Beynəlxalq Qüds günü
Keçirilmə zamanı | Ramazan ayının son cüməsi |
---|---|
Tarixinin mənşəyi | İmam Xomeyninin çağırışı |
Beynəlxalq Qüds günü (ərəbcə: يوم القدس العالمي) və ya Qüds günü Ramazan ayının son cüməsidir ki, İmam Xomeyni (r.ə) şəmsi təqvimi ilə 1358-ci ildə (Ramazan 1399-cu hicri və1979 miladi) Fələstin xalqına dəstək olmaq üçün onu rəsmi gün hesab etmiş və dünya müsəlmanlarından sionist rejim və onun havadarlarının əlini kəsmək üçün bir araya gəlmələrini istəyib. Ramazan ayının son cüməsinin Qüds günü adlandırılması bir çox ziyalılar və sənət adamları tərəfindən dəstəklənib. Habelə bu gün İrandan əlavə, dünyanın müxtəlif ölkələrində də Qüds günü yürüşləri keçirilir. Xəbər mənbələrinin verdikləri məlumata görə, bu rəqəm dünyanın müxtəlif qitələrində 80 ölkəyə çatır.
Beynəlxalq Qüds Günü Karikatura Festivalı İranda 2014, 2018 və 2022-ci illərdə keçirilib.
Tarix və yer
Qüds Günü və ya Ümumdünya Qüds Günü İmam Xomeyni (r.ə) tərəfindən Fələstin xalqına dəstək üçün rəsmi bir gün olaraq adlandırılmışdır; İmam Xomeyni (r.ə) hicri 1399-cu il Ramazan ayının 13-də (7 avqust 1979-cu il) İran və dünya müsəlmanlarına müraciətində Ramazan ayının son cüməsini Qüds günü adlandırıb. Habelə dünya müsəlmanlarından və İslam hökumətlərindən istəyib ki, İsrail hökumətinin və onun tərəfdarlarının əllərini qısaltmaq üçün birləşsinlər.[1] Sözügedən mesaj İsrail qüvvələrinin Əl-Əqsa məscidinə hücumuna və həmçinin Livanın cənubunu bombalamasına cavab olaraq verilib.[2]
1979-cu ildə Tehranda keçirilən ilk Qüds günü yürüşündən sonra Fələstinin İrandakı səfiri Yasir Ərəfatın mesajını oxudu. İran Müvəqqəti Hökumətinin Baş Naziri Mehdi Bazarqan, Suriya Xarici İşlər Naziri Əbdül-Həlim Xuddam, Seyid Əli Xamenei və Məhəmməd Müctəhid Şəbustəri də çıxış etdilər.[3] Qüds günü mərasimindən əvvəl aralarında Dariuş Aşuri, Dariuş Şayqan, Simin Daneşvər, Dariuş Mehrcui və Əhməd Şamlu da daxil olmaqla 25 yazıçı və ziyalı bütün azadlıq və demokratiya döyüşçüləri ilə birlikdə Qüds günü yürüşünə qatılacaqlarını açıqladı.[4]
İran İslam Cümhuriyyətinin rəhbərləri İmam Xomeyni (r.ə) və Seyid Əli Xamenei, şiə mərceyi-təqlidləri və Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın çıxışlarında Ümumdünya Qüds Günü xüsusi yer tutur. İmam Xomeyni (r.ə) Qüds gününü təkcə Fələstinin günü deyil, həm də İslam günü və İslam hökumətinin günü hesab etmişdir.[5] Həmçinin onu ümumi İslam səfərbərliyinə və bütün dünyada müstəzəflər (zəif saxlanılmşlar) partiyasının yaradılmasına müqəddimə kimi təqdim etmişdir.[6] İran İslam Cümhuriyyətinin Rəhbəri Seyid Əli Xamenei hesab edir ki, Ümumdünya Qüds Gününün qeyd edilməsi İsrail hökumətinin hücumuna məruz qalan fələstinlilərin özlərini tək hiss etməmələrinə və müqavimət göstərə bilmələrinə kömək edəcək.[7]
Şiə mərceyi-təqlidlərindən olan Nasir Makarim Şirazi Qüds günü yürüşündə iştirak etməyi dini bir öhdəlik hesab edir. Onun fətvasına əsasən, ər arvadını Qüds günü yürüşünə buraxmasa, arvad onun icazəsi olmadan Qüds yürüşünə qatıla bilər.[8] O hesab edir ki, Qüds Günü qəsbkarlara və işğalçılara qarşı güclü, universal və vahid etiraza çevrilməlidir.[9] Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın sözlərinə görə, İsrail təkcə Fələstin üçün deyil, həm də regiondakı bütün ölkələrin təhlükəsizliyi, sülhü və müstəqilliyi üçün təhlükədir.[10]
Qüds günü mərasimi
Malayziya, Hindistan, Sinqapur, İndoneziya, Türkiyə, Amerika, Kanada, Norveç, Azərbaycan, Sudan, İngiltərə, Bəhreyn, Bosniya və Herseqovina, Tunis, Pakistan, Avstraliya, Almaniya, Rumıniya, Küveyt, İspaniya, Cənubi Afrika, İsveç, Venesuela, Albaniya, Yəmən və Yunanıstan kimi dünyanın müxtəlif yerlərində Qüds günü yürüşləri keçirilir.[11] Xəbər mənbələrinin verdyi məlumata görə, Qüds günü mərasimləri 80-dən çox İslam və qeyri-İslam ölkəsində keçirilir.[12]
Qüds günü mərasimi Ramazan ayının son cüməsi günü keçirilir[13] və dünya mediaları bunu işıqlandırır.[14] Qərb ölkələrində cümə günü iş günü olduğu üçün Qüds mərasimi həftə sonu, şənbə və ya bazar günləri keçirilir.[15] Əlbəttə ki, bəzi ölkələrdə Qüds günü mərasiminin keçirilməsi məhdudiyyətlərlə üzləşir.[16]
İncəsənət tədbirləri
Beynəlxalq Qüds Günü Beynəlxalq Karikatura Festivalının ilk buraxılışı, 2014-cü ildə, iki bölmədə keçirilib: Əsas bölmə: Beynəlxalq Qüds Günü. Xüsusi bölmə: Fələstini unutmaq üçün təkfirçi hərəkatlar. Orada dünyanın 33 ölkəsindən 200-ə yaxın insan 500-dən çox əsərlə iştirak ediblər.[17] Bu festivalda Abna Xəbər Agentliyi, Fələstin İntifazəsinə Dəstək Katibliyi və İran İslam Cümhuriyyətinin İncəsənət Akademiyası da daxil olmaqla qurum və mərkəzlər iştirak etmişdir.[18]
İkinci Beynəlxalq Qüds Günü Beynəlxalq Karikatura Festivalı 2018-ci ildə 27 ölkədən 120-dən çox sənətkarın iştirakı ilə keçirilib. Habelə bu festivalda Ümumdünya Qüds Günü və Amerika hökumətinin Qüds şəhərinin İsrail dövlətinin paytaxtı elan edilməsi ilə bağlı hərəkətini pisləyən 316 əsər iştirak edib.[19]
Qalereya
-
Kəşmirdə Qüds günü aksiyası
-
Londonda Qüds günü aksiyası, 2011
-
Pakistanda Qüds günü aksiyası
-
Londonda Qüds günü aksiyası
İstinadlar
- ↑ İmam Xomeyni, Səhifeye İmam, h.ş 1389, c.9, s.267
- ↑ Adəmi, Təsire təhdidhaye qruhhaye Sələfi-Təkfiri bər əmniyyəte həstişenaxti, s.11
- ↑ «سخنرانان روز قدس در سال ۵۸ چه کسانی بودند؟», tarikhirani.ir saytı
- ↑ «سخنرانان روز قدس در سال ۵۸ چه کسانی بودند؟», tarikhirani.ir saytı
- ↑ İmam Xomeyni, Səhifeye İmam, h.ş 1389, c.9, s.278
- ↑ İmam Xomeyni, Səhifeye İmam, h.ş 1389, c.9, s.28
- ↑ «بیانات در خطبههای نماز جمعه», khamenei.ir saytı
- ↑ آیتالله العظمی مکارم شیرازی: شرکت در راهپیمایی روز قدس وجوب شرعی دارد, hawzahnews.com saytı
- ↑ «شرکت در راهپیمایی روز قدس واجب است», tabnak.ir saytı
- ↑ «سخنرانی سید حسن نصرالله، دبیر کل حزب الله لبنان، در روز جهانی قدس», moqawama.ir
- ↑ «جهان و روز جهانی قدس», tasnimnews.com saytı
- ↑ «روز قدس از نگاه رسانههای دنیا», irinn.ir saytı
- ↑ «مراسم روز قدس در لندن», bbc.com saytı
- ↑ «حضور ۵۰۰۰ رسانه خارجی برای پوشش راهپیمایی روز قدس در ایران...», alalamtv.net saytı
- ↑ «مراسم روز قدس در لندن», bbc.com saytı
- ↑ «محدودیتها و موانع برگزاری روز جهانی قدس در خارج از کشور», qodsna.com; «علل مخالفت برخی دولتهای اسلامی...», qodsna.com saytı
- ↑ «بیانیه هیأت داوران اولین جشنواره...», Abna xəbər agentliyi
- ↑ «بیانیه هیأت داوران اولین جشنواره...», Abna xəbər agentliyi
- ↑ «برگزیدگان دومین جشنواره بینالمللی کاریکاتور روز جهانی قدس معرفی شدند», honaronline.ir saytı
Ədəbiyyat
- Adəmi, Əli və Rza Niknam, Təsire təhdidhaye qruhhaye Sələfi-Təkfiri bər əmniyyəte həstişenaxti, h.ş 1395
- İmam Xomeyni, Ruhullah, Səhifeye İmam, Tehran, h.ş 1389
- «برگزیدگان دومین جشنواره بینالمللی کاریکاتور روز جهانی قدس معرفی شدند», honaronline.ir saytı, h.ş 1389
- «بیانات در خطبههای نماز جمعه», khamenei.ir saytı
- «بیانیه هیأت داوران اولین جشنواره...», Abna xəbər agentliyi
- «حضور ۵۰۰۰ رسانه خارجی برای پوشش راهپیمایی روز قدس در ایران...», alalamtv.net
- «سخنرانان روز قدس در سال ۵۸ چه کسانی بودند؟», tarikhirani.ir saytı
- «علل مخالفت برخی دولتهای اسلامی...», qodsna.com saytı
- «مراسم روز قدس در لندن», bbc.com saytı