Məzmuna keç

Meyitin dəfn edilməsi

wikishia saytından
(Dəfn səhifəsindən yönləndirilmişdir)
Meyitin dəfn edilməsi

Meyitin dəfn edilməsi, (ərəbcə: الدفن) yəni onun torpağa tapşırılması deməkdir. Meyitin dəfni vacibi kifai əməllərdəndir ki, qüsl, kəfənmeyit namazından sonra yerinə yetirilməlidir. Rəvayətlərə əsasən, meyitin dəfn olunmasının fəlsəfəsi – müsəlman cənazəsinin hörmətini qorumaq, insanlara əziyyət verməmək və cənazənin çürüyərək fəsad törətməsinin qarşısını almaqdır.

Meyitin dəfni ilə bağlı müəyyən qayda və hökmlər mövcuddur ki, onların bəziləri vacib, bəziləri isə müstəhəbdir. O cümlədən, meyitə təlqin oxumaq“Leylətud-dəfn” namazını qılmaq bu əməllərdəndir.

Tərifi və əhəmiyyəti

Meyitin dəfni – meyitin qəbirə elə şəkildə yerləşdirilməsidir ki, vəhşi heyvanlar cənazəni çıxara bilməsin və onun iyi diri insanlara əziyyət verməsin.[1] Meyitlərin dəfni vacibi kifaidir[2] və bu məsələ “Tövzihul-məsail” risalələrinin meyitlərə aid hökmlər bölməsində[3] və ya “Əl-Cənaiz” kitabı kimi fiqh və hədis kitablarında[4] qeyd olunur.

Fəlsəfəsi

Hədislərdə cənazəyə hörmətin qorunması, cəsədin pozulmasının insanların gözləri qarşısında aşkar olmaması, pis qoxunun yayılaraq insanları narahat etməsinin qarşısının alınması, düşmənlərin məzəmmətindən və dostların kədərindən uzaq qalmaq kimi məsələlər dəfnin hikməti olaraq qeyd olunmuşdur.[5] Qabil, Habili öldürdükdən sonra cəsədi ilə nə edəcəyini bilmirdi; buna görə Allahın əmri ilə iki qarğa bir-biri ilə vuruşdu, biri digərini öldürdü və dimdiyi ilə bir çuxur qazaraq onu oraya dəfn etdi.[6]

Vacib hökmləri

Dəfnlə bağlı bəzi vacib hökmlər bunlardır:

Qayda və müstəhəbləri

Fiqhi mənbələrdə meyitin dəfnindən əvvəl, dəfn zamanı və sonra bəzi qaydalar qeyd olunmuşdur. Bunlara aşağıdakılar daxildir:

  • Meyitə təlqin demək (meyitin çiynindən tərpədərək onun adını çəkmək və xüsusi zikrlər oxumaq)
  • Cənazəni qəbrə yaxın bir yerdə yerə qoymaq və bir neçə dəfə qaldırıb yerə qoyaraq qəbrə aparmaq
  • Meyiti qəbrə qoyarkən xüsusi dua oxumaq
  • Qadın meyitini böyrü üstə, kişi meyitini isə baş tərəfdən qəbrə salmaq
  • Kəfənin düyünlərini açmaq və meyitin üzünü torpağa qoymaq
  • Meyiti ən yaxın qəbiristanlıqda dəfn etmək; əgər başqa bir qəbiristanlıqda alim və saleh şəxslərin məzarı varsa və ya xalqın fatihə demək üçün ziyarət etdiyi yer olsa, orada dəfn etmək üstünlük təşkil edə bilər
  • Dəfn yerinin müəyyənləşdirilməsi və meyitin adının oraya yazılması
  • Dəfndən sonra üç gün ərzində meyitin yaxınlarına yemək göndərmək; onların yeməyindən yemək isə məkruhdur
  • Dəfnin ilk gecəsi “Leylətüd-Dəfn” namazını qılmaq
  • Meyitin yaxınlarını təsəlli vermək[12]
  • Meyiti dəfndən əvvəl müqəddəs ziyarətgahlara aparmaq[13]
  • Torpaq meyitə dəyməsin deyə qəbrin içində, (qiblə tərəfində düzbucaqlı şəkildə) “ləhəd” qazmaq[14]

Dənizdə ölən şəxsin hökmü

Əgər bir şəxs dənizdə ölərsə və cəsədi sahilə çatana qədər xarab olarsa, cənazə yuyulub, kəfənlənib və meyit namazı qılındıqdan sonra xüsusi qaydalarla dənizə atılır. Eyni zamanda düşmənin onun qəbrini açmaq təhlükəsi olarsa da bu qayda tətbiq olunur.[15]

Qəbir açmağın haram olması

Şiə fiqhində qəbir açmaq (nəbhş) haramdır. Lakin bəzi hallarda, məsələn, meyitin qəsb olunmuş torpaqda və ya qəsb olunmuş kəfənlə dəfn edilməsi, qüsl və kəfənin düzgün yerinə yetirilməməsi, ölüm səbəbinin aydınlaşdırılması üçün meyitin görünməsi haqqının olması,[16] meyitin hörmətinin aradan getməsinə səbəb olan yerlərdə (müsəlmanın kafir qəbiristanlığında dəfn olunması kimi hallarda) dəfn edilməsi qəbirin açılmasını caiz edir.[17]

İstinadlar

  1. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.112-113
  2. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.32
  3. Nümunə üçün baxın: Məkarim Şirazi, Risaleye Tozihul-məsail, h.q 1429, s.96
  4. Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.111-264; Tusi, Əl-Məbsut, h.q 1387, c.1, s.174
  5. Nümunə üçün baxın: Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.3, s.141
  6. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.1, s.138; Baxın: Maidə surəsi, ayə 31
  7. Nümunə üçün baxın: Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.4, s.118-263
  8. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.113
  9. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.115
  10. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.115
  11. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.114, s.24
  12. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.118-125
  13. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.4, s.344
  14. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.4, s.301
  15. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.113-114
  16. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.4, s.353-359
  17. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.135

Ədəbiyyat

  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-beyt müəssisəsi, h.q 1409
  • Təbatəbai Yəzdi, Seyid Məhəmməd Kazim, Əl-Ürvətul-vüsqa, Beyrut, h.q 1419
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, h.q 1387
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsut, Tehran, h.q 1387
  • Məkarim Şirazi, Nasir, Risaleye Tozihul-məsail, Qum, 52-ci çap, h.q 1429
  • Nəcəfi, Məhəmməd Həsən ibn Baqir, Cəvahirul-kəlam, Təhqiq: Abbas Quçani, Beyrut, h.ş 1362

Xarici məqalələr