Məzmuna keç

Taslim:Nəhcül-Bəlağənin 115-ci xütbəsi

wikishia saytından
Bu məqalə Nəhcül-Bəlağənin 115-ci xütbəsi bu məqalə ilə Nəhcül-Bəlağənin 143-cü xütbəsi əlaqəsi vardır.
Başqa adlarıİstisqa
MövzuYağışın istənilməsi
Nəql olunubİmam Əli (ə)
Şiə mənbələriNəhcül-bəlağə - Mən la Yəhzuruhul-fəqih - Təhzibul-əhkam - Misbahul-Mutəhhəccid
Sünni mənbələriRəbiul-əbrar və nususul-əxbar - Ən-Nəhayətu fi ğəribil-hədisi vəl-əsər
Silsilətuz-zəhəb hədisSəqəleyn hədisi, Kisa hədisiÖmər ibn Hənzələnin məqbuləsiVilayət hədisiVəsilik hədisƏql və cəhl ordusu hədisiŞəcərə hədisi


Nəhcül-Bəlağənin 115-ci xütbəsi (ərəbcə: الخطبة 115 من نهج البلاغة) , yaxud İstisqa xütbəsi, yağış yağmasını istəməklə bağlı bir dua olub, İmam Əlinin (ə) hakimiyyəti dövründə Kufədə baş vermiş bir quraqlıq zamanı, yağış namazını qıldıqdan sonra söylənilmişdir. Bu xütbənin müxtəlif ifadələrlə həm Şeyx Səduq, həm də Şeyx Tusi tərəfindən nəql edildiyi bildirilir. Buna görə də, hər bir mühəddisin xütbənin müxtəlif versiyalarına malik olduğu ehtimalı irəli sürülür. Həmçinin bəzi mənbələrdə qeyd edilir ki, Seyid Rəzi Şeyx Səduqun bəzi ifadələrini seçib nəql etmiş ola bilər. İstisqa xütbəsinin bəzi hissələri sünni hədis mənbələrində də yer alır.

İstisqa xütbəsinin iki əsas hissəsi vardır: İlk hissədə İmam Əli (ə) quraqlıq və onun insanlar, təbiət və heyvanlar üzərindəki təsirlərinə toxunur və bu məsələnin səbəblərindən birinin insanların günahları olduğunu bildirir. İkinci hissədə isə, Allahdan yağış diləyərək, bunun üçün müəyyən xüsusiyyətlər qeyd edir ki, bu xüsusiyyətlər insan və təbiət barəsində bütün faydalı amilləri özündə cəmləsin və bu işə mane ola biləcək hər bir şey ondan uzaq olsun. Bu xütbənin yağış namazı zamanı oxunması tövsiyə edilmişdir.

Xütbənin tarixi və sənədi

Nəhcül-Bəlağənin 115-ci xütbəsi, yaxud İstisqa xütbəsi, yağışın yağması üçün edilən bir dua olub, Kufə şəhərindəki quraqlıq dövründə yağış namazı qılındıqdan sonra İmam Əli (ə) tərəfindən söylənilmişdir.[1] Məkarim Şirazinin dediyinə görə, yağış namazı zamanı bu xütbənin bəzi ifadələrinin oxunması məsləhət görülür.[2]

İstisqa xütbəsi, Şeyx Səduq (305-381 h.q.) tərəfindən “Mən la yahzuruhul-fəqih[3] kitabında, Şeyx Tusi (385-460 h.q.) tərəfindən isə “Təzhib[4] və “Misbahul-Mutəhhəccid[5] əsərlərində fərqli şəkildə nəql edilmişdir. Seyid Əbdül-Zəhra Hüseyni Xətib (1338-1414 h.q.) “Məsadir Nəhcül-Bəlağə” kitabında qeyd edir ki, xütbənin fərqli nəql edilməsi göstərir ki, Şeyx Səduq, Seyid Rəzi (359-406 h.q.) və Şeyx Tusinin hər birinin əlində bu xütbə ilə bağlı fərqli mənbələr olmuşdur.[6] Həbibullah Xoinin (1265-1324 h.q.) fikrinə görə isə Seyid Rəzinin bu xütbəni Şeyx Səduqun nəqlindən seçərək qeyd etdiyini bildirir.[7] Sünni mənbələrində isə, Zəməxşəri (467-538 h.q.) “Rəbiül-Əbrar”[8] əsərində və İbn Əsir (555-630 h.q.) “Nəhayə”[9] kitabında bu xütbənin bəzi hissələrinə işarə etmişdir.

Nəhcül-Bəlağənin 115-ci xütbəsinin tərcüməsi və şərhi

Xütbənin Məzmunu

İstisqa xütbəsi, quraqlığın yaratdığı çətinliklərdən bəhs edərək başlayır və bu vəziyyətin əsas səbəblərindən birinin insanların günahları olduğunu vurğulayır. Sonra, Allahdan xüsusi xüsusiyyətlərə malik bir yağışın yağmasını diləyir.[10]

Xütbənin nömrəsi Nüsxənin adı
115 Əl-Mucəmul-məfəhrisu li-əlfazi Nəhcil-Bəlağə
114 Feyzul-İslam
114 Xoi, Molla Saleh
114 İbn Əbil-Hədid
109 Məhəmməd Əbdəh
136 Molla Fəthullah
113 Fi Zilal
112 İbn Meysəm

Günahlardan tövbə etmək, Allahın rəhmətinə ümid pəncərəsi

Xütbənin birinci hissəsində, İmam Əli (ə) o dövrün ciddi quraqlığını təsvir edir və dağlar, torpaqlar, otlaqlar və heyvanların vəziyyətini bəyan edir.[11] Bu şəraitin insanların ümidini itirməsinə və böyük bir əzab çəkmələrinə səbəb olduğunu qeyd edir və Allahdan onlara günahlarına görə əzab verməməsini diləyir. Bu ifadənin, bir çox çətinliklərin günahlar səbəbindən baş verdiyini və insanlar Allahın hüzuruna getmədən, əfv və bağışlanma diləmədikcə problemlərinin həll olmayacağını göstərdiyi bildirilir.[12] İbn Meysəm Bəhrani (636-679 və ya 699 h.q.) də bu xütbəni izah edərkən, çətinliklərin və Allahın rəhmətindən məhrum olmanın səbəbi olaraq insanın Allahın əmrlərinə qarşı gəlməsini göstərir.[13]

Daha sonra, İmam Əli (ə) öz əsas istəyini Allahdan diləyir və Allahın rəhmətini buludlar, bol suyu olan bahar, təravətli və yaşıl bitkilər vasitəsilə genişləndirməsini, ölmüş torpaqların həyat tapması üçün böyük damlalarla yağışın düşməsini və itirilmiş şeylərin geri qayıtmasını istəyir.[14]

Hər tərəfdən xeyirli və şərdən uzaq olan yağış

İmam Əli (ə), xütbənin ikinci hissəsində, Allahdan yağış diləyir və bu yağışın müəyyən xüsusiyyətlərini sadalayır. Məkarim Şiraziyə görə, bu xüsusiyyətlərin hər biri bir dəqiq və təəccüblü məqama işarə edir. Bu xüsusiyyətlər insanları yaradıcı Allahın böyüklüyü qarşısında təvazökar edir və dinləyicilərə göstərir ki, bu yağış damlaları nə qədər bərəkət və təsirə malik ola bilər.[15]

Deyilənə görə, İmam Əli (ə) ona görə Allahdan istədiyi yağışın xüsusiyyətlərini təsvir edir ki, leysan yağış ola bilər və hər şeyi məhv edə bilər, yaxud yağış müəyyən bir əraziyə yağıb və onun faydası ümumi olmaya bilər. Eyni zamanda, bu yağış soyuq hava və şaxta ilə müşayiət oluna bilər ki, bu da mənfi təsirlər yarada bilər. həmçinin isti küləklər, şiddətli fırtınalar, bitki zərərvericiləri və digər zərərlər kimi maneələrin yağışın xeyirli təsirlərini aradan qaldırmamasını diləyir. İmam Əli (ə) bu dua ilə bütün bu çətinlikləri nəzərə alır və Allahdan bütün maneələrin aradan qaldırılmasını istəyir.[16]

İstinadlar

  1. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin (ə), h.ş 1386, c.5, s.125 və s.13-131
  2. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin (ə), h.ş 1386, c.5, s.126
  3. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.1, s.527-535
  4. Şeyx Tusi, Təhzibul-əhkam, h.q 1407, c.3, s.151-154
  5. Şeyx Tusi, Misbahul-Mutəhhəccid, h.q 1411, c.2, s.227-230
  6. Hüseyni, Məsadiru Nəhcil-bəlağə və əsaniduhu, h.q 1409, c.2, s.252
  7. Haşimi Xoyi, Minhacul-bəraət, h.q 1400, c.8, s.72
  8. Zəməxşəri, Rəbiul-əbrar, h.q 1412, c.1, s.128-129
  9. İbn Əsir, Ən-Nəhayə, h.q 1399, c.1, s.350 və c.2, s.173 və c.2, s.448
  10. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin (ə), h.ş 1386, c.5, s.126
  11. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin (ə), h.ş 1386, c.5, s.128
  12. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin (ə), h.ş 1386, c.5, s.131
  13. İbn Meysəm Bəhrani, Şərhu Nəhcil-bəlağə, h.q 1404, c.3, s.105-106
  14. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin (ə), h.ş 1386, c.5, s.132
  15. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin (ə), h.ş 1386, c.5, s.134
  16. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin (ə), h.ş 1386, c.5, s.135

Ədəbiyyat

  • İbn Əsir, Mübarək ibn Məhəmməd, Ən-Nəhayə fi ğəribil-hədisi vəl-əsər, Beyrut, Əl-Məktəbətul-elmiyyə, h.q 1399
  • İbn Meysəm Bəhrani, Meysəm ibn Əli, Şərhu Nəhcil-bəlağə, Tehran, Dəftəre nəşre kitab, h.q 1404
  • Dəşti, Məhəmməd və Kazim Məhəmmədi, Əl-Mucəmul-məfəhrisu li-əlfazi Nəhcil-Bəlağə, Qum, Muəssiseye təhqiqati Əmirəl-möminin (ə), h.ş 1375
  • Hüseyni, Əbdüz-Zəhra, Məsadiru Nəhcil-bəlağə və əsaniduhu, Beyrut, Daruz-Zəhra, h.q 1409
  • Zəməxşəri, Mahmud ibn Ömər, Rəbiul-əbrar və Nususul-əxbar, Beyrut, Muəssisətul-ələmi lil-mətbuat, h.q 1412
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, Dəftəre enteşarate İslami vabeste be came müdərrisin hozeye elmiyyeye Qum, 2-ci çap, h.q 1413
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Təhqiq: Həsən Xorasan, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Misbahul-Mutəhhəccid və səlahul-mutəəbbid, Beyrut, Muəssiseye fiqhuş-şiə, 1-ci çap, h.q 1411
  • Məkarim Şirazi, Nasir, Peyame İmam Əmirəl-möminin (ə), Tehran, Darul-kutubil-islamiyyə, h.ş 1386
  • Haşimi Xoyi, Həbibullah, Minhacul-bəraət və Şərhu Nəhcül-bəlağə, Təhqiq: İbrahim Miyanəci, Tehran, Məktəbətul-İslamiyyə, 4-cü çap, h.q 1400

Şablon:Nəhcül-bəlağə