Taslim:Əhli-Beyt Ümumdünya Assambleyası
![]() Əhli-Beyt Ümumdünya Assambleyasının loqosu | |
| Təsis olunub | H.ş 1399 (1990) |
|---|---|
| Yaradan | Seyid Əli Xamenei |
| Yanaşımı | İslam birliyinin möhkəmləndirilməsi və dünyada Əhli‑Beyt (ə) ardıcıllarının dəstəklənməsi |
| Fəaliyyət növü | Təhsil, təbliğ və araşdırma |
| Fəaliyyət sahəsi | Beynəlxalq |
| Hədəfləri | İslamın tanıtdırılması, Quran və Əhli-beyt (ə) məarifinin yayılması, İslam məzhəblərinin yaxınlaşdırılması və dünyada Əhli-beyt ardıcıllarının himayə olunması |
| Baş katib | Rza Rəmazani Gilani |
| Vəziyyət | Aktiv |
| Bağlı mərkəzlər | Əhli-beyt (ə) xəbər agentliyi, Əhli-Beyt Ümumdünya Assambleyasına bağlı Əhli-beyt məktəbinin virtual ensiklopediyası |
| Sayt | http://www.ahl-ul-bayt.org |

Əhli-Beyt Ümumdünya Assambleyası (ərəbcə: المجمع العالمي لأهل البيت عليهم السلام) İslamın tanıdılması, Quran və Əhli‑Beyt (ə) maarifinin yayılması, İslam birliyinin möhkəmləndirilməsi və dünyada Əhli‑Beyt (ə) ardıcıllarının dəstəklənməsi məqsədilə yaradılmış qeyri‑hökumət təşkilatıdır. Bu qurum şəmsi təqvimi ilə 1369‑cu ildə (1990) İran İslam İnqilabının Rəhbəri Seyid Əli Xameneinin dəstəyi ilə fəaliyyətə başlamışdır. Assambleyanın baş katibi İslam İnqilabının Ali Rəhbəri tərəfindən təyin olunur. Hazırda bu vəzifəni Rza Rəməzani Gilani icra edir.
Tarixçə, məqsədlər və struktur
Əhli‑Beyt Ümumdünya Assambleyası şəmsi təqvimi ilə 1369‑cu ilin dey ayının 10‑da təsis edilmişdir.[1] Bundan əvvəl 300 nəfər müsəlman alim, xüsusilə Əhli‑Beyt (ə) ardıcılları Tehranda keçirilən bir toplantıda iştirak etmiş və daha sonra İslam İnqilabının Rəhbəri Seyid Əli Xameneidən Assambleyanın yaradılması üçün icazə almışdılar.[2]
Əhli‑Beyt Ümumdünya Assambleyasının elan olunmuş əsas məqsədlərindən bəziləri bunlardır:
- İslamın, Peyğəmbərin (s), Quranın və Əhli‑Beytin (ə) məqamının müdafiəsi
- İslam ümməti arasında, xüsusilə Əhli‑Beyt (ə) ardıcılları arasında birliyin dərinləşdirilməsi və möhkəmləndirilməsi
- Dünyadakı müsəlmanların və Əhli‑Beyt (ə) ardıcıllarının hüquqlarının müdafiəsi
- Əhli‑Beyt (ə) ardıcıllarının maddi və mənəvi infrastrukturunun inkişafı
- Əhli‑Beyt (ə) ardıcıllarını media məhrumiyyəti, elmi və iqtisadi gerilikdən çıxarmaq
Bütün insanlar və xalqlar arasında sülh, dostluq, əməkdaşlıq və həmrəylik üçün səy göstərmək.[3] Əhli‑Beyt Ümumdünya Assambleyasının baş katibi bu qurumun ən yüksək icraedici vəzifəsidir və təsdiqlənmiş siyasətlərin icrası üçün Vəliyyi-Fəqihin hökmü ilə təyin olunur.[4] İndiyədək Əhli‑Beyt Ümumdünya Assambleyasında beş baş katib fəaliyyət göstərmişdir:
- Məhəmmədəli Təsxiri (şəmsi təqvimi ilə 1369‑cu ilin ordibehişt ayından)
- Əliəkbər Vilayəti (şəmsi təqvimi ilə 1378‑ci ilin mordad ayından)
- Məhəmmədmehdi Asəfi (şəmsi təqvimi ilə 1381‑ci ilin mehr ayından)
- Məhəmmədhəsən Əxtəri (şəmsi təqvimi ilə 1383‑cü ilin fərvərdin ayından)[5]
- Rza Rəməzani Gilani (şəmsi təqvimi ilə 1398‑ci ilin şəhrivər ayından).[6]
Fəaliyyətlər
- Əs‑Səqləyn kanalı: Əs‑Səqləyn peyk televiziya kanalı ərəb və ingilis dillərində fəaliyyət göstərir. Bu kanal rəsmi olaraq Hollandiyada qeydiyyatdan keçmiş, əsas ofisi isə Türkiyədə yerləşir. Kanalın məqsədlərindən biri müxtəlif ictimai təbəqələr üçün İslami məzmun istehsal etməkdir. Bu kanal şəmsi təqvimi ilə 1388‑ci ildə (2009) təsis olunmuşdur.
- Elmi və mədəni konfranslar və sərgilər: Əhli‑Beyt (ə) mədəniyyətinin yayılması və İslam dünyası alimlərinin fikri‑əqidəvi mövzularda iştirakı üçün müxtəlif milli, regional və beynəlxalq tədbirlər təşkil edilir. Bunlara aşağıdakılar daxildir:
- İmam Həsən Müctəba (ə) Beynəlxalq Konqresi: Bu konqresin məqsədi Əhli‑Beyt (ə) sirəsinə (həyat tərzi) bağlılığın gücləndirilməsi, Əhli‑Beyt (ə) baxışı əsasında dini kimlik şüurunun formalaşdırılması, İmam Həsən (ə) şəxsiyyətinin hərtərəfli tanıdılması və onun sülh və böhran idarəçiliyi nəzəriyyəsinin izahıdır.
- Peyğəmbər Əzəm (s) Böyük Mükafatı: Bu mədəni‑sənət festivalı dini müdafiə üçün sənət vasitələrindən istifadə məqsədilə təsis edilmişdir. İlk mərhələ şəmsi təqvimi ilə 1392–1393‑cü illərdə “Rəhmət və ədalət peyğəmbəri Məhəmməd Mustafa (s)” mövzusu ilə keçirilmişdir.[7]
- Qüds Günü Beynəlxalq Karikatura Festivalı: Qüds Günü Beynəlxalq Karikatura Festivalının birincisi Hicri-qəməri təqvimi ilə 1435‑ci ildə ramazan ayında “Qüds günü – İslam ümmətinin birlik və müqavimət günü” şüarı ilə təşkil olunmuşdur.[8]
- Əhli‑Beyt (ə) həyat tərzi üzrə elmi‑tədqiqat konfransı, İmam Səccad (ə) beynəlxalq konfransı Əhli-Beyt Ümumdünya Assambleyasının birbaşa təşkilatçılığı ilə keçirilmişdir.[9] Şiə həkimləri beynəlxalq konqresi isə Assambleyanın iştirakı ilə təşkil olunmuşdur.[10] Həmçinin Əhli-Beyt Ümumdünya Assambleyası ilə əlaqəli mədəni mərkəzlərin sərgisində beynəlxalq sahədə aktiv olan mədəni qurumlar da iştirak etmişdir. Bir həftə davam edən bu sərgi, şəmsi təqvimi ilə 1393‑cü ilin bəhmən ayının əvvəlində keçirilmişdir.[11]
- Həzrət Əbu Talib (ə) Beynəlxalq Konfransı: Bu konfrans Əbu Talibin – İmam Əlinin (ə) atasının – şəxsiyyətini uca tutmaq məqsədilə şəmsi təqvimi ilə 1399‑cu ilin isfənd ayında Qum şəhərində keçirilmişdir.
- Xeyriyyə və ictimai mərkəzlərin qurulması və dəstəklənməsi: Assambleya xeyriyyəçilərin dəstəyi ilə aşağıdakı sahələrdə fəaliyyət göstərir: Məscidlərin və hüseyniyyələrin tikintisi, Qərzül‑həsənə fondlarının yaradılması, Dini mərkəzlərin qurulması, Məktəblər və kitabxanaların inşası, Tibb mərkəzləri və uşaq sığınacaqlarının dəstəklənməsi. Bu fəaliyyətlər Assambleyanın mədəni və sosial proqramlarının əsas hissəsini təşkil edir.[12]
- Şiə qrupları ilə əlaqələr: Əhli‑Beyt Ümumdünya Assambleyası on iki imamçı şiələrlə yanaşı digər şiə firqələri ilə də əlaqə saxlayır.[13]
- VikiŞiə: VikiŞiə — Əhli‑Beyt (ə) məktəbinin tanıdılması və İslam–şiə maarifinin yayılması sahəsində fəaliyyət göstərən onlayn ensiklopediyadır. Bu ensiklopediya şəmsi təqvimi ilə 1392‑ci ilin xordad ayında fəaliyyətə başlamış və hazırda 22 dildə aktivdir. Fars dilində 9,570 məqalə mövcuddur.
- Nəşr, tərcümə və sərgilərdə iştirak: Əhli‑Beyt Ümumdünya Assambleyası və ona bağlı Əhli‑Beyt mərkəzləri tərəfindən tədqiq və nəşr olunan kitabların ümumi sayı şəmsi təqvimi ilə 1394‑cü ilin yayına qədər təxminən 1800 adda olmuşdur.[14] Assambleyanın kitabları indiyədək 55 dilə tərcümə edilmişdir.[15] Bundan əlavə, Əhli‑Beyt Ümumdünya Assambleyanın nəşriyyatı dünyanın müxtəlif bölgələrində keçirilən kitab sərgilərində iştirak etmişdir.[16]
- Kitabxana və sənədlər mərkəzi: Əhli‑Beyt (ə) kitabxanası və sənədlər mərkəzində 30 minə yaxın kitab, jurnal və tədqiqat sənədi mövcuddur.[17]
- Jurnalların nəşri: Əhli‑Beyt Ümumdünya Assambleyası öz mədəni‑təbliğ missiyası çərçivəsində Əhli‑Beyt (ə), İntizar, Bəlağ, Pəyami Səqələyn, Pəyami Zeynəb, Tövhid, Zəvil‑Qürba, Səlam, Tuba, Fereştegane kuçək (Kiçik mələklər), Fəryad, Qiblə, Kövsər, Gəncineyi Məcmə kimi bəzi məqamlarda çap edilən bir sıra jurnalları müxtəlif ölkələr və dillərdə nəşr edir. Assambleya həmçinin bir sıra digər İslami jurnalların nəşrinə də dəstək verir.[18]
- Kitabxanaların təchiz edilməsi: Əhli‑Beyt Ümumdünya Assambleyası şiə icmalarını mədəni cəhətdən dəstəkləmək məqsədilə dünyada müxtəlif bölgələrdə çoxsaylı kitabxanaları təchiz və maliyyələşdirmişdir.[19]
- Təbii fəlakətlərdə dəstək: Əhli‑Beyt Ümumdünya Assambleyası fövqəladə hadisələr zamanı üzvlərini və əlaqəli qurumları səfərbər edərək, həm maddi, həm də qeyri‑maddi yardımlar toplayır və onların ədalətli və düzgün şəkildə paylanmasına nəzarət edir.[20]
- ABNA xəbər agentliyi: Bu xəbər agentliyi (ABNA), dünya şiələrinin xəbərlərini əks etdirmək və şiə icmalarını bir‑birinin vəziyyətindən agah etmək məqsədilə şəmsi təqvimi ilə 1383‑cü ildə üç dildə təsis edilmişdir. Hazırda 24 dildə fəaliyyət göstərir və ən çox izlənən şiə xəbər agentliyi hesab olunur.[21]
- İslami proqram təminatlarının istehsalı: Əhli‑Beyt Ümumdünya Assambleyası müxtəlif dillərdə elmi proqramlar və multimedia (çoxmedialı) kompakt disklər hazırlayır.[22]
- Bədii əsərlərin istehsalı: Əhli‑Beyt Ümumdünya Assambleyasının bədii bölməsi ayə və rəvayətlərdən ilhamlanmış onlarla qiymətli dini tablo hazırlamışdır. Bu əsərlərin toplusu bir cildlik kitab şəklində də nəşr olunmuşdur.[23]
- Əhli‑Beyt (ə) maarifinin beynəlxalq kanalı: Əhli‑Beyt (ə) beynəlxalq maarif kanalı şəmsi təqvimi ilə 1402‑ci ildə yaradılmış bir sistemdir və məqsədi müxtəlif dillərdə Əhli‑Beyt (ə) maarifinin təqdim olunması üçün standart bir kanal yaratmaq, həmçinin virtual mühitdə Əhli‑Beyt (ə) maarifinin semantik (mənəvi‑məzmunsal) kanalını formalaşdırmaqdır.
- ŞiəData: ŞiəData, Əhli‑Beyt (ə) məktəbinə aid maarifin internet bazası və məlumatlar anbarıdır. Bu platforma əsasən VikiŞiə və VikiTurasın məlumatlarını ehtiva edir. Gələcəkdə bu sistemin “şiə məlumat mühərriki”nə çevrilməsi planlaşdırılır ki, saytlar, proqramlar, tətbiqlər, süni intellekt və digər xidmətlər ona əlavə edilə bilsin.
- VikiTuras: VikiTuras, Əhli‑Beyt (ə) məktəbinə aid bütün yazılı irsin (çap və əlyazma) kitablar, məqalələr, dissertasiyalar, dini ədəbiyyat, sənədlər və s.) toplanması, yayımlanması və maksimum şəkildə tərcümə olunması məqsədilə yaradılmış onlayn kitabxanadır.
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Hairi, Ruzşomare şəmsi, h.ş 1386, s.698
- ↑ «معرفی مجمع جهانی اهل بیت(ع)», "Müərrifiye məcmə cəhaniye Əhli-beyt (ə)", Əhli-Beyt Ümumdünya Assambleyasının saytı
- ↑ Məcmə cəhaniye Əhli-beyt (ə), Aşinayi ba məcmə cəhaniye Əhli-Beyt (ə), s.8
- ↑ Aşinayi ba məcmə cəhaniye Əhli-Beyt (ə), s.9
- ↑ Aşinayi ba məcmə cəhaniye Əhli-Beyt (ə), s.9
- ↑ «انتصاب حجتالاسلام رمضانی بهعنوان دبیرکل مجمع جهانی اهلبیت(ع)», İntisabe Höccətül-islam Ramazani be unvane dəbire kul Məcmə cəhaniye Əhli-beyt (ə), Ayətullah Xameneinin əsərlərinin qorunması və nəşri adına müəssisə
- ↑ Aşinayi ba məcmə cəhaniye Əhli-Beyt (ə), s.64
- ↑ Aşinayi ba məcmə cəhaniye Əhli-Beyt (ə), s.64
- ↑ پایگاه همایش بین المللی امام سجاد زین العابدین(ع)., "Payqahe himayeş beynəl-miləli İmam Səccad Zeynulabidin (ə)", imamsajjad.net saytı
- ↑ Aşinayi ba məcmə cəhaniye Əhli-Beyt (ə), s.24
- ↑ «اولین همایش و نمایشگاه خانواده بینالملل اسلامی برگزار شد», "Əvvəlin himayeş və nümayeşqahe xanavade beynəlmiləle İslami bərqozar şod", ABNA xəbər agentliyi
- ↑ Aşinayi ba məcmə cəhaniye Əhli-Beyt (ə), s.2
- ↑ Aşinayi ba məcmə cəhaniye Əhli-Beyt (ə), s.29
- ↑ Aşinayi ba məcmə cəhaniye Əhli-Beyt (ə), s.35
- ↑ Aşinayi ba məcmə cəhaniye Əhli-Beyt (ə), s.36
- ↑ Aşinayi ba məcmə cəhaniye Əhli-Beyt (ə), s.38
- ↑ Aşinayi ba məcmə cəhaniye Əhli-Beyt (ə), s.39
- ↑ Aşinayi ba məcmə cəhaniye Əhli-Beyt (ə), s.40
- ↑ Aşinayi ba məcmə cəhaniye Əhli-Beyt (ə), s.50
- ↑ Aşinayi ba məcmə cəhaniye Əhli-Beyt (ə), s.56
- ↑ Aşinayi ba məcmə cəhaniye Əhli-Beyt (ə), s.58-59
- ↑ Aşinayi ba məcmə cəhaniye Əhli-Beyt (ə), s.63
- ↑ Aşinayi ba məcmə cəhaniye Əhli-Beyt (ə), s.65
Ədəbiyyat
- Aşinayi ba məcmə cəhaniye Əhli-Beyt (ə), Qum, Əhli-Beyt Ümumdünya Assambleyası, 5-ci çap, 2015
- سایت معاونت فرهنگی مجمع جهانی اهل بیت(ع), Əhli-Beyt Ümumdünya Assambleyasının mədəniyyət üzrə saytı
- سایت مجمع جهانی اهل بیت(ع), Əhli-Beyt Ümumdünya Assambleyası
- معرفی مراکز فرهنگی - مجمع جهانی اهل بیت (علیهم السلام), "Əhli-Beyt Ümumdünya Assambleyası-Mədəniyyət mərkəzlərinin tanıdılması", hawzah.net saytı
- «آیتالله شیخ محمد حکیم صمدی دار فانی را وداع گفت», "Ayətullah Şeyx Məhəmməd Həkim Səmədi dünyasını dəyişdi", Rəha xəbər agentliyi, Mətləbin dərc olma vaxtı: 2020\11\19, Baxış tarixi: 2020\11\21
- «شبکه ثقلین با رویکردی جدید به تبلیغ مکتب اهلبیت(ع) میپردازد», "Səqəleyn kanalı Əhli-beyt (ə) məktəbinin təbliği yeni formatda keçirilir", İslam cümhuriyyəti xəbər agentliyi, Mətləbin dərci: 2019\12\30; Baxış: 2023\5\13
- Hairi, Əli, Ruzşomare şəmsi, Qum, Əql ofisi, h.ş 2007
