İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyası
![]() | |
| Təsis olunub | 1990 |
|---|---|
| Yaradan | Seyyid Əli Hüseyni Xamenei |
| Bağlı | Dövlətə bağlı olmayan idarə |
| Yanaşımı | İslam məzhəblərinin yaxınlaşması |
| Fəaliyyət növü | Təhsil, araşdırma və təbliğ |
| Fəaliyyət sahəsi | İslam dünyası |
| Hədəfləri | İslam məarifinin yayılması, Quranı və Peyğəmbərin (s) sünnətinin müdafiə olunması, İslam dünyasının məzhəblərinin alimləri ilə tanışlıq və fikir mübadiləsi aparmaq, İslam məzhəblərinin tərəfdarları arasında şübhələri aradan aparmaq |
| Fəaliyyətləri | Beynəlxalq yaxınlaşmaya aid konfrans və məclislərin keçirilməsi, kitabların, disklərin, jurnalların və qəzetlərin nəşr olunması |
| Məkan | Tehran |
| Baş katib | Həmid Şəhriyari |
| Vəziyyət | Aktiv vəziyyətdə |
| Fəaliyyət dili | Beynəlxalq |
| Bağlı mərkəzlər | İslam məzhəbləri universiteti, Yaxınlaşma mütaliə araşdırma mərkəzi, Təqrib xəbər agentliyi |
| Əsərlər | Risalətut-təqrib jurnalları, Risalətul-İslam, Səqafətut-təqrib... |
| Əlaqəli | Vəhdət həftəsi, Əhli-Beyt Ümumdünya Assambleyası |
| Sayt | http://www.taghrib.org |
İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyası (ərəbcə: المجمع العالمي للتقريب بين المذاهب الإسلامية) İslam dünyasının dini alimlərindən ibarət olan qeyri‑hökumət təşkilatıdır və məqsədi İslam məzhəbləri arasında yaxınlaşmanı yaratmaq üçün çalışmaqdır. Bu qurum şəmsi təqvimi ilə 1369‑cu ildə (1990) İran İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin göstərişi ilə təsis edilmişdir.
Assambleya üç əsas strukturdan ibarətdir: Ümumi Məclis, Ali Şura və Baş katib. Ali Şura üzvləri və baş katib İran İslam İnqilabının Ali Rəhbəri tərəfindən təyin olunur. Təşkilatın mərkəzi İranda yerləşir və hazırda onun baş katibi Həmid Şəhriyaridir.
Təsis
Şəmsi təqvimi ilə 1369‑cu ildə (1990), Tehran şəhərində İslam Təbliğat Təşkilatının təşəbbüsü və İslam dünyasının bir dəstə mütəfəkkirinin iştirakı ilə keçirilən dördüncü İslam Vəhdəti Konfransından sonra, İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneinin göstərişi ilə İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyası rəsmi şəkildə yaradıldı.[1]
Məqsədlər
Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyasının rəsmi saytında qeyd olunan məqsədlər bunlardır:
- İslam mədəniyyəti və maarifinin dirçəldilməsi və genişləndirilməsi, Quran və Peyğəmbər (s) sünnəsinin müdafiəsi
- İslam dünyasının alimləri, mütəfəkkirləri və məzhəb liderləri arasında etiqadi, fiqhi, ictimai və siyasi sahələrdə daha çox tanışlıq və anlaşma yaratmaq
- Yaxınlaşma düşüncəsini İslam dünyasının ziyalıları və mütəfəkkirləri arasında yaymaq və bu fikri müsəlman kütlələrinə çatdırmaq, onları düşmənlərin təfriqə planlarından agah etmək
- İslam məzhəblərində ictihad və istinbat prinsipinin möhkəmləndirilməsi və yayılması
- İslam düşmənlərinin təbliğat və mədəni hücumları qarşısında İslamın qəti prinsipləri əsasında vahid cəbhə yaratmaq
- İslam məzhəblərinin ardıcılları arasında mövcud olan bədgümanlıqları və şübhələri aradan qaldırmaq.[2]
Struktur
İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyasının əsas orqanları bunlardır:
Ümumi Məclis
Ümumi Məclisin üzvləri Ali Şura tərəfindən, İslam məzhəblərinin yaxınlaşması ideyasına tərəfdar olan dünya alimləri və mütəfəkkirləri arasından altı illik müddətə seçilir.[3] Ümumi Məclis aşağıdakı komitələrə malikdir: Müsəlman azlıqlar komitəsi, Təbliğat komitəsi, İslam ümmətinin qarşısındakı problemlər komitəsi, Qadınlar və onların məzhəblərin yaxınlaşdırılmasındakı rolu komitəsi.[4]
Ali Şura
İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyasının Ali Şura üzvləri İran İslam İnqilabının rəhbəri tərəfindən, İslam məzhəblərinin alimləri, mütəfəkkirləri və tanınmış şəxsləri arasından altı illik müddətə təyin olunur.[5]
Ali Şuranın üzvləri
Ali Şuranın üzvləri aşağıdakılardır:
- Möhsin Əraki (İran)
- Məhəmməd İshaq Mədəni (İran)
- Əbdülhadi Avəng (Malayziya)
- Əhməd Məhəmməd əş‑Şami (Yəmən)
- Əbdülkərim Bi‑Azar Şirazi (İran)
- Seyid Həsən Rəbbani (İran)
- Əhməd bin Həmd əl‑Xəlili (Oman)
- Əbdürrəhim Əli (Sudan)
- Məhəmməd Səlim əl‑Ava (Misir)
- Məhəmməd Həsən Əxtəri (İran)
- Mahmud Məhəmmədi İraqi (İran)
- Seyid Sacid Əli Nəqəvi (Pakistan)
- Məhəmməd əl‑Asi (ABŞ) – sədr müavini
- Seyid Musa Musəvi (İran)
- Möhsün Qumi (İran)
- Məhəmməd Baqir Xorrəmşad (İran)
- Nəzir Əhməd Salami (İran)
- Əbdürrəhman Xudai (İran)[6]
Əlbəttə, İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyasının Ali Şurasının bəzi üzvləri, o cümlədən Məhəmmədəli Təsxiri, Məhəmməd Vaezzadə Xorasani, Məhəmməd Asəf Möhsini və Abbasəli Süleymani artıq dünyasını dəyişmişdir.
Baş katib
Baş katib — Assambleyanın ən yüksək icraedici məsuludur və Ali Şuranın təklifi ilə İran İslam İnqilabının Rəhbəri tərəfindən dörd il müddətinə təyin olunur. Məhəmməd Vaezzadə Xorasanı[7] (şəmsi təqvimi ilə 1369–1380), Məhəmmədəli Təsxiri[8] (şəmsi təqvimi ilə 1380–1391) və Möhsin Əraki (şəmsi təqvmi ilə 1391–1398) İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyasının əvvəlki baş katibləri olmuşlar.[9] Şəmsi təqvimi ilə 1398‑ci ilin azər ayının 24‑dən etibarən bu vəzifəni Həmid Şəhriyari icra edir.[10]
Fəaliyyətlər və Assambleyaya bağlı mərkəzlər
İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyası təqrib (yaxınlaşdırma) mövzularında tədris, tədqiqat və informasiya sahələrində fəaliyyət göstərir. Bu fəaliyyətlərə və ona bağlı qurumlara aşağıdakılar daxildir:
- Beynəlxalq konfranslar və toplantılar: Assambleya dünyanın müxtəlif ölkələrində təqrib mövzulu beynəlxalq konfranslar təşkil edir.[11] Ən mühüm tədbirlərdən biri Beynəlxalq İslam Vəhdəti Konfransıdır ki, hər il 12–17 rəbiül‑əvvəl tarixlərində, Vəhdət Həftəsi ilə eyni zamanda keçirilir. Bu konfransda İran və dünyanın müxtəlif bölgələrindən şiə və sünni alimləri və mütəfəkkirləri iştirak edirlər.[12]
- İslam Məzhəbləri Beynəlxalq Universiteti: Bu universitet İslam fiqh və hüquq məzhəblərinin müqayisəli şəkildə tədrisi məqsədilə yaradılmışdır.[13] Onun mərkəzi binası Tehranda yerləşir və Zəhedan, Sənəndəc və Bəndərabbas şəhərlərində filialları vardır.
- Təqrib Araşdırmaları Tədqiqat Mərkəzi: Bu tədqiqat mərkəzi üç araşdırma institutundan ibarətdir: Fiqh və Hüquq Araşdırmaları, Tarix və Rical Araşdırmaları, Quran və Hədis Araşdırmaları[14] Mərkəzin binası Qum şəhərində yerləşir.
- Nəşriyyat: İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyası aşağıdakı jurnalları nəşr edir: Risalətut‑Təqrib, Risalətul‑İslam, Səqafətut‑Təqrib, Peyki Təqrib: Əndişeye Təqrib,[15] İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyasının rəqəmsal kitabxanasında ərəb və fars dillərində 126 adda kitab təqdim olunmuşdur.[16]
- Təqrib Xəbər Agentliyi: Bu xəbər agentliyi təqrib mövzularına dair İslam dünyasının xəbərlərini fars, ərəb, ingilis, urdu və fransız dillərində yayımlayır.[17]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ «درباره مجمع», Taghrib saytı
- ↑ «درباره مجمع», Taghrib saytı
- ↑ «درباره مجمع», Taghrib saytı
- ↑ «۱۵۰ سال تلاش برای تقریب مذاهب اسلامی بینالملل», Mobahesat saytı
- ↑ «درباره مجمع», Taghrib saytı
- ↑ «مجمع تقریب مذاهب بنا به درخواست شیعیان جهان از رهبری، تشکیل شد», İrna saytı
- ↑ انتصاب شیخ محمد واعظ زاده به سمت دبیرکلی مجمع تقریب بین مذاهب اسلامی, khamenei.ir saytı
- ↑ انتصاب حجتالاسلام والمسلمین تسخیری به سمت دبیرکلی مجمع تقریب مذاهب اسلامی, khamenei.ir saytı
- ↑ انتصاب حجتالاسلام والمسلمین اراکی به سمت دبیرکلی مجمع تقریب مذاهب اسلامی, khamenei.ir saytı
- ↑ انتصاب حجتالاسلام حمید شهریاری به دبیرکلی مجمع تقریب مذاهب اسلامی, khamenei.ir saytı
- ↑ فعالیتهای معاونتهای مجمع جهانی تقریب مذاهب اسلامی-معاونت بینالملل, Taghrib saytı
- ↑ «۱۵۰ سال تلاش برای تقریب مذاهب اسلامی بینالملل», Mobahesat saytı
- ↑ «دانشگاه مذاهب اسلامی», Taghrib saytı
- ↑ «پژوهشگاه مطالعات تقریبی», Taghrib saytı
- ↑ «انتشارات مجمع جهانی تقریب», Taghrib saytı
- ↑ «مجموعه آثار مجمع جهانی تقریب مذاهب اسلامی», Noorsoft saytı
- ↑ «درباره ما», Taghribnews saytı
Ədəbiyyat
- انتصاب شیخ محمد واعظ زاده به سمت دبیرکلی مجمع تقریب بین مذاهب اسلامی, (İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyasının baş katibi Şeyx Məhəmməd Vaezzadə təyin olundu), khamenei.ir, Ayətullah Xameneinin rəsmi internet adresi, Baxış: 23/8/2026
- انتصاب حجتالاسلام والمسلمین تسخیری به سمت دبیرکلی مجمع تقریب مذاهب اسلامی, (İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyasının baş katibi Məhəmmədəli Təsxiri təyin olundu), khamenei.ir, Ayətullah Xameneinin rəsmi internet adresi, Mətləbin dərc olma vaxtı: 9/22/2021, Baxış: 23/8/2026
- انتصاب حجتالاسلام والمسلمین اراکی به سمت دبیرکلی مجمع تقریب مذاهب اسلامی, (İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyasının baş katibi Höccətül-islam Əraki təyin olundu), khamenei.ir, Ayətullah Xameneinin rəsmi internet adresi, Mətləbin dərc olma vaxtı: 7/14/2012; Baxış: 23/8/2026
- انتصاب حجتالاسلام حمید شهریاری به دبیرکلی مجمع تقریب مذاهب اسلامی, (İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyasının baş katibi Höccətül-islam Həmid Şəhriyari təyin olundu), khamenei.ir, Ayətullah Xameneinin rəsmi internet adresi, Mətləbin dərc olma vaxtı: 12/15/2019; Baxış: 23/8/2026
- «۱۵۰ سال تلاش برای تقریب مذاهب اسلامی بینالملل», (Beynəlxalq İslam məzhəblərinin yaxınlaşması üçün 150 illik səy), Mobahesat, Mətləbin dərc olma vaxtı: 12/15/2014; Baxış: 23/8/2026
- «درباره ما», (Bizim barədə), Təqrib Xəbər Agentliyi, Baxış: 23/8/2026
- «مجمع تقریب مذاهب بنا به درخواست شیعیان جهان از رهبری، تشکیل شد», (Dünya şiələri İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyasının təşkil olunmasını rəhbərdən istədi və təşkil oldu), irna.ir saytı, Mətləbin dərc olma vaxtı: 1/24/2020; Baxış: 23/8/2026
- «مجموعه آثار مجمع جهانی تقریب مذاهب اسلامی», (İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyasının əsərlərinin məcmuəsi), İslam elmləri komputer təhqiqat mərkəzi, Mətləbin dərc olma vaxtı: 12/222025; Baxış: 23/8/2026
- «انتشارات مجمع جهانی تقریب», (İslam Məzhəblərinin Assambleyasının nəşriyyatı), Taghrib.org saytı, İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyası, Baxış: 23/8/2026
- «دانشگاه مذاهب اسلامی», (İslam məzhəblərinin universiteti), Taghrib.org saytı, İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyası, Baxış: 23/8/2026
- «درباره مجمع», (Məcmə barəsində), Taghrib.org saytı, İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyası, Baxış: 23/8/2026
- فعالیتهای معاونتهای مجمع جهانی تقریب مذاهب اسلامی-معاونت بینالملل, (İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyasının fəaliyyətləri), İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyası, Baxış: 23/8/2026
- «پژوهشگاه مطالعات تقریبی», (Təqrib Araşdırmaları Tədqiqat Mərkəzi), İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyası, Baxış: 23/8/2026
Xarici keçid
- وبگاه مجمع جهانی تقریب مذاهب اسلامی, (İslam Məzhəblərinin Yaxınlaşdırılması üzrə Dünya Assambleyasının rəsmi internet adresi)
