Taslim:Kəlimiyyə çilləsi
Kəlimiyyə çilləsi (ərəbcə: الأربعون الكليمية) və ya Musəviyyə çilləsi – zilqədə ayının birindən zilhiccə ayının onuna qədər olan qırx günlük dövrdür ki, xüsusi qaydalarla tənhalığa çəkilmək və ibadətlə məşğul olmaqdan ibarətdir. Bu dövr, Allahın Həzrət Musaya (ə) verdiyi qırx gecəlik vədə istinadən formalaşmışdır. Bəzi ariflər onu seyri-süluk (ilahi məqsədə çatmaq üçün bir mənəvi yolculuq) üçün tövsiyə etmişlər; lakin bəzi fəqihlər bu günlərdə sufi qaydası ilə çillə saxlamağı bidət hesab edirlər. Bəzi tədqiqatçıların fikrincə isə, bu günlərin fəziləti olsa da, məhz bu müddətdə çillə saxlamağın müstəhəb olmasına dəlil yoxdur.
Bu çillə saxlamağın bəzi qaydaları bunlardır: keçmiş əməlləri hesaba çəkmək, müraqibə, Allaha diqqət yetirmək, günahdan çəkinmək və tənhalığa çəkilmək, həmçinin xüsusi əməlləri yerinə yetirmək və dualar oxumaq.
Mövqeyi
Kəlimiyyə çilləsi, zilqədə ayının birindən zilhiccə ayının onuna qədər olan qırx günlük çillə saxlamağa deyilir və bu, Allahın Həzrət Musa (ə) ilə etdiyi qırx gecəlik vədəyə işarədir.[1] Bəzi arif və sufilər bu əməli tövsiyə ediblər.[2] Bu çillə, Musəviyyə çilləsi, Ərbəin Kəlimi və Ərbəin Musəvi kimi digər adlarla da tanınır.[3] Bildirilmişdir ki, Musəviyyə çilləsi sufilər arasında ən məşhur çillədir[4] və yəhudilikdə mövcud deyildir.[5]
Ayətullah Cavadi Amulinin sözlərinə görə, “Əraf” surəsinin 142-ci ayəsi (وَ واعَدْنا مُوسی ثَلاثِینَ لَیلَةً وَ أَتْمَمْناها بِعَشْرٍ...) Həzrət Musa (ə) ilə Allah arasında qırx günlük (zilqədə ayının 1-dən zilhiccə ayının 10-dək) tənhalığa çəkilmək və münacat etməyə işarə edir. Buna görə o, Kəlimiyyə çilləsini İslam dininin göstərişlərindən saymışdır.[6]
Musəvi çilləsinin ədəb və qaydaları
Musəvi çilləsinin ədəb və qaydaları – başlamazdan öncə nəfsi hesaba çəkmək, müraqibə, günahdan çəkinmək, tənhalığa çəkilmək və müəyyən əməllər və duaları yerinə yetirməkdir. Bunlara misal olaraq zilqədə ayının bazar günləri qılınan namaz, Dəhvul-Ərz və Ərəfə günü əməlləri, zilhiccə ayının ilk doqquz günündə oruc tutmaq və həmin ayın ilk on günü üçün nəzərdə tutulmuş namaz daxildir.[7]
Şiə alimlərinin baxışları

Bəzi fəqihlər – məsələn, Lütfullah Safi Qulpayqani[8] və Məhəmməd Cavad Fazil Lənkərani[9] Kəlimiyyə çilləsinin sufi formasını rədd etmiş və qeyri-şəri saymışlar. Nasir Məkarim Şirazi isə Kəlimiyyə çilləsi barəsində fiqhi suallara cavabında, ümumi şəkildə şəriətin çərçivəsində olan özünütərbiyəni təsdiqləmişdir.[10] Bəzi tədqiqatçıların sözlərinə görə, bu qırx günün xüsusi fəziləti olsa da, onun üçün mütləq çillə tutmağın vacibliyi və ya müstəhəbliyi barədə açıq mənbə mövcud deyil.[11]
Bununla belə, şiə ariflərindən Həsən Həsənzadə Amuli və Seyid Məhəmməd Hüseyn Hüseyni Tehrani irfani seyri-sülukda ona tövsiyə etmişlər.[12] “Sirati Mustəqim” kitabının müəllifi Məhəmməd Həsən Vəkili də ariflərin təcrübələrinə və bəzi rivai işarələrə əsaslanaraq bu dövrü mənəvi baxımdan dəyərli hesab edir.[13]
Monoqrafiya
“Əsrari Ərbəini Musəvi” adlı kitab, Məhəmməd Təqi Fəyyazbəxş tərəfindən yazılmışdır. Bu əsər Musəvi çilləsi ilə bağlı ədəb və qaydaları, müraqibələri, həmçinin irfani baxışları araşdırır. Bu kitab 108 səhifədən ibarətdir və 1397-ci hicri-şəmsi ilində Fərdafər nəşriyyatı tərəfindən çap olunmuşdur.[14]
İstinadlar
- ↑ Mənsuri Laricani, Dər məhzəre Hafiz, h.ş 1390, s.233; «اربعین موسوی», erfanvahekmat.com saytı
- ↑ «توصیههای یک استاد اخلاق برای چله کلیمیه», aghigh.ir sayttı
- ↑ Mənsuri Laricani, Dər məhzəre Hafiz, h.ş 1390, s.233;«اربعین موسوی», erfanvahekmat.com saytı
- ↑ Kaşani Bidəxti, Çile neşini, s.21
- ↑ «ماجرای این «اربعین کلیمی» چیست؟», tebyan.net saytı
- ↑ «آیت الله جوادی آملی: اربعین گیری از بهترین راههای دریافت فیوضات است/ هیچ دشمنی بدتر از هوس وجود ندارد», hawzah.net saytı
- ↑ «ادب حضور در اربعین موسوی», jelveh.org saytı
- ↑ Safi Qolpayqani, Məarife din, Dəftəre tənzim və nəşre Ayətullahul-üzma Safi Qolpayqani, c.2, s.350
- ↑ «در منابع دینی چیزی به نام چلهنشینی نداریم», fazellankarani.com saytı
- ↑ «چله کلیمیه», makarem.ir saytı
- ↑ «چله کلیمیه چیست؟/ آیا چله کلیمیه مسبوق به شرع است؟», mehrnews.com saytı
- ↑ «اربعین موسوی», erfanvahekmat.com saytı
- ↑ «اربعین موسوی», erfanvahekmat.com saytı
- ↑ «کتاب ادب حضور اسرار اربعین موسوی», mazhabbook.ir saytı
Ədəbiyyat
- «اربعین موسوی», erfanvahekmat.com saytı,
- «در منابع دینی چیزی به نام چلهنشینی نداریم», fazellankarani.com saytı, h.ş 1400
- «ماجرای این «اربعین کلیمی» چیست؟», tebyan.net saytı, h.ş 1394
- «آیت الله جوادی آملی: اربعین گیری از بهترین راههای دریافت فیوضات است/ هیچ دشمنی بدتر از هوس وجود ندارد», hawzah.net saytı, h.ş 1390
- «چله کلیمیه», makarem.ir saytı, h.ş 1402
- «ادب حضور در اربعین موسوی», jelveh.org saytı, h.ş 1395
- «کتاب ادب حضور اسرار اربعین موسوی», mazhabbook.ir saytı, h.ş 1400
- «چله کلیمیه چیست؟/ آیا چله کلیمیه مسبوق به شرع است؟», mehrnews.com saytı, h.ş 1396
- Kaşani Bidəxti, Hüseynəli, Çile neşini, Çehel dər fərhəng və təməddone İslami, Tehran, h.ş 1389
- Mənsuri Laricani, İsmail, Dər məhzəre Hafiz, Tehran, Sazmane təbliğate İslami, h.ş 1390
- Safi Qolpayqani, Lütfullah, Məarife din, Dəftəre tənzim və nəşre Ayətullahul-üzma Safi Qolpayqani,