Məzmuna keç

Seyyid Əli Hüseyni Xamenei

wikishia saytından
(Seyid Əli Xamenei səhifəsindən yönləndirilmişdir)
Seyyid Əli Hüseyni Xamenei
İran İslam Respublikasının ikinci rəhbəri
İran İslam Respublikasının ikinci rəhbəri
Tam adıSeyyid Əli Hüseyni Xamenei
LəqəbAyətullahul-üzma
Keçmiş vəzifələriİslam şura məclisin nümayəndəsi - Tehranın imam cüməsi - Prezident - İran İslam Pespublikasının rəhbəri
Diniİslam
MəzhəbiŞiə
Doğum günüHicri-şəmsi ili 1318 \ 29 Fərvərdin

Hicri-qəməri ili 1358 \ 28 Səfər

Miladi ili 1939 \ 19 Aprel
Doğulduğu şəhərMəşhəd
Doğulduğu ölkəİran
Həyat yoldaşının adıMənsurə Xocəstə Baqirzadə
ÖvladlarıOğlanları: Mustafa, Müctəba, Məsud və Meysəm Qızları: Hüda, Büşra
ŞəhadətiHicri-şəmsi ili 1404 \ 9 İsfənd

Hicri-qəməri ili 1447 \ 10 Ramazan

Miladi ili 2026 \ 28 Fevral
UstadlarıSeyid Cavad Hüseyni Xamenei

Mirza Məhəmməd Müdərris Yəzdi Haşim Qəzvini Seyid Məhəmməd Hadi Milani Hacı Ağa Hüseyn Burucerdi İmam Xomeyni Mürtəza Hairi Yəzdi Seyid Məhəmməd Mühəqqiq Damad

Əllamə Təbatəbai
ƏsərləriQuranda islami təfəkkür tezisi (kitab)

250 yaşlı insan

Pişvaye Sadiq

Sulhul-Hüseyn
Rəsmi internet saytıƏsərlərinin nəşri
Rəhbərin dəftəri
İmza


Seyyid Əli Hüseyni Xamenei (ərəbcə: السيد علي الحسيني الخامنئي) - (1939-2026) şiə təqlid mərcəyiİran İslam Respublikasının ikinci rəhbəridir. O İran İslam İnqilabından əvvəl Pəhləvi hökümətinə qarşı mübarizə aparan fəallardan idi bu mübarizəsinə görə də bir neçə dəfə həbs və sürgün olunmuşdur. İmam Xamenei 1989-cu ildə rəhbərlik məqamına seçilməmişdən öncə iki dönəm prezident və bir müddət də İslam Şurası Məclisində millət vəkili olmuşdur. Qəmə vurmağın haram edilməsi, əhli-sünnətin müqəddəslərinə hörmətsizlik edilməsinin haram edilməsi, nüvə silahından istifadənin haram edilməsi, müqavimət cəbhəsinə dəstək olmaq, iqtisadi müqavimətin yaradılması və Fələstin məsələsinin hər tərəfli həll olunması Ayətullah Xameneinin fiqhi və siyasi nəzərlərindən bəziləridir. Ədəbiyyat və tarixə də böyük məhəbbəti var və şeirlərini "Əmin" təxəllüsü ilə qələmə alırdı. Quranda İslami düşüncə, 250 yaşlı insan, ĞinaFələstin qələmə aldığı əsərlərdəndir. Dini təhsilini uşaq yaşlarından başlamış, Məşhəd, Nəcəf, Qum elmi hövzələrində təhsil almış, eləcə də tədris etmişdir. İmam XomeyniƏllamə Təbatəbainin tələbəsi olmuşdur.

Ayətullah Xamenei öz rəhbərlik müddətində hər il Həcc zəvvarlarına məktublar göndərmiş, müsəlmanların vəhdətini dəstəkləmiş, müqavimət mehvərinə dəstəyi xüsusi vurğulamış, daxili və xarici siyasətə öz nəzərini bildirmiş, hövzəvi və elmi araşdırma mərkəzlərə öz dəstəyini göstərmişdir.

Ayətullah Xamenei 2026-cı ilin fevral ayının 28-də öz ofisi və evinin yerləşdiyi məkanda Amerika və İsrailin birgə təşkil etdiyi raket hücumu nəticəsində şəhadət məqamına ucalmışdır.

Doğumu və nəsəbi

Seyyid Əli Xamenei 19 aprel 1939 (29 Fərvərdin 1318 / 28 Səfər 1358) tarixində müqəddəs Məşhəd şəhərində dindar və ziyalı bir ailədə dünyaya göz açmışdır.[1]

Ata və anası

Nəcəfdə[2] dünyaya gələn və uşaq yaşlarında ailəsi ilə birlikdə Təbrizdə məskunlaşan İmam Xameneinin atası Seyyid Cavad Xameneyi də (vəfat: 5 iyul 1986) öz dövrünün alim və müctəhidlərindən olmuşdur. 1957-ci ildə Məşhədə hicrət edən Seyyid Cavad Xamenei bir müddət sonra yenə Nəcəfə dönür. Nəcəfdə Ayətullah Naini, Seyyid ƏbulHəsən İsfahani və Ağa Ziyauddin İraqi kimi böyük alimlərin yanında tələbəlik etmiş və ictihad icazəsi aldıqdan sonra yenidən İrana dönərək, Məşhəd şəhərinə yerləşmişdir. İmam Xameneinin atası hövzə dərslərini tədris etməyi ilə yanaşı, Məşhəd bazarındakı Siddiqlər məscidində (Azərbaycanlıların Məscidi) imam camaatı olmuşdur.[3]

İmam Xameneinin anası isə, Məşhədin tanınmış, təqvalı alimlərindən olan Ayətullah Seyyid Haşim Nəcəfabadinin qızı Xədicə Mirdamadi idi.[4]

Siyasi mübarizə və cihad

Əsas məqalə: 250 yaşlı insan nəzəriyyəsi

Ayətullah Xamenei belə hesab edir ki, Şiə imamlarının siyasi həyatı zahirdə fərqli görünsə də, əslində təxminən 250 il davam edən ardıcıl bir hərəkat olmuşdur. Onların hamısı müxtəlif üsullarla öz dövrlərinin düşmənlərinə qarşı mübarizə apararaq insanlığın inkişafı və İslam cəmiyyətinin qurulması istiqamətində fəaliyyət göstərmişlər.[5]

O, cihadı yalnız hərbi sahə ilə məhdudlaşdırmır, əksinə düşmənə qarşı siyasi, mədəni, media və iqtisadi sahələrdə mübarizəni də cihadın bir hissəsi hesab edir.[6] Həmçinin düşmənin nüfuzuna qarşı mübarizə üçün “Cihad-i Təbyin” (haqqın və həqiqətin izahı və aydınlaşdırılması cihadı) terminini təqdim etmişdir.[7]

İslam dünyasında müsəlmanların birliyinin himayəsi

Ayətullah Xamenei İslam birliyini müsəlmanlar arasında düşmənçiliyin aradan qalxması kimi izah edir və bunu əqidə və məzhəblərin eyniləşdirilməsi kimi görmür.[8] O, şiə və sünni arasında ixtilaf yaradan cərəyanları müvafiq olaraq “İngilis şiəliyi” və “Amerika islamı” adlandırmışdır.[9]

1389-cu hicri-şəmsi ilində (2010) Yasir əl-Həbib Peyğəmbərin (s) həyat yoldaşı Aişə haqqında təhqiramiz sözlər söylədikdən sonra Ayətullah Xamenei fətva verərək İslam məzhəblərinin müqəddəslərinə təhqir etməyi haram elan etmişdir. O, Dünya Məzhəblərin Yaxınlaşdırılması MəclisiDünya Əhli-Beyt Məclisi kimi qurumları dəstəkləməklə, dinlər və məzhəblər üzrə beynəlxalq konfranslarda iştirak edərək və İslam alimləri ilə görüşlər keçirərək müsəlmanların birliyinin zəruriliyini vurğulamışdır.[10]

Həmçinin o, xarici qüvvələrin – xüsusilə İngiltərəninİslam dünyasında məzhəbi ixtilafları qızışdırmaqda tarixi rolunun olduğunu qeyd etmiş və bu təfriqənin nəticələri barədə xəbərdarlıq etmişdir.[11]

Seyid Əli Xamenei:

“Bəzi insanlar elə düşünürlər ki, şiəliyi sübut etmək o deməkdir ki, insan Əhli-sünnənin və başqa müsəlmanların hörmət etdiyi böyük şəxsiyyətlərə daim söyüş və təhqir etsin. Xeyr, bu, Əhli‑beyt imamlarının yoluna ziddir.

Siz görürsünüz ki, İslam dünyasında bəzi radio və ya televiziya kanalları yaranır və onların işi guya şiə adı ilə, şiə adına danışaraq digər İslam firqələrinin hörmət etdiyi böyük şəxslər haqqında pis danışmaqdır. Aydındır ki, onların büdcəsi Birləşmiş Krallığın Xəzinədarlığının büdcəsidir; bu, İngiltərənin maliyyəsidir — bu, “ingilis şiəliyi”dir.

Heç kim düşünməsin ki, şiəliyin yayılması, şiə inancının möhkəmlənməsi və şiə imanının güclənməsi bu cür söyüş və bu cür danışıqla mümkündür. Xeyr! Bu, əks təsir göstərir. Siz söyüş söydükdə, qarşı tərəfin ətrafında qəzəb və emosiyadan ibarət bir hasar çəkilir və artıq haqq söz belə onun üçün dözülməz olur.”[12]

Mədəni və regional məsələlər

Ayətullah Xamenei mədəni hücumu millətlər üzərində hakimiyyət qurmaq məqsədilə həyata keçirilən şüurlu hücum kimi qiymətləndirir.[13] Onun fikrincə, bu proses Rza şah dövründən başlamış və İran-İraq müharibəsindən sonra da davam etmişdir.[14]

مِثلی لا یُبایِعُ مِثلَ یَزید

Mənim kimisi, Yezid kimisi ilə beyət etməz.

Ali-rəhbər Şəhid Ayətullah Xamenei:

İran xalqı özünün İslami və şiə dərslərini yaxşı bilir; nə etməli olduğunu anlayır. İmam Hüseyn ibn Əli buyurmuşdur: “Mənim kimisi, Yezid kimisi ilə beyət etməz.” İran xalqı da əslində deyir: Bizim kimi bir millət – bu mədəniyyətə, bu tarixə, bu yüksək maarifə sahib olan bir millət – bu gün Amerikada hakimiyyətdə olan fasiq adamlar kimi rəhbərlərlə beyət etməyəcək.

Şərqi Azərbaycan camaatı ilə axırıncı görüşündən bir hissə \ 17 Fevral 2026

O, həmçinin “Yaxın Şərq” ifadəsinin əvəzinə “Qərbi Asiya” terminindən istifadə etməyi daha doğru hesab edir. 1389-cu (2010) ildə ərəb ölkələrində baş verən inqilabi hərəkatları, mediada “ərəb oyanışı” adlandırılsa da,[15] o “İslam oyanışı” kimi təqdim etmişdir.[16]

Fələstin məsələsi

  • Onun fikrincə, Fələstin probleminin həlli yolu ümumxalq referendumudur və bu referendumda bütün fələstinlilər – müsəlmanlar, xristianlar və yəhudilər iştirak etməlidirlər.[17]

Ayətullah Xamenei hesab edir ki, Fələstinin azad olunmasının yolu müqavimətdir[18] və bu məsələ ilə bağlı danışıqları səhv sayır; çünki belə danışıqlar fələstinlilər üçün yalnız zərər gətirir və azadlığı gecikdirir.[19]

İqtisadi məsələlər

Ayətullah Xamenei “müqavimət iqtisadiyyatı” anlayışını sanksiyalara qarşı mübarizə və İranın daxili imkanlarından istifadə üçün bir strategiya kimi təqdim etmişdir.[20] Onun vurğuları nəticəsində “müqavimət iqtisadiyyatı” ifadəsi İranın siyasi ədəbiyyatına daxil olmuşdur.[21] O, həmçinin 1378-ci (2000) ildən etibarən hər il üçün müəyyən adlar seçərək insanların diqqətini mədəni, dini və iqtisadi məsələlərə yönəltməyə başlamışdır.[22] 1397-ci (2018) ilin Bəhmən ayında, İslam İnqilabının 40 illiyi münasibətilə o, “İnqilabın ikinci addımı” adlı bəyanat yayımlamış və bununla inqilabın ikinci 40 ili üçün yol xəritəsini təqdim etmişdir.[23]

İmam Xameneinin elmi həyatı

Ali-rəhbər Şəhid Ayətullah Xamenei: Qəmə vurmaq nə dinlə bağlıdır, nə də bir matəm mərasimi sayılır; bu, qəti şəkildə səhv və bir bidətdir. Şübhəsiz ki, Allah onun edilməsindən razı deyil və mən də qəmə vurduğunu nümayiş etdirən kimsədən ürəkdən razı deyiləm.[24]

Seyyid Əli Xamenei təhsilini 4 yaşında ikən dini mədrəsəyə gedərək Qurani Kərimi öyrənməklə başlayıb.[25] O orta məktəbdə oxuduğu vaxtlardan "Camiul-muqəddəmat" kitabını, sərf və nəhv (ərəb dilinin qrammatikası) elmini öyrənməyə başlamışdır. Sonralar hövzəyə qəbul olub, atasından və başqa din ustadlarından ərəb dilini öyrənmişdir. O, elmiyyə hövzəsinə daxil olmağının və ruhaniyyət yolunu seçməyinin əsas hədəfini belə açıqlayır: "Bu nurani yolu seçməyimin səbəbi atamın ruhani olması idi. Anam da məni buna təşviq etmiş və həvəsləndirmişdir".

O, ərəb dilini atasının nəzarəti altında "Süleyman xan" və "Nəvvab" mədrəsələrinin müəllimləri yanında[26] "Camiul-muqəddəmat", "Siyuti", "Muğni" və s. kitablardan öyrənmişdir. "Kitabu məalim"i də həmin vaxtlarda oxumuşdur. Sonra "Şərayiul-İslam" və "Şərhe Lumə"ni atasının yanında, bu kitabların bir hissəsini mərhum Ağa Mirzə Mudərris Yəzdinin yanında, "Rəsail" və "Məkasib"i mərhum Hacı Şeyx Haşim Qəzvinidən, fiqh və üsul dərslərinin qalan bəhslərini atasından öyrənmişdir. Beləliklə, Ayətullah Xamenei ruhani təhsilinin ilk mərhələlərini təəccüb edəcək qədər çox qısa bir vaxtda – beş il yarım müddətində başa vurmuşdur. Bu mərhələdə oğlunun irəliləyişində və müvəffəqiyyətində mərhum atası Seyid Cavadın böyük rolu olmuşdur. Ayətullah Xamenei məntiq və fəlsəfə elmlərini "Mənzumeye Səbzevari"dən əvvəlcə mərhum Ayətullah Mirzə Cavad Tehraninin yanında, sonralar isə mərhum Şeyx Rza İsadan öyrənmişdir.

Manzume-ye Fekri-ye Ayətullah Xamanei kitabının üz qabığının şəkli.

Ayətullah Xamenei 18 yaşlarında Məşhəddə olarkən yüksək dərəcəli fiqh və üsul elmlərinə daha dərindən yiyələnmək üçün mərhum Ayətullahul-üzma Milaninin yanında dərsə başlamışdı.

1336-cı (1959 m.) ildə müqəddəs məzarları ziyarət etmək məqsədilə Nəcəf şəhərinə yollanmışdı. Nəcəf hövzəsində olarkən müctəhidlərin dərslərində, o cümlədən mərhum Seyyid Möhsün Həkim, Seyyid Mahmud Şahrudi, Mirzə Baqir Zəncani, Seyyid Yəhya Yəzdi və Mirzə Həsən Bucnurdi kimi alimlərin dərslərində iştirak etmiş və oranın təhsil sistemini çox bəyənmişdir. Amma atasının razılığı olmadığından, Nəcəf elmiyyə hövzəsində təhsilini davam etdirməmiş və bir müddətdən sonra Məşhədə qayıtmışdır.[27]

Seyid Əli Xamenei – İran İslam Respublikasının Sədasının xüsusi qrupunun və İslam maarifi qrupunun üzvlərinə müraciətlə:

“Maarif məsələsində… mən bu işin mütəxəssisi sizin özünüzəm; yəni əgər siz cənablar maarif haqqında bir mütəxəssislə danışmaq istəsəniz, mənimlə danışmalısınız. Mən elə bir tələbəyəm ki, ömrüm maarifi təbliğ etməklə – təkcə maarifi bilməklə yox – keçib.

Əgər mübaliğə olmasa, mən uzun illər ərzində vaxtımı bəzən elə mürəkkəb və müxtəlif məclislərdə keçirmişəm ki, orada həm tam sadə insanlar, həm alimlər, professorlar və elmi şəxsiyyətlər iştirak ediblər; mən bütün təbəqələrlə üz-üzə olmuşam.

Mən bilirəm ki, maarif nə deməkdir, maarifi bəyan etmək, onu təbliğ etmək və onu çatdırmaq nə deməkdir və bunun nə qədər böyük əhəmiyyəti var.”[28]

Tədris

Seyyid Əli Xamenei, Məşhəd şəhərində olduğu ilk günlərdən etibarən fiqhüsul dərslərini tədris etmiş və ümumi kütlə üçün təfsir dərsləri məclisləri təşkil etmişdir. Təfsir dərsləri 1968-ci ildən 1977-ci ilə qədər, yəni sürgün olunduğu müddətə qədər davam etmişdir.[29]

Mərcəiyyət

1995-ci ildə Ayətullah Muhəmməd Əli Ərakinin vəfatından sonra, Qum elmi hövzəsinin Ustadları BirliyiMübariz Ruhanilər birliyi tərəfindən Ayətullah Xamenei təqlid mərcəyi kimi elan edildi. O elan etdi ki, İran onun mərcəiyyətinə ehtiyac yoxdur, təkcə xaricdə yaşayan şiələrin istəyini nəzərə alaraq, bu məqamı qəbul edir.[30] Birinci fətva kitabı "Əcvibətul-istiftaat"dır ki, bu kitabda şiələrin şəri suallarına cavablar qeyd olunub.

Əsərləri

İmam Xomeyni adına Hüseyniyyədə İmam Xameneinin dərsi-xarici. 17 Noyabr 2019

Ayətullah Xamenei rical, Quran təfsiri, fiqh, kəlam, İslam tarixi mövzusunda əsərlər yazmış və tərcümələr etmişdir." Rical elmində 4 əsas kitab", "Səbr barəsində deyilənlər", "Tövhid ruhu" onun qələmə aldığı kitablardandır.

Pəhləvi hökümətinə qarşı siyasi mübarizələr

Ayətullah Xamenei Pəhləvi hökumətinə qarşı mübarizə aparanlardan və İran İslam İnqilabının fəal iştirakçılarından olmuşdur. Onun siyasi fəaliyyətinin başlanğıcı Məşhəddə Seyyid Müctəba Nəvvab Səfəvi ilə görüşünə aid edilir. O, tənqidi çıxışlar etdiyinə görə bir neçə dəfə həbs olunmuş[31] və camaat namazı qıldırmaq, çıxış etmək və dərs demək kimi fəaliyyətlərdən məhrum edilmişdir.[32] Buna baxmayaraq, fəaliyyətlərini gizli şəkildə davam etdirirdi.[33] Onun təfsir dərsləri əvvəlcə Mirzə Cəfər mədrəsəsində, İmam Həsən məscidində, Qiblə məscidində və öz evində keçirilirdi. Daha sonra 1362-ci (m.1973) ilin Azər ayından etibarən Kəramət məscidinə köçürüldü.[34]

O, Seyyid Mahmud Taleqani, Mehdi Bazərqan və Yədullah Səhabi ilə əlaqədə idi.[35] Bu şəxslər İmam Xomeynini dəstəklədiklərinə görə həbs olunmuşdular və Xamenei bəzən siyasi məhbusları ziyarət etməyə gedirdi.[36] Xamenei bir sıra ruhani şəxslərlə birlikdə — o cümlədən Əbdürrəhim Rəbbani Şirazi, Seyyid Məhəmməd Hüseyni Beheşti, Əkbər Haşimi Rəfsəncani və Məhəmmədtaqi Misbah Yəzdi[37] — Pəhləvi hökumətinə qarşı mübarizəni gücləndirmək və Qum hövzəsinin möhkəmləndirmək məqsədilə yaradılmış on bir nəfərlik qrupun üzvü idi.[38] Onun digər siyasi fəaliyyətlərindən biri də İmam Xomeyninin mərcəiyyətinin möhkəmləndirilməsi üçün çalışmaq idi.[39]

Ali-rəhbər Şəhid Ayətullah Xamenei:

“Əlbəttə, mən israr edirəm ki, bu bölgəyə “Qərbi Asiya” deyək, Yaxın Şərq yox. “Uzaq Şərq”, “Yaxın Şərq”, “Orta Şərq” kimi ifadələr düzgün deyil. Uzaq haradan? Avropadan. Yaxın haraya? Yenə Avropaya. Yəni guya dünyanın mərkəzi Avropadır; Avropadan daha uzaqda olan yerlərə “Uzaq Şərq”, daha yaxın olanlara “Yaxın Şərq”, ortada olanlara isə “Orta Şərq” deyilir!

Bu, avropalıların özlərinin verdiyi bir tərifdir; yox, biz bunu qəbul etmirik. Asiya bir qitədir; onun şərqi də var, qərbi də var, ortası da var. Biz Asiyanın qərbində yerləşirik; buna görə də bizim bölgəmizin adı Qərbi Asiyadır, “Orta Şərq” yox.”

Universitet müəllimləri ilə görüşdən, 13 Avqust 2018

İranşəhrə sürgün

Seyyid Əli Xamenei 1356-cı (1977) ildə Ayətullah Xamenei cinayətkar Pəhləvi rejimi tərəfindən 3 il müddətinə İranşəhrə sürgün edilir.[40] 1357-ci (1978) ilin ortalarında o, İran millətinin mübarizəsi nəticəsində sürgündən azad edilərək müqəddəs Məşhəd şəhərinə qayıdır[41] və yenidən qaniçən Pəhləvi rejiminə qarşı mübarizələrin ön sıralarında yer alır.

İSLAM İNQİLABINDAN SONRA

İnqilab Şurasına üzvlük

Ayətullah Xamenei 1357-ci (m. 1978) ilin Dey ayında İslam İnqilabı Şurasının yaradılmasından etibarən onun iclaslarında iştirak etmiş[42] və 1359-cu (1980) ilin Tir ayına qədər bu şuranın üzvü olmuşdur.[43] İnqilab Şurası mübarizə ilə bağlı mühüm qərarlar qəbul edən qurum idi. Bu qərarlara Pəhləvi hökumətinin rəsmiləri və xarici ölkələrlə danışıqlar aparılması, İmam Xomeynini qarşılama komitəsinin yaradılması[44]Mehdi Bazərqanın müvəqqəti hökumətin başçısı kimi təqdim edilməsi kimi məsələlər daxil idi.[45]

İslam Respublikası Partiyasının yaradılmasında rolu

Ayətullah Xamenei Seyyid Məhəmməd Hüseyni Beheşti, Məhəmməd Cavad Bahunər, Əkbər Haşimi Rəfsəncani və digərləri ilə birlikdə inqilab dövründə inqilabi təşkilat yaratmaq üçün fəaliyyət göstərmişdir.[46] Bu təşkilat 29 Bəhmən 1357-ci ildə “İslam Respublikası Partiyası” adı ilə təsis edildi.[47] Seyyid Əli Xamenei partiyanın məramnaməsinin hazırlanmasında və təbliğat işlərində iştirak etmişdir.[48] 1360-cı (1981) ilin Şəhrivər ayında o, partiyanın üçüncü baş katibi seçildi.[49] Daha sonra 1362-ci (1983) ildə yenidən partiyanın baş katibi və Mərkəzi Şurasının üzvü seçilmişdir.[50]

İstinadlar

  1. Tarixe təvəllude dəqiq Rəhbəre inqilab be rəvayəte xudeşan, Xəbər Anlayn
  2. Şərif Razi, Qoncineye danişməndan, h.ş 1354, c.7, s.128
  3. Şərif Razi, Qoncineye danişməndan, h.ş 1354, c.7, s.128
  4. Neqahi qozəra be zendeginameye Həzrət Ayətullahul-üzma Seyid Əli Hüseyni Xamanei, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi
  5. Xamenei, Həmrəzmane Hüseyn, h.ş 1397, s.6
  6. Bəyanate Ayətullah Xamenei dər didare tulidkonəndeqan və fəaalane iqtisadi, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi
  7. Bəyanate Ayətullah Xamenei dər didare məddahane Əhli-beyt (ə), Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi
  8. Möizə, 11\oktyabr\1989
  9. Bəyanate Ayətullah Xamenei dər didare əqşare müxtəlife mərdom be munasibəte eyde Ğədir, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi
  10. tasnimnews.com
  11. https://farsi.khamenei.ir/newspart-index?tid=1190, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi
  12. Bəyanat dər didare əqşare müxtəlife mərdom be münasibəte eyde-ğədir, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin rəsmi internet adresi
  13. Baxın: Dəğdəğehaye fərhəngi, Səhba nəşriyyatı
  14. Bəyanate Ayətullah Xamenei dər didare cəmi əz karqozarane fərhəngi, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi
  15. Baxın: Təqəvi, Rişehaye bəhare ərəbi və duminuye frupaşi rejimhaye ərəb, s.4
  16. Möizə, 4 fevral 2011, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi
  17. Sülhmirzayi, Fələstin əz mənzəre Həzrət Ayətullahul-üzma Seyid Əli Xamenei, h.ş 1397, s.599
  18. Sülhmirzayi, Fələstin əz mənzəre Həzrət Ayətullahul-üzma Seyid Əli Xamenei, h.ş 1397, s.487-490
  19. Sülhmirzayi, Fələstin əz mənzəre Həzrət Ayətullahul-üzma Seyid Əli Xamenei, h.ş 1397, s.499-500
  20. Yusifi, Nizame iqtisadi müqaviməti, h.ş 1395, s.32
  21. Nümunə üçün baxın: İqtisade müqaviməti çist ?, Cavan xəbər agentliyi
  22. Mururi bə namqozariye salha dər qoftequ ba muşavire ali rəhbəre inqilab, İmna xəbər saytı; Bərresiye illəte namqozari salha dər qoftequ ba muşavire ali rəhbəre inqilab, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi
  23. "Qame dovvome inqilab" Ayətullah Xamenei xitab be milləte İran, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi
  24. Bəyanat dər didare əzaye Məclise Xübreqane Rəhbəri, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi
  25. Behbudi, Şərhe ism, h.ş 1391, s.49
  26. "Mərkəze isnadın" arxivi, nömrə 1226
  27. "Mərkəze isnadın" arxivi, nömrə 1226
  28. Bəyanat dər didare əzaye qruhe vije və qruhe məarife İslami sədaye cümhuriye İslami İran, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi
  29. Neqahi qozəra be zendeginameye Həzrət Ayətullah Seyid Əli Hüseyni Xamenei, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi
  30. Xütbə, 14 Dekabr 1994, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi
  31. Nümunə üçün baxın: "Mərkəze isnade inqilabe İslami"-nin arxivi, nömrə 1234; "Mərkəze isnadın" arxivi, nömrə 614, 1231-1232
  32. "Mərkəze isnade inqilabe İslami"-nin arxivi, nömrə 304, 389, 575
  33. "Mərkəze isnade inqilabe İslami"-nin arxivi, nömrə 572 və 576
  34. "Mərkəze isnade inqilabe İslami"-nin arxivi, nömrə 614
  35. Yarane imam be rəvayəte isnade Savak, h.ş 1376-1382, c.1, s.468
  36. Bazərqan, Yaddaşthaye ruzane, h.ş 1376, s.422-423
  37. Haşimi Rəfsəncani, Durane mübarize, h.ş 1376, c.2, s.1566
  38. Neqahi qozəra be zendeginameye Həzrət Ayətullahul-üzma Seyid Əli Hüseyni Xamenei, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi
  39. Neqahi qozəra be zendeginameye Həzrət Ayətullahul-üzma Seyid Əli Hüseyni Xamenei, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi
  40. Rəvayəti əz didare daneşcuyan ba Ayətullah Xamenei dər İranşəhr, Mərkəze isnade inqilabe İslami
  41. İsnad mi quyəd çera Ayətullah Xamenei be İranşəhr təbid şod ?, Mərkəze isnade inqilabe İslami
  42. Pa be pay, c.2, s.192
  43. Saili, s.49-62
  44. Qasimpur, Dəhe sər neveştsaz, Mərkəze isnade inqilabe İslami, s.92-94
  45. Haşimi, İnqilab və ..., s.169
  46. Haşimi, İnqilab və ..., s.169
  47. Casibi, c.4, s.149
  48. Casibi, c.4, s.146
  49. Haşimi Rəfsəncani, Ubur əz bohran, s.263
  50. Xatirate Seyid Mürtəza, s.168

Ədəbiyyat

  • Tədavume aftab: Vijename ağaze bistomin sale rəhbəri Həzrət Ayətullah Xamenei, Cam cəm jurnal, Mordad h.ş 1387
  • Təqəvi, Seyyid Məhəmməd Əli, Rişehaye bəhare ərəbi və duminuye frupaşi rejimhaye ərəb, 3-cü dövrə, nömrə 11, Azər h.ş 1396
  • "Mərkəze isnade inqilabe İslami"-nin arxivi
  • "Mərkəze pejuheş və isnade riyasəte cümhurinin" arixxi
  • Müəssiseye pejuheşi-fərhəngi inqilab islamın arxivi
  • Aşinayi ba məclise çuraye İslami, Tehran, h.ş 1360
  • Ağabozorq Tehrani, Məhəmməd Möhsin, Təbəqatu əlamuş-şiə, Tehran, h.ş 1388
  • İmam Xomeyni dər ayineye isnad be rəvayəte savak, Tehran, Müəssiseye tənzim və nəşre asare İmam Xomeyni, h.ş 1386
  • İmam Xomeyni, Səhifeyi-İmam, Müəssiseye tənzim və nəşre asare İmam Xomeyni, Tehran, h.ş 1389
  • Bazərqan, Mehdi, Yaddaşthaye ruzane, Tehran, h.ş 1376
  • Behbudi, Hidayətullah, Şərhe ism, Tehran, Müəssiseye mutaliat və pejuheşhaye siyasi, h.ş 1391
  • Tarixe üləmaye Xorasan, Mirza Əbdür-Rəhman, Məşhəd, h.ş 1341
  • Cəlali, Ğulamrza, Məşhəd dər bamdade nehzəte İslami, Tehran, h.ş 1378
  • Xamenei, Seyiid Əli Hüseyni, Ğina, Tehran, Fiqhe ruz, h.ş 1398
  • Neqahi qozəra be zendeginameye Həzrət Ayətullahul-üzma Seyid Əli Hüseyni Xamanei, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi, Mətləbin dərc olma tarixi: 1 Fərvərdin h.ş 1393; Baxış tarixi: 1 Mordad h.ş 1402
  • Zəngene Qasim Abadi, İbrahim, Məşahire mədfun dər Hərəme Rəzəvi: Alimane dini, Məşhəd, Bunyade pejuheşhaye astane Qodse Rəzəvi, h.ş 1382
  • Şərif Razi, Məhəmməd, Qoncineye Daneşməndan, Tehran, h.ş 1354
  • Sülhmirzayi, Səid, Fələstin əz mənzəre Həzrət Ayətullahul-üzma Seyid Əli Xamenei, Tehran, İslam inqilabı nəştiyyatı, h.ş 1397
  • Qasimpur, Davud, Dəhe sər neveştsaz, Mərkəze isnade inqilabe İslami
  • Konqreyi beynəl-miləli əndişehaye Qurani İmam Xamenei bərqozar şod, Keyhan jurnalı, 13 Ordubehişt h.ş 1403
  • Qolşəne əbrar, Bir qrup Qum elmi-dini hövzənin araşdırmaçılarının səyi ilə, Məruf nəşri, h.ş 1379
  • Haşimi Rəfsəncani, Əkbər, Durane mübarize, Möhsin Haşiminin səyi ilə, Tehran, Dəftəre nəşre məarife inqilab, h.ş 1376
  • Yarane imam be rəvayəte isnade Savak, Tehran, Mərkəze bərresi isnade tarixi vəzarate ettelaat, h.ş 1376-1382
  • Xamenei, Seyyid Əli Hüseyni, Tərhe kulli əndişeye islami dər Quran, Tehran, Müəssiseye fərhəngi iymane cihadi, 2-ci çap, h.ş 1392
  • Neqahi qozəra be zendeginameye Həzrət Ayətullahul-üzma Seyid Əli Hüseyni Xamanei, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi, Mətləbin dərc olma vaxtı: 1 Fərvərdin h.ş 1393, Baxış tarixi: 13 Xordad h.ş 1400
  • Nameye Həzrət Ayətullah Xamenei be daneşcuyan hamiye mərdome Fələstin dər Daneşqahhaye ABŞ, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi, Baxış tarixi: 10 Xordad h.ş 1403
  • Mururi bə namqozariye salha dər qoftequ ba muşavire ali rəhbəre inqilab, İmna xəbər saytı, Mətləbin dərc olma vaxtı: 29 isfənd h.ş 1402; Baxış tarixi: 20 Tir h.ş 1403
  • Bəyanate Həzrət Ayətullah Xamenei dər didare mərdome Səqz, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi, Mətləbin dərc olma vaxtı: 29 Ordubehişt h.ş 1388; Baxış tarixi: 20 Tir h.ş 1403
  • Bəyanate Ayətullah Xamenei dər didare cəmi əz karqozarane fərhəngi, Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamaneinin rəsmi internet adresi, Mətləbin dərc olma tarixi: 21 Mordad h.ş 1371; Baxış tarixi: 27 Tir h.ş 1403
  • Astane İmamzadeye Məhəmməd, isna.ir saytı, Mətləbin dərc olma vaxtı: 14 Azər h.ş 1396; Baxış tarixi: 8 Şəhrivər h.ş 1403

Xarici keçidlər