Yalan
Yalan (ərəbcə: الكذب) rəzilələrdəndir, həqiqətə zidd olan bir şey söyləmək mənasındadır. Yalan danışmaq Quran və hədislərdə haram edilən böyük günahlardan biri olmaqla, bütün pisliklərin açarı və imanın məhvinə səbəb kimi təqdim edilmişdir.
Yalan danışmaq qadağandır, lakin bəzi hallarda buna icazə verilir; Digər şeylərlə yanaşı, insanların ixtilaflarını həll etmək, özünün və ya başqalarının canını və malını qorumaqdır.
Hədislərdə camaatın yanında etibarsız və zəlil olmaq, yoxsulluq, ilahi əzab, imanın məhv olması və mələklərin lənətinə düçar olmaq kimi yalanın dünya və axirət nəticələrindən bəhs edilir.
Paxıllıq , xəsislik, zəif iman və s. yalanın səbəb və motivasiyalarındandır. Yalanın təsir və nəticələrinə diqqət yetirmək, onu pisləyən ayə və rəvayətlər də yalanın müalicəsinin yollarındandır.
Tərif
Yalan əxlaqi rəzilələrdəndir və doğru olmayan bir şey söyləmək[1] və ya bir sözü onu deməyən şəxsin adından nəql etməkdir.[2] Yalan həqiqətin əksidir və yalan danışan şəxsə yalançı deyilir.[3]
Mövzunun əhəmiyyəti
Yalan ən böyük əxlaqi pisliklərdən[4] və ən çirkin günahlardandır.[5] O, bəzi rəvayətlərdə bütün pisliklərin açarı kimi təqdim edilmişdir.[6] Molla Əhməd Nəraqinin dediyinə görə, bir çox ayə və rəvayətlərdə yalan pislənib.[7] Həmçinin hədis[8] və əxlaq kitablarında yalan barədə ayrı-ayrı fəsillər ayrılmışdır. Məsələn, "Əl-Kafi " kitabında yalan fəslində yalanın pislənməsi ilə bağlı 22 hədis nəql edilmişdir.[9] Quranda yalançı, Allahın lənətinə və qəzəbinə layiq görülmüşdür.[10] Yalan barəsində əxlaq kitablarında da əxlaqi pisliklərdən biri kimi bəhs edilir.[11]
Yalan fiqh kitablarında oruc, həcc, müamilə və qəsm[12] bablarında da qeyd edilmişdir. Məsələn, yalan danışmaq həcc mərasimlərində qeyd olunan ehramın haramlarındandır.[13] Həmçinin Allaha və Peyğəmbərə (s) yalan danışmaq orucu batil edənlərdəndir. Bu barədə orucun qaydalarından danışılan mövzuda bəhs olunur.[14]
Yalan danışmaq böyük günahdırmı?
İmam Həsən Əskəri: Bütün çirkinliklər bir evdə toplanıb, o evin açarı da yalandır. Məclisi, Biharul-ənvar, c.69, s.263
Bəzi hədislərdə yalan böyük günahlardan sayılır.[15] Buna görə də Şəhid Sani onu insanı ədalətdən (ədalətli olmaq) uzaqlaşdıran böyük günahlardan hesab etmişdir.[16] Lakin Şeyx Ənsari başqa rəvayətlərə[17] istinad edərək yalanın fəsadı olduğu halda böyük günahlardan biri olduğunu irəli sürmüşdür.[18]
Həmçinin bəzi hədislərdə Allaha və Peyğəmbərə (s) yalan danışmaq böyük günahlardan sayılır.[19] Bəzi insanlar bu hədislərə istinad edərək yalanın böyük günah olmasının bu işə xas olduğunu və ya bu hədislərin bu hallarda onun günahının şiddətinə dəlalət etdiyini irəli sürmüşlər.[20]
Yalan danışmağın səbəbləri və motivləri
Yalan danışmağın müxtəlif səbəb və motivləri qeyd edilmişdir; Rəvayətə əsasən, yalanın kökündə ruhun alçaqlığı dayanır.[21] Həmçinin zəif iman və şeytanın vəsvəsələri, xəsislik və paxıllıq kimi şeylər digər səbəblərdən sayılır. Var-dövlət və məqama çatmaq da yalana səbəb olan səbəblərdəndir.[22]
Təsirlər və nəticələr
Yalan danışmağın nəticələrindən bəziləri bunlardır:
1. Yalançının etibardan düşməsi: İmam Əlidən (ə) nəql olunub ki, yalançı ilə dostluqdan çəkinmək lazımdır; Çünki o qədər yalan danışır ki, onun düz danışdığına belə inanmırlar.[23]
2. Yalançının imanının aradan getməsi: İmam Baqirdən (ə) nəql olunan rəvayətə əsasən, yalan iman evini viran edir.[24]
3. İlahi əzab: Allahın Peyğəmbərindən (s) nəql olunmuşdur ki, yalandan çəkinin, yalan azğınlıq və zülmdür. Yalançıların və azğınların cəhənnəmdə yeri vardır.[25]
4. Mələklərin lənətinə tuş gəlmək: Həzrət Peyğəmbərdən (s) rəvayət edilmişdir: "Hər zaman mömin üzrsüz yalan desə, yetmiş min mələk ona lənət edər və qəlbindən pis bir qoxu çıxar ki, ərşə çatar. Bu yalana görə Allah onun üçün yetmiş zina günahını yazacaq ki, bunun da ən kiçiki anası ilə zinadır"[26].
Həmçinin cəmiyyət içində nüfuzunu itirmək,[27] yoxsulluq[28] və unutqanlıq[29] yalanın rəvayətlərdə qeyd olunmuş digər nəticələridir. Molla Əhməd Nəraqinin "Meracus-Səadə" əsərində yazdığına görə, yalan insanı alçaldır və etibardan salır. Həmçinin insanların gözündə nüfuzunu itirməsinə, dünya və axirətdə üzüqara olmasına səbəb olur.[30]
Yalanı müalicə etməyin yolları
Molla Əhməd Nəraqi hesab edir ki, yalançılıq xislətini müalicə etmək üçün doğruluğu insanın adətinə çevirmək üçün addımlar atılmalıdır; O cümlədən:
- Yalanın pislənməsinə aid olan ayələrə və rəvayətlərə diqqət yetirmək.
- Yalanın axirət əzabı, dünyada insanlar içində rüsvay olmaq və etibardan düşmək kimi dünya və axirət təsirlərinə diqqət yetirmək.
- Doğru danışmağın təsiri və faydaları haqqında düşünmək.
- Danışmazdan əvvəl düşünmək.
- Yalançı və fasiq insanlarla yoldaşlıq etməkdən çəkinmək.[31]
Həmçinin mərcəi-təqlid və Quran təfsirçilərindən olan Nasir Məkarim Şirazinin "Quranda əxlaq" kitabında qeyd etdiyi kimi yalanı kökündən başlayaraq müalicə etmək lazımdır. Məsələn, yalan danışmağa səbəb zəif imandırsa, imanı gücləndirmək, hərislik və paxıllıqdırsa, onları aradan qaldırmaq lazımdır. Habelə yalan danışan insanlardan və ya yalan danışmağa təşviq edilən yerlərdən uzaqlaşmaq lazımdır.[32]
İcazə verilən yalanlar
İmam Əli (ə): Bəndə zarafatyana və ciddi yalanı tərk etməyincə imanın ləzzətini dadmaz. Əl-Kafi, h.q 1407, c.2, s.340
Əsl məqalə: Məsləhətli yalan
Yalan danışmaq haramdır.[33] Lakin mühüm faydası olduğu hallarda caiz və vacib sayılır:[34]
- Zərurət halında: Əgər zərurət (məcburiyyət və çıxılmaz vəziyyət) tələb edərsə, yalan danışmaq olar.[35] Məsələn, canı, malı və ya başqasının həyatı təhlükədə olduqda.[36]
- İki nəfərin arasını düzəltmək : İnsanlar arasını düzəltmək və barışıq yaradmaq məqsədi ilə yalan danışmaq caizdir.[37]
- Düşmənlə müharibədə: Rəvayətlərə görə, düşməni aldatmaq üçün döyüşdə yalan danışmaq olar.[38]
Həyat yoldaşı və uşaqlara yalan vədlər vermək
Bəzi rəvayətlərə görə, zövcəsinə yalan vədlər vermək olar.[39] Buna görə də əxlaq kitablarında arvada və uşaqlarına yalandan söz vermək də yalanın haram hissəsindən istisna edilmişdir.[40] Lakin şiə fəqihləri arvada yalan danışmağı caiz bilmirlər.[41] Həmçinin bu hədislərin yalandan söz verməyi haram hesab edən ayələrlə[42] və niyyəti olmadan vəd verməyi qadağan edən hədislərlə də zidd olduğu bildirilmişdir.[43] Buna əsasən, bəzi tədqiqatçılar hesab edirlər ki, belə rəvayətlərin məzmunu ilə hərəkət etmək pis tərbiyədir və uşaqları yalan danışmağa və verilən sözləri pozmağa təşviq edir.[44]
İstinadlar
- ↑ Mustəfəvi, Ət-Təhqiqu fi kəlmatil-Quran, h.ş 1367, c.10, s.33
- ↑ Şerani, Nəsr Tuba, İntişaratu İslamiyyə, c.2, s.331
- ↑ Mustəfəvi, Ət-Təhqiqu fi kəlmatil-Quran, h.ş 1367, c.10, s.33
- ↑ Nəraqi, Meracus-səadə, s.573
- ↑ Nəraqi, Cameus-səadat, Muəsisətu Ələmi lil-mətbuat, c.2, s.332
- ↑ Məclisi, Biharul-Ənvar, h.q 1403, c.69, s.263
- ↑ Nəraqi, Meracus-səadə, Hicrət, s.573
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.337-343
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.337-343
- ↑ Nur surəsi, ayə 7
- ↑ Nəraqi, Cameus-səadat, Muəsisətu Ələmi lil-mətbuat, c.2, s.332-338
- ↑ İmam Xomeyni, Təhrirul-vəsilə, Muəsisətu tənzimi və nəşri asar İmam Xomeyni, c.2 s.110-111
- ↑ İmam Xomeyni, Təhrirul-vəsilə, Muəsisətu tənzimi və nəşri asar İmam Xomeyni, c.1 s.399
- ↑ Təbatəbi Yəzdi, Urvətul-vusqa, h.q 1420, c.3, s.549
- ↑ Şeyx Ənsari, Məkasib, c.2, s.12
- ↑ Şəhid Sani, Ərruzətul-bəhiyyə, h.q. 1398, c.3, s.129
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.338, hədis 2
- ↑ Şeyx Ənsari, Məkasib, c.2, s.13-14
- ↑ Mühəddis Nuri, Vəsaiuş-şiə, h.q 1409, c.12, s.248
- ↑ Şeyx Ənsari, Məkasib, c.2, s.13
- ↑ Məclisi, Biharul-Ənvar, h.q 1403, c.69, s.262
- ↑ Məkarim Şirazi, Əxlaq dər Quran, h.ş 1377, c.3, s.234-236
- ↑ Kuleyni, Kafi, h.q 1407, c.2, s.341, hədis 14
- ↑ Kuleyni, Kafi, h.q 1407, c.2, s.339, hədis 4
- ↑ Mühəddis Nuri, Mustədrəkul-Vəsail, h.q 1408, c.9, s.88
- ↑ Məclisi, Biharul-Ənvar, h.q 1403, c.69, s.263
- ↑ Mühəddis Nuri, Mustədrəkul-Vəsail, h.q 1408, c.8, s.87
- ↑ Qummi, Səfiynətul-bihar, h.ş 1363, c.7, s.455
- ↑ >Kuleyni, Kafi, h.q 1407, c.2, s.341, hədis 15
- ↑ Nəraqi, Meracus-səadə, hicrət, s.573
- ↑ Nəraqi, Meracus-səadə, hicrət, s.578-580
- ↑ Məkarim Şirazi, Əxlaq dər Quran, h.ş 1377, c.3, s.235-236
- ↑ Şeyx Ənsari, Məkasib, Terasuş-şeyxul-əzəm, c.2, s.11
- ↑ Nəraqi, Meracus-səadə, hicrət, s.575
- ↑ Şeyx Ənsari, Məkasib, Terasuş-şeyxul-əzəm, c.2, s.21
- ↑ Şeyx Ənsari, Məkasib, Terasuş-şeyxul-əzəm, c.2, s.21
- ↑ Şeyx Ənsari, Məkasib, Terasuş-şeyxul-əzəm, c.2, s. 31
- ↑ Səduq, Mən la Yəhzurul-fəqih, Tehran, c.4, s. 359
- ↑ Kuleyni, Kafi, h.q 1407, c.2, s.342, hədis 18
- ↑ Cameus-səadat, Muəssisətu ələmi lil-mətbuat, c.2, s.336-337
- ↑ İmam Xomeyni, Əl-Məkasib, c.2, s.140, Təbatəbai Həkim, Minhacus-salihin, c.2, s.15
- ↑ İsra surəsi, ayə 34
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.101, s.73
- ↑ Əsle sədaqət dər Quran və təhlil məvarede cəvaze kezb, s.126
Ədəbiyyat
- İmam Xomeyni, Seyid Ruhullah, Təhrirul-vəsilə, Tehran, Musəssisətu-tənzim və nəşre asare İmam Xomeyni
- İrəvani, Cavad, "Əsle sədaqət dər Quran və təhlile məvarede cəvaze kezb" Dər məcəlle Amuzehaleye Qurani, Daneşqahe ulume İslami Rəzəvi, Şomare 13, 1390
- Şərani, Əbul-Həsən, Nəşre Tuba, Tehran, İnteşarate İslamiyyə
- Şəhid Sani, Şərhul-lumə, Təhqiqu Seyid MUhəmməd Kəlantər, h.q 1398
- Şeyx Ənsari, Mürtəza, Əl-Məkasib, Tərasuş-Şeyxul-Əzəm
- Səduq, Muhəmməd ibn Əli, Mən la yəhzurul-fəqih, Tehran, Nəşre Səduq, 1367-1369
- Təbatəbai Yəzdi, Seyyid Muhəmməd Kazim, Urvətul-Vusqa, Muəssisətun-nəşril-İslami, hq.1420
- Qummi, Şeyx Abbas, Səfiynətul-Bihar, Tehran, Fərahani, h.ş 1363
- Kuleyni, Muhəmməd ibn Yaqub, Əl-Kafi, Təshihe Əli Əkbər Ğəffari və Muhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
- Məclisi, Muhəmməd Baqir, Biharul-Ənvar, Beyrut, Muəssisətul-vifa, h.q 1403
- Muhəddis Nuri, Mustədrəkul-vəsail, Qum, Muəssisətu Alul-Beyt, h.q 1408
- Mustəfəvi, Həsən, Ət-təhqiqu fi kəlmatil-Quranil-Kərim, Tehran, h.ş 1368
- Məkarim Şirazi, Nasir, Əxlaq dər Quran, Qum, Mədrəsətul-İmam Əli ibn Əbi Talib, h.ş 1377
- Nəraqi, Əhməd ibn Muhəmməd Mehdi, Meracus-səadə, Muqəddimə Muhəmməd Nəqdi, Qum, Muəssisətu Enteşarati Hicrət
- Nəraqi, Muhəmməd Mehdi, Cameus-səadat, Təliqu Muhəmməd Kəlantər, Beyrut, Muəssisətu ələmi, Lil-mətbuat, 4-cü çap, Beyrut