Vilayət hədisi

wikishia saytından
Vilayət hədisi
Mövzuİmam Əlinin (ə) imamətinivilayətinin isbatı
Nəql olunubİslam peyğəmbəri (s)
Əsas raviİmran ibn Hüseyn
Şiə mənbələriKəşful-ğummə
Sünni mənbələriSəhih-Tirmizi, Musnədu Əhməd ibn Hənbəl, Musnədu Əbi Davud


Vilayət hədisi (ərəbcə: حديث الولاية) Peyğəmbərdən (s) nəql olunan bir hədis və şiələrin Əli ibn Əbu Talibin (ə) imamlığının sübutu üçün göstərdikləri dəlillərdən biridir. Bu hədis şiə və sünni məxəzlərində müxtəlif ibarələrlə nəql olunub. Belə ki, “O (Əli), məndən sonra hər bir möminin vəlisidir” (هُوَ وَلِیُّ کُلِّ مُؤْمِنٍ بَعْدی) ibarəsi onların ən məşhurudur.

Şiələr bu hədisdə sözügedən “vəli” ifadəsini imam və qəyyum mənasında başa düşür və onunla İmam Əlinin (ə) imamlığını və vilayətini sübut edirlər. Onlar inanırlar ki, “vəli” lüğətdə bu mənadadır. Bir çox hallarda iki şeyx, səhabələr və tabeilər, eləcə də bəzi əhli-sünnə alimləri tərəfindən də həmin mənada işlənib. Əhli-sünnə isə iddia edir ki, bu söz dost və qəyyum mənasını ifadə edir və həzrət Əlinin (ə) vilayətinə və imamətinə aidiyyəti yoxdur.

Mətn

Cəfər ibn Süleyman İmran ibn Husəyndən nəql edir ki, Allah rəsulu (s) bir dəstəni döyüşə göndərdi və onların komandanlığını Əli ibn Əbu Talibə (ə) tapşırdı. Onlar bəzi qənimətlər əldə etdilər. Onların həzrət Əlinin (ə) qənimət bölgüsündən xoşları gəlmədi. Onlardan dörd nəfər bir yerə toplaşıb qərara aldılar ki, Peyğəmbəri (s) görəndə Əlinin (ə) bu əməlini məruzə etsinlər. Peyğəmbərin (s) hüzuruna gələndə bir-birinin ardınca dedilər: “Ey Allahın rəsulu (s)! Bilirsinizmi, Əli (ə) belə etdi? Allah rəsulunun (s) çöhrəsində qəzəb əlamətləri aşkar oldu və buyurdu: “Əlidən (ə) nə istəyirsiniz? Əlidən (ə) nə istəyirsiniz? Əli (ə) məndən, mən də Əlidənəm (ə) və Əli (ə) məndən sonra hər bir möminin vəlisidir”.[1]

Fərqli nəqlləri

“Vilayət” hədisi şiə və əhli-sünnə məxəzlərində fərqli ibarələrlə nəql olunub. Məsələn: ولیّ کل مؤمن بعدی (Məndən sonra hər bir möminin vəlisidir.);[2] هو ولی کل مؤمن بعدی (O, məndən sonra hər bir möminin vəlisidir.);[3] انت ولی کل مؤمن بعدی (Sən məndən sonra hər bir möminin vəlisisən.);[4] أنت ولی کل مؤمن بعدی و مؤمنه (Sən məndən sonra hər bir mömin kişi və qadının vəlisisən.);[5] انت ولیی فی کل مؤمن بعدی (Sən məndən sonra hər bir mömin üçün mənim vəlimsən.);[6] فانه ولیکم بعدی (Həqiqətən, o, məndən sonra sizin vəlinizdir.);[7] ان علیا ولیکم بعدی (Həqiqətən, Əli məndən sonra sizin vəlinizdir.);[8] هذا ولیکم بعدی (Bu, məndən sonra sizin vəlinizdir.);[9] انک ولی المؤمنین من بعدی (Həqiqətən, sən məndən sonra möminlərin vəlisisən);[10] انت ولیی فی کل مؤمن بعدی (Sən məndən sonra hər bir mömin üçün mənim vəlimsən.);[11] و انت خلیفتی فی کل مؤمن من بعدی (Sən məndən sonra hər bir mömin üçün mənim xəlifəmsən.);[12] و فهو اولی الناس بکم بعدی (Və o, məndən sonra insanların sizə münasibətdə ən üstünüdür).[13]

Məzmunu

Şiələrə görə, Vilayət hədisinin məzmunu İmam Əlinin (ə) imaməti və vilayətidir.[14] Onlar “vəli” sözünü qəyyum, imam, rəhbər və xəlifə mənasında izah edirlər.[15] Əhli-sünnə isə inanır ki, bu hədisin Əli ibn Əbu Talibin (ə) canişinliyinə aidiyyəti yoxdur. Çünki onların iddiasına görə, “vəli” sözü lüğətdə dostluq və yardım etmək mənasındadır.[16] Şiələr öz müddəalarını sübut etmək üçün deyirlər: “Vəli sözü lüğətdə qəyyum, rəhbər, xəlifə, ixtiyar sahibi və imam mənasını ifadə edir. Bu söz İslamın erkən çağlarında da xəlifə və qəyyum mənasında işlənirmiş. Onlar həmçinin “vəli” sözünün Birinci xəlifə,[17] İkinci xəlifə,[18] səhabələr,[19] tabeilər[20] və eləcə də bəzi əhli-sünnə alimləri[21] tərəfindən xəlifə və qəyyum mənasında işlənməsini əsas göstərirlər.

Etibarlılığı

Əbdül-Qadir Bağdadi və İbn Həcər Əsqəlani bildiriblər ki, Tirmizi Vilayət hədisini tutarlı sənədlə İmran ibn Husəyndən nəql edib.[22] Müttəqi Hindi də onu səhih hesab edib.[23] Hakim Nişapuriyə görə, bu hədis sənəd baxımından səhihdir, lakin Müslim və Buxari onu öz “Səhih” əsərlərində nəql etməyiblər.[24] Həmçinin Şəmsəddin Zəhəbi və Nasirəddin Albani də bu hədisi səhih hesab ediblər.[25]

Məxəzlər

Vilayət hədisi bir çox kitablarda, o cümlədən “Səhihi-Tirmizi”də, Əhməd ibn Hənbəlin “Müsnəd”ində,[26] Siyutinin “Camiul-əhadis” əsərində,[27] “Kənzül-ümmal”da,[28] Əbu Davudun “Müsnəd”ində,[29] “Fəzailus-səhabə”də,[30] “əl-Ahad vəl-məsani”də,[31] Nəsainin “Sünən” əsərində,[32] Əbu Yəlanın “Müsnəd”ində,[33] İbn Həbbanın “Səhih”ində,[34] Təbəraninin “əl-Möcəmül-kəbir” əsərində,[35] “Tarixi-mədinəti-Dəməşq”də,[36] “əl-Bidayə vən-nihayə”də,[37] “əl-İsabə”də,[38] əl-Cəvhəru fi nəsəbil-İmam Əli və alihi”də,[39] “Xəzanətul-ədəb və lubbu lubabi-lisanil-ərəb”də,[40] “əl-Qədir”də,[41] “əl-İstiab”da[42] və “Kəşfül-ğümmə”də[43] yer alıb.

Sənədlərin nəzərdən keçirilməsi

Mübarəkpuri iddia edir ki, “بعدی” (məndən sonra) sözü Vilayət hədisinin bəzi nüsxələrində yoxdur və şiə rəvayətçilər tərəfindən əlavə olunub. O, öz iddiasını isbat etmək üçün Əhməd ibn Hənbəlin “Müsnəd” əsərinə istinad edir. Orada bu hədis müxtəlif sənədlərlə nəql olunub. Amma o iddia edir ki, onların heç birində bu əlavə yoxdur.[44] Əlbəttə, Əhməd ibn Hənbəl bu hədisi “Müsnəd”də və “Fəzailus-səhabə”də həmin əlavə (“بعدی” - məndən sonra) ilə nəql edib.[45]

Həmçinin, Mübarəkpuri (Əbul-Əla Məhəmməd ibn Əbdür-Rəhman h. q. 1283-1353) iddia edir ki, bu hədisi yalnız Cəfər ibn Süleyman və İbn Əcləh Kindi nəql edib. Onların da rəvayətləri şiə olduqları üçün məqbul deyil. O, şiələri bidət əhli hesab edir və bildirir ki, əgər bidətçi öz məzhəbinin güclənməsinə xidmət edən bir rəvayət nəql etsə, onun rəvayəti qəbul olunmur.[46] Bir halda ki, Albaniyə görə, əhli-sünnədə hədisin qəbul olunmasının yeganə meyarı rəvayətçinin hədisin nəqlində düzdanışan və diqqətli olmasıdır. Rəvayətçinin məzhəbinin onun nəql etdiyi hədisin qəbul olunub-olunmamasına təsiri yoxdur. Məhz buna görə də Buxari və Müslim öz “Səhih” əsərlərində məzhəbləri əhli-sünnəyə qarşı olan rəvayətçilərdən, məsələn, xəvaric və şiə rəvayətçilərdən hədis nəql ediblər.[47]

Albani (Məhəmməd Nasirəddin 1914-1999) bildirir ki, bu hədis əhli-sünnə qaynaqlarında digər sənədlərlə də nəql olunub ki, onun sənədində şiə rəvayətçi yoxdur.[48] Seyid Əli Milani yazır ki, bu hədis on iki səhabə,[49] o cümlədən İmam Əli (ə), İmam Hüseyn (ə), Əbuzər, Əbu Səid Xudri və Bəra ibn Azib tərəfindən nəql olunub[50] və onun əksər nəqlləri İmran ibn Husəynə, İbn Abbasa və Büreydə ibn Hüseybə gedib çıxır.[51]

Bundan başqa, Cəfər ibn Süleyman “Səhihi-Müslim”in rəvayətçilərindəndir.[52] Zəhəbi onu İmam deyə yad edir[53] və Yəhya ibn Məinin onu siqə bildiyini nəql edir.[54] Albani, Cəfəri etimadlı, möhkəm və güclü rəvayətlərin sahibi hesab edir ki, Əhli-beytə (ə) meylli olub, lakin öz məzhəbinə dəvət etmirmiş. O, qeyd edir ki, bizim öndərlərimizə görə, bidət əhli olan düzdanışan öz məzhəbinə dəvət etmirsə, onun hədisini əsas götürmək düzgündür və bunda fikir ayrılığı yoxdur.[55]

Bəzi əhli-sünnə alimləri İbn Əcləhi siqə, onun hədisini isə həsən hesab ediblər.[56] Albani Əcləhin hədisini Cəfər ibn Süleymanın hədisinin doğruluğuna şahid hesab edir.[57]

Mübarəkpuri bildirib ki, İbn Teymiyyə bu hədisin Peyğəmbərə (s) isnad edilən bir yalan olduğunu iddia edib.[58] Əhli-sünnə alimlərindən olan Albani, İbn Teymiyyənin bu hədisi inkar etməsinə heyrətlənir.[59]

Monoqrafiya

  • Hədisul-vilayə və mən rəva Qədir-Xum minəs-səhabə, İbn Uqdə Kufi, Qum, Dəlili-ma, h. q. 1427
  • Hədisul-vilayə, Seyid Əli Hüseyni Milani, Mərkəzi-həqaiqil-islamiyyə, h. q. 1421

İstinadlar

  1. İbn Şeybə, Əl-Musənnəf, h.q 1409, c.8, s.504, hədis 58; Təyalissi, Musnədu Əbi Davud, Darul-mərifə, s.111
  2. İbn Şeybə, Əl-Musənnəf, h.q 1409, c.8, s.504, hədis 58; Nəsai, Əs-sunnətul-kübra, h.q 1411, c.5, s.132; Hindi, Kənzul-Ummal, h.q 1409, c.13, s.142
  3. Təyalissi, Musnədu Əbi Davud, Darul-mərifə, s.111; İbn Hənbəl, Musnəd, c.4, s.437
  4. Təyalissi, Musnədu Əbi Davud, Darul-mərifə, s.360; Nəsai, Xəsaisu Əmiril-muminin (ə), h.ş 1383, s.98
  5. İbn Hənbəl, Fəzailus-səhabə, h.q 1403, c.2, s.684, hədis 1168; Hakim Nişaburi, Əl-Mustədrək, c.3, s.134; Əmini, Əl-Ğədir, h.q 1397, c.1, s.51; İrbili, Kəşful-ğummə, h.q 1405, s.177
  6. İbn Hənbəl, Musnəd, c.1, s.330
  7. İbn Həcər, Əl-İsabə, h.q 1415, c.6, s.488
  8. İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1407, c.7, s.345; Hindi, Kənzul-Ummal, h.q 1409, c.11, s.612, hədis 32963; İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.42, s.191
  9. Nəsai, Əs-Sunənul-kübra, h.q 1411, c.5, s.133
  10. Xətib Bağdadi, Tarix Bağdad, Darul-kutubil-elmiyyə, c.4, s.338
  11. İbn Hənbəl, Musnəd, c.1, s.330
  12. İbn Əbi Asim, Əs-sunnə, h.q 1413, c.2, s.550; Təbərani, Əl-Mucəmul-kəbir, c.12, s.78
  13. Təbərani, Əl-Mucəmul-kəbir, h.q 1404, c.22, s.135
  14. Milani, Təşyidul-muraciat, h.q 1427, c.3, s.164
  15. Rəhimi İsfəhani, Vilayət və rəhbəri, h.ş 1374, c.3, s.119-121
  16. İyci, Şərhul-məvaqif, h.q 1325, c.8, s.365
  17. Bəlazuri, Ənsabul-əşraf, m.1959, c.1, s.590; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.211; İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1407, c.5, s.248
  18. Bəlazuri, Ənsabul-əşraf, m.1959, c.10, s.636; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.4, s.65-214; İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1407, c.7, s.79
  19. İbn Şeybə, Əl-Musənnəf, h.q 1409, c.8, s.504; İbn Teymiyyə, Minhacus-sunnə, h.q 1406, c.7, s.461
  20. Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.122
  21. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.5, s.245
  22. Bağdadi, Xizanətul-ədəb, m.1998, c.6, s.69; İbn Həcər, Əl-İsabə, h.q 1415, c.4, s.468
  23. Hindi, Kənzul-Ummal, h.q 1409, c.11, s.279, hədis 32941
  24. Hakim Nişapuri, Əl-Mustədrək, c.3, s.134
  25. Əl-Mustədrəku bi-təliqi Zəhəbi, Kitabu mərifətis-səhabə, c.3, s.143, hədis 4652; Albani, Əs-Silsilətus-səhihə, c.5, s.263
  26. İbn Hənbəl, Musnəd, c.4, s.437
  27. Siyuti, “Camiul-əhadis”, c.16, s.256, hədis 7866 və c.27, s.72
  28. Hindi, Kənzul-Ummal, h.q 1409, c.13, s.142
  29. Təyalissi, Musnədu Əbi Davud, Darul-mərifə, s.360
  30. İbn Hənbəl, Fəzailus-səhabə, h.q 1403, c.2, s.605, 620, 649
  31. Əbu Bəkr Şeybani, Əl-Ahad vəl-məsani, h.q 1411, c.4, s.279, hədis 2298
  32. Nəsai, Əs-Sünənul-kübra, h.q 1411, c.5, s.132
  33. Əbu Yəla, Müsnəd, h.q 1404, s.293
  34. İbn Həbban, “Səhih”, h.q 1414, c.15, s.373
  35. Təbərani, “əl-Möcəmül-kəbir”, c.12, s.78
  36. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.42, s.100
  37. İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1407, c.7, s.345
  38. İbn Həcər, Əl-İsabə, h.q 1415, c.6, s.488
  39. Təlməsani, əl-Cəvhəru, Ənsariyan, c.1, s.65
  40. Bağdadi, Xəzanətul-ədəb, m.1998, c.6, s.68
  41. Əmini, Əl-Ğədir, h.q 1397, c.1, s.51
  42. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.1091
  43. İrbili, Kəşful-ğummə, h.q 1405, s.177
  44. Mübarəkpuri, Tuhfətul-Əhvəzi, h.q 1410, c.10, s.146-147
  45. İbn Hənbəl, Fəzailus-səhabə, c.10, s.146-147
  46. Mübarəkpuri, Tuhfətul-Əhvəzi, h.q 1410, c.10, s.146-147
  47. Albani, Əs-Silsilətus-səhihə, c.5, s.262
  48. Albani, Əs-Silsilətus-səhihə, c.5, s.263
  49. متن حدیث ولایت و تصحیح اسناد آن, al-milani.com saytı
  50. Milani, Təşyidul-muraciat, h.q 1427, c.3, s.238
  51. متن حدیث ولایت و تصحیح اسناد آن, al-milani.com saytı
  52. Nişaburi, Səhih Muslim, c.1, s.77, 83, 153
  53. Zəhəbi, Tarixul-İslam, h.q 1413, c.3, s.631
  54. Zəhəbi, Siyəru əlamin-nubəla, h.q 1413, c.8, s.198
  55. Albani, Əs-Silsilətus-səhihə, c.5, s.263
  56. Mənavi, Feyzul-qədir, h.q 1415, c.4, s.471
  57. Albani, Əs-Silsilətus-səhihə, c.5, s.263
  58. Mübarəkpuri, Tuhfətul-Əhvəzi, h.q 1410, c.10, s.147
  59. Albani, Əs-Silsilətus-səhihə, c.5, s.263

Ədəbiyyat

  • İbn Səd, Məhəmməd, Ət-Təbəqatul-kübra, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1410\m.1990
  • İbn Əbi Asim Şeybani, Əmir ibn Asim, Əs-sunnət, Beyrut, Əl-məktəbul-İslami, h.q 1413\m.1993
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Tarixul-uməmi vəl-muluk, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1412
  • İbn Həcər Əsqəlani, Əhmıd ibn Əli, Əl-İsabə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415\m.1995
  • İbn Hənbəl, Əhməd, Fəzailus-səhabə, Beyrut, Risalə müəssisəsi, h.q 1403\m.1983
  • İbn Hənbəl, Əhməd, Musnəd, Misir
  • İbn Şeybə Kufi, Abdullah ibn Məhəmməd. Əl-Musənnəf, Beyrut, Darul-fikr, h.q 1409\m.1989
  • İbn Əbdül-Birr, Yusif ibn Əbdül-Birr, Əl-İstiab, Təhqiq: Əli Məhəmməd, Beyrut, h.q 1412\m.1992
  • İbn Əsakir, Əli ibn Həsən, Tarixu Mədinəti Dəməşq, Beyrut, Darul-fikr, m.1995\h.q 1415
  • İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayətu vən-nəhayə, Beyrut, Darul-fikr, h.q 1407\m.1986
  • Əbu Bəkr Şeybani, Əhməd ibn Əmir, Əl-Ahad vəl-məsani, Riyad, h.q 1411\m.1991
  • Əbu Yəla, Əhməd ibn Əli, Musnədu Əbi Yəla, Təhqiq: Həsən Səlim Əsəd
  • İrbili, Əli ibn Əbil-Fəth, Kəşful-ğummə, Beyrut, h.q 1405\m.1985
  • البانی، محمدناصرالدین، السلسلة الصحیحة.
  • İyci, Mir Seyyid Şərif, Şərhul-məvaqif, Qum, Əş-şərifur-Rza, h.q 1325
  • Hakim Nişaburi, Əl-Mustədrəku ələs-səhiheyn
  • Əmini, Əl-Ğədir, Darul-kitabil-ərəbi, Beyrut, h.q 1397
  • Təlməsani, Məhəmməd ibn Əbi Bəkr, əl-Cəvhəru, Qum, Ənsariyan
  • Təyalissi, Məhəmməd ibn Əbi Bəkr, Musnədu Əbi Davud, Darul-mərifə
  • Bağdadi, Əbdül-Qadir, Xizanətul-ədəb, Beyrut, Darul-kutubil-elmiyyə, m.1998
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Məhəmməd Übeydullah, Misir, Darul-məarif, m.1959
  • Milani, Seyyid Əli, Təşyidul-muraciat, Qum, h.q 1427\h.ş 1385
  • Xətib Bağdadi, Əhməd ibn Əli, Tarixu Bağdad, Beyrut, Darul-kutubil-elmiyyə
  • Zəhəbi, Məhəmməd ibn Əhməd, Tarixul-İslam, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1413\m.1993
  • Zəhəbi, Məhəmməd ibn Əhməd, Siyəru əlamin-nubəla, Beyrut, Risalə müəssisəsi, h.q 1413\m.1993
  • Rəhimi İsfəhani, Vilayət və rəhbəri, Əskəriyyə nəşriyyatı, h.ş 1374
  • Təbərani, Süleyman ibn Əhməd, Əl-Mucəmul-kəbir, Təhqiq: Həmdi ibn Əbdül-Məcid
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbul-fəzl İbrahim, Beyrut, m.1967
  • Mübarəkpuri, Məhəmməd Əbdür-Rəhman, Tuhfətul-Əhvəzi, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1410
  • Məsudi, Əli ibn Hüseyn, Murucuz-zəhəb, Qum, h.q 1409
  • Mənavi, Əbdür-Rauf, Feyzul-qədir, Düzəliş: Əhməd Əbdüs-Səlam, Beyrut, Darul-kutubil-İslamiyyə, h.q 1415
  • Nəsai, Əhməd ibn Şüeyb, Əs-Sunənul-kübra, Təhqiq: Əbdül-Ğəffar Süleyman, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1411
  • Nəsai, Əhməd ibn Şüeyb, Xəsaisul-Əmiril-muminin (ə), Qum, h.ş 1383
  • Nişaburi, Səhih Muslim, Beyrut, Darul-fikr
  • Hindi, Kənzul-ummal, Ər-Risalə nəşri, Beyrut, h.q 1409\m.1989
  • Milani, Mutune hədise vilayət və təshihe isnade an, h.ş 1395

Xarici keçid