdir: “Əraf” surəsinin 206-cı ayəsi, “Rəd” surəsinin 15-ci ayəsi, “Nəhl” surəsinin 49 və 50-ci ayələri, “İsra” surəsinin 109-cu ayəsi, Məryəm surəsinin 58-ci ayəsi, “Həcc” surəsinin 18 və 77-ci ayələri, “Furqan” surəsinin 60-cı ayəsi, “Nəml” surəsinin 26-cı ayəsi, “Sad” surəsinin 24-cü ayəsi və İnşiqaq surəsinin 21-ci ayəsi.[8] Şeyx Səduqə nisbət verilənə əsasən, ayədə “səcdə” sözünün olması həmin ayənin müstəhəb səcdəsi olmasına səbəb olur.[9]

Şiə fəqihləri İmam Sadiqdən (ə) nəql olunan rəvayətlərə istinad edərək səcdənin yalnız qeyd olunan dörd surədə vacib olduğuna inanırlar.[10] Şafii, Hənbəli və Hənəfi sünni fəqihləri Quranda müstəhəb və vacib səcdə arasında fərq qoymadan səcdə ilə bağlı ayələrin sayını 14, Maliki fəqihləri isə 11 hesab edirlər.[11]

Əlaqəli hökmlər

Quranın vacib səcdəsinin zikri:
«لا اِلهَ اِلَّا اللهُ حَقًّا حَقًّا، لا اِلهَ اِلَّا اللهُ ایماناً وَ تَصْدیقاً، لا اِلهَ اِلَّا اللهُ عُبُودِیةً وَرِقّاً، سَجَدْتُ لَک یا رَبِّ تَعَبَّداً وَرِقّاً، لا مُسْتَنْکفاً وَ لا مُسْتَکبِراً، بَلْ اَنَا عَبْدٌ ذَلیلٌ ضَعیفٌ خائفٌ مُسْتَجیرٌ»
La ilahə illəllahu həqqən həqqa, La ilahə illəllahu iymanən və təsdiyqa, La ilahə illəllahu ubudiyyətən və riqqa, səcədtu ləkə ya rəbbi təəbbədən və riqqa, lə mustənkifən və la mustəkbirən, bəl ənə əbdun zəlilun zəifun xaifun mustəcir.[12]

“Əzaim” surələri və bununla bağlı hökmlər fiqh kitablarının təharət[13]namaz[14] fəsillərində qeyd edilmişdir. Fəqihlərə görə, bu surələrin hökmləri var, o cümlədən:

  • Cənabətli olan şəxsin[15] və heyzli olan qadının[16] onları oxuması haramdır. Fəqihlər yalnız səcdə ayələrini oxumağın haram olması və ya bütün surəni oxumağın haram olması barədə ixtilaf edirlər.[17] Əllamə Hilli bu surələrdən bir hərf oxumağın belə ona haram olduğunu demişdir.[18] Əgər heyzli qadıncənabətli şəxslər səcdə ayələrini eşitsələr, onlara səcdə etmək vacibdir.[19]
  • Şiə fəqihlərinin fətvasına görə, vacib namazlarda qəsdən vacib səcdəsi olan surələri oxumaq namazın batil olmasına səbəb olur.[20] Əgər kimsə namazda səhvən bu surələrdən birini oxusa, səcdə ayəsinə və ya surənin yarısına çatmamış başa düşsə, səcdə surəsini saxlayıb başqa bir surə oxumalıdır. Amma əgər səcdə ayəsindən və ya surənin yarısından sonra başa düşsə, mərceyi-təqlidlər arasında səcdə və namazın necə yerinə yetiriləcəyi barədə ixtilaf vardır.[21] İmam Xomeyninin (r.ə) fətvasına əsasən, bu halda işarə ilə səcdə etməli və səcdəsi olan surəni oxumaqla kifayətlənməlidir.[22] Həmçinin Ayətullah SistaniSeyyid Musa Şübeyri Zəncaninin fətvalarına əsasən, əgər vacib səcdəni yerinə yetirməzsə, namazı düzdür, baxmayaraq ki, günah etmişdir.[23]
  • Quranın vacib səcdəsi yez yerinə yetirilməli olan vacibdir. Ona görə də “Əzaim” surələrinin səcdə ayələrini oxumaqla və ya eşitməklə səcdə dərhal vacib olur.[24]
  • Quranın vacib səcdəsini yerinə yetirmək üçün dəstəmaz almaq, qüsl vermək, üzü qibləyə durmaq və xüsusi zikr demək vacib deyil, amma alın səcdə düzgün olan bir şeyin üzərinə qoyulmalıdır.[25] Bununla belə, vacib səcdə üçün xüsusi zikrlər də nəql olunmuşdur.[26]

İstinadlar

  1. Türeyhi, Məcməul-bəhreyn, h.q 1415, c.6, s.114 (Əzm sözünün mənası)
  2. Tusi, Əl-Xilaf, h.q 1407, c.1, s.100
  3. Fiyruzabadi, Əl-Qamusul-Muhit, h.q 1415, c.4, s.112 (Əzm sözünün mənası); Türeyhi, Məcməul-bəhreyn, h.q 1415, c.6, s.114 (Əzm sözünün mənası)
  4. Fiyruzabadi, Əl-Qamusul-Muhit, h.q 1415, c.4, s.112 (Əzm sözünün mənası); Türeyhi, Məcməul-bəhreyn, h.q 1415, c.6, s.114 (Əzm sözünün mənası)
  5. Türeyhi, Məcməul-bəhreyn, h.q 1415, c.6, s.114 (Əzm sözünün mənası)
  6. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.577
  7. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.10, s.217
  8. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.577-578
  9. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.10, s.217
  10. Şeyx Tusi, Təhzibul-əhkam, h.q 1407, c.2, s.291, hədis 26 və 27
  11. Cəziri, Əl-Fiqhu ələl-məzahibil-ərbəə, h.q 1424, c.1, s.425
  12. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.584
  13. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.510 və 603
  14. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.577-578
  15. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.1, s.510
  16. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.1, s.603
  17. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.1, s.510 və 603; Bəni Haşimi, Tozihul-məsaile mərace, h.ş 1378, məsələ: 355, c.1, s.225-227; Məsələ: 450, c.1, s.276
  18. Əllamə Hilli, Muxtələfuş-şiə, h.q 1413, c.1, s.333
  19. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.583
  20. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.580; İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.545, m.983
  21. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.545-546, haşiyə m. 984
  22. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.545, m. 984
  23. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.546, m. 984
  24. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.578
  25. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.582-583
  26. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.584

Ədəbiyyat

  • İmam Xomeyni, Seyyid Ruhullah, Tozihul-məsail, Düzəliş: Seyyid Məhəmməd Hüseyn Bəni Haşim Xomeyni, Qum, Dəftəre enteşarate İslami, h.q 1424
  • Bəni Haşimi Xomeyni, Seyyid Məhəmməd Həsən, Tozihul-məsaile mərace, Qum, Dəftəre nəşre İslami, h.ş 1378
  • Cəziri, Əbdür-Rəhman ibn Məhəmməd, Əl-Fiqhu ələl-məzahibil-ərbəə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1424
  • Əllamə Hilli, Həsən ibn Yusif, Muxtələfuş-şiə, Qum, Dəftəre enteşarate İslami, h.q 1413
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Urvətul-vüsqa, İslami nəşr müəssisəsi, h.q 1419
  • Türeyhi, Fəxruddin, Məcməul-bəhreyn, Təhqiq: Seyyid Əhməd Hüseyni, Tehran, Ketabfuruşiye Mürtəzəvi, h.q 1416
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Xilaf, Təhqiq: Həsən Musəvi, Tehran, Darul-kutubil-elmiyyə, h.q 1407
  • Fiyruzabadi, Məhəmməd ibn Yaqub, Əl-Qamusul-Muhit, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, Təhqiq: Abbas Quçani, h.ş 1362