İmam Hüseynin (ə) Aşura günündə etdiyi xütbə

wikishia saytından

İmam Hüseynin (ə) Aşura günündə etdiyi xütbəsi (ərəbcə: خطبة الإمام الحسين (ع) يوم عاشوراء) 61-ci hicri ilinin Aşura günü İmam Hüseynin (ə) Ömər ibn Sədin qoşunlarına ünvanladığı çıxışa aiddir. İmam Hüseyn (ə) bu xütbədə özünü təqdim etdi, sonra İraqa gəlişinin səbəbini kufəlilərin onu dəvət etməsi olduğunu bildirdi. İbn Sədin ordusunda olan məktub yazanlardan bəzilərinin adını çəkməklə onların dəvətini xatırlatdı. Həmçinin zilləti və Yezid ibn Müaviyə ilə beyəti qəbul etməməsini vurğuladı.

Kərbəla hadisəsinin tarixçisi Əbu Möhnəfin sözlərinə görə, məktubları yazanlar o Həzrəti dəvət etmələrini inkar etdilər. Həmçinin Şimr ibn Zil-Cövşən İmam Hüseynin (ə) çıxışını kəsdi. Məhəmməd Hadi Yusifi Ğərəvinin dediyinə görə, Şimrin bu işi İbn Sədin ordusunun təsir altına düşməsinin qarşısını almaq üçün edilib.

Əhəmiyyət və məqamı

İmam Hüseynin (ə) xütbəsi şiələrin üçüncü imamının hicri 61-ci ilin Aşura günü Ömər ibn Sədin (Yezid ibn Müaviyənin Kufədəki valisi Übeydullah ibn Ziyadın İmam Hüseyn (ə) ilə döyüşmək üçün Kərbəlaya göndərilən qoşunu) qoşunlarına qarşı söylədiyi sözlərdir. Bu sözlər şiəsünni mənbələrində fərqliliklərlə nəql edilmişdir.[1]

Xütbənin məzmunu

İmam Hüseyn (ə) Ömər ibn Sədin qoşunlarından onun sözlərinə qulaq asmalarını və döyüşə tələsməmələrini istədi ki, onlara nəsihət etsin. Həmçinin onlardan Kufəyə gəlişinin səbəbini izah etmək üçün fürsət vermələrini istədi ki, şübhəyə düşməsinlər.[2] O, özünün davamında özünü təqdim etməyə başladı və nəslini İmam Əli (ə), Peyğəmbər (s), Həmzə ibn Əbdül-MüttəlibCəfər ibn Əbi Talibə işarə etdi.[3]

O Həzrət, Peyğəmbərin (s) özü və qardaşı İmam Həsən (ə) haqqında buyurduğu "bu ikisi cənnət cavanlarının ağalarıdır" kəlamını da xatırladıb. Onlardan istədi ki, əgər onun sözlərini qəbul etmirlərsə, hələ sağ olan Cabir ibn Abdullah Ənsari, Əbu Səid Xodri, Səhl ibn Səd Saidi, Zeyd ibn Ərqəm və Ənəs ibn Malik kimi səhəabələrə müraciət etsinlər.[4] Sonra özünün Peyğəmbərin (s) nəvəsi olduğuna işarə edərək, İbn Sədin əsgərlərindən soruşdu ki, mən sizdən bir kəsi öldürmüşəmmi, yaxud kiminsə malını talamışammı, yaxud kimsəyə xəsarət yetirmişəmmi?[5]

Bundan sonra o Həzrət, Kufəlilərin məktublarını yazanlardan olan Şəbəs ibn Rəbi, Hicar ibn Əbcər, Qeys ibn ƏşəsYezid ibn Harisə xitab edərək buyurdu: "Mənə məktub yazıb məni Kufəyə dəvət edən siz deyildinizmi?"[6]

O Həzrət, Fironun tərəfdarlarının inadkarlığına qarşı Həzrət Musanın (ə) hekayətinə işarə edərək "Mən sizin məni daşqalaq etmənizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha sığınıram!"[7] ayəsini və həmçinin "Musa dedi: Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram!"[8] ayəsini oxuyaraq çıxışını bitirdi.[9]

Xütbəyə verilən reaksiyalar

Əbu Mixnəfin dediyinə görə, İmam Hüseyn (ə) Kufəyə gəlişinin səbəbini izah etmək üçün İbn Sədin ordusundan onun sözlərinə qulaq asmalarını istədikdə, bəzi qadınlar və uşaqlar ağlamağa başladılar. İmam Hüseyn (ə), Həzrət Abbas (ə)Əli Əkbərə (ə) buyurdu ki, onları sakitləşdirsinlər. Habelə məşhur "Səkkitahunnə fələmri ləyəksurənnə bukauhunnə"; "Sakitləşdirin onları, and olsun Allaha, hələ qarşıda çoxlu ağlamaqlıqları var" cümləsini elə burada ifadə etmişdir.[10]

Həmçinin İmam Hüseyn (ə), İbn Sədin qoşunlarından onun sözlərini qəbul etmədikləri təqdirdə sağ olan səhabələrə müraciət etmələrini istədikdən sonra Şimr ibn Zil-Cövşən fəryad çəkərək belə dedi: O, Allaha bir kəlmə ilə pərəstiş edir (bundan kinayədir ki, Allaha yalnız dili ilə ibadət edir) və nə dediyini bilmir. Şimrin çıxışı Həbib ibn Məzahirin reaksiyası ilə nəticələndi və ona söylədi ki, Allah sənin qəlbini möhürləmişdir.[11] İslam tarixi üzrə tədqiqatçı Məhəmməd Hadi Yusifi Ğərəvinin dediyinə görə, Şimr, İmam Hüseynin (ə) çıxışının İbn Sədin ordusuna təsir etməsinin qarşısını almaq üçün onun sözünü kəsdi.[12]

Məktub yazanlar o Həzrəti dəvət etdiklərini inkar etdilər.[13] İmam Hüseynin (ə) sözlərindən sonra Qeys ibn Əşəs dedi: Nə üçün əmioğluna (Yezid) beyət etmirsən? İmam Hüseyn (ə) buyurdu: «لا وَ اللهِ لَا أُعْطِيكُمْ بِيَدِي إِعْطَاءَ الذَّلِيلِ وَ لَا أَفِرُّ فِرَارَ الْعَبِيدِ» Tərcüməsi: "Allaha and olsun ki, zəlil adamlar kimi əlimi sizin əlinizə qoymayacağam və qul kimi qaçmayacağam".[14]

Xütbənin mətni və tərcüməsi

Ərəbcə mətn Tərcüməsi

أَيُّهَا النَّاسُ اسْمَعُوا قَوْلِي وَ لَا تَعْجَلُوا حَتَّى أَعِظَكُمْ بِمَا يَحِقُّ لَكُمْ عَلَيَّ وَ حَتَّى أُعْذِرَ إِلَيْكُمْ فَإِنْ أَعْطَيْتُمُونِي النَّصَفَ كُنْتُمْ بِذَلِكَ أَسْعَدَ وَ إِنْ لَمْ تُعْطُونِي النَّصَفَ مِنْ أَنْفُسِكُمْ فَأَجْمِعُوا رَأْيَكُمْ ثُمَّ لا يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْ غُمَّةً ثُمَّ اقْضُوا إِلَيَّ وَ لا تُنْظِرُونِ إِنَّ وَلِيِّيَ اللَّهُ الَّذِي نَزَّلَ الْكِتابَ وَ هُوَ يَتَوَلَّى الصَّالِحِينَ

ثُمَّ حَمِدَ اللهَ وَ أَثْنَى عَلَيْهِ وَ ذَكَرَ اللهَ بِمَا هُوَ أَهْلُهُ وَ صَلَّى عَلَى النَّبِيِّ (ص) وَ عَلَى مَلَائِكَةِ اللهِ وَ أَنْبِيَائِهِ فَلَمْ يُسْمَعْ مُتَكَلِّمٌ قَطُّ قَبْلَهُ وَ لَا بَعْدَهُ أَبْلَغُ فِي مَنْطِقٍ مِنْهُ ثُمَّ قَالَ أَمَّا بَعْدُ فَانْسُبُونِي فَانْظُرُوا مَنْ أَنَا ثُمَّ ارْجِعُوا إِلَى أَنْفُسِكُمْ وَ عَاتِبُوهَا فَانْظُرُوا هَلْ يَصْلُحُ لَكُمْ قَتْلِي وَ انْتِهَاكُ حُرْمَتِي أَ لَسْتُ ابْنَ بِنْتِ نَبِيِّكُمْ وَ ابْنَ وَصِيِّهِ وَ ابْنِ عَمِّهِ وَ أَوَّلِ الْمُؤْمِنِينَ الْمُصَدِّقِ لِرَسُولِ اللهِ بِمَا جَاءَ بِهِ مِنْ عِنْدِ رَبِّهِ أَ وَ لَيْسَ حَمْزَةُ سَيِّدُ الشُّهَدَاءِ عَمِّي أَ وَ لَيْسَ جَعْفَرٌ الطَّيَّارُ فِي الْجَنَّةِ بِجِنَاحَيْنِ عَمِّي


أَوَ لَمْ يَبْلُغْكُمْ مَا قَالَ رَسُولُ اللهِ لِي وَ لِأَخِي هَذَانِ سَيِّدَا شَبَابِ أَهْلِ الْجَنَّةِ فَإِنْ صَدَّقْتُمُونِي بِمَا أَقُولُ وَ هُوَ الْحَقُّ وَ اللهِ مَا تَعَمَّدْتُ كَذِباً مُنْذُ عَلِمْتُ أَنَّ اللهَ يَمْقُتُ عَلَيْهِ أَهْلَهُ وَ إِنْ كَذَّبْتُمُونِي فَإِنَّ فِيكُمْ مَنْ لَوْ سَأَلْتُمُوهُ عَنْ ذَلِكَ أَخْبَرَكُمْ سَلُوا جَابِرَ بْنَ عَبْدِ اللهِ الْأَنْصَارِيَّ وَ أَبَا سَعِيدٍ الْخُدْرِيَّ وَ سَهْلَ بْنَ سَعْدٍ السَّاعِدِيَّ وَ زَيْدَ بْنَ أَرْقَمَ وَ أَنَسَ بْنَ مَالِكٍ يُخْبِرُوكُمْ أَنَّهُمْ سَمِعُوا هَذِهِ الْمَقَالَةَ مِنْ رَسُولِ اللهِ ص لِي‏ وَ لِأَخِي أَ مَا فِي هَذَا حَاجِزٌ لَكُمْ عَنْ سَفْكِ دَمِي

فَقَالَ لَهُ شِمْرُ بْنُ ذِي الْجَوْشَنِ هُوَ يَعْبُدُ اللهَ عَلى‏ حَرْفٍ إِنْ كَانَ يَدْرِي مَا تَقَوَّلَ فَقَالَ لَهُ حَبِيبُ بْنُ مُظَاهِرٍ وَ اللَهِ إِنِّي لَأَرَاكَ تَعْبُدُ اللهَ عَلَى سَبْعِينَ حَرْفاً وَ أَنَا أَشْهَدُ أَنَّكَ صَادِقٌ مَا تَدْرِي مَا يَقُولُ قَدْ طَبَعَ اللهُ عَلَى قَلْبِكَ

ثُمَّ قَالَ لَهُمُ الْحُسَيْنُ ع فَإِنْ كُنْتُمْ فِي شَكٍّ مِنْ هَذَا أَ فَتَشُكُّونَ أَنِّي ابْنُ بِنْتِ نَبِيِّكُمْ فَوَ اللهِ مَا بَيْنَ الْمَشْرِقِ وَ الْمَغْرِبِ ابْنُ بِنْتِ نَبِيٍّ غَيْرِي فِيكُمْ وَ لَا فِي غَيْرِكُمْ وَيْحَكُمْ أَ تَطْلُبُونِّي بِقَتِيلٍ مِنْكُمْ قَتَلْتُهُ أَوْ مَالٍ لَكُمُ اسْتَهْلَكْتُهُ أَوْ بِقِصَاصِ جِرَاحَةٍ فَأَخَذُوا لَا يُكَلِّمُونَهُ

فَنَادَى يَا شَبَثَ بْنَ رِبْعِيٍّ يَا حَجَّارَ بْنَ أَبْجَرَ يَا قَيْسَ بْنَ الْأَشْعَثِ يَا يَزِيدَ بْنَ الْحَارِثِ أَ لَمْ تَكْتُبُوا إِلَيَّ أَنْ قَدْ أَيْنَعَتِ الثِّمَارُ وَ اخْضَرَّ الْجَنَابُ وَ إِنَّمَا تَقْدَمُ عَلَى جُنْدٍ لَكَ مُجَنَّدٍ

فَقَالَ لَهُ قَيْسُ بْنُ الْأَشْعَثِ مَا نَدْرِي مَا تَقُولُ وَ لَكِنِ انْزِلْ عَلَى حُكْمِ بَنِي عَمِّكَ فَإِنَّهُمْ لَمْ يُرُوكَ إِلَّا مَا تُحِبُّ فَقَالَ لَهُ الْحُسَيْنُ لَا وَ اللهِ لَا أُعْطِيكُمْ بِيَدِي إِعْطَاءَ الذَّلِيلِ وَ لَا أَفِرُّ فِرَارَ الْعَبِيدِ

ثُمَّ نَادَى يَا عِبَادَ اللهِ إِنِّي عُذْتُ بِرَبِّي وَ رَبِّكُمْ أَنْ تَرْجُمُونِ أَعُوذُ بِرَبِّي وَ رَبِّكُمْ مِنْ كُلِّ مُتَكَبِّرٍ لا يُؤْمِنُ بِيَوْمِ الْحِسابِ.[15] 

Ey camaat, sözümə qulaq asın və tələsməyin ki, sizə haqqım barədə xəbərdarlıq edim və üzrümü sizə deyim, Deməli, əgər insaf etsəniz, xoşbəxt olacaqsınız, əgər insaf verməsəniz, yaxşı baxın ki, işiniz sizə kədər gətirməsin. Sonra mənim haqqımda nə istəyirsiniz, edin və mənə möhlət verməyin. Həqiqətən, mənim vəlim Quranı nazil edən Allahdır və O, əməlisalehlərin vəlisi və dostudur.

Sonra Rəbbinə həmd etdi, onu layiq olduğu kimi xatırladı, Allahın Rəsuluna (s) və onun mələklərinə və peyğəmbərlərə salam göndərdi. Həmçinin nə ondan əvvəl, nə də ondan sonra heç bir natiq onun sözlərindən daha bəlağətli danışmamışdır. Sonra buyurdu: Bəs onda mənim nəslimi və irqimi yoxlayın görün kiməm, sonra özünüzə gəlin və özünüzü qınayın, görün məni öldürmək və mənə hörmətsizlik etmək sizə yaraşarmı? Mən sizin Peyğəmbərinizin (s) qızının oğlu və onun vəsisi, Allah Rəsulunun (s) əmisi oğlu və Rəsulullahın (s) Rəbbindən gətirdiyi şeyləri ilk təsdiq edən şəxsin oğlu deyiləmmi? Həmzə Seyidiş-Şühəda mənim əmim deyilmi? Cənnətdə iki qanadla uçan Cəfər ibn Əbi Talib mənim əmim deyilmi?

Məgər eşitməmisinizmi ki, Allah Rəsulu (s) mənim və qardaşım haqqında buyurdu: "Bu iki gənc cənnət cavanlarının ağalarıdır". Əgər dediklərimi qəbul etsəniz, bu, həqiqətdir, Allahın yalançılara nifrət etdiyini bildiyim gündən bəri Allaha yalan danışmamışam. Əgər mənim yalan danışdığımı düşünürsünüzsə, aranızda elələri var ki, onlardan soruşsanız, sizə mənim doğru dediyimi deyərlər. Cabir ibn Abdullah Ənsari, Əbu Səid Xodri, Səhl ibn Səd Saidi, Zeyd ibn Ərqəm və Ənəs ibn Malikdən mənim və qardaşım haqqında Peyğəmbərdən (s) eşitdiklərini demələrini istəyin. Allah Rəsulunun (s) bu çıxışı mənim qanımı tökməyinizə mane olmurmu?

Şimr ibn Zil-Cövşən dedi: O, Allaha bir sözlə (Allaha yalnız dili ilə ibadət etdiyinə işarədir) ibadət edir və nə dediyini bilmir. Həbib ibn Məzahir ona dedi: Vallah, mən səni yetmiş sözlə Allaha ibadət edən kimi görürəm və şəhadət verirəm ki, düz deyirsən və onun nə dediyini bilmirsən, Allah sənin qəlbinə (haqqı qəbul etməkdən) möhür vurub.

Sonra Hüseyn (ə) buyurdu: "Əgər bu sözdə şəkk edirsinizsə, mənim Peyğəmbərinizin qızının oğlu olduğuma da şübhə edirsinizmi? Allaha and olsun ki, şərqdə və qərbdə istər sizin aranızda, istərsə də başqalarının arasında məndən başqa Peyğəmbərin (s) qızının oğlu yoxdur! Vay halınıza, sizdən birini öldürmüşəm ki, məndən onun qanını istəyirsiniz? Yoxsa mən sizin pulunuzumu götürmüşəmmi? Ya mən sizə yara vurmuşammı ki, məndən onun qisasını almaq istəyirsiniz?"

Bundan sonra İmam (ə) fəryad etdi: "Ey Şəbəs ibn Rəbi, Hicar ibn Əbcər, Qeys ibn Əşəs və Yezid ibn Haris, siz mənə yazmadınızmı ki, meyvələr yetişdi, bağlar yaşıllaşdı və hazır bir qoşun sənə kömək edəcək?"

Qeys ibn Əşəs dedi: Biz nə dediyini bilmirik, amma əmioğlunun hökmü ilə razılaş, çünki o, sənin haqqında xoşuna gələn şeydən başqa heç nə etməyəcək!?

İmam Hüseyn (ə) buyurdu: "Yox, Allaha and olsun ki, nə sizə zillət əli uzadacam və nə də qullar kimi qaçacam". Sonra o Həzrət buyurdu: "Ey Allahın bəndələri, mənə zərər verməyinizdən öz Rəbbim və sizin Rəbbinizə sığınıram. Həmçinin qiyamət gününə inanmayan hər bir üsyankardan öz Rəbbim və sizin Rəbbinizə pənah aparıram".[16]

İkinci xütbə

Əllamə Məclisi "Biharul-ənvar"da "Mənaqib İbn Şəhr Aşub"dan nəql edərək, İmam Hüseynin (ə) Aşura günü Ömər ibn Sədin qoşununa ünvanladığı başqa bir xütbəsini qeyd etmişdir.[17] İmam Hüseyn (ə) İbn Sədin ordusunun bu xütbədə onun sözləri qarşısında susmamasına cavab verərək buyurub: "Siz mənim sözlərimə qulaq asmırsınız; Çünki qarınlarınız haram malla dolub və qəlblərinizə bədbəxtlik möhürü vurulub".[18]

İstinadlar

  1. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.96; Təbərsi, İlamul-vəra, h.q 1390, c.241; Şami Əd-Durrun-Nəzim, h.q 1420, s.552; Seyyid ibn Tavus, Luhuf, h.ş 1348, s.96; İbn Nəma Hilli, Musirul-əhzan, h.q 1406, s.54; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.425; İbn Əsir, Əl-Kamil, h.q 1385, c.4, s.61; İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.5, s.339; Əbu Mixnəf, Vəqəətut-təff, h.q 1417, s.206
  2. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.97
  3. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.97
  4. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.97
  5. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.98
  6. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.98
  7. Duxan surəsi, ayə 20
  8. Mumin surəsi, ayə 27
  9. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.98
  10. Əbu Mixnəf, Vəqəətut-təff, h.q 1417, s.206
  11. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.97-98
  12. Məhəmməd Hadi Yusifi Ğərəvi, Musuətut-tarixil-İslami, h.q 1417, c.6, s.15
  13. Əbu Mixnəf, Vəqəətut-təff, h.q 1417, s.208
  14. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.98
  15. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.97-98
  16. Şeyx Mufid, Əl-İrşad, Tərcümə: Rəsuli Məhəllati, Tehran, c.2, s.100-101
  17. Məclisi, Biharul-ənvar, h.q 1403, c.45, s.9
  18. Məclisi, Biharul-ənvar, h.q 1403, c.45, s.9

Ədəbiyyat

  • İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamil, Beyrut, Daru sadir, h.q 1385
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Əl-Muntəzəm, təhqiq: Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1412
  • İbn Nəma Hilli, Cəfər ibn Məhəmməd, Musirul-əhzan, qum, İmam Mehdi (ə.f) mədrəsəsi, 3=-cü çap, h.q 1406
  • Əbu Mixnəf, Lut ibn Yəhya, Təhqiq: Məhəmməd Hadi Yusifi Ğərəvi, Vəqəətut-təff, Qum, 3-cü çap, h.q 1417
  • Seyyid ibn Tavus, Əli ibn Musa, Luhuf, Tehran, Cahan nəşri, 1-ci çap, h.ş 1348
  • Şami, Yusif ibn Hatəm, Əd-Durrun-Nəzim, Qum, Came müdərrisin, 1-ci çap, h.q 1420
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, Şeyx Mufid konqresi, 1-ci çap, h.q 1413
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Tərcümə: Rəsuli Məhəllati, Tehran
  • Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Tehran, İslamiyyə, 3-cü çap, h.q 1390
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, 2-ci çap, h.q 1387
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Məhəmməd Hadi Yusifi Ğərəvi, Musuətut-tarixil-İslami, Qum, Məcməe əndişeye İslami, h.q 1417