Qədir-Xum

wikishia saytından
(Qədir-xum səhifəsindən yönləndirilmişdir)
Qədir-Xum məkanının təsviri

Qədir-Xum, (ərəbcə: غدير خم) Məkkədən Mədinəyə gedən yolda və hacıların ehram bağladığı beş miqatdan biri sayılan Cöhfənin yaxınlığında yerləşir ki, hicri qəməri tarixi ilə zil-hiccə ayının 18-i Peyğəmbər (s) bu yerdə İmam Əlini (ə) vəli və öz yerinə canişin olaraq müsəlmanlara tanıtdırdı.

Qədir-Xum məkanının coğrafi nöqtəsi

Qədir-Xumun coğrafiyası

Qədir-Xum, Cöhfənin dörd kilometrliyində yerləşən gölməçənin adıdır[1] Cöhfə, təxminən Məkkənin şimal qərbinin 200 km-də yerləşir və hacıların ehram bağladığı beş miqat yerlərindən biridir.[2] Məlum məkan bir az su və bir neçə ağacına görə, karvanların dayanacaq və istirahət yerlərindən olmuşdur.[3]

Hadisələr

Hicri-qəməri tarixi ilə onuncu ili zil-həccə ayının 18-i, Peyğəmbər (s) bu məkanda, Əmirəl-möminini vəli və öz yerinə canişin olaraq xalqa tanıtdırdı. Bu hadisə Qədir hadisəsi kimi tanınmışdır.

İstinadlar

  1. İbn Mənzur, Lisanul-ərəb, Qədir kəlməsi
  2. Əl-Həməvi, Mucəmul-buldan, c.2, s.111
  3. İbn Xəllikan, Vəfəyyatəl-əyan, h.ş 1394, c.5, s.231

Ədəbiyyat

  • İbn Xəllikan, Əhməd ibn Muhəmməd, Vəfəyyatəl-əyan, Muhəqqiq: Ehsan Əbbas, Qum, h.ş 1364
  • İbn Mənzur, Muhəmməd ibn Mukrim, Beyrut, Daru Sadir
  • Yaqut Həməvi, Mucəmul-buldan, Beyrut, Daru Sadir, m. 1995